Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1369/2025 21.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair mülki işi üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə hazırki iş üzrə Cavabdeh Tovuz rayonu Əlimərdanlı kəndində 0,23 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 4475/2016 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı(hazırki iş üzrə iddiaçı) mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadının ləğv edilməsi, Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və təqdimatın təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(104)-134/2021 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2156/2023 nömrəli qərarı ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyatın ləğv olunması öhdəliyinın cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2156/2023 nömrəli qərarı Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-685/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(102)-1012/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Əlimərdanlı kəndində ona məxsus olan qediyyat nömrəsi ********** nömrəli, xx.xx.2021-ci il tarixli torpaq sahəsindən Cavabdeh və digərlərinin çıxarılması və onun torpaq sahəsi üzərində yerləşən qanunsuz tikililərin sökülməsi və onların qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-5582/2015 nömrəli icra vərəqəsinə əsasən cavabdehdən 28 may 2012-ci il təvəllüdlü X1 və 28 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üün 28 iyul 2015-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 108 manat sabit pul məbləğində alimentin, həmçinin 28 may 2012-ci il təvəllüdlü X1 və 28 may 2012ci il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar çəkilməli olan əlavə xərclərə görə hər uşağa görə hər ay sabit məbləğdə 75 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmuşdur. Tovuz rayonu Əlimərdanlı kəndində Cavabdeh məxsus 0,23 ha torpaq sahəsi vardır. Cavabdeh aliment borcunu ödəyə bilmədiyi üçün icra zamanı Cavabdeh həmin torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Bu barədə mülkiyyət sənədi- xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı vardır. Lakin hazırda ona məxsus olan Tovuz rayonu Əlimərdanlı kəndində olan həmin torpaq sahəsini cavabdeh öz başına tutaraq orada tikinti işləri aparır. O, cavabdehə dəfələrlə həmin torpaq sahəsindəki tikilinin sökülməsini təklif etsə də cavabdeh həmin tikilini sökmür. Hazırda cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(062)-15/2023 nömrəli iş üzrə qəbul etdiyi 23 yanvar 2023-cü il tarixli qətnaməsi və 18 aprel 2023-cü il tarixli əlavə qətnaməsi ilə (hakim Z.Hümmətov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh istifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2-ci tikili bütövlükdə, 3-cü tikilinin 206 kv.m qədər hissəsi, 4-cü tikilinin 102 kv.m qədər hissəsi sökülməklə iddiaçıya məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulması, Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sənədlərə istinad etməklə belə qənaətə gəlmişdir ki, İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7486 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********01 saylı mütəxəsis rəyinin məlumatlarına əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qediyyat nömrəli, 1**********00 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı adına dövlət qediyyatına alınmış 0,23 ha həyətyanı torpaq sahəsinin Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh olunun istifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2-ci tikili bütövlükdə, 3-cü tikilidən 206 kv.m qədər hissəsi, 4-cü tikilidən isə 102 kv.m hissəsi **********00 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına dövlət qediyyatına alınmış 0,23 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Cavabdehin qeyd olunan torpaq sahəsindən istifadə etməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 229.1, 229.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1-ci, 2-ci və 3-cü tikililər cavabdehin yeganə və tək yaşayış yeridir. Yəni həmin torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən tikililərdən başqa cavabdehin başqa yaşayış yeri yoxdur. Bu səbəbdən də Tovuz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 8(062)-380/2018 saylı qanunsuz və əsassız qərardadı cavabdehə bəlli olduqdan sonra cavabdeh həmin qərardaddan qərardadı qəbul etmiş Tovuz Rayon Məhkəməsinə şikayət vermiş və Tovuz Rayon Məhkəməsinin17 sentyabr 2021-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğu üçün qərardadı qəbul etmiş hakimin özü tərəfindən ləğv edilmişdir. Həmin qərardaddan İddiaçı verdiyi şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılmış və Gəncə Apelyasiya Məhkəməsinin 19 noyabr 2021ci il tarixli, 8(104)-134/2021 nömrəli qərardadına