Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1364/2024 16.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, ilk iddia üzrə Cavabdeh1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, ilk iddia üzrə cavabdehlərin vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbi, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «əşyaların evdən çıxarılması» tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 2(052)-46/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh2 adına tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Naftalan Şəhər İra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 fevral 2024-cü il tarixli 174 nömrəli arayışında qeyd edilmişdir ki, cavabdeh İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi, 9 saylı küçədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır.
3. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(052)-265/2023 saylı qətnaməsindən görünür ki, tərəflər arasında 24 yanvar 2021-ci il tarixdə Naftalan şəhər qeydiyyat şöbəsində 02 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İlk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2022-ci il tarixə anadan olmuş X4 ilə birlikdə Naftalan Şəhəri Q.Namazəliyev məhəlləsi, 8-ci küçədə yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 işə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
6. İlk iddia üzrə iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qaynanasıdır. O, cavabdehin oğlu X3 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girmişdir. Birgə nigahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. O, ailə qurduqları vaxtdan cavabdehə məxsus Naftalan şəhəri Q.Namazəliyev məhəlləsi, 8-ci küçədə yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bütün cehiz əşyaları hazırda həmin ünvandadır. Bu səbəbdən onun və azyaşlı uşağının həmin yaşayış evindən istifadə hüquqları yaranmışdır. Onların başqa yerdə yaşayış yerləri yoxdur. O, azyaşlı uşağı ilə birlikdə cavabdehə məxsus evə köçürülməli və onların həmin evə istifadə hüquqları tanınmalıdır. Cavabdeh hazırda onu və uşağını evə buraxmır. Cavabdeh onu öz razılığı ilə evdə yaşamaq, evdən istifadə etmək üçün gəlin gətirmişdir. O da, cehiz əşyalarını həmin evə yığmış, əri ilə birgə yaşamış və onunla birgə təsərrüfat aparmışdır. Onların uşağı da, həmin evdə doğulmuş və yaşamışdır. Onun və uşağının cavabdeh ilə etibarlı ailə əlaqələri olmuş, birgə həmin evdə yaşamış və həmin evdən istifadə etmişlər. Hazırda onun və uşağının buna çox ehtiyacı vardır. Belə ki o, uşağı ilə birlikdə qardaşının evində müvəqqəti sığınacaq tapmışdır. Qeyd edilənlərə əsasən himayəsində körpə uşağının olması, maddi vəziyyətinin qənaətbəxş olmaması, başqa yaşayış sahəsinin olmaması nəzərə alınaraq onun və uşağının həmin fərdi yaşayış evinə köçürülməsi və yaşayış evindən istifadə hüquqlarının tanınması qanuna müvafiqdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından İddiaçı bütün əşyalarının çıxarılması və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul vəsaitinin İddiaçı alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı qardaşı X1 həyat yoldaşı olmuşdur. Onlar xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girmişlər. Bundan sonra Sahilə ünvan 2 ünvanına gəlin köçmüş və cehiz əşyalarını da, həmin evə yerləşdirmişdir. Birgə nikahlarından X4 adlı bir nəfər övladları olmuşdur. 05 noyabr 2023-cü il tarixdə İddiaçı ilə qardaşı faktiki olaraq ayrılmışlar və həmin gün Sahilə mübahisəli evi tərk etmişdir. O, evdən gedərkən özünün və azyaşlı övladının geyim və qızıl-ziynət əşyalarını özü ilə aparmışdır. Lakin bütün cehiz əşyaları hal-hazıradək evdə qalmaqdadır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Buna dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. İddiaçı mübahisəli mənzildə 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd jurnal stolu, uşaq üçün yemək stolu, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd mətbəx stolu və 4 ədəd mətbəx stulu, 1 ədəd mətbəx üçün künc divan, 4 ədəd lüstür, 1 ədəd televizor altı, paltar şkafı, elektrik peçi, paltaryuyan maşın, iki nəfərlik yataq çarpayısı (taxt) və 2 ədəd tubbuçka, 1 ədəd divar güzgüsü, 1 ədəd ütü stolu, 1 ədəd ət çəkən maşın, uşaq üçün çarpayı, üşaq üçün kolyaska, 2 ədəd karniz, mətbəx üçün kiçik manqal, yataq otağında güzgülü kamot, paltar qurudan, soyuducu, aspirator, qaz peçi, mətbəx mebeli və mətbəx üçün moykadan ibarət əşyaları qalmaqdadır. Cavabdehə məxsus əşyaların mülkiyyətində olan evdə yerləşməsi onun fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadəsinə mane olur və onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, iddiasının təmin edilməsini xahiş etmişdir.
9. Naftalan Şəhər Məhkəməsinin 2(052)-46/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Səlimov) ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbi barədə iddiasının təmin edilməməsi, ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinin onun özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «əşyaların evdən çıxarılması» tələbi barədə iddiasının təmin edilərək, Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi, 8 nömrəli küçədə yerləşən 19 nömrəli fərdi yaşayış evindən İddiaçın məxsus 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd jurnal stolu, 1 ədəd uşaq üçün yemək stolu, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd mətbəx stolu və 4 ədəd mətbəx stulu, 1 ədəd mətbəx üçün künc divan, 4 ədəd lüstur, 1 ədəd televizor altı, 1 ədəd paltar şkafı, 1 ədəd elektrik peçi, 1 ədəd paltaryuyan maşın, 1 ədəd iki nəfərlik yataq çarpayısı (taxt) və 2 ədəd tumbuçka, 1 ədəd divar güzgüsü, 1 ədəd ütü stolu, 1 ədəd ət çəkən maşın, 1 ədəd uşaq üçün çarpayı, 1 ədəd üşaq üçün kolyaska, 2 ədəd karniz, 1 ədəd mətbəx üçün kiçik manqal, 1 ədəd yataq otağında güzgülü kamot, 1 ədəd paltar qurudan, 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd qaz peçi, 1 dəst mətbəx mebeli və 1 ədəd mətbəx üçün moykadan ibarət əşyaların İddiaçı tərəfindən çıxarılması, qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdən göründüyü kimi iddiaçının öz azyaşlı uşağı ilə köçmək istədiyi fərdi yaşayış evi iddiaçı evə gəlin köçərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və özbaşına tikili olmuş, iddiaçı oradan çıxıb getdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçının keçmiş əri X3 ilə ailə münasibətlərinə xitam verildiyindən, cavabdehlərə münasibətdə nə əri (arvadı), nə qohumu, nə himayəsində olan əmək qabiliyyəti olmayan şəxs, nə də ki, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin siyahısına aiddir. Bu baxımdan, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli evə münasibətdə istifadə hüququ mövcud olmadığından iddia tələbi əsassızdır və onun həmin evə köçürülməsi tələbi təmin edilə bilməz. İş materialları ilə müəyyən olunur ki, iddiaçının himayəsində olan uşaq 14 yaşına çatmamış fiziki şəxsdir. Mülki qanunvericilyin yuxarıda qeyd olumuş normasına əsasən həmin şəxsin yaşayış yeri hazırda sağ olan valideynlərinin yanıdır. Lakin qeyd olunmalıdır ki, iddiaçının 1 nəfər azyaşlı uşağı nikah pozularkən onun yanında saxlanılmışdır. Odur ki, iddiaçı (uşağın anası) mübahisəli evə köçürülmədiyindən, onun yanında yaşayan bir nəfər azyaşlı uşağının da, həmin evə köçürülməsi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq hazırda qarşılıqlı iddia üzrə cavabdehə məxsus əmlakların mübahisəli fərdi yaşayış evində qalmaqda davam etməsi, mülkiyyətçinin əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirməsinin əsassız məhdudlaşırılması kimi qiymətləndirilməlidir. Odur ki, qarşılıqlı iddia təmin olunmalı və iddia ərizəsində adları sadalanan əşyalar İddiaçı tərəfindən Cavabdeh2 məxsus evdən çıxarılmalıdır.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, 43-cü maddələrinə, Mülki Məcəllənin 27.2, 152, 157.4-cü, Mənzil Məcəlləsinin 30.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Naftalan Şəhər Məhkəməsinin 2(052)-46/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(052)-46/2024 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, o, köçmək istədiyi yaşayış sahəsində ailə qurandan sonra yaşamış, həmin yaşayış sahəsindən hazırda cavabdehlər tərəfindən məhrum edilmişdir. O, yaşadığı və yeganə yaşayış yeri olan mənzildən qanunsuz məhrum edilmişdir. Övladı ilə birlikdə yaşadığı mənzildə yaşamağına maneələr törədilməklə onların konstitusion hüququ olan mənzil hüququ pozulmuşdur. Onlar birlikdə mübahisəli evdə yaşayaraq Konstitusiyada təsbit edilmiş öz mənzil hüquqlarını gerçəkləşdirmişlər. Onların mübahisəli evə köçürülməyinə məhdudiyyət qoyula bilməz və onların hazırkı vəziyyətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüquqlarının reallaşdırılmasının yeganə mənbəyi, hazırda həmin hüququn həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməkləridir. Cavabdeh formal mülkiyyət hüququndan ona ziyan vurmaq məqsədi ilə istifadə edərək evə köçürülməyinə mane olmaq və cehizlərinin həmin evdən çıxarılmasına nail olmaq istəyir ki, cavabdehin hərəkətləri yolverilməzdir və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Hazırda onların mənzil hüquqları cavabdehlər tərəfindən pozulmaqdan müdafiə edilməli olduğu halda əksinə iddia rədd edilmişdir. O, mübahisəli mənzilə 2021-ci ildə qeyd-şərtsiz köçərək orada cavabdehlərlə ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından o, uşağı ilə birlikdə mübahisəli evə köçürülməlidir. Cavabdehlər həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadıqlarına görə onların onu tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və onun hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Onun uşağı ilə köçmək istədiyi yaşayış sahəsi yaşadığı müddət ərzində özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların ona qarşı törətdiyi məhrumetmə (evdə yaşamama mane olma) qanunsuz olduğundan onun yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə cavabdehlərin sahibliyində olan evə köçürülməyi ədalətli olmaqla yanaşı, yaşayış yerindən məhrum edilmiş onun və yetkinlik yaşına çatmayan uşağının mənafeyinə uyğundur. Evin hazırda cavabdehin adına qeydə alınması onların evlə bağlı hüquqlarının xitamına səbəb olmamalıdır. Çünki o, evə gəlin köçərkən və orada yaşadığı müddət ərzində ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Evə mülkiyyət sənədi verilərkən cehiz əşyaları həmin evdə olmuşdur. Göründüyü kimi onunla bərabər azyaşlı övladının da, mənzil hüququ pozulmuşdur. Onlar hazırda yaşayış sahəsinə olan ehtiyaclarını aradan qaldırmaqda çətinlik çəkirlər. Mənzil hüquqlarının müdafiəsi məhkəmə qaydasında həyata keçirilərək mənzil hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpası, yəni onların həmin evə köçürülməyi və cavabdehlərin mənzil hüquqlarını pozan hərəkətlərinin qarşısının alınması üçün məhkəmə iddianın təmin olunması barədə qətnamə qəbul etməli olduğu halda əksinə iddianı rədd etmişdir. Onların evdə yaşadıqları müddətdə mübahisəli ev heç kimin mülkiyyətində olmamışdır. Həmçinin, cavabdeh mülkiyyət hüququnun qeydə alınması üçün hazırkı iddia məhkəməyə verildikdən sonra inzibati orqana müraciət etmişdir. Qeyd olunan mənzildə cavabdehlər hansı statusdadırsa, o da həmin statusda olmuşdur. Ona görə də, onun həmin evdə yaşamaq hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qarşılıqlı iddia üzrə Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad edərək cehiz əşyalarının evdən çıxarılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İşin mübahisəsiz halıdr ki, ev mülkiyyətinə keçməzdən əvvəl o, həmin evə gəlin köçmüş və cehiz əşyaları evdə olduğu müddət ərzində evə onun adına çıxarış verilmişdir. Onun tərəfindən cavabdehin mülkiyyətinə qəsd halı mövcud deyildir. Norma hazırkı mübahisəyə tətbiq edilməklə qarşılıqlı iddia təmin edilə bilməzdi. Dİgər tərəfdən qarşılıqlı iddia əsassızdır və təmin edildiyi halda belə rüsum onun özünə aid edilməli idi. Qanunvericilikdə bu tipli iddialar təmin edilərkən ödənilmiş rüsum məbləğinin digər tərəfdən tutulması ilə bağlı göstəriş mövcud deyil. Bundan başqa məhkəmə praktikasında bu hal mövcud deyil və o rüsumu ödəmək imkanında deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahat verib bildirmişdir ki, mübahsiəli evin yerləşdiyi torpaq sahəsi onun anasına məxsus olmuş, lakin sonradan qardaşı Müşfiqə bağışlamışdır. Evin isə tikilməsi xərcini o, çəkmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, evi 2014-cü ildə Rusiya Federasiyasında işləyən zaman inşa etdirmişdir. Hımin evi inşa etdirən vaxtı mübahisəli ev anasına məxsus idi. Daha sonra anası evi qardaşı Müvafiqə bağışlamasının səbəbi onun Rusiya Federasiyasında olması olub. İddiaçı həmin evə gəlin köçməmişdən əvvəl ev artıq tikilmiş, bir neçə təmir işləri qalmışdı. Qardaşı Müşfiq evlənənə qədər onlar başqa evdə yaşamış, Müşfiq evlənəndən sonra iddiaçı ilə birlikdə həmin evə köçmüşdür. Qardaşı Müşfiq isə evi ona 2023-cü ildə bağışlamışdır.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehlərin vəkili Vəkil izahat verib bildirmişdir ki, tərəflər arasında hüquq münasibəti 24 yanvar 2021-ci il tarixdə yaranmışdır ki, həmin tarixdə mübahisə predmeti olan fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Hətta reyestrdə qeydiyyata alınmış olsa idi belə, iddiaçının yaşayış sahəsindən istifadə hüququna dair notarial qaydada təsdiq edilmiş müqaviləsi olmamışdır. İddiaçı ilə Müşfiq İsmayılovun arasında olan nikah artıq pozulmuşdur. Nəzərə alınmalıdır ki, hazırda mülkiyyətçi iddiaçının keçmiş əri yox, qaynı Cavabdeh2dur. Bu isə o deməkdir ki, iddiaçı ilə hazırki mülkiyyətçinin əvvəldən ailə münasibətləri olmadığından istifadə hüququndan söhbət gedə bilməz. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
19. 13-cü maddəsinə İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. 29-cu maddəsinə İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
24. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
25. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
26. 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
34. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apelyasya şikayətində qətnamə ilk iddia üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin 2(052)-46/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəyişdirilmədən saxlanılmalıdır.
