Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1394/2025 01.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nümayəndə qarşı iş üzrə Açar sözlər: əsl cavabdeh; iddiaya cavab verməli olmayan şəxs Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və cavabdeh Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Nümayəndə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 13 may 2*25-ci il tarixli 2(*42)-615/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə *1 avqust 2*25-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı əmək kitabçasının surətindən görünür ki, Gədəbəy rayon Xar-Xar kənd tam orta məktəbin *3 fevral 2*24-cü il tarixli 11 saylı əmri ilə İddiaçı ilə cari dərs ilinin sonuna kimi müddətli əmək müqaviləsi bağlanılmış, 14.*6.2*24-cu il tarixli 46 saylı əmrinə əsasən isə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin e bəndinə əsasən işdən azad edilmişdir;
2. Gədəbəy rayon Xar-Xar kənd tam orta məktəbin 14.*6.2*24-cü il tarixli 46 saylı əmrindən görünür ki, Gədəbəy rayon Xar-Xar kənd tam orta məktəbin müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir;
3. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 14.*3.2*25-ci il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayon Xar-Xar kənd tam orta məktəbin 14.*6.2*24-cü il tarixli 46 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni məktəbin fiziki-tərbiyə müəllimi vəzifəsinə bərpa olunması və onun 14.*6.2*24-cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1981-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Əvvəllər Gədəbəy Rayonu Soyuqbulaq kənd tam orta məktəbində müəllim və həmin məktəbin direktoru vəzifəsində çalışmışdır.2**9-cu ildə Azərbaycan Təhsil İşçiləri X1 Gədəbəy Rayon Komitəsinin sədri seçilmişdir. 25.*9.2*14-cü il tarixdə Xar-xar kənd tam orta məktəbinə müvəqqəti olaraq direktor vəzifəsinə təyin edilmiş və 26.12.2*17-ci il tarixdən direktor vəzifəsini müvəqqəti icra etməkdən azad olunmuş və ixtisası üzrə məktəbdə müəllim saxlanılmışdır. 15.11.2*18-ci il tarixdə Xar-xar kənd tam orta məktəbin fiziki-tərbiyə müəllimi vəzifəsindən azad edilmiş, *1.12.2*19-cu il tarixdə məhkəmənin qərarına əsasən əvvəlki vəzifəsinə bərpa edilmişdir. *3.*2.2*24-cü il tarixdə çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və məktəbin fıziki-tərbiyə müəlliminə ehtiyac olduğu üçün cari dərs ilinin sonuna kimi onunla müddətli əmək müqaviləsi bağlanmışdır. 14.*6.2*24-cü il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Bu barədə cavabdeh 14.*6.2*24-cü il tarixli 46 nömrəli əmr vermişdir. Lakin həmin əmrdə ciddi pozuntular olmuş, əmək müqaviləsinə həmin maddənin b bəndinə əsasən xitam verilməli olduğu halda, e bəndi ilə xitam verilmişdir. Bununla əlaqədar o, əmək müfəttişliyinə müraciə etmiş, əmək müfəttişliyi tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir.
6. Gədəbəy Rayon Məhkəməsinin 13 may 2*25-ci il tarixli 2(*42)-615/2*25 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2, 287, 292.1 və 294.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verilmişdir. Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə əsasən xitam vermişdir ki, həmin əsasla əmək müqaviləsinin xitam verilməsi halı müqavilədə mövcud olmamışdır. Hüquqlarının pozulması ilə bağlı X2 Xidmətinin Qazax- Tovuz regional şöbəsinə müraciət etmiş, pozuntu faktı X2 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi ilə də öz təsdiqini tapır. X2 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən ona ünvanlanmış *8.*1.2*25-ci il tarixli məktubda göstərilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” bəndi ilə deyil, “e” bəndi ilə xitam verilmişdir. Bu səbəbdən Cavabdehin direktoru Nümayəndə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən 2*.12.2*24-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və 25.12.2*24-cü il tarixli MN **2*632 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3* gün müəyyən olunmuşdur. Lakin həmin müddət ərzində Cavabdehin direktoru Nümayəndə tərəfindən pozuntu aradan qaldırılmamış və o öz işinə bərpa olunmamışdır. Onu da qeyd edir ki, əmək müqaviləsinə qanunsuz olaraq xitam verildikdən sonra vəzifəsinə direktor qərəzli olaraq heç bir ali təhsili olmayan, kollec təhsili qurtarmış bir nəfər şəxslə müqavilə bağlamışdır. Bu da onu göstərir ki, cavabdeh qərəzli mövqe tutaraq ali təhsilli, cənab Prezidentin tərəqqi medalı ilə təltif edilmiş bir müəllimin əmək müqaviləsinə xitam vermişdir. Həmçinin qeyd edir ki, həm məktəb direktoru, həm də həmin məktəbdə fiziki-tərbiyə müəllimi kimi çalışdığı müddətdə heç bir əmək pozuntusuna yol verməmiş, əksinə nümunəvi müəllim kimi daim rəhbərliyin hörmətini qazanmışdır. 44 ildir ki, fiziki tərbiyə müəllimidir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2*12ci ildə Türkiyənin Antalya şəhərində bir millət, iki dövlət mükafatına layiq görülmüşdür. 2*13-cü ilə cənab Prezident tərəfindən tərəqqi medalına layiq görülmüşdür. “Küləyə qalib gəl” Bakı Marafonu 2*24-ün 21 km məsafəni 2 saat 25 dəqiqəyə qət edərək iştirakçı medalına layiq görülmüşdür. Həmçinin 2*25-ci ildə “Küləyə qalib gəl” Bakı Marafonunda iştirak etmiş və medalla təltif olunmuşdur. 