əsasən Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 8(062)-380/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh Tovuz Rayon Məhkəməsində İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz Rayon İcra Probasiya Şöbəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(062)-1902/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, İddiaçı adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X3 verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(104)-982/2022 nömrəli qərardadına əsasən qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci iltarixli 2(062)-1902/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və cavabdehə həmin tələb üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Cavabdeh hazırkı tələb üzrə iddiaçı olan İddiaçı adına olan ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirərkən, İddiaçı hazırki iddia tələbi də məhkəmənin icraatında olmaqla hər iki mülki işi eyni hakim araşdırmaqla, həmin hakim tərəfindən 17 sentyabr 2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardad, 13 oktyabr 2021-ci il tarixli 2(062)-1902/2021 nömrəli qətnamə qəbul edilməklə İddiaçı hazırkı mübahisə olunan iddia tələbi baxılmamış saxlanılmışdır. Yəni yuxarıda sadalanan bütün hallara dair sübutlar hazırda mübahisə olunan qətnamə üzrə mülki işin materiallarına əlavə edilmişdir. Göründüyü kimi məhkəmə öz qətnaməsini iş materiallarında mübahisəyə dair kifayət qədər sübutlar olduğu halda yalnız və yalnız iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə əsaslandırmışdır. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan sənədlər məhkəmələr tərəfindən ləğv edilmiş, həmin qərardadlar bu günədək də qanuni qüvvədə olmaqla mülki işin materiallarına əlavə edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, cavabdehin uşaqlarının saxlanılması üçün 10.000 manatdan çox aliment borcu yaranmışdır. Mübahisəli torpaq sahəsi hazırda başqa şəxsin mülkiyyətindədir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki iddianın predmeti bölünməz olduğundan və apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisə ilə bağlı iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdikləri izahatlara əsasən məlum olur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə Cavabdeh, yəni hazırki iş üzrə cavabdehin mülkiyyətinə verilmiş Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 hektar həyətyanı torpaq sahəsi, sonuncunun iddiaçıya olan aliment borcu ilə əvəzləşdirilmiş, nəticədə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu əldə eməsi barədə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********00 olan, xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyat aparılmışdır. Daha sonra daşınmaz əmlakın dövlət reyeastrində iddiaçının xeyrinə aparılmış həmin qeydiyyat ləğv edilmişdir. Qeydiyyatın ləğv olunmasına əsas qanuni qüvvəsini almış Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2156/2023 nömrəli qərarı olmuşdur. Hazırda iddiaçı, mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olmasına, cavabdeh tərəfindən onun mülkiyyət hüququnun pozulmasına istinad edərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə görə, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Qeyd olunan maddi və prosessual hüquq normalarının mənasından göründüyü kimi, mübahisəli torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edən iddiaçı, sübut etməlidir ki, o, həmin əmlak üzərində əmlak hüquqlarına malikdir. Lakin iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınsa da, sonradan 25 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən dövlət reyestrində iddiaçının xeyrinə aparılmış qeyd ləğv edilmişdir. Belə olan halda, hesab edilməlidir ki, iddiaçının bu kimi iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassızdır və təmin edilməməlidir. Lakin işə baxan Rayon Məhkəməsi əsassız olan iddianı təmin etmiş, bununla da iş üzrə maddi və prosessual hüquq nomalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamə və xx.xx.2023cü il tarixli əlavə qətnamə səhvdir və işin hallarına uyğun deyil, cavabdehin verdiyi apellyasiya şikayəti qismən əsaslıdır. Apellyasiya baxışının nəticələrini, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək işin başlanmasına əsas olmuş iddia tələbi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən, 100 manat ekspertiza xərci MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçıya aid edilməli, bu məqsədlə iddiaçıdan ekspertiza xərcinin əvəzi kimi 100 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli qətnamə və 18 aprel 2023-cü il tarixli əlavə qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100(yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1369/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1369/2025
21.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver