Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1372/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X8 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon X4 qarşı əmrin ləğv edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-379/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməs m indən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq əhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş Qazax rayon X5 üzrə xx.xx.2023-cü il tarixli, 148 saylı əmrdən görünür ki, nizam-intizan qaydalarını kobud şəkildə pozduğuna görə X2 direktoru, Mərkəzdə fəhlə vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir.
2. İşdə olan, Qazax rayon X5 üzrə xx.xx.2023-cü il tarixli, 151 saylı əmrdən görünür ki, Qazax rayon X3 fəhlə vəzifəsində işləyən İddiaçı töhmət verilmiş, işçinin nəzərinə çatdırılmış ki, gələcəkdə belə hallar baş verərəsə, əmək qanunvericiliyinin tələblərinə əsasən onun barəsində daha ciddi tədbirlər görülməsi, işçi əmrin mətni ilə tanış edilməsi, tanış etmək mümkün olmadıqda əmrin surəti rəsmi qaydada işçinin ünvanına göndərilməsi, töhmət verilməsi barədə əmrindən çıxarışın X12 şəxsi işinə tikilməsi və əmrin icrasına nəzarət Qazax rayon X2 direktor müavini X7 həvalə edilmişdir.
3. İşdə olan, Qazax rayon X5 üzrə xx.xx.2023-cü il tarixli, 152 saylı əmrdən görünür ki, Qazax rayon X3 fəhlə vəzifəsində işləyən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, gələcəksə belə hallar baş verərəsə, əmək qanunvericiliyinin tələblərinə əsasən onun barəsində daha ciddi tədbirlər görülməsi, işçinin əmrin mətni ilə tanış edilməsi, tanış etmək mümkün olmadıqda əmrin surətinin rəsmi qaydada işçinin ünvanına göndərilməsi, töhmət verilməsi barədə əmrdən çıxarışın X12 şəxsi işinə tikilməsi və əmrin icrasına nəzarət Qazax rayon X2 direktor müavini X7 həvalə edilməsi əmr edilmişdir.
4. İşdə olan, işə davamiyyət jurnalından görünür ki, Qazax rayon X3 fəhlə vəzifəsində işləyən İddiaçı 15 yanvar 2018-ci il tarixdən 20 dekabr 2023-cü il tarixədək olan iş günlərində işdə olması qeyd olunmamışdır.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qazax-Tovuz regional şöbəsinin İddiaçı ünvanladığı 02 fevral 2024-cü il tarixli 3-17-5/2-N-6031/2024 saylı məktubundan görünür ki, Qazax rayon X2 rəhbərliyinin təqdim etdiyi 58 nömrəli 15.01,2024-cü il tarixili məktubdan və təqdim edilmiş digər sənədlərdən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işə gəlmədiyinə görə əmək haqqının dayandırılması barədə xx.xx.2023-cü il tarixli 144 nömrəli əmr, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işə gəlmədiyinizə görə əmək haqqının dayandırılması barədə xx.xx.2023-cü il tarixli 149 nömrəli əmr və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işə gəlmədiyinizə görə isə əmək haqqınızın dayandırılması barədə xx.xx.2023-cü il tarixli 154 nömrəli əmr verildiyi məlum olmuşdur. xx.xx.2023-cü il tarixdə işə gəlib işə davamiyyət tabelini imzalayıb saat 11:30-dan 12:00-a kimi işdə olduğunuz və icazəsiz iş yerini tərk etdiyiniz məktubda qeyd edilmişdir. Təqdim edilmiş sənədlərdən əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinizə görə barənizdə xx.xx.2023-cü il tarixli 148 nömrəli xəbərdarlıq, xx.xx.2023-cü il tarixli 151 nömrəli töhmət və xx.xx.2023-cü il tarixli 152 nömrəli şiddətli töhmət verildiyi məlum olmuşdur. Eyni zamanda şəxsi işinizin və yazılı əmək müqavilənizin Qazax rayon X2 sabiq direktoru Nümayəndə tərəfindən təhvil verilmədiyi, hazırda Qazax rayon X3 əmək müqavilənizə xitam verilmədiyi məktubda qeyd edilmişdir. Hazırda Qazax rayon UşaqX10 direktor əvəzi işləyən X13 xx.xx.2024cü il tarixdə DƏMX Qazax-Tovuz regional şöbəsinə verdiyi izahatda xx.xx.2023-cü il tarixdən Qazax rayon X3 direktor əvəzi vezifəsində işlədiyini və işə gəlmədiyinizə görə hər gün üçün tərtib edilmiş aktlar sayca olduğuna görə hər həftəlik (6 günlük) tərtib edilmiş aktlara əsasən bir akt tərtib edildiyini və cəmlənmiş aktların bir akta qeydiyyatı zamanı həmin aktın tərtib edilmə tarixinin texniki səhv olaraq qeyd edildiyini bildirmişdir. Barənizdə tərtib edilmiş xəbərdarlıq əmrlərinin ləğv edilməsi üçün məhkəməyə müraciət etdiyiniz və hazırda həmin işə məhkəmədə baxıldığ qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı əmək müqaviləsi qüvvədə olduğu müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon X4 qarşı Azərbaycan Respublikası Qazax rayon Uşaq -X10 direktor əvəzinin 11 dekabr 2023-cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qazax rayon X2 direktor əvəzinin 11 dekabr 2023cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrinin, 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmrinin ləğv edərək, 15 noyabr 2023-cü il tarixdən əsassız olaraq ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-ci il tarixdən Qazax rayon X3 işləmişdir. Bu günədək işində nizam-intizamlı olmuş və heç vaxt barəsində intizam tənbeh tədbiri görülməmişdir. İşinə həmişə davamiyyətli olmuşdur. 11 dekabr 2023-cü il tarixdə əsassız olaraq barəsində xəbərdarlıq haqqında əmr verilmişdir. 12 dekabr 2023-cü il tarixli məktubla bu əmr və aktlar ona gec göndərilmişdir. Ona göndərilmiş 15 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, guya ki, o 15,16,17,18 noyabr 2023-cü il tarixlərində, 20 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 20, 21, 22, 23,24,25 noyabr 2023-cü il tarixlərdə, 27 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 27, 28, 29, 30 noyabr 2023-cü il tarixlərdə, 04 dekabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 4, 5, 6, 7, 8, 9 dekabr 2023-cü il tarixlərdə heç bir üzrlü səbəb göstərmədən işdə olmamışdır. Bu aktların yalan olması belə ondan görünür ki, bu aktlar tərtib olunduğu gündən əvvəlki tarixləri göstərir. Əgər 04 dekabr 2023-cü il tarixdə akt tərtib edilərkən işçinin 5, 6, 7, 8 və 9 dekabr 2023-cü il tarixlərdə işdə olmadığı hardan müəyyən edilir. Bu qanunsuz aktlar Mərkəzin direktor əvəzi Vüsalə Nəsibova, müavin Afaq Həsənova və təşkilatçı müavin Rima Xanbabayeva tərəfindən tərtib edilmiş və onunbundan heç bir xəbəri olmamışdır. Bu qanunsuz aktlar əsasında isə 11 dekabr 2023-cü il tarixli əmri vermişlər. Bununla da bu şəxslər tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. Ona qarşı edilmiş bu qanunsuzluqlarla bağlı tələbi odur ki, bu şəxslər Mərkəzin direktor əvəzi Vüsalə Nəsibova, müavin Afaq Həsənova və təşkilatçı müavin Rima Xanbabayeva barəsində inzibati və intizam tədbirləri görülsün. Hansı ki, Mərkəzin direktor əvəzi Vüsalə Nəsibovanın ali təhsil haqqında diplomu belə dövlət nümunəli deyildir. O, həmçinin Mərkəzin direktor əvəzi olmasına baxmayaraq özünün verdiyi əmrdə direktor kimi təqdim edir. Bunları nəzərə alan da, yoxdur. Aktlarda və eləcə də, əmrdə onun soyadı belə səhv yazılmışdır. Qanunsuz olaraq onun barəsində intizam təndeh tədbiri olaraq xəbərdarlıq müəyyən edilmişdir. Bundan başqa Qazax rayon X2 direktor əvəzi Vüsalə Nəsibova qanunsuz olaraq onu işə buraxmır. 15 noyabr 2023-cü il tarixdən onun əmək haqqını da ödəmir. Hansı ki, o hələdə həmin işdə işçi olaraq işləyir. Ona işə qanunsuz olaraq təziqlər edirlər. Bu yetmirmiş kimi əmək haqqını da vermirlər. Bu əmrlər verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh bu əmrləri qəbul edərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186 və 187 yuxarıda qeyd etdiyimiz digər maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qazax Rayon Məhkəməsinin 2(023)-379/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilməmişdir.
10. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, Qazax rayon X5 üzrə xx.xx.2023-cü il tarixli, 148 saylı əmrinə əsasən nizam-intizan qaydalarını kobud şəkildə pozduğuna görə X2 direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Qazax rayon Uşaq X17 üzrə direktoru əvəzi X1 Nicat Azər oğlunun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 3-cü hissəsinə xx.xx.2023-cü il tarixli 148 nömrəli xəbərdarlıq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2ci maddəsinin “a” bəndinə və 188.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli 151 nömrəli töhmət və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə və 188.1-ci maddəsinə əsasən xx.xx.2023- cü il tarixli 152 nömrəli şiddətli töhmət vermişdir. Bundan başqa məhkəmə iclasında, elan edilmiş davamiyyət jurnalından və iş üzrə dindirilmiş şahid ifadələrindən də, görünür ki, İddiaçı işə qəbul olduğu tarixdən hazırkı vaxtadək bir gündə olsun işə gəlməmişdir. Odur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon UşaqX6rşı Azərbaycan Respublikası Qazax rayon X2 direktor əvəzinin 11 dekabr 2023-cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrinin, 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023cü il tarixli əmrinin ləğv edərək, 15 noyabr 2023-cü il tarixdən əsassız olaraq ödənilməmiş əmək haqqının ödənilməsinə tələbinə dair iddiası təmin edilə bilməz.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1 və 186.2 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
Apellyasiya şikayətinin dəlilləri
12. Qazax Rayon Məhkəməsinin 2(023)-379/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(023)-379/2024 nömrəli qətnaməsinin ləğv edərək, iddianın tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon X4 qarşı Azərbaycan Respublikası Qazax rayon Uşaq -X10 direktor əvəzinin 11 dekabr 2023-cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmə dövründə məlum oldu ki, digər qanunsuz əmrlərdə verilmişdir. Buna görə də o, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qazax rayon X2 direktor əvəzinin 11 dekabr 2023-cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrinin, 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmrinin ləğv edərək, 15 noyabr 2023-cü il tarixdən əsassız olaraq ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişəm. Qazax rayon məhkəməsi 23 aprel 2024-cü il tarixli, 2(023)-379/2024 nömrəli qətnaməsi ilə iddiasını təmin etməmişdir. Bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə heç bir real araşdırma aparmamışdır. Hansı ki, iş üzrə dindirilmiş şahid X9 2023-cü ilin sentyabr ayı üçün ona əmək haqqı yazmış və oktyabr ayı üçün isə Təranə Səmədova ona əmək haqqı yazmışdır. Hansı ki, o, məhkəmədə şahid qismində verdiyi izahatında qeyd edir ki, guya onu tanımır. Digər şahidlər isə yeni direktor əvəzinin təziqləri ilə yalan izahatlar vermişlər. Hansı ki, bu şəxslər kənd məktəblərində işləyirlər və ayda bir neçədə Mərkəzin inzibati binasına gəlirlər. Məhkəmə isə mənim barəmdə əmrlər verilərkən qanuvericiliyin tələblərinin pozulmasını heç nəzərə almamışdır. O iddia ərizəsində göstərmişdir ki, 2016-ci il tarixdən Qazax rayon X3 işləyir. Bu günədək işində nizam-intizamlı olmuş və heç vaxt barəsində intizam tənbeh tədbiri görülməmişdir. İşinə həmişə davamiyyətli olmuşdur. 11 dekabr 2023-cü il tarixdə əsassız olaraq barəsində xəbərdarlıq haqqında əmr verilmişdir. 12 dekabr 2023-cü il tarixli məktubla bu əmr və aktlar ona göndərilmişdir. Ona göndərilmiş 15 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki,guya ki, o, 15, 16,17,18 noyabr 2023-cü il tarixlərində, 20 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 20, 21, 22, 23,24,25 noyabr 2023-cü il tarixlərdə, 27 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 27, 28, 29, 30 noyabr 2023-cü il tarixlərdə, 04 dekabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 4, 5, 6, 7, 8, 9 dekabr 2023-cü il tarixlərdə heç bir üzrlü səbəb göstərmədən işdə olmamışdır. Bu aktların yalan olması belə ondan görünür ki, bu aktlar tərtib olunduğu gündən əvvəlki tarixləri göstərir. Əgər 04 dekabr 2023-cü il tarixdə akt tərtib edilərkən işçinin 5, 6, 7, 8 və 9 dekabr 2023-cü il tarixlərdə işdə olmadığı hardan müəyyən edilir. Bu qanunsuz aktlar Mərkəzin direktor əvəzi Vüsalə Nəsibova, müavin Afaq Həsənovavə təşkilatçı müavin Rima Xanbabayeva tərəfindən tərtib edilmiş və onun bundan heç bir xəbəri olmamışdır. Bu qanunsuz aktlar əsasında isə 11 dekabr 2023-cü il tarixli əmri vermişlər. Bununla da bu şəxslər tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. Ona qarşı edilmiş bu qanunsuzluqlarla bağlı tələbi odur ki, bu şəxslər Mərkəzin direktor əvəzi Vüsalə Nəsibova, müavin Afaq Həsənovavə təşkilatçı müavin Rima Xanbabayeva barəsində inzibati və intizam tədbirləri görülsün. Hansı ki, Mərkəzin direktor əvəzi Vüsalə Nəsibovanın ali təhsil haqqında diplomu belə dövlət nümunəli deyildir. O, həmçinin Mərkəzin direktor əvəzi olmasına baxmayaraq özünü verdiyi əmrdə direktor kimi təqdim edir. Bunları nəzərə alan da, yoxdur. Aktlarda və eləcə də, əmrdə onun soyadı belə səhv yazılmışdır. Qanunsuz olaraq onun barəsində intizam təndeh tədbiri olaraq xəbərdarlıq müəyyən edilmişdir. Sonra 02 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası DƏMX-nin Qazax-Tovuz regional şöbəsindən ona məktub təqdim edildikdə məlum olur ki, onun barədə 151 nömrəli əmrlə 18 dekabr 2023-cü il tarixdə töhmət, 152 nömrəli əmrlə 22 dekabr 2023-cü il tarixli əmrlə şiddətli töhmət verilmişdir. Onu işə buraxmayan bu şəxslər bu gün qanunsuzluqlarını davam etdirmişlər. Bundan başqa onun əmək haqqının da hesablayaraq ödəmirlər. Bundan başqa Qazax rayon Uşaq –X10 direktor əvəzi Vüsalə Nəsibova qanunsuz olaraq onu işə buraxmır. 15 noyabr 2023-cü il tarixdən onun əmək haqqını da hesablayaraq ödəmir. Hansı ki, o, hələ də həmin işdə işçi olaraq işləyir. Onu işə qanunsuz olraq təzyiqlər edirlər. Bu yetmirmiş kimi əmək haqqını da vermirlər. Məhkəmə isə bu hallara münasibət bildirməmişdir. Məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərini pozmuşdur. Onun barəsində intizam tənbeh tədbiri barədə əmrlər verilərkən bu normaların tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa işə götürən tərəfindən onunla bağlı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə isə işin hallarına münasibətdə maddi hüquq normalarının tələblərini pozmuşdur. İşin hallarına münasibətdə maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmiş və tətbiq etdiyi normaları isə işin hallarına münasibətdə düzgün şərh etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 35. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
17. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
18. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
19. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
20. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
21. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
22. Maddə 169.2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
41. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-379/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
46. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qazax rayon X5 üzrə xx.xx.2023-cü il tarixli, 148 saylı əmrinə əsasən nizam-intizan qaydalarını kobud şəkildə pozduğuna görə X2 direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Qazax rayon Uşaq X17 üzrə direktoru əvəzi X1 Nicat Azər oğlunun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 3-cü hissəsinə xx.xx.2023-cü il tarixli 148 nömrəli xəbərdarlıq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2ci maddəsinin “a” bəndinə və 188.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli 151 nömrəli töhmət və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə və 188.1-ci maddəsinə əsasən xx.xx.2023- cü il tarixli 152 nömrəli şiddətli töhmət vermişdir. Bundan başqa məhkəmə iclasında, elan edilmiş davamiyyət jurnalından və iş üzrə dindirilmiş şahid ifadələrindən də, görünür ki, İddiaçı işə qəbul olduğu tarixdən hazırkı vaxtadək bir gündə olsun işə gəlməmişdir. Odur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon UşaqX6rşı Azərbaycan Respublikası Qazax rayon X2 direktor əvəzinin 11 dekabr 2023-cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrinin, 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023cü il tarixli əmrinin ləğv edərək, 15 noyabr 2023-cü il tarixdən əsassız olaraq ödənilməmiş əmək haqqının ödənilməsinə tələbinə dair iddiası təmin edilə bilməz.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, iddia tələbində Azərbaycan Respublikası Qazax rayon X2 direktor əvəzinin 11 dekabr 2023-cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrinin, 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmrinin ləğv edərək, 15 noyabr 2023-cü il tarixdən əsassız olaraq ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Xəbərdarlıq intizam tənbehi hesab edilmir və qanunvericilik xəbərdarlıq edilməsi üçün hər hansı bir qayda müəyyən etməmişdir. İddiaçı işində nizam-intizamlı olmasını və heç vaxt barəsində intizam tənbeh tədbiri görülməməsini, işinə həmişə davamiyyətli olmasını qeyd etsə də, iş materiallarında olan davamiyyət jurnalından və çoxsaylı aktlardan görünür ki, iddiaçı günlərlə iş yerində olmamışdır. Kollegiya qeyd edilənlər baxımından hesab edir ki, xəbərdarlıq haqqında əmrin ləğvi hissəsində iddia tələbi əsassızdır.
48. Kollegiya iddia tələbinin və apellyasiya şikayətinin 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi dəlili bağlı qeyd edir ki, həmin hissədə apellyasiya şikayəti əsaslıdır. Belə ki, intizam tənbehi tətbiq edilərkən Əmək Məcəlləsinin 187.1.-ci maddəsinin tələblərinə əməl edilməmiş, işçinin izahatı alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmır.
49. Kollegiya apellyasiya şikayətinin 15 noyabr 2023-cü il tarixdən əsassız olaraq ödənilməmiş əmək haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilən tarixdən iddiaçının işdə olmaması iş materialları ilə təsdiqini tapmışdır. İddiaçı onun məktəb direktoru tərəfindən işə buraxılmamasını qeyd etsə də, həmin halı təsdiqləyəcək heç bir sübut təqdim etməmişdir. İddiaçı işdə olmadığı və işləmədiyi dövr üçün əmək haqqı tələb etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
50. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-379/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, yəni 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Qazax Rayon Məhkəməsinin 2(023)-379/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-379/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, yəni 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmrin ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə təmin edilsin. Azərbaycan Respublikası Qazax rayon X2 direktor əvəzinin 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmri, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmri ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.