Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1357/2024 09.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X17 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy Rayon X3rşı əmrin ləğv edilməsi və vəzifəyə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan X18 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı X18 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir.
2. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət X25 25 avqust 2*22-ci il tarixli Əmrinin surətindən görünür ki, X18 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli İddiaçı X18 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilməsi haqqında Əmri qanunsuz olduğuna görə ləğv edilmişdir.
3. İşdə olan X18 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyevin 3* sentyabr 2*22-cü il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı *3 oktyabr 2*22-ci il tarixdən 6 ay müddətinə Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir.
4. İşdə olan 3* sentyabr 2*22-cü il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə işəgötürən arasında *3 oktyabr 2*22-ci il tarixdən *2 aprel 2*23-cü il tarixədək 6 ay müddətinə bağlanılmışdır.
5. İşdə olan Gədəbəy Rayon X4 direktoru Azər Abdullayevin *3 aprel 2*23-cü il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti *3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixdək 6 ay müddətinə uzadılmışdır.
6. İşdə olan *3 aprel 2*23-cü il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti *3 oktyabr 2*22-ci il tarixdən *3 oktyabr 2*23-cü il tarixdək 1 il 1 gün müddətinə uzadılmışdır.
7. İşdə olan Gədəbəy Rayon X4 direktoru Azər Abdullayevin *3 oktyabr 2*23-cü il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı onunla bağlanılmış əmək müqaviləsinin müddəti bitdiyi nəzərə alınmaqla *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir.
8. İşdə olan X16 Edilməsi ilə X26 Bildirşinin surətindən görünür ki, İddiaçı ilə 3* sentyabr 2*22-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, işə başlama vaxtı kimi *3 oktyabr 2*22-ci il tarix, müqavilənin bitmə tarixi kimi *3 oktyabr 2*23-cü il tarix göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy Rayon X3rşı cavabdehin “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli 59 saylı əmrinin ləğv edilməsi, iddiaçının Gədəbəy Rayon Mərkəzi Kitabxanasının Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı vəzifəsinə bərpa olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1*. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, *4 aprel 2*22-ci il tarixli, 23 nömrəli təqdimatla X18 İdarəsi Gədəbəy Rayon X4 direktor müavini tərəfindən iddiaçının Gədəbəy Rayon X5 Komplektləşdirmə və Kitabişləmə Şöbəsində baş kitabxanaçı vəzifəsinə təyin olunması barədə X18 İdarəsinə müraciət olunmuşdur. X18 İdarəsinin *4 aprel 2*22-ci il tarixli əmri ilə iddiaçı *4 aprel 2*22-ci il tarixdən X18 İdarəsi Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə müddətsiz təyin edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 25 avqust 2*22-ci il tarixli əmrinə əsasən X18 İdarəsinin iddiaçının kitabxanaçı təyin edilməsi haqqında *4 aprel 2*22-ci il tarixli əmri ləğv edilmişdir Bundan sonra X18 İdarəsinin rəisi tərəfindən iddiaçının işə bərpa olunması ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2* sentyabr 2*22-ci il tarixli məktubu ilə iddiaçının müvafiq vəzifəyə təyin edilməsinə etiraz edilməmişdir. X18 İdarəsinin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə İddiaçı *3 oktyabr 2*22-cü il tarixdən 6 ay müddətinə Gədəbəy Rayon X4 baş kitabxanaçısı vəzifəsinə təyin edilmişdir. Daha sonra X18 İdarəsinin Gədəbəy Rayon X4 direktorunun əmək müqaviləsinin müddətinin uzadılması haqqmda *3 aprel 2*23-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddəti yenidən 3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixədək 6 ay müddətinə uzadılmış, X15 əmək müqaviləsi bildirişinə düzəliş edilmişdir. X13 İdarəsinin Gədəbəy Rayon X4 direktoru tərəfindən *2 oktyabr 2*23-cü il tarixli məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X13 İdarəsinə müraciət olunaraq, Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmasına və ya müddətsiz edilməsinə münasibət bildirilməsi xahiş olunmuş, məktubun üzərinə əmək müqaviləsinə xitam verilməsi haqqında qeyd edilmişdir. Bundan sonra X13 İdarəsinin Gədəbəy Rayon X4 direktorunun iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında *3 oktyabr 2*23cü il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitdiyi nəzərə alınmış, iddiaçı *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesabın hesablanıb ödənilməsi əmr edilmişdir. Həmin əmr əsassızdır və ləğv edilməlidir. İddiaçı X18 İdarəsinin *4 aprel 2*22-ci il tarixli əmri ilə *4 aprel 2*22-ci il tarixdən X18 İdarəsi Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə müddətsiz təyin edilmişdir. İddiaçı *4 aprel 2*22-ci il tarixdən baş kitabxanaçı vəzifəsində çalışmasına baxmayaraq, bu barədə işəgötürən X15 hər hansı bir qeyd aparmamış, onunla bağlanılmış *4 aprel 2*22-cı ıl tarixli əmək müqaviləsini Sistemə əlavə etməmişdir. Bunun əvəzində işəgötürən tərəfindən iddiaçının əmək fəaliyyətilə bağlı X15 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsinin olması barədə məlumat yerləşdirilmişdir. Məlumata əsasən müqavilənin qüvvədən düşmə tarixi kimi 2*23-cü ilin oktyabr ayı göstərilmişdir. Lakin belə bir müqavilə olduğu halda, iddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy Rayon X4 direktoru Azər Abdullayev arasında bağlanmış *3.1*.2*22ci il tarixli əmək müqaviləsinə əsasən Gədəbəy Rayon X5 Komplektləşdirmə və kitabişləmə şöbəsində kitabxanaçı-biblioqraf vəzifəsinə əsas iş yeri kimi işə qəbul olunmuşdur. Əmək müqaviləsi 1 İl 1 gün müddətinə, yəni *3.1*.2*22-ci il tarixdən *3.1*.2*23-cü il tarixədək bağlanmışdır. Göründüyü kimi işəgötürənlə iddiaçının 3*.*9.2*22-ci il tarixdə bağladığı müqavilə sonradan dəyişdirilərək iki formada tərtib olunmuşdur: həm 1 il 1 gün müddətinə, həm də 6 ay müddətinə, buna baxmayaraq sözügedən müqavilənin müddəti X15 1* ay 15 gün qeyd olunmuşdur. İddiaçı ilə bağlanılmış 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsi 15.*8.2*23-cü il tarixədək qüvvədə olmasına baxmayaraq, barəsində əmək müqaviləsinin müddətinin uzadılması haqqında *3 aprel 2*23-cü il tarixli əmr verilmiş və əmək müqaviləsinin müddəti 6 ay uzadılmışdır. X12 müəyyən olunur ki, iddiaçı ilə işəğötürən arasında 1 ay 17 gün müddətinə 16.*8.2*23-cü il tarixli əmək müqaviləsi mövcud olmuşdur. Belə bir müqavilənin mövcudluğundan iddiaçının xəbəri olmamışdır. İşəgötürən öz səlahiyyətlərini əmək qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirməmiş, qanunvericilikdə hər hansı müddəa olmadan onunla bağlanmış əmək müqaviləsinin müddətinin artırılmasına istəyi olduğu halda, digər qurumun mövqeyini əsas götürərək, iddiaçının bu istəyini həyata keçirməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy Rayon X4 əmək müqaviləsinə xitam verilməsi haqqında *3 oktyabr 2*23-cü il tarixli əmri poçt vasitəsilə iddiaçıya 13.11.2*23-cü il tarixdə təqdim edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edilmişdir.
11. Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia təmin edilməmişdir.
12. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, X18 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli əmri ilə iddiaçı X18 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Lakin bu əmr əsasında iddiaçı ilə müddətsiz və ya müddətli əmək müqaviləsi bağlanılmamışdır. Həmin əmr Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozulması, əmək müqavilələrinin gücləndirilmiş elektron imza ilə əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil edilmədən, əmrlərin verilməsi üçün hüquqi əsas olmadan, təyinatı nazirliklə razılaşdırılması nəzərdə tutulmuş vəzifələrlə əlaqədar belə razılıq olmadan verildiyi üçün Azərbaycan Respublikası Mədəniyyət X25 25 avqust 2*22-ci il tarixli əmrilə ləğv edilmiş, Azər Rəcəbov vəzifə səlahiyyətlərindən sui istifadə və digər qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra X18 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyevin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə iddiaçı ilə 6 ay müddətinə, yəni, *3 oktyabr 2*22-ci il tarixdən *2 aprel 2*23-cü il tarixə qədər əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin müddəti bitdikdən sonra Gədəbəy Rayon Mərkəzləşdirilmiş Kitabxana Siteminin direktorunun *3 aprel 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti 1 il 1 gün, yəni, *3 oktyabr 2*22-ci il tarixdən *3 oktyabr 2*23-cü il tarixdədək uzadılmışdır. Bu müqavilələrin hər ikisi həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış, yəni, tərəflər müqavilə şərtləri və öhdəlikləri barədə məlumatlı olmuşlar. Bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq, Gədəbəy Rayon Mərkəzləşdirilmiş Kitabxana Sitemininin direktorunun *3 oktyabr 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2ci hissəsinin b bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, o, işdən azad edilmiş, onunla son haqq-hesab aparılmışdır. İddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, müqavilə şərtləri pozulmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir.
13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.1,45, 49.1, 68.1, 68.2, 287-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli, 59 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Gədəbəy rayon X1* və kitabişləmə şöbəsinin baş kitabxanaçısı vəzifəsinə bərpa olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, *4 aprel 2*22-ci il tarixli, 23 nömrəli təqdimatla X18 İdarəsi Gədəbəy rayon X4 direktor müavini tərəfindən onun, İddiaçı Gədəbəy rayon X5 Komplektləşdirmə və kitabişləmə şöbəsində baş kitabxanaçı vəzifəsinə təyin olunmağı barədə X18 İdarəsinə müraciət olunmuşdur. X18 İdarəsinin *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə, İddiaçı - *4 aprel 2*22-ci il tarixindən X18 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. (bununla bağlı nə sözügedən Əmrin, nə də ki, əmrin verilməsinə əsas olmuş Əmək Müqaviləsinin surəti mənə təqdim edilməmişdir, lakin işəgötürən tərəfindən mənim sözügedən vəzifəyə müddətsiz təyin edilməyim barədə mənə məlumat verilmişdir). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25 avqust 2*22-ci il tarixli, 251-f nömrəli əmrinə əsasən, X18 İdarəsinin “İddiaçı kitabxanaçı təyin edilməsi haqqında” *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəliəmri ləğv edilmişdir (bununla bağlı mənə hər hansı formada rəsmi məlumat verilməmiş, mübahisəli əmrin mövcud olmasından hər hansı formada xəbəri olmamışdır. Bundan sonra X18 İdarəsinin rəisi tərəfindən onun işə bərpa olunmağı ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2* sentyabr 2*22-ci il tarixli, *8/*4- 2717/2*22 nömrəli məktubu ilə onun müvafiq vəzifəyə təyin edilməyinə etiraz edilməmişdir. X18 İdarəsinin “İddiaçı baş kitabxanaçı vəzifəsinə təyin edilməsi haqqında” 3* sentyabr 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə, İddiaçı - *3 oktyabr 2*22cü il tarixdən 6 ay müddətinə Gədəbəy rayon X4 baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Qeyd edilmişdir ki, işəgötürən tərəfindən 3* sentyabr 2*22-ci il tarixdə birbirinə zidd olan 3 əmək müqaviləsi təqdim edilmişdir ki, bunların yalnız birindən onun xəbəri olmuşdur. Daha sonra X18 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəliəmri ilə, Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddəti bitdiyinə görə yenidən 3 aprel 2*23cü il tarixdən – *3 oktyabr 2*23- cü il tarixinədək 6 ay müddətinə əmək müqaviləsinin müddətinin uzadılması və X15 əmək müqaviləsi bildirişinə düzəliş edilməsi əmr edilmişdir. X13 İdarəsinin Gədəbəy rayon X4 direktoru tərəfindən *2 oktyabr 2*23-cü il tarixli, 43 nömrəli məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X13 İdarəsinə müraciət olunaraq Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmasına və ya müddətsiz edilməsinə münasibət bildirilməyi xahiş olunmuşdur. Sözügedən məktubun üzərinə aşağıdakı məzmunda qeyd aparılmışdır: “c.b A.Abdullayev x.e. əmək müqaviləsinə xitam verilsin. ƏMAS-da qeydə alın. *2.1*.2*23” Bundan sonra X13 İdarəsinin Gədəbəy rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli, 59 nömrəli əmri ilə, Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddəti bitdiyi nəzərə alaraq *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabı hesablanıb ödənilməsi əmr edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, X13 İdarəsinin Gədəbəy rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli, 59 nömrəli əmri tamamilə əsassızdır və həmin əmr ləğv edilməlidir. O, X18 İdarəsinin *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə, *4 aprel 2*22-ci il tarixindən X18 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Bu barədə onunla X18 İdarəsi arasında bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur. Məhz bu səbəbdən sözügedən müqavilə bu günədək ona təqdim edilməmişdir. Hətta bununla bağlı“e-sosial” şəxsi hesabında hər hansı bir qeydiyyat aşkar olunmur. “E-sosial” şəxsi hesabında olan məlumatlardan müəyyən olunur ki, o, *4 aprel 2*22-ci il tarixdən X18 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinə baş kitabxanaçı vəzifəsində çalışmağına baxmayaraq bu barədə işəgötürən X15 hər hansı bir qeyd aparmamış, onunla işəgötürən arasında bağlanmış *4 aprel 2*22-ci il tarixli əmək müqaviləsini Sistemə əlavə etməmişdir. Bunun əvəzində işəgötürən tərəfindən onun əmək fəaliyyəti ilə bağlı X15 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsinin olması barədə məlumat yerləşdirilmişdir. Məlumata əsasən müqavilənin qüvvədən düşmə tarixi kimi 15.