Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1372/2023 25.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X1 Xidmətinə qarşı mülki iş üzrə Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X3, Cavabdeh X1 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-241/2023 saylı mülki iş üzrə 06 mart 2023-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Kəlbəcər rayonu, Kilisə kəndində doğulmuş, Kəlbəcər rayonu Qasımlar kəndində qeydiyyatdadır.
2. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 303 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Kəlbəcər RİHB-nin Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qasımlar kəndində daimi qeydiyyatdadır, məcburi köçkündür. Müvəqqəti olaraq Göygöl rayonu Çaykənd kəndində yaşayır.
3. İşdə olan Cavabdeh X1 Xidməti tərəfindən Göygöl rayonu Çaykənd kəndində müvəqqəti məskunlaşan İddiaçı ünvanlanmış 21/99-656 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Milli parkla bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı Göygöl Milli Parkı ilə 29 mart 2022-ci il tarixli 6 ay müddətinə bağlanılmış əmək müqaviləsinin bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 04 oktyabr 2022-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsi və işlə təmin olunmaq üçün yaşadığı ərazi üzrə məşğulluq mərkəzinə müraciət olunması tövsiyə edilmişdir.
4. İşdə olan Cavabdeh X1 Xidməti Göygöl Milli Parkının İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 119 nömrəli əmrindən görünür ki, Göygöl Milli Parkının bələdçisi İddiaçı ilə xx.xx.2022-ci il tarixdə 6 (altı) ay müddətində bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi gün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh X1 Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 Xidmətinin hərəkətinin qanunsuz hesab edilməklə onun işdən azad olunmağı ilə bağlı 04 oktyabr 2022-ci il tarixli, 119 nömrəli əmrini ləğv edərək tutduğu vəzifəsinə (işinə) bərpa olunmağına və məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsinə və cavabdeh tərəfindən onun qanunsuz vəzifədən (işdən) çıxmağı ilə bağlı ona dəymiş 5000 manat mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət, 14 ildən çox müddətdə Cavabdeh X1 Xidmətinin əməkdaşı olaraq əvvəlcə təsərrüfat müdiri və sonra ştat ləğv olunduğuna görə müqavilə ilə bələdçi kimi fəaliyyət göstərmişdir. O, işlədiyi 14 ildən çox dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun intizam tənbehi almamışdır. Qanun pozuntusuna yol verməmişdir. O, vəzifəsinin öhdəsindən həmişə layiqincə gəlmişdir və əmək fəaliyyətini layiqincə icra etmişdir. İddiaçı cavabdehin hazır ki, həm hərəkətini və həmçinin qəbul etdiyi əmri qanunsuz hesab edir. Buna əsasən ona tətbiq edilən Əmək Məcəlləsində əsassız olaraq əmək fəaliyyəti ilə bağlı fəaliyyətinə xitam verilməsinin səbəbi ilə maraqlanan zaman ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) aid olmayan maddə ilə 04 oktyabr 2022-ci il tarixdən işdən qərəzli olaraq çıxarılması məlum olmuşdur. O heç zaman fəaliyyəti zamanı qeyri-etik davranışlara yol verməmişdir. Onun ilə bağlanmış əmək müqaviləsinə xitam veriləndən sonra cavabdeh tələm-tələsik əmrləri ilə başqa şəxsləri Göygöl Milli Parkının ərazisində işə götürmüşdür. Bu səbəbə görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Göygöl Rayon Məhkəməsinin 2(066)-241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh X1 Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-241/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, 14 il müddətində qeyd edilən qurumda işləmir və heç bir vaxt qanun pozuntusuna yol verməmiş, inzibati tənbeh almamışdır. Lakin, qərazli olaraq işdən azad edilmişdir. Hesab edir ki, Göygöl Milli Parkının qəbul etdiyi əmr əsassızdır. Belə ki, ona qanunsuz olaraq əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh X1 Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
13. Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
14. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar; İşçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. İşəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
15. Maddə 42. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
18. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. (Maddə 54.2) Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. (Maddə 54.4)
19. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır 21.MPM-in 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
22. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin qətnaməsi qanuni və əsaslı olmamışdır, ona görə də ləğv edilməlidir.
24. Belə ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, İddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia qaldırmışdır. İddia ərizəsindən göründüyü kimi, hazırki işdə cavabdeh kimi Cavabdeh X1 Xidməti göstərilmişdir. Halbuki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 119 nömrəli əmrindən görünür ki, həmin əmr Cavabdeh X1 Xidməti Göygöl Milli Parkının işəgötürəni tərərfindən verilmişdir və həmin əmrlə Göygöl Milli Parkının bələdçisi İddiaçı ilə xx.xx.2022-ci il tarixdə 6 (altı) ay müddətində bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi gün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Gğründüyü kimi, iddiaçı Göygöl Milli Parkında işləmiş, məhz həmin hüquqi şəxsin rəhbərinin müvafiq əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir.
25. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsl olmayan cavabdehə qarşı qaldırılması məsələsini araşdırmamış və nəticə etibarilə MPM-in 54-cü maddəsinin tələblərinin pozulması ilə məhkəmə aktı qəbul etmişdir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
27. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, işə apellyasiya qaydasında baxılarkən əsl olmayan tərəfin əvəz edilməsinə yol verilmir. Ona görə də işin hazırki apellyasiya baxışı zamanı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh X1 Xidməti Göygöl Milli Parkının xx.xx.2022-ci il tarixli, 119 nömrəli əmrinin qanuni olub olmaması məsələsinə hüquqi qiymət verilə bilməz.
28. Buna görə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-241/2023 saylı mülki iş üzrə 06 mart 2023-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia əsl olmayan cavabdehə qarşı qaldırıldığından rədd edilməlidir. 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.4, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-241/2023 saylı mülki iş üzrə 06 mart 2023-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia əsl olmayan cavabdehə qarşı qaldırıldığından təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.