Məhkəmə qərarları › İş №2(104)-138/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-138/2024

13.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-138/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı1 Gəncə İHB-yə qarşı mülkiyyət hüququ tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 avqust 2003-cü il tarixli 399/2003 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1 Gəncə İHB- yə qarşı əmlakın qaytarılması və həmin əmlaka mülkiyyət hüququnun verilməsi tələbinə dair iddiası Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 avqust 2003-cü il tarixli, 399/2003 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Mülki iş müddət keçdiyi üçün məhv edilmişdir. Maraqlarına toxunulan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermiş və itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə ərizə vermişdir. Bundan sonra Gəncə Şəhər Məhkəməsinin 16 may 2023-cü il tarixli 399/2003 nömrəli qətnaməsi ilə İddiaçı1 adından X2 Gəncə İHB-yə qarşı mülkiyyət hüququ tələbinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş və müddət keçdiyi üçün məhv edilmiş 399/2003 nömrəli mülki iş üzrə icraatın bəapa edilməsi; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 avqust 2003-cü il tarixli 399/2003 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı qətnamənin əsaslandırıcı hissəsində göstərilmiş mətnin eyni olmasının müəyyən edilməsi qət edilmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli daşınmaz əmlak mövcud deyil. Belə bir əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 2004-cü il tarixdə vəfat etmişdir. Apellyasiya baxışı zamanı iş üzrə icraat İddiaçı1 varisi müəyyən edilməsi üçün dayandırılmış və onun hüquq varisinin olub-olmaması barədə məlumat əldə etmək üçün müvafiq orqanlara sorğu verilmişdir. Apellyasiya icraatı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 08 myanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət notariat arxivində və “Elektron notariat” sistemində 23 iyun 2004-cü il tarixdə vəfat etmiş İddiaçı1 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının ölməsini və onun hüquqi varisinin müəyyən edilmədiyini nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsaslanaraq hesab edir ki, İddiaçı1 Gəncə İHB- yə qarşı əmlakın qaytarılması və həmin əmlaka mülkiyyət hüququnun verilməsinə dair tələbi üzrə mülki işin icraatına xitam verilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinin tələbinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə ləğv edə bilər, iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.7, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı1 Gəncə İHB-yə qarşı əmlakın qaytarılması və həmin əmlaka mülkiyyət hüququnun verilməsinə dair tələbi üzrə mülki işin icraatına xitam verilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 avqust 2003-cü il tarixli 399/2003 nömrəli qətnaməsi ləğv olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar