Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1376/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 və Gəncə şəhər 4 saylı notariat kontoruna qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-360/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 298/i saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-360/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X1, X2 və maraqlı şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsızlığı tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-360/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadından İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin həmin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi hazırlıq iclası müddətində məhkəməyə təqdim edilmiş iddia ərizəsi üzrə aparılmış iddia tələbinə dair dəqiqləşdirmə zamanı cavabdehlərə qarşı iddia tələbi qeyri dəqiq olmuşdur. İş materiallarından da göründüyü kimi iddia ərizəsi verildikdən sonra məhkəmə hazırlıq iclasları keçirilmiş və iddia ərizəsinə dəqiqləşdirmə verildikdən sonra məhkəmə iddia ərizəsini mümkün hesab etməmişdir. Hazırlıq iclasında tərəfindən məhkəməyə təklif edilərək iddia ərizəsi üzrə əlavə cavabdehlərlə bağlı dəqiqləşdirilmə aparılaraq onların cavabdehlər siyahısından çıxarılması və iddia tələbinin cavabdehlərə münasibətdə dəqiqləşdirilməsi barədə şifahi vəsatət verilsə də məhkəmənin iddia ərizəsini baxılmamış saxlaması əsassızdır. Məhkəmə tərəfindən ona nöqsanların aradan qaldırılması barədə heç bir təklif verilməmiş və şifahi vəsatətlə cavabdehlərin siyahısının dəqiqləşdirilməsi və iddia ərizəsində texniki səhvlərin aradan qaldırılması barədə məhkəməyə bildirilsə də məhkəmə tərəfindən əsassız olaraq iddia ərizəsi baxılmamış saxlamışdır. Hansı ki, uzun bir müddət məhkəmə hazırlıq iclasları keçirilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır Gəncə Şəhər Məhkəməsinin iş üzrə 13 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı Gəncə Şəhər Məhkəməsinin iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, şikayət təmin edilməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-360/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 13 mart 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, MPMnin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu səbəbdən də hazırki qərardadı qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməldir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarında da göründüyü kimi iddia ərizəsində MPM-də nəzərdə tutulmuş tələblər göstərilmədən, sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə tərəfindən həmin nöqsanların aradan qaldırılması üçün iddiaçıya xəbərdarlıq etməmiş, bunun üçün müddət təyin etməmişdir. Belə olan halda isə məhkəmə bu əsasla iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-360/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 13 mart 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-360/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 13 mart 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1376/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1376/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver