Məhkəmə qərarları › İş №2(104)-137/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-137/2025

07.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-137/2025 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edənməruzəçi), X8 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdehlər cavabdeh2, cavabdeh1 və onun nümayəndəsi vəkil Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və Məmmədova(Həsənova) Günay Qiyas qzının nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağa Mülkiyyət Hüququna dair JN-0637, KOD ******** nömrəli Dövlət Aktının surətindən görünür ki, Xanlar (Göygöl) rayonu Aqrar İslahat Komissiyasının ## ###### 2001ci il tarixli ** nömrəli qərarı ilə Xanlar rayonu Üçtəpə kənd sakini X9 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0,12 ha torpaq sahəsi verilmişdir.

2. 4Ə-134441 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil olmuş, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonunun Üçtəpə kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-0637, KOD ******** nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 5000 manata İddiaçı satmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ## #### 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ## ###### 2019-cu il tarixli A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.044 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ## #### 2017-ci il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və ## ###### 2019-cu il tarixli A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.0741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ### 2018-ci il tarixli RX seriyalı ****** nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,26 ha torpaq sahəsi cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X5 paylı mülkiyyətindədir.

6. Torpağa mülkiyyət hüququna dair JN-0636 KOD ******** nömrəli Dövlət Aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının ## ###### 2001-ci il tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X3 0,12 ha torpaq sahəsi verilmişdir.

7. 4Ə-427 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil olmuş, ## ###### 2016-cı il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonunun Üçtəpə kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-0636, KOD ******** nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 5000 manata cavabdeh2 satmışdır.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2022-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,118 ha torpaq sahəsi cavabdeh2 olunun xüsusi mülkiyyətindədir.

9. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2021-ci il tarixli **/**** nömrəli rəydən görünür, RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, A ****** nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 0,0741 ha (741,0 kv.m) torpaq sahəsinin 0,0467 ha (467,0 kv.m) hissəsi cavabdeh cavabdeh2 faktiki istifadəsində, RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, A ****** nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 0,0741 ha (741,0 kv.m) torpaq sahəsinin 0,0156 ha (156 kv.m) hissəsi cavabdeh cavabdeh1 faktiki istifadələrindədir. RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, A ****** nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdeh cavabdeh2 tərəfindən 8,0 metr uzunluğunda metal tor hasarın quraşdırıldığı; RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəlim çıxarışın A ****** nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdeh cavabdeh1 tərəfindən iki hissədən (7 metr, 6,80 metr) ibarət ümumi uzunluğu 13,80 metr olan daş hasar inşa edildiyi; RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın A ****** nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 78.0 kv.m hissəsi üzərində cavabdeh cavabdeh1 tərəfindən tikili inşa edilmişdir.

10. Apellyasiya məhkəməsində birinci icraat zaman iş üzrə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmiş və ekspert qarşısında ## #### 2017ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ## ###### 2019-cu il tarixli A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Göygöl rayonunun Üçtəpə kəndində iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan 0,044 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ### 2018ci il tarixli RX seriyalı ****** nömrəli çıxarış əsasında Göygöl rayonu Üçtəpə kəndində yerləşən və cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X5 paylı mülkiyyətində olan 0,26 ha torpaq sahəsi, eləcədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2022-ci il tarixli ********** nömrəli çıxarış əsasında Göygöl rayonu Üçtəpə kəndində yerləşən və cavabdeh2 olunun xüsusi mülkiyyətində olan 0,118 ha torpaq sahəsi ilə üst üstə düşüb-düşməməsini, eləcədə üst-stə düşdüyü halda hansı hissələrdə və cavabdeh cavabdeh2 və cavabdeh1 ayrı-ayrılıqda inşa etdikləri tikililərin özlərinə aid torpaqda və ya iddiaçı İddiaçı mülkiyyətində olan torpaqda olubolmamasına dair suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2023-cü il tarixli **/**** nömrəli ekspert rəyi alınmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinin ## ### 2023-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan 440,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan 2600,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuş; Cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 193,0 kv.m torpaq sahəsinin cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərində olan 2600,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşmədiyi; Cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 193,0 kv.m torpaq sahəsinin 78,0 kv.m hissəsinin İddiaçı mülkiyyətində olan 741,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi; İddiaçı mülkiyyətində olan 440,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə cavabdeh2 mülkiyyətində olan 1180,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmiş; Cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149,0 kv.m torpaq sahəsinin 90,0 kv.m hissəsinin cavabdeh2 öz mülkiyyətində olan 1180,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində olduğu, cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149,0 kv.m torpaq sahəsinin isə İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yerləşdiyi müəyyən olunmuşdur.

