Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1377/2025 05.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma; mülkiyyət hüququna qanunsuz müdaxilə Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(021)-103/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X12, həmçinin digər Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə məhkəmə kollegiyası 05 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-0018 saylı, KOD: 61018038 olan dövlət aktından görünür ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X13 və İddiaçı 2,36 ha torpaq sahəsi verilmişdir;
2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 2,3571 ha torpaq sahəsi İddiaçı və X9 ümumi birgə mülkiyyətindədir (Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)- 1719/2022 nömrəli ilə torpağa mülkiyyət hüququna dair JN-0018 saylı Dövlət Aktındakı qeyd olunmuş mülkiyyətçi “İddiaçı” yazısının müvafiq olaraq mülkiyyətçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir);
3. Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir;
4. Bərdə regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş 25 dekabr 2019-cu il tarixli 2V-1839 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 vərəsəsidir və miras əmlakdan tam həcmdə pay almalıdır;
5. DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,8 ha torpaq sahəsi X8 xüsusi mülkiyyətindədir;
6. JN-0015 saylı, KOD: 61018038 olan Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh3 0.30 ha torpaq sahəsi verilmişdir;
7. JN-0016 saylı KOD: 61018038 olan Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə 1,24 ha torpaq sahəsi Cavabdeh2, X10 və X4 verilmişdir;
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli 10/8325 nömrəli ekspert rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Fərzəliyeva (Alıyeva) Məsmə X1 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan Bərdə rayonu, Hacıəhmədli kəndində yerləşən 0.8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN 0015 saylı, KOD 61018038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə Cavabdeh3 verilmiş ünvan 1ində yerləşən 0.30 ha torpaq sahəsinin və JN 0016 saylı, KOD 61018038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh2, X6, X4 verilmiş 1.24 ha torpaq sahəsinin yerləşmə məkanı və faktiki istifadəçilik vəziyyətinə dair koordinatları rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələri, TEKUİS məlumat bazasında mövcud hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən X13 və İddiaçı xüsusi mülkiyyətində olan Bərdə rayonu Hacıəhmədli kandində yerləşən 2.3571 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. TEKUİS məlumat bazasına əsasən cavabdehlərin sənəd üzrə mülkiyyətlərinə verilmiş mübahisəli torpaq sahələri, TEKUİS məlumat bazasında mövcud hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən X13 və İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 2.3571 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır Cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələrinin koordinatlarına uyğun naturada istifadə etmirlər. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Hacıəhmədli kəndində yerləşən onun mülkiyyətinə verilmiş 2,36 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiаçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X13 (vəfat etmişdir) və ona Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 15 dekabr tarixli 15 saylı qərarına əsasən 2,36 ha torpaq sahəsi verilmiş, həmin torpağa JN-0018 saylı, KOD: 61018038 olan Dövlət aktı da almışlar. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış da almışdır. Qeyd edilən torpaq sahələri onlara tanıdılsa da, bir neçə illərdir ki, 2,36 ha həmin torpaq sahələri həmkəndliləri Bərdə rayonu, Hacıəhmədli kənd sakinləri Cavabdeh1, Cavabdeh2, X7 istifadəsindədir. Analarının vəfatından sonra yaşayışları və güzəranlarını təmin etmək üçün torpaq sahələrindən istifadə etmək istəsələr də, cavabdehlər Cavabdeh1, İsmayıl və Müşviq Rüstəmovlar torpaqlarını onların istifadələrinə qaytarmamışdır. Bu səbəbdən də torpaqdan istifadə hüquqlarını həyata keçirə bilmirlər. Dəfələrlə ondan pay torpaq sahələrindən çıxmalarını tələb etsələr də, bir nəticəsi olmamışdır. Bu da onların maddi durumlarının ağırlaşmasına səbəb olmuşdur.