*8.2*23-cü il qeyd edilmişdir. Bu onu deməyə əsas verir ki, işəgötürən X18 İdarəsi tərəfindən o, 1* ay 15 gün müddətində işə götürülmüşdür. Lakin belə bir müqavilə olduğu halda o, İddiaçı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy rayon X4 direktoru Azər Abdullayev arasında bağlanmış *3.1*.2*22-ci il tarixli əmək müqaviləsi ilə Gədəbəy rayon X5 Komplektləşdirmə və kitabişləmə şöbəsində kitabxanaçı-biblioqraf vəzifəsinə əsas iş yeri kimi işə qəbul olunmuşdur. Əmək müqaviləsinə əsasən əmək müqaviləsi 1 il 1 gün müddətinə, yəni *3.1*.2*22-ci il tarixdən *3.1*.2*23-cü il tarixədək bağlanmışdır. Göründüyü kimi işəgötürənlə 3*.*9.2*22-ci il tarixdə bağladığı müqavilə sonradan dəyişdirilərək 2 formada tərtib olunub – həm 1 il 1 gün müddətinə, həm də 6 ay müddətinə, buna baxmayaraq sözügedən müqavilənin müddəti X15 - 1* ay 15 gün qeyd olunmuşdur. Beləliklə, müəyyən olunur ki, onunla işəgötürən arasında bağlanmış *4.*4.2*22-ci il tarixli əmək müqaviləsi müddətsiz olsa da sonradan işəgötürən tərəfindən dəyişdirilmiş və 1 il 1 gün müddətinə müddətli 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsi bağlanılmış, daha sonra həmin əmək müqaviləsindən fərqli olaraq eyni tarixdə 6 ay müddətinə əmək müqaviləsi bağlanılmış, həmçinin X15 mənimlə bağlanılmış 1* ay 15 gün müddətli 3*.*9.2*22-ci il tarixliəmək müqaviləsi qeyd olunmuşdur. Onunla bağlanılmış 3*.*9.2*22-ci il tarixliəmək müqaviləsi 15.*8.2*23-cü il tarixədək qüvvədə olmasına baxmayaraq barəsində X18 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında”*3 aprel 2*23-cü il tarixli, 14 nömrəliəmr verilmiş və əmək müqaviləsinin müddəti 6 ay uzadılmışdır. X12 müəyyən olunur ki, onunla işəğötürən X13 İdarəsi arasında 1 ay 17 gün müddətinə 16.*8.2*23-cü il tarixli əmək müqaviləsi mövcud olub. Belə bir müqavilənin mövcudluğundan tam xəbərsizdir. Buradan aydın olur ki, sözügedən əmək müqaviləsi X18 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəli əmrinin qüvvədə olduğu müddətdə bağlanmışdır ki, həmin əmək müqaviləsi X18 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəliəmrini vaxtından əvvəl qüvvədən salır. Bundan başqa onunla əmək müqaviləsi Gədəbəy rayon X11 arasında bağlansa da, X15 X15 işəgötürən X13 İdarəsi qeyd edilmişdir ki, bu da onu deməyə əsas verir ki, onun əmək fəaliyyəti barəsində məlumatlar Gədəbəy rayon X11 tərəfindən deyil, tamam başqa şəxs - X13 İdarəsi tərəfindən işlənmişdir. Onu işəgötürən Gədəbəy rayon X6sa da, onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmaq üçün QazaxX19 İdarəsinə məktubla müraciət edərək razılığın olması istənilmiş və X13 İdarəsi buna razılıq verməmiş, nəticə də Gədəbəy rayon X2 bağlanmış əmək müqaviləsinin müddətini uzatmamışdır. Görünən odur ki, işəgötürən Gədəbəy rayon X11 öz səlahiyyətlərini əmək qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirməmiş, qanunvericilikdə hər hansı müddəa olmadan onunla bağlanmış əmək müqaviləsinin müddətinin artırılmasına istəyi olduğu halda digər qurumun mövqeyini əsas götürərək bu istəyini həyata keçirməmişdir. İşin faktiki hallarından göründüyü kimi, barəsində çıxarılmış *3.1*.2*23-cü il tarixli, 59 nömrəli əmr onunla bağlanmış müddətli əmək müqaviləsinin qurtarması ilə əlaqədardır. Belə ki, adıçəkilən əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun əsaslandırılmışdır. Lakin iddia ərizəsinə əlavə olunan sənədlərdən müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmışdır. Daha sonra onun xəbəri olmadan əmək müqaviləsinin müddəti qısaldılmışdır. Bununla da mənim əmək hüquqlarım kobud şəkildə pozulmuş və işdən qanunsuz şəkildə azad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 35. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
2*. Maddə 12. 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq və s.
21. Maddə 42.1.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
22. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
23. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
24. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
25. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
26. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
27. Maddə 47.(f) əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
28. Maddə 56.1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
29. Maddə 56.2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 3*. Maddə 68.(2 “b”) Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər
31. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
32. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
33. Maddə 3**.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 4*. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
41. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)- 253/2*24 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
46. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı *4 aprel 2*22-ci il tarixdə 12*-k nömrəli əmri Regional Mədəniyyət İdarəsinin Gədəbəy rayon X4 Komplektləşdirmə və Kitabişləmə şöbəsinə müddətsiz əmək müqaviləsi ilə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. X2* İdarəsinin 3* sentyabr 2*22-ci il tarixli 273-k saylı əmr ilə İddiaçı *3 oktyabr 2*22-ci il tarixdən 6 (altı) ay müddətinə Gədəbəy rayon X4 baş kitabxanaçısı vəzifəsinə təyin edilmiş, *3 aprel 2*23-cü il tarixli əmr ilə əmək müqaviləsinin müddəti 6 ayadək uzadılmışdır. Bundan sonra Mədəniyyət Nazirliyinin X14 İdarəsinin Gədəbəy rayon X4 direktorunun *3 oktyabr 2*23-cü il tarixli 59 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir və zaman heç bir qanun pozuntusuna yol verilməmişdir.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin bir neçə aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), qısa müddətli əmək müqaviləsi əsasında eyni işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
48. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2*24-cü il tarixli Qərarına əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2*23-cü il 2* oktyabr tarixli Qərarı).
49. Göründüyü kimi, Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də, işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. 5*. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hazırkı tələb üzrə birinci diqqət yetirilməli olan hal iddiaçının işlədiyi işin daimi, yaxud mövsümi xarakter daşımasının müəyyən olunmasıdır. İddiaçı işlədiyi Regional Mədəniyyət İdarəsinin Gədəbəy rayon X1 və Kitabişləmə şöbəsinin baş kitabxanaçı vəzifəsi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malikdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq isə hazırki halda razılıq kimi qiymətləndirilə bilməz. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İş materiallarından görünür ki, iddiaçının *4 aprel 2*22-ci ildə ilkin olaraq işə qəbul edilərkən əmək müqaviləsi müddətsiz xarakter daşımışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçının iradəsi müddətli əmək müqaviləsinin bağlanmasına yönəlmişdir. Sonradan yeni yaradılmış qurumda cəmi 6 ay müddətinə yeni əmək müqaviləsi və daha sonra bir neçə dəfə təkrarən yenidən müəyyən müddətə əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Zəif tərəf olan işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
51. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.2, 385.1.1, 392, 393, 4*2, 4*3, 4*4, 4*5 və 4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy Rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli 59 saylı əmri ləğv edilsin. İddiaçı Gədəbəy Rayon Mərkəzi Kitabxanasının Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı vəzifəsinə bərpa olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.