11. Apellyasiya icraatı zamanı əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin ## ###### 2026-ci il tarixli, *-**- *-**/*-***/**** saylı mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəsis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə sözügedən torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir:

1. ##.##.2017-ci il tarixli RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış və ##.##.2019-cu il tarixli A ****** nömrəli planı və ölçüsü sənədinə əsasən, Göygöl rayonu Üçtəpə kəndində ərazisində, İddiaçı xüsusi mülkiyyətində olan 0.0741 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi ilə, ## ### 2018-ci il qeydiyyat tarixli RX seriyalı ****** nömrəli, ************ reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A ****** nömrəli planı və ölçüsü sənədinə əsasən cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X5 paylı mülkiyyətlərində olan 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür.

2. Mübahisəli torpaq sahəsinə keçirilən baxış zamanı, cavabdeh tərəfindən inşa edildiyi bildirilən fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin 69.0 kv.m hissəsi, köməkçi tikilinin 27.5 kv.m hissəsi, faktiki istifadəsində olan torpaq sahəsinin isə 70.6 kv.m hissəsi, ************ reyestr nömrəli Çıxarış və həmin Çıxarışın ##.##.2019-cu il tarixli A ****** nömrəli planı və ölçüsü sənədinə əsasən, Göygöl rayonu Üçtəpə kəndində ərazisində, İddiaçı xüsusi mülkiyyətində olan 0.0741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Lakin, Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına istinadən, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və tikililər, ************ reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşmir.

3. ##.##.2017-ci il tarixli RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış və ##.##.2019-cu il tarixli A ****** nömrəli planı və ölçüsü sənədinə əsasən, Göygöl rayonu Üçtəpə kəndində ərazisində, İddiaçı xüsusi mülkiyyətində olan 0.0741 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi ilə, ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışa və həmin çıxarışın A ****** nömrəli plan və ölçü sənədinə əsasən, cavabdeh2 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür.

4. Cavabdeh cavabdeh2 inşa etdiyi tikili, ************ reyestr nömrəli Çıxarış və həmin Çıxarışın ##.##.2019-cu il tarixli A ****** nömrəli planı və ölçüsü sənədinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan 0.0741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşmir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS) və AZCAD məlumatlarında, ************ reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.0741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.0696 ha qeyd edilməklə, cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində göstərilmişdir. Belə olan olan təqdirdə də, cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evi, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Lakin cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində mövcud olan yarım tikili və daş hasar, TEKUİS və AZCAD məlumatlarına istinadən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı məlumatdan görünür ki, mütəxəssis rəyində qeyd olunanlara əsasən cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə X14 Uçotu İnformasiya Sisteminə (TEKUİS və AZCAD) əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşən hissəsi üzərində yarım tikili və daş hasar yerləşir. Həmin yarımtikilinin yerləşdiyi sahə 52.5 kvm, yarımtikiliyə qədər olan daş hasarın uzunluğu 44.5 metr təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Göygöl rayonun Üçtəpə kəndi ərazisində xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli ## ###### 2019-cu il il tarixli AN ****** nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlar üzrə 1-2 nöqtə - 6,28 metr, 2-3 nöqtə 106,04 metr, 3-4 nöqtədə 7,69 metr və 4-1 nöqtədə 106,09 metr ölçülü ümümilikdə 0,0741 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin cavabdeh cavabdeh2 tərəfindən qanunsuz zəbt edildiyindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması; Göygöl rayonun Üçtəpə kəndi ərazisində xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli ## ###### 2019-cu il il tarixli AN ****** nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin kordinatları üzrə 1-2 nöqtə - 48,54 metr, 2-3 nöqtə 19,69 metr, 3-1 nöqtədə 44,69 metr ölçülü ümumilikdə 0,044 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi cavabdeh cavabdeh1 tərəfindən qanunsuz zəbt edildiyindən çıxarılması və həmin torpaq sahəsində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırmışdır ki, Xanlar (Göygöl) rayonu Aqrar İslahat Komissiyasının ## ###### 2001-ci il tarixli ** nömrəli qərarı ilə Xanlar rayonu Üçtəpə kənd sakini X9 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X9 5000 manata ona satmışdır. Torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, eləcədə Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Lakin mülkiyyətində olan torpaq sahəsini cavabdehlər cavabdeh2 və cavabdeh1 qanunsuz zəbt etmişlər və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev inşa etmişlər. Dəfələrlə cavabdehlərdən xüsusi mülkiyyətində olan 0,0741 ha və 0,044 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxmalarını və tikilmiş evlərin öz hesablarına sökülməsini tələb etsədə, heç bir nəticə əldə etməmişdir. Həmçinin Göygöl rayon Polis şöbəsinə şikayət ünvanlamış, lakin ## ###### 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır.

15. İddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli ************ reyestr nömrəli çıxarışla, ## ###### 2019-cu il il tarixli A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən döngə nöqtələri koordinatlar üzrə 1-2 nöqtə 6,28 metr, 2-3 nöqtə 106,04 metr, 3-4 nöqtədə 7,69 metr və 4-1 nöqtədə 106,09 metr ölçülü, ümümilikdə cəmi 0,0741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh cavabdeh2 və cavabdeh1 tərəfindən qanunsuz zəbt edildiyindən onların həmin torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində tikilmiş tikililərin (ev, yarım tikili, daş hasar, metal tor və s tikililərin ) cavabdehlərin öz hesablarına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və torpaq sahəsinin istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh2 tərəfindən (İddiaçı mülkiyyətində olan 0,0741 ha torpaq sahəsinin hüdudları daxilində) inşa edilmiş tikililər (fərdi yaşayış evi, daş hasar, metal tor, yarım tikililər sökülərək) sökülərək, zəbt edilmiş torpaq sahəsi İddiaçı istifadəsinə verilməsi; cavabdeh1 tərəfindən (İddiaçı mülkiyyətində olan 0,0741 ha torpaq sahəsinin hüdudları daxilində) inşa edilmiş tikililər (fərdi yaşayış evi, daş hasar, metal tor, yarım tikililər və s) sökülərək, zəbt edilmiş torpaq sahəsi İddiaçı istifadəsinə verilməsi; cavabdeh2 və cavabdeh1 müştərək qaydada 311 (üç yüz on bir) manat (mütəxəssis rəyinə görə) tutularaq Kapitalbank ASC Xətai filialı Kod 200071, VOEN (bank) 9900003611, SWİFT AIIBAZ2X, müxbir hesab AZ37NABZ01350100000000001944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, AZ23AIIB38030019443701778107 VÖEN 1302005671 hesaba və 100 (bir yüz) manat (ekspertiza rəyinə görə) tutularaq Az.MEM, VÖEN 1700326621, Hesab №AZ**CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- 1401555071, AZ41NABZ01360100000000003944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilməsi qət edilmişdir.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 103.1, 213, 217.2, 217.4, 216-220, 227, 230, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Məmmədov Aybəniz Əsgər qızı apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmamış və təqdim olunmuş subutlara qiymət verməmişdir. Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,26 ha torpaq sahəsi 2001-ci ildə Aqrar İslahat aparılan zaman onlara vermiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ### 2018-ci il tarixli RX seriyalı ****** nömrəli çıxarışla hüquqları qeydə alınmışdır. İddiaçı İddiaçı isə 2017-ci ildə Dürdanə Hüseynovadan 0,12 ha torpaq sahəsi almışdır. Həmin ərazidə Aqrar İslahat aparılan zaman Dürdanə Hüseynovanın yeri siyahıda 637, onları yeri isə 639-cu sırada olmuşdur. Belə olan halda İddiaçı torpaq sahəsini zəbt edərək tikinti işlərinin aparılması mümkünsüzdür. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslansada, ekspertiza keçirilən zaman iştirakı təmin olunmamış və sərhədlər düzgün göstərilməmişdir.

20. Həmçinin cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmamış və təqdim olunmuş subutlara qiymət verməmişdir. Gəncə “ASAN xidmət” Mərkəzində notariat kontorunda ## ###### 2016-cı il tarixdə *Ə-*** nömrəli alqı-satqı müqaviləsi bağlayaraq Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsini almış və həmin tarixdən torpaq sahəsini idarə etmişdir. Həmin ərazidə Aqrar İslahat aparılan zaman Dürdanə Hüseynovanın yeri siyahıda 637, onun yeri isə 636-cı sırada olmuşdur. Belə olan halda İddiaçı torpaq sahəsini zəbt edərək tikinti işlərinin aparılması mümkünsüzdür. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslansada, ekspertiza keçirilən zaman iştirakı təmin olunmamış və sərhədlər düzgün göstərilməmişdir.

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyasında birinci icraat

23. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə (Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə) cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, RX seryalı ## #### 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ## ###### 2019-cu il tarixli A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçı İddiaçı mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 78,0 kv.m. hissəsindən cavabdeh cavabdeh1 çıxarılması və zəbt edilmiş hissədə inşa etdirdiyi tikilinin onun öz vəsaiti hesabına sökülməsi, RX seryalı ## #### 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ## ###### 2019-cu il tarixli A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçı İddiaçı mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 59 kv.m hissəsindən cavabdeh X4 çıxarılması və zəbt edilmiş hissədə inşa etdirdiyi tikilinin onun öz vəsaiti hesabına sökülməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (100+100=200) manatın 100 manatı cavabdeh cavabdeh1, 100 manatı isə cavabdeh cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

Kassasiya instansiyasında icraat

24. Cavabdeh cavabdeh1 (vəkil Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə cavabdeh cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2023-cü il tarixli *(***)- ***/**** saylı qətnaməsinin qismən, iddianın cavabdeh cavabdeh1 münasibətdə təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni baxışa göndərilməsi qərara alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, o, heç kimin torpaq sahəsini zəbt etməmiş, mübahisəli torpaq sahəsini 2016-cı ildə almışdır.

27. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və Məmmədova(Həsənova) Günay Qiyas qzının nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

30. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

31. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

32. Əvvəlki məhkəmə iclasında iştirakı təmin edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi Sevindik Həsənov məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ilkin olaraq dövlət tərəfindən qeydiyyata alınmış çıxarış sənədi və həmin çıxarış sənədi əsasən qeydiyyata alınmış plan ölçü sənədində göstərilən koordinatlara əsasən üst-üstə düşmə halı yoxdur. Torpaqların kadastr uçotu informasiya sisteminə əsasən torpaq sahələr üstü-üstə düşmür. TEKUİS-ə əsasən cavabdeh1 aid olan torpaq sahəsi üst-üstə düşmür. cavabdeh2la iddiaçı İddiaçı mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədlərinə əsasən torpaq sahələrinin üst-üstə düşmə halı yoxdur. cavabdeh2 inşa etdiyi tikili də, nə TEKUİS-ə görə də, nə də mülkiyyət sənədinə görə üst-üstə düşmür. cavabdeh2 TEKUİS-də yerini az qeyd ediblər. Vasifin faktiki istifadəsində olan torpaq sahəsi TEKUİS-də İddiaçı yerindədir. Vasifin yarım tikilisi və daş hasarı TEKUİS məlumatına görə Sahibin yeridir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, baza sistemində olan məlumatlar bu cürdür. AR Prezidentinin fərmanına əsasən TEKUİS 2016-cı ildən tətbiq olunmağa başlanmışdır, 2020-ci ildə 2021-ci ilin əvvəllərində isə bitib. Daha sonra həmin vaxt bu günə qədər TEKUİS-ə texniki dəyişikliklər edilmiş və müntəzəm olaraq dəyişikliklər edilir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:

33. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

34. Maddə 139. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü maddə).

35. Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

37. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

39. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

40. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

41. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

43. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:

44. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.

45. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

46. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

55. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

56. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

57. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

58. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Hazırkı apellyasiya şikayətlərində qətnamə cavabdehlər tərəfindən ümumilikdə mübahisələndirilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi qismən, iddianın cavabdeh cavabdeh1 münasibətdə təmin edilən hissəsində ləğv edildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən, cavabdeh1 apellyasiya şikayəti isə tam təmin edilməli, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