11. Bərdə Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(021)-103/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X13 və İddiaçı verilmiş onun xüsusi mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən 2,36 ha torpaq sahəsindən çıxarılması; İddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi; İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, habelə Mülki Məcəllənin 152, 157.2 və 157.4-cü maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdehlər Cavabdeh1 və X12 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
14. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Hər iki apellyasiya şikayəti eyni məzmunda tərtib edilərək belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsi ekspertiza rəyinin üzərində qurulmuşdur. Məhkəmə torpaq islahatları zamanı dövlət orqanlarının yol verdiyi xətaları vətəndaş olaraq onların üzərinə qoymaqla ciddi mənada hüquq pozuntusuna yol vermişdir. Mütəxəssis rəyində belə söhbət onların hansısa yer zəbt etməyindən getmir, pay bölgüsü ilə naturadakı istifadəçilik vəziyyəti arasında uyğunsuzluqda gedir ki, bu uyğunsuzluq da X13 və İddiaçı naturada torpaq sahəsi tanıdılmaması ilə əlaqədar olmalıdır, onların guya onun torpağını zəbt etməyilə bağlı deyil, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Dövlət islahatı təşkilati məsələlərini maliyyələşdirir, proqramı əsasında aparılmasını təmin edir. Onların üzərinə torpaq islahatları aparmaq kimi bir vəzifə qoyulmadığından Hacıəhmədli kəndində aparılmış torpaq islahatı zamanı zamanı X13 və İddiaçı naturada torpaq sahəsi tanıdılmamasına görə məsuliyyət daşımırlar. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir Belə bir vəziyyətdə onların mülkiyyət hüququnun birinci instansiya məhkəməsi tərəfindən diqqətə alınmadan pozulması Konstitusiyanın 29-cu maddəsinin - mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir prinsiplərinin, o cümlədən Mülki Məcəllənin 153.4-cü maddəsinin, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir normasının tələbləri də birinci instnasiya məhkəməsi tərəfindən iş üzrə tətbiq edilməli olduğu halda tətbiq edilməmiş və mülkiyyətılərinə iddiaçı tərəfindən qanunsuz müdaxiliyə imkan yaradılmışdır Faktiki birinci instansiya məhkəməsi onların mülkiyyətində olan torpaq sahəsini qanuni əsası olmadan alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verməyə yönəlik qərar qəbul edibdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi hazırda mübahisələndirlən qətnaməsində işin obyektiv və ədalətli həlli üçün təyin etdiyi ekspertizada aldığı mütəxəssis rəyinə istinad edərək yazır ki, “2. Sual: Həmin torpaq sahəsi zəbt edilmişdirmi və əgər edilmişsə nə qədər hissəsi və kim tərəfindən zəbt edilmişdir? Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdirmi? Cavab: Həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 tərəfindən 0.58 ha, Rüstəm o vİsmayıl Rüstəmoğlu tərəfindən 1.0 ha, Cavabdeh3 tərəfindən isə 0.77 ha torpaq sahəsi istifadə edilir.”, lakin izah edilməz birşəkioldə məhkəmə sonda gəldiyi yekun nəticədə guya bizimiddiaçının torpaq sahəsini zəbt etdiiymizə dair qərar vermişdir. Amma mütəxəssisin məhkəmənin qarşısında qoyduğu sualla mütəxəssisin cavabı arasındakı fərqə baxanda çox aydın şəkildə müəyyən etmək olur ki, mütəxəssis öz cavabı ilə əslində onların öz torpağından istifadə etdiyini etiraf etmişdir. Ekspert qanunvericiliklə ona verilən səlahiyyətlər və vəzifələr çərçivəsində ekspertizanın predmetinə aid olan məlumatları aydınlaşdırmalı idi. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin (sifariş) edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. (3.1.6. 5.3.) ( Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında tərəfimizdən məhkəməyə əlavə ekspertizanın keçirlməsi ilə bağlı 30 may 2023-cü il tarixdə vəsatət verilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə tərəfimizdən məhkəməyə yenidən vəsatət verildi, bu dəfə 2(021)-1616/2023 saylı xx.xx.2023-cü il tarixli qərarda üzrə rəy vermiş DƏDRX–nin 7 saylı ərazi idarəsinin mütəxəssisini və hüquqşünasını məhkəmədə izahat vermələri üçün. Lakin təəssüf ki, birinci instansiya məhkəməsi vəsatətləri təmin etməmiş və təmin etməməsinin səbələrini də qətnamədə açıqlamamışdır. xx.xx.2023-cü il tarixdə verdiyi vəsatətdə məhkəmədən xahiş etmişlər ki, ekspertiza qarşısında aşağıdakı suallar qoyulsun: 1) iddiaçının həyət torpağının ümumi ölçüsü nə qədərdir? 2) iddiaçıya məxsus torpaqda zəbt varmı, əgər varsa həmin zəbt nə qədərdir nə qədər sahəni əhatə edir? əfsuslar olsun ki, birinci instansiya məhkəməsinə verdiyi vəsatətlər təmin olunmamış və təmin olunmamasının səbəbləri məhkəmə tərəfindən qətnamədə aydınlaşdırılmamışdır. Məhkəmə vəsatətin təmin edilməməsinə hətta şifahi olsa da münasibət bildirməmişdir. Hər iki vəsatət məhkəmə dəftərxanası vasitəsi ilə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 184.4 -cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Ancaq birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiyi kimi prosessual qanunverciliyin bu tələbini yerinə yetirməyərək, ayrıca akt şəklində qərar qəbul etməyib, hətta vəsatətə ümumiyyətlə şifahi də olsa münasibət bildirməmişdir. Qətnamədə iddianın təmin olunmasının dəqiq və aydın, mötəbər dəlillərə əsaslanan hüquqi izahı yoxdur. Həmçinin məhkəmə işin hərtərəfli və obyektiv həlli üçün ərazisində islahat aparılmış Hacıəhmədli ərazisində sakinlərə neçə sotdan topraq payı ayrılmasını aydınlaşdırmaq üçün kənd icra nümayəndəsini və bələdiyyə nümayəndəsini dəvət etməliyidi və məhkəmə adları çəkilən qurumların nümayəndələrinin izahatını alaraq, özü üçün müəyyən etməliydi ki, hansı səbəblə və niyə torpaq islahatı zamanı Otuzikilər təsərrüfatının Hacıəhmədli kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə verilmiş pay torpağı cəmi 2.36 ha olmaqla eyni konturda və eyni koordinatda qeydiyyata alınmış, bu səbəbdən ilkin torpaq islahatı zamanı X13 və İddiaçı naturada torpaq sahəsi tanıdılmaması nə ilə əlaqədardır? Həmçinin, iddiaçının torpağında faktiki zəbtin olması halı mövcüd olduğu halda niyə məhkəmə mütəxəssis rəyindəki zidiyyətli məqamları aydınlaşdırmadan onların əleyhinə qərar qəbul etməsini də öz qətnaməsində məhz kənd icra nümayəndəsinin və bələdiyyənin nümayəndəsinin izahatlarını almaqla işin faktiki halalır üzrə heç kimdə şübhə yeri qoyayan aydınlıq gətirməli idi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlər torpaq islahatı zamanı onun adına torpaq ayrılmadığını bildirirlər. Halbuki, ona torpaq ayrılması barədə Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən müvafiq qərar qəbul edilmiş və bu barədə Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona verilməsini tələb edir. İddiаçı İddiaçı məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə X13 və İddiaçı ünvan 1i ərazisində 2,36 ha torpaq sahəsi verilmişdir (Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1719/2022 nömrəli ilə torpağa mülkiyyət hüququna dair JN-0018 saylı Dövlət Aktındakı qeyd olunmuş mülkiyyətçi “İddiaçı” yazısının müvafiq olaraq mülkiyyətçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir). Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ünvan 1ində yerləşən 2,3571 ha torpaq sahəsi İddiaçı və X9 adına qeydə alınmışdır. Daha sonra torpaq sahəsinin birgə mülkiyyətçilərindən X14 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı anası X9 vərəsəsi sayılaraq mərhumun miras əmlakından tam həcmdə pay almışdır. Bununla yanaşı müəyyən edilir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə Cavabdeh3 0.30 ha, Cavabdeh2, X10 və X4 1,24 ha, X11 isə 0,8 ha olmaqla ünvan 1i ərazisində torpaq sahəsi verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
35. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
36. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
37. Qeyd edilməlidir ki, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır (Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 1-ci maddəsi).
38. Ümumiyyətlə, mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
39. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tədqiqat zamanı TEKUİS məlumat bazasına əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Fərzəliyeva (Alıyeva) Məsmə X1 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan Bərdə rayonu, Hacıəhmədli kəndində yerləşən 0.8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN 0015 saylı, KOD 61018038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə Cavabdeh3 verilmiş ünvan 1ində yerləşən 0.30 ha torpaq sahəsinin və JN 0016 saylı, KOD 61018038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh2, X6, X4 verilmiş 1.24 ha torpaq sahəsinin yerləşmə məkanı və faktiki istifadəçilik vəziyyətinə dair koordinatları müəyyən edilməklə ekspert rəyinə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli 10/8325 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələri, TEKUİS məlumat bazasında mövcud hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən X13 və İddiaçı xüsusi mülkiyyətində olan Bərdə rayonu Hacıəhmədli kandində yerləşən 2.3571 ha torpaq sahəsi ilə üst-üstə düşür. TEKUİS məlumat bazasına əsasən cavabdehlərin sənəd üzrə mülkiyyətlərinə verilmiş mübahisəli torpaq sahələri, TEKUİS məlumat bazasında mövcud hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən X13 və İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 2.3571 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələrinin koordinatlarına uyğun naturada istifadə etmirlər. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır (qeyd edilənlər rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır).
41. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
42. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
43. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli 10/8325 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
44. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi bütövlükdə cavabdehlər tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilir. Bu hal isə, iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, iddiaçı cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır.
45. «Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir, Belə bir vəziyyətdə onların mülkiyyət hüququ birinci instansiya məhkəməsi tərəfindən diqqətə alınmadan pozulmuşdur. Birinci instansiya məhkəməsi onların mülkiyyətində olan torpaq sahəsini qanuni əsası olmadan alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verməyə yönəlik qərar qəbul edibdir» barədə apellyasiya şikayətlərinin dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, torpaq sahəsinə dair iddiaçının adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, habelə çıxarışın verilməsinə əsas kimi hüquqmüəyyənedici sənəd hazırkı məqamda hüquqi qüvvəsini saxlayır. Bu halda, torpaq sahəsinin başqa bir şəxsə, o cümlədən cavabdehlərə məxsusluğundan söhbət gedə bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 25 oktyabr tarixli Qərarı).
46. «Məhkəmə müəyyən etməliydi ki, hansı səbəblə və niyə torpaq islahatı zamanı Otuzikilər təsərrüfatının Hacıəhmədli kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə verilmiş pay torpağı cəmi 2.36 ha olmaqla eyni konturda və eyni koordinatda qeydiyyata alınmış, bu səbəbdən ilkin torpaq islahatı zamanı X13 və İddiaçı naturada torpaq sahəsi tanıdılmaması nə ilə əlaqədardır» barədə apellyasiya şikayətinin dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Çünki, əvvəla həm iddiaçıya, həm də cavabdehlərə ayrılmış torpaq sahələrinin yerləşmə məkanı və faktiki istifadəçilik vəziyyəti ekspertiza tədqiqatı zamanı aşkar edilmişdir. Bununla belə, iddiaçıya və cavabdehlərə ayrılmış torpaq sahələri üst-üstə düşmür. Cavabdehlərin istifadəsindəki torpaq sahəsi isə onların özlərin məxsus deyil, iddiaçıya məxsus torpaq sahəsidir. Kollegiya bu dəlilin əsassızlığı qənaətinə gələrkən həm də onu nəzərə alır ki, xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 2.3571 ha torpaq sahəsinin ölçüləri (koordinatları) həmin çıxarışa əsasən hazırda mövcud olan baza məlumatlarında eyni konfiqurasiyada qeydə alınmışdır. Mövcud elektron baza məlumatlarının mötəbərliyinə də hər hansı şübhə yoxdur. Bu isə, mübahisələndirilən və hazırda faktiki olaraq cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin iddiaçıya məxsus torpaq olmasını birmənalı şəkildə təsdiq edir.
47. Şərh edilən halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Bundan əlavə, işdən müəyyən edilir ki, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdehlər Cavabdeh1 və X12, həmçinin digər Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(021)-103/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 müşərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.