65 yaşı tamam olsa da və fəaliyyətinin davam etdirilməsinə zərurət olduğu halda, Cavabdehin direktoru Nümayəndə tərəfindən çalışmanın yaş həddi uzadılmamışdır. Məhz bundan sonra məlum iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin e bəndi ilə xitam verilməsini texniki səhv olaraq müəyyən etməsidir. Lakin bunun həqiqətən texniki səhv olması məhkəmə tərəfindən heç bir arqumentlə əsaslandırılmamış, yalnız cavabdehin izahatına əsaslanmışdır. Əgər bu texniki səhv olsa idi, X2 Xidmətinin Qazax-Tovuz regional şöbəsi bu faktı pozuntu faktı kimi tanımaz, texniki səhv olduğuna istinad edərək cavabdehin barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etməzdi. Bu da onu göstərir ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin e bəndi ilə texniki səhv olaraq deyil, əmək qanunvericiliyinin tələblərini şüurlu olaraq kobud şəkildə pozmaqla xitam vermişdir. Məhz bunun nəticəsidir ki, cavabdehin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında 25.12.2*24-cü il tarixli MN **2*632 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar da qəbul edilmişdir. Məhkəmə qeyd etdmişdir ki, iddiaçının əvvəllər çalışdığı vəzifədə qanunla nəzərdə tutulmuş qaydada təyin edilmiş yeni müəllim işləyir. Məhkəmə onun vəzifəsinə təyin edilmiş yeni müəllimin ali təhsil diplomu olmadığı halda, öz şəxsi mülahizəsinə əsasən həmin müəllimin vəzifəyə qanunla nəzərdə tutulmuş qaydada təyin edildiyini qeyd etmişdir. Bu hal tamamilə qəbuledilməz olmaqla iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir. Çünki mübahisədə vəzifəsinə təyin edilmiş müəllimin təyin olunmasının qanuni olub-olmaması araşdırılmırdı. Məhkəmə onun müəllim işlədiyi dörvdə mükafatlar qazandığımı nəzərə almamışdır və bu halları aydınlaşdırmamışdır. Məhkəmə qətnamədə ümumiyyətlə bu barədə heç bir münasibət bildirməmiş, işin həlli üçün əhəmiyyət kəsb edən, təqdim etdiyim təltiflərə sübut olaraq qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 1*. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə bağlı pozuntuya yol verildiyinə görə əmək müfəttişliyi tərəfindn cavabdehə xəbərdarlıq edilmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, 65 yaşı tamam olmuş və müvafiq əmrlə əmək müqaviləsinin müddəti ilin sonunadək uzadılmışdır. Sonradan direktor həmin əmri qaralayaraq yeni əmr vermiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Hesab edir ki, işdə olmanın son yaş həddinə çatsa da, lakin onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmalıdır. Çünki, “tərəqqi” medalı ilə təltif edilmişdir, bir sıra nailiyyətləri vardır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əvvəlcə Əmək Məcəlləsinin 68-ci maddəsinin “e” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra onlara bildirilmişdir ki, həmin maddənin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməlidir. Sədrlik edənin suallarına cavab olaraq Nümayəndə bildirmişdir ki, iddiaçı işdə olmanın son yaş həddinə çatmış və əmək müqaviləsinin müddəti ilin sonunadək uzadılmışdır. Təhsil ili bitdiyinə görə həmin ştat vahidi növbəti il üçün vakansiyaya çıxarılmışdır. Cavabdeh Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
13. Maddə 1*-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
14. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
15. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır.
16. Maddə 7*. a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
17. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
18. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 2*. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.*.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gədəbəy rayon Xar-Xar kənd tam orta məktəbin *3 fevral 2*24-cü il tarixli 11 saylı əmri ilə İddiaçı ilə cari dərs ilinin sonuna kimi müddətli əmək müqaviləsi bağlanılmış, 14.*6.2*24-cu il tarixli 46 saylı əmrinə əsasən isə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmrin qanunazidd olmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 3*. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Gədəbəy Rayon Xar-Xar kənd tam orta məktəbin direktorunun 14 iyun 2*24-cü il tarixli 46 saylı əmri ilə aralarında bağlanılmış müddətli əmək müqaviləsinin müddəti başa çatdığına görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Mcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmiş, lakin əmrdə və əmək kitabçasında texniki səhvə yol verilmiş, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verildiyi halda, əmrdə və əmək kitabşasında səhvən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin e bəndi göstərilmişdir. Hazırda bu səhv aradan qaldırılmışdır. İddiaçı əmək pensiyasındadır. Onun əvvəllər çalışdığı vəzifədə qanunda nəzərdə tutulmuş qaydada təyin edilmiş yeni müəllim işləyir. Ona görə də iddia təmin edilməməlidir.
31. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
32. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2**6-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
33. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2* may 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
34. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Məlumdur ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; cavabdeh Nümayəndə isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir. Çünki, İddiaçılə əmək müqaviləsi Gədəbəy rayon Xar-Xar kənd tam orta məktəb arasında bağlanmış, habelə həmin məktəbin mübahisələndirilən əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bir sözlə, iddia üzrə cavabdeh qismində göstərilən Nümayəndə mübahisəli hüquq münasibətinin subyekti olmadığından hazırkı iddiaya da cavab verən şəxs hesab edilə bilməz.
37. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 5*-ci maddəsi).
38. Həmçinin, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
39. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə gəldikdə isə, iddiaçıya izah edilməlidir ki, hazırkı iddia ilə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürmək hüququ vardır. 4*. İddianın cavab verməli olmayan subyektə qarşı yönəldildiyi qənaətinə gəlindiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 13 may 2*25-ci il tarixli 2(*42)-615/2*25 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.