39. İşə baxan birinci instansiya məhkəməsi, tərəflər arasında hüquq münasibətlərinin 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığı üçün hazırkı mübahisənin həlli zamanı xx.xx.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməklə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının öz azyaşlı uşağı ilə köçmək istədiyi fərdi yaşayış evi iddiaçı evə gəlin köçərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və özbaşına tikili olmuş, iddiaçı oradan çıxıb getdikdən sonra, yəni xx.xx.2024- cü il tarixdə rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçının keçmiş əri X3 ilə ailə münasibətlərinə xitam verildiyindən, cavabdehlərə münasibətdə nə əri (arvadı), nə qohumu, nə himayəsində olan əmək qabiliyyəti olmayan şəxs, nə də ki, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin siyahısına aiddir. Qarşılıqlı iddia üzrə isə iddiaçının mülkiyyətçi Cavabdeh2 iradəsinə zidd olaraq hazırda ona məxsus əmlakların mübahisəli fərdi yaşayış evində qalmaqda davam etməsi, mülkiyyətçinin əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirməsinin əsassız məhdudlaşırılması kimi qiymətləndirilmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığı və mübahisə olunan ev Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığına görə, həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli evə 2021-ci ilin yanvar ayında köçsə də, fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdə qeydə alındığından yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsindən, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından sonra evin mülkiyyətçisi ilə İddiaçı arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş qaydalara uyğun həll olunmalıdır.
41. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə X3 xx.xx.2021-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və mübahisə edilən Naftalan şəhəri, Q.Namazəliyev məhəlləsi, 8-ci küçədə yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, bir neçə il həmin evdə Müşfiq İsmayılov ilə birlikdə yaşamışdır. Bundan sonra onlar arasında nazarılıqlar başlamış və İddiaçı evdən çıxıb getmişdir. Naftalan Şəhər Məhkəməsinin 2(052)- 265/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X3 arasında olan nikah pozulmuşdur.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
43. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyyəçilər çıxış edir.
44. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İddiaçı Cavabdeh2 Mənzil Məcəlləsində nəzərdə tutulmuş, mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları), nə də ki, həmin maddədə nəzərdə tutulmuş digər qohumlar, yəni mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülən şəxslərin siyahısına daxil deyildir. Məhkəmə kollegiyası iddiaçının mübahisəli fərdi yaşayış evinə köçərkən evin mülkiyyət kimi qeydə alınmaması və bu baxımdan onun da, digər istifadəçilərə münasibətdə eyni hüquqlara malik olması ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə köçərkən həmin yaşayış evi tikilmiş vəziyyətdə olmuş, evin yerləşdiyi torpaq sahəsi əvvəlcə Cavabdeh1 istifadəsində və mülkiyyətində olmuş, sonra iddiaçının keçmiş əri X2, sonda isə Cavabdeh2 bağışlanmışdır. İddiaçı həmin vaxt qanunsuz tikili olan evə köçsə də, həmin tikili ilə bağlı heç bir hüquq əldə etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsassız hesab edir.
45. Məhkəmə həmçinin iddiaçının azyaşlı uşağının mübahisəli fərdi yaşayış evinə köçürülməsinə dair apellyasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, kollegiya birinci instansiya məhkəməsinin iddiaçının himayəsində olan uşaq 14 yaşına çatmamış fiziki şəxs olduğundan, uşağın yaşayış yerinin valideynlərinin yaşayış yeri olduğundan, nikah pozularkən uşaq iddiaçının yanında saxlanıldığından və iddiaçı (uşağın anası) mübahisəli evə köçürülmədiyindən, onun yanında yaşayan bir nəfər azyaşlı uşağının da, həmin evə köçürülməsinin təmin edilə bilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və bu baxımdan apellyasiya şikayətinin həmin dəlilini də, əsassız hesab edir.
46. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Naftalan Şəhər Məhkəməsinin 2(052)-46/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Naftalan Şəhər Məhkəməsinin 2(052)-46/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 2(052)-46/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.