Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1386/2025 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdeh X3 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 və iddiaçı3 nümayəndəsi iddiaçı1 və cavabdeh X3 nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdeh X3 qarşı “torpaq sahəsində payların müəyyən edilməsi və mülkiyyətçilərə naturada təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2025-ci il tаrixli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Ağdam rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli, ** nömrəli qərarı ilə Ağdam rayonu Quzanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi X4, X5, X3 və hazırki iş üzrə iddiaçılar olan iddiaçı1, iddiaçı2 və iddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir(Torpağın mülkiyyətə verilməsinə dair JN-081F KOD ******** nömrəli şəhadətnamə). X5 ## ######## 2005-ci il, X4 isə ## ###### 2009-cu il tarixdə vəfat etmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsinin paylı mülkiyətçilər arasında bölünərək payların müəyyən edilməsi və payların onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırmışlar ki, onlar birgə mülkiyyətdə olan paylarının ayrılmasını istəsələr də, mülkiyyətçilər arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında JN 081F KOD 60913018 olan şəhadətnaməyə əsasən Ağdam rayonu Quzanlı kəndində 0,23 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilərin paylarına müvafiq olaraq real bölgüsünün mümkün olub-olmaması, torpaq sahəsinin real bölgüsü mümkün olduğu halda həmin torpaq sahəsinin naturada ayrılması qaydasının müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Ağdam rayonu, Quzanlı kəndində 0,23 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.6- 1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və * saylı cədvəlinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(013)- **/**** nömrəli iş üzrə ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən göründüyü kimi Ağdam rayonunun Quzanlı kəndində 0,23 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında torpaq sahəsinin bölünməsinə dair razılaşma olmamışdır. Belə olan halda iddia tələbi təmin oluna bilməz. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124-cü maddələrinə maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddiaçı1 qeyd edilən torpaq sahəsində yerləşən ata yurdunda doğulmuşdur, 1998-ci ildə ailə həyatı quraraq yoldaşını(hazırki iş üzrə iddiaçı iddiaçı2) qeyd edilən evə gəlin gətirmiş, övladı iddiaçı3(hazırki iş üzrə iddiaçı) qeyd edilən evdə doğulub. Sonradan kənddə işsizlik olduğundan o, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və Bakıda kirayə ev tutaraq orda yaşamışdır. Bir müddətdən sonra Bakı şəhərində də dolana bilmədiyi üçün Ağdama, ata yurduna qayıtmışdır. Ağdama qayıtdıqda qeyd edilən torpaq şəhadətnaməsində adı belə olmayan qardaşı Sədi Əliyev və bacısı Şahəsdə Əliyeva onu və ailəsini ata yurduna qoymamışdır. O da məcburiyyətdən Ağdam rayonu, Quzanlı qəsəbəsində kirayə ev tutmuşdur. İddiaçı iddiaçı1 bacısı Şahəsdə və qardaşı Sədi ilə danışıqlar apararaq, torpaq sahəsi üzərində olan evdən pay istəmədiyini, özünə və ailə üzvlərinə düşən torpaq sahəsində ev tikdirmək istədiyini bildirsə də onlar iddiaçı ilə razılaşmamışlar. O, birinci Qarabağ müharibəsi veteranıdır. Məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini əsas götürərək iddianı rədd etmişdir. Belə ki, ekspertizanın gəldiyi nəticə bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrı giriş-çıxış yolu olmalıdır və “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”-nın küçə və yol şəbəkələri bölməsinin 8 və * saylı cədvəllərinə uyğun olmadığını bildirmişdir. Ekspert qeyd edilən torpaq sahəsinin ön və arxa sərhədlərinin kəndin avtomobil yolu ilə əhatə olunduğuna diqqət yetirməyi unutmuş və bunu öz rəyində qeyd etməmiş bu səbəbdən də bölgünün mümkünsüz olduğunu bildirmişdir. İddiaçı ekspert rəyi ilə razı olmadığını bildirsə də, təkrar ekspertiza keçirilməsi barədə şifahi vəsatət versə də vəsatəti məhkəmə tərəfindən qəbul edilməmişdir. Apellyasiya baxışının hədləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı iddiaçı1 apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı2 və iddiaçı3 nümayəndəsi iddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində atasından miras qalmış yaşayış evi var və hazırda qardaşı Sədi həmin evdə yaşayır. O və ailə üzvləri olan digər iddiaçılar həmin yaşayış evindən pay istəmirlər. Onlar sadəcə özlərinə düşən torpaq sahəsinin ayrılmasını istəyirlər. Onların niyyəti öz torpaq sahələrində yaşayış evi tikməkdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi (qardaşı) X1 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir, iddiaçılara torpaq sahəsinin ayrılmasına etiraz edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 214.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçıların tələbləri təmin edilməldir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçıların, cavabdeh Şahəsdə Əliyevanın və iddiaçı iddiaçı1 mərhum atası Teyqubat Əliyev və mərhum anası Səyyarə Əliyevanın ümumi birgə mülkiyyətində 0,23 ha həyətyanı torpaq sahəsi var. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və tərəflərin Məhkəməyə bildirdiklərindən eyni zamanda o da müəyyən olunur ki, 0,23 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi var. Məhkəmə mübahisəli torpaq sahəsinin 6 nəfərin ümumi birgə mülkiyyətində olmasını və Mülki Məcəllənin 214.1-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçıların torpaq sahəsindəki ümumi payları 3/6 hissəni təşkil edir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 izahatında mübahisəli torpaq sahəsində yaşayış evinin olduğunu, həmin evdə qardaşı Sədi Əliyevin və ailəsinin yaşadığını, iddiaçıların həmin evdə yaşamadıqlarını və evdən pay istəmədiklərini, yalnız torpaq sahəsindən onlara düşən payın ayrılmasını xahiş etmişdir. Apellyasiya baxışında işə baxılarkən Məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Ağdam rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** nömrəli qərarı ilə JN 081F KOD 60913018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətçilərə verilmiş Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsinin X4, iddiaçı2 və iddiaçı3 paylarına uyğun 3/6 hissədə(torpağın üzərində yerləşən fərdi yaşayış evindəki 3/6 hissədə payları nəzərə alınmaqla) naturada ayrılması mümkündürmü?
2. Ağdam rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** nömrəli qərarı ilə JN 081F KOD 60913018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətçilərə verilmiş Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsinin X4, iddiaçı2 və iddiaçı3 paylarına uyğun 3/6 hissədə(torpağın üzərində yerləşən fərdi yaşayış evindəki 3/6 hissədə payları nəzərə alınmadan) naturada ayrılması mümkündürmü?
3. Əgər mümkündürsə, onların payı ayrılsın, ölçüləri, sərhədləri və koordinatları naturada müəyyən edilsin. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspret rəyi ilə müəyyən olunmuşdur ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** nömrəli qərarı ilə JN 081F KOD 60913018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətçilərə verilmiş Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsinin X4, iddiaçı2 və iddiaçı3 paylarına uyğun 3/6 hissədə(torpağın üzərində yerləşən fərdi yaşayış evindəki 3/6 hissədə payları nəzərə alınmadan) naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən mübahisəli 0,23 ha torpaq sahəsində yerləşən yaşayış evinin arxa hissəsində yerləşən boş torpaq sahəsindən 0,115 ha torpaq sahəsi ayrılmalı və həmin ayrılan torpaq sahəsinə keçid üçün ayrıca giriş-çıxış qapısı quraşdırılmalıdır. Ekspert rəyində mübahisəli torpaq sahəsinin 2-ci sual üzrə naturada ayrılmasının mümkün olduğu bildirilsə də ayrılan torpaq sahəsinin ölçüləri, sərhədləri və koordinatları naturada müəyyən edilməmişdir. Buna görə də Məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə texniki cəhətdən naturada ayrılması mümkün olan torpaq sahəsinin(2-ci sual üzrə) ölçüləri, sərhədləri və koordinatları naturada müəyyən edilsin və bu barədə plan-sxem tərtib edilsin. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ## ##### 2026-cı il tarixli **/*** nömrəli ekspret rəyi ilə müəyyən olunmuşdur ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** nömrəli qərarı ilə JN 081F KOD 60913018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətçilərə verilmiş Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsinin X4, iddiaçı2 və iddiaçı3 paylarına uyğun 3/6 hissədə (torpağın üzərində yerləşən fərdi yaşayış evindəki 3/6 hissədə payları nəzərə alınmadan) naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən mübahisəli 0,23 ha torpaq sahəsində yerləşən boş torpaq sahəsinin cənub-şərq və cənubqərb küncündən 33,5 m məsafədən sonra torpaq sahəsinin daxilində sərhəd hasarı çəkilməli və həmin ayrılan torpaq sahəsinə keçid üçün ayrılan giriş-çıxış qapısı quraşdırılmalıdır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçıların tələbləri əsaslıdır. Belə ki, iddiaçıların paylı mülkiyyətində olan 0,23 ha həyatyanı torpaq sahəsindən X4, iddiaçı2 və iddiaçı3 paylarına uyğun 3/6 hissədə(torpağın üzərində yerləşən fərdi yaşayış evindəki 3/6 hissədə payları nəzərə alınmadan) paylarının ayrılması mümkündür. Buna baxmayaraq, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçıların apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayəti təmin edildiyindən, MPM-nin 119-cu maddəsinin tələbinə görə birinci və apellyasiya instansiyalarında keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300(50+100+150) manat pul cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Ağdam Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2025-ci il tаrixli qətnaməsi ləğv edilsin. İddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdeh X3 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-081F KOD ******** nömrəli şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,23 ha həyətyanı torpaq sahəsindən payların naturada ayrılması” tələbinə dair iddiaları təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-081F KOD ******** nömrəli şəhadətnaməyə əsasən 0,23 ha həyətyanı torpaq sahəsindən iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 paylarına uyğun 3/6 hissədə payları naturada ayrılsın. Ayrılan torpaq sahələrinin ölçüləri və koordinatları Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ## ##### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyində göstərilən koordinatlar nəzərə alınmaqla ekspert rəyinə əlavə edilmiş plan sxemdə göstərilənlərə uyğun olaraq müəyyən edilsin. Cavabdeh X3 ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.