61. İşin hallarından görünür ki, Xanlar (Göygöl) rayonu Aqrar İslahat Komissiyasının ## ###### 2001-ci il tarixli ** nömrəli qərarı ilə Xanlar rayonu Üçtəpə kənd sakini X9 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0,12 ha torpaq sahəsi verilmiş, X9 isə Göygöl rayonunun Üçtəpə kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN- 0637, KOD ******** nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 5000 manata İddiaçı satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ## #### 2017-ci il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və ## ###### 2019-cu il tarixli A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.0741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ### 2018ci il tarixli RX seriyalı ****** nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,26 ha torpaq sahəsi cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X5 paylı mülkiyyətindədir. Torpağa mülkiyyət hüququna dair JN-0636 KOD ******** nömrəli Dövlət Aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının ## ###### 2001-ci il tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X3 0,12 ha torpaq sahəsi verilmiş, X3 isə Göygöl rayonunun Üçtəpə kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-0636, KOD ******** nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 5000 manata cavabdeh2 satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2022-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,118 ha torpaq sahəsi cavabdeh2 olunun xüsusi mülkiyyətindədir. İddiaçı İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli ************ reyestr nömrəli çıxarışla, ## ###### 2019-cu il il tarixli A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən döngə nöqtələri koordinatlar üzrə 1-2 nöqtə 6,28 metr, 2-3 nöqtə 106,04 metr, 3-4 nöqtədə 7,69 metr və 4-1 nöqtədə 106,09 metr ölçülü ümümilikdə cəmi 0,0741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh cavabdeh2 və cavabdeh1 tərəfindən qanunsuz zəbt edildiyindən onların həmin torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində tikilmiş tikililərin (ev, yarım tikili, daş hasar, metal tor və s tikililərin ) cavabdehlərin öz hesablarına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və torpaq sahəsinin istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

62. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.0741 ha torpaq sahəsi cavabdehlər tərəfindən daş hasar, metal torla hasarlanaraq zəbt olunmuş və müxtəlif növ tikililər tikilmiş, nəticədə mülkiyyətçinin mülkiyyət hüquqları pozulmuşdur. Birinci instansiya həmçinin ekspert rəyinə əsaslanaraq X2 mülkiyyətində olan 0,0741 ha (741,0 kvm) torpaq sahəsinin 0.0467 ha (467,0 kvm) hissəsinin cavabdeh cavabdeh2 və 0,0156 ha (156 kvm) hissəsinin cavabdeh cavabdeh1 tərəfindən zəbt edilməsi qənaətinə gəlmişdir.

63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması (TEKUİS) və AZCAD məlumatlarına istinadən xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Buna görə də, iş üzrə mütəxəssis cəlb edilmiş və əldə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin ## ###### 2026-ci il tarixli, *-**-*-**/*-***/**** saylı saylı məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, ##.##.2017-ci il tarixli RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış və ##.##.2019cu il tarixli A ****** nömrəli planı və ölçüsü sənədinə əsasən, Göygöl rayonu Üçtəpə kəndində ərazisində, İddiaçı xüsusi mülkiyyətində olan 0.0741 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi ilə, ## ### 2018-ci il qeydiyyat tarixli RX seriyalı ****** nömrəli, ************ reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A ****** nömrəli planı və ölçüsü sənədinə əsasən cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X5 paylı mülkiyyətlərində olan 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına istinadən, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və tikililər, ************ reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşmir.

64. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı dəlili olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə cavabdeh cavabdeh1 tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin istifadə eilməsi, iddiaçıya məxsus torpaq sahəsində hər hansı tikili inşa etməsi müəyyən olunmadığından və bu baxımdan cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir.

65. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən, cavabdeh1 apellyasiya şikayəti isə tam təmin edilməli, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, RX seryalı ## #### 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ## ###### 2019-cu il tarixli A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçı İddiaçı mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 59 kv.m hissəsindən cavabdeh X4 çıxarılmalı və zəbt edilmiş hissədə inşa etdirdiyi tikili onun öz vəsaiti hesabına sökülməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ## #### 2017-ci il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və ## ###### 2019-cu il tarixli A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçı İddiaçı mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 78,0 kv.m. hissəsindən cavabdeh cavabdeh1 çıxarılması və zəbt edilmiş hissədə inşa etdirdiyi tikilinin onun öz vəsaiti hesabına sökülməsi hissəsində iddia təmin edilməməlidir.

66. Həmçinin apellyasiya baxışı zamanı keçirilmiş mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat xidmət haqqı iddia tələbi cavabdeh cavabdeh1 münasibətdə təmin edilmədiyindən iddiaçı İddiaçı aid edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdeh1 apellyasiya şikayəti isə tam təmin edilsin. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. RX seryalı ## #### 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ## ###### 2019-cu il tarixli A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçı İddiaçı mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 59 kv.m hissəsindən cavabdeh X4 çıxarılsın və zəbt edilmiş hissədə inşa etdirdiyi tikili onun öz vəsaiti hesabına sökülsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (100+100=200) manatın 100 manatı iddiaçı İddiaçı, 100 manatı isə cavabdeh cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya baxışı zamanı keçirilmiş mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat xidmət haqqı iddiaçı İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar