Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-14/2024 05.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı və ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, qarşılıqlı iddia üzrə üçüncü şəxs X2 iştirakları ilə Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2022 saylı mülki iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ayrıca, həmçinin, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs X4 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətlərinə 05 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci ildə ********** sayla qeydə alınmış çıxarışın surətindən görünür ki, Tərtər rayon Hüsənli kəndindən yaşayış məntəqələri torpaqlarından İddiaçı adına 0,15 ha torpaq sahəsi sənədləşdirilmişdir. İş materiallarında olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN -216A saylı, kod 61100048 olan “Torpağın Mülkiyyət Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 və ailə üzvlərinə 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN -218A saylı, kod 61100048 olan “Torpağın Mülkiyyət Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və ailə üzvlərinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN -285F saylı, kod 61100048 olan “Torpağın Mülkiyyət Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işin materiallarına əlavə olunan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi alınmışdır. Həmin rəyin nəticə hissəsində İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********06 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilən 0.15 ha torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin qismən üst-üstə düşdüyü, Cavabdeh1 JN-285F saylı .əhadətnamə ilə mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsi ilə hazırda istifadə etdiyi torpaq sahəsinin qismən üst-üstə düşdüyü, mübahisəli ərazidə Cavabdeh2 adına heç bir hüquqmüəyyənedici sənədin olmadığı, Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən həyətyanı məqsədi üçün istifadə etdiyi və X5 JN-216A saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.13 ha həyətyanı torpaq sahəsindən əlavə istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********06 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilən 0.15 ha torpaq sahəsinin 64 kv.m hissəsindən Cavabdeh1, 128 kv.m hissəsindən X6, 22 kv.m hissəsindən Cavabdeh2 istifadə etdiyi, 186 kv.m hissəsinin isə hal-hazırda yol kimi istifadə edildiyi müəyyən edilmişdir. Həmin ekspert rəyinə əlavə edilən “məhkəmə xərclərinə dair bildiriş”dən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz istifadələrində olan ona məxsus torpaq sahəsinin boşaldılması və onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxaılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddiasının rədd edilməsi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən əldə edilmiş xx.xx.2021-ci il tarixli RN **********06, qeydiyyat nömrəsi ********** olan çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi və ümumi istifadədə olan yolun cavabdeh tərəfindən istifadəsinə yaradılmış maneələrin öz hesabına aradan qaldırılması və ümumi işlək yolun sərhədlərinin müəyyən edilərək ümumi istifadəyə qaytarılması və cavabdehdən 100 (yüz) manat dövlət rüsumunun onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2022 saylı mülki iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) ilkin iddia təmin edilmiş, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 64 kv.metr hissəsindən, Cavabdeh2 0,15 ha torpaq sahəsinin 22 kv.metr hissəsindən və Cavabdeh3 128 kv. metr hissəsindən çıxarılmaları, qarşılıqlı iddianın qismən təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən sənəd üzrə mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin 186 kv.metr hissəsinin ümumi istifadə yoluna düşdüyündən (iş üzrə alınmış mütəxəssis rəyinə əsasən) Hüquqların Dövlət qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli RN **********06, qeydiyyat nömrəsi ********** olan çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi, ümumi istifadədə olan yolun onun tərəfindən istifadəsinə yaradılmış maneələrin öz hesabına aradan qaldırılması, ümumi işlək yolunun sərhədlərinin müəyyən edilməsi, ümumi istifadəyə qaytarılması, qarşılıqlı iddianın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 100 (yüz) manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xeyrinə tutulmasına aid olan hissəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qarşılıqlı iddia üzrə üçüncü şəxs X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxaılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qeyd etmişlər ki, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehə məxsus olan sənəd DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli RN **********06, qeydiyyat nömrəsi ********** olan çıxarışdır. Hansıki, hakim özü həmin çıxarışı etibarsız hesab etmişdir. Hakim nəinki həmin çıxarışı etibarsız hesab etmiş, həmçinin həmin çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlərin də etibarsız hesab edilməsini qət etmişdir. Belə olduqda hakimin ilkin iddianı həmin sənəd əsasında təmin etməsi qanunvericiliyə ziddir və mülki hüquq normalarının pozulması ilə çıxarılmış qətnamədir. Əgər DƏDRX-nin İddiaçı verdiyi rəsmi Çıxarış məhkəmə qaydasında etibarsız hesab olunarsa o zaman həmin sənəd üzrə hansısa mülki hüquqlar yarana bilməz və yaranmış olan əvvəlki münasibətlərə xitam verilmiş olur. Hazırki qətnamənin mahiyyətindən və doğurduğu nəticədən bəlli olur ki, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı guya onların zəbtində olduğu qeyd etdiyi və məhkəmənin də çıxarılmalarını müəyyən etdiyi torpaq üzərində heç bir mülkiyyəti yoxdur. Əgər torpaq üzərində mülkiyyətin qanuni əsası hesab edilən çıxarış məhkəmə tərəfindən etibarsız hesab olunursa və hətta onun verilməsinə əsas olmuş ilkin sənədlər də etibarsız olunmuşdursa, o zaman məhkəmə hansı əsasla onların üzərinə vəzifə qoya bilər və onlara müasibətdə ilkin iddiaçı üçün hüquq müəyyən edə bilər? Hakim Cavabdeh2 torpaq sahəsinin İddiaçı torpaq sahəsi ilə həmsərhəd olmasına dair İddiaçı ilkin iddiaçı olaraq heç bir sübut təqdim edə bilməməsinə baxmayaraq İddiaçıla qonşu olan, bu iş üzrə maraqlı şəxs qəbul edilmiş, şəhid anası X2 torpağını götürüb İddiaçı Cavabdeh2 torpağı olaraq vermişdir. Onlar tərəfindən iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə məhkəməyə vəsatət təqdim edilsə də, məhkəmə qətnaməsində ilkin ekspertizaya qoyulmuş suallara tam və ətraflı cavab verildiyindən təkrar ekspertiza keçirilməsinə ehyitac olmadığı qeyd edilmişdir. İşdə olan mütəxəssis rəyi torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s. özündə əks etdirən sənədlərə əsaslanmır. Ümumiyyətlə məhkəmə ziddiyətli şəkildə qərar qəbul etmişdir. Ali Məhkəmənin 17 oktyabr 2011-ci il tarixli 2(102)-3117/11 saylı qərarında müəyyən edilmişdir ki, cavabdeh (ilkin iddiaçı) Tahir Məhmmədovun mülkiyyətində 0.09 ha torpaq sahəsi vardır və onun istifadəsində 0.16 ha zəbt həyətyanı torpaq sahəsi vardır. Lakin hazırda görünür ki, cavabdeh (ilkin iddiaçı) İddiaçı Ali Məhkəmənin qərarında zəbt olaraq qeyd olunan 0.16 ha torpaq sahəsinə çıxarış alaraq ümumi istifadədə olan gediş yolunu öz həyətinə daxil edərək onların öz pay torpaqlarına gedib-gəlməyə maneçilik yaratmışdır. İddiaçı onlardan çıxamağı tələb etdiyi torpaq sahəsi onların qanuni sənədlərlə özlərinə ayrılmış torpaq sahələridir. Hətta Ali Məhkəmənin qeyd olunan qərarında İddiaçı atası Əli Məmmədov tərəfindən 2009-cu ildə zəbt edilmiş və bu gün İddiaçı zəbtində olan yolun açılması üçün cavabdeh İddiaçı 2010-cu ildə cavabdeh tərəfi olan X7 2009-cu ildə məhkəmə iddiası əsasında mübahisəli yol açılmışdlr. Beləliklə, cavabeh İddiaçı və onun ailəsi davamlı olaraq elin ümumi istifadəsində olan yolun zəbt edilib, öz həyətlərinə qanunsuz olaraq qatılmasına səy göstərmişlər. Həmçinin qeyd edilmişdir ki, İddiaçı iddasını etdiyi torpaq sahələrindən biri şəhid anası, bu iş üzrə maraqlı şəxs olan X3 aiddir. Ancaq cavabdeh (ilkin iddiaçı) Tahir Məmədov hiylə işlədərək, şəhid anasını cavabdeh qoymaqdan çəkinmişdir. X1 olduğu torpaqla heç bir əlaqəsi olmayan Fizzə xanımın qardaşı Cavabdeh2 cavabdeh qismində öz iddiasında göstərmişdir. Əslində isə həqiqət belədir ki, İddiaçı heç onlarla bir kənddə belə yaşamır, onun qardaşı Firdovsi bütün bu işləri təşkil edərək onun adından bu cür iddialar qaldırır. Ümumiyyətlə məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, işdə olan sübutlara qərəzsiz, obyektiv və hərtərəfli qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Qətnamədən eyni zamanda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instasniya məhkəməsinin qətnamasinin apellyasiya qayasında ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə çxıarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia ərziələrində qeyd etmişlər ki, guya o, saxta sənəd alaraq 0.15 ha həyətyan torpaq sahəsi əldə etmiş, kəndin baş planında olan ümumişlək yolu bağlayıb öz həyətində qatmış, onlar, ona məxsus torpaq sahəsini tutmamışlar. Qeyd etmişdir ki, uzun müddət müxtəlif səbəblərdən başqa yerdə olduğundan ona verilmiş pay torpaq sahəsindən istifadə edə bilməmişdir. Həyətyanı torpaq sahəsinin istifadəsiz qalmasından istifadə edən həmkəndliləri - ilkin iddia üzrə iddiaçılar ona məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadələrində olan torpaq sahələrini genişləndirmişlər. Belə ki, onun mülkiyyətinə 0.15 ha torpaq sahəsi verilsə də, naturada 0.11 ha hissəsindən istifadə edir. Lakin cavabdehlər Cavabdeh1 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilsə də faktiki 0.17 ha, Cavabdeh2 həmin ərazidə mülkiyyətinə həyətyanı torpaq verilməsə də, faktiki bələdiyyə mülkiyyəti olan 0.32 ha torpaq sahəsindən, Cavabdeh3 mülkiyyətinə 0.13 ha torpaq sahəsi verilsə də, faktiki olaraq 0.27 ha bələdiyyə mülkiyyəti olan torpaq sahəsindən istifadə edirlər. Bununla da cavabdehlər nəinki onun mülkiyyətində və istfadəsində olan torpaq sahəsini, eyni zamanda Cavabdeh2 və Cavabdeh3 ümumi istifadədə olan yolu özbaşına tutmuşlar. Çünki, ümumi istifadə yolu onun torpaq sahəsi ilə Cavabdeh2 və Cavabdeh3 istifadə etdikləri torpaq sahələrinin arasından keçir və onlar ümumi istifadə yolunu tutaraq yoldan sonra onun torpaq sahəsini də tutmuşlar. Mütəxəssis rəyinə əlavə olunmuş Torpaq sahəsinə dair tərtib olunmuş kompleks yer quruluşu layihəsinin sxemində ümumi istifadə yolunun hər bir torpaq sahələrinin sərhədləri aydın göstərilmişdir. Ona məxsus olan torpaq sahəsi sənədləşdirilərkən qeyd edilən torpaq sahəsi ölçülmüş və digər torpaq sahələrinin, həmçinin ümumi istifadədə olan yolun sərhədləri müəyyən edilmişdir. Məhkəmə isə yalnız mütəxəssis rəyinə əsaslanmışdır. Mütəxəssis tərəfindən verilmiş 2 rəy arasında ziddiyətlər vardır. Məhkəmə buna baxmayaraq ekspertiza təyin etməmişdir. Məhkəmə baxışı zamanı onun tərəfindən verilmiş izahatı nəzərə almamış, sübut kimi qiymətləndirməmişdir. Bundan əlavə məhkəmədə qardaşı etibarnamə təqdim edərək məhkəmə iclasında iştirak etsə də, məhkəmə qətnamədə onun iştirakını qeyd etməmişdir. Qeyd edilənlərdən görünür ki, məhkəmənin hazırki iş üzrə çıxardığı qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair ilkin sənədləri etibarsız hesab edilməsini qət etməklə dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozmuşdur. Ümumiyyətlə məhkəmə işin düzgün həlli üçün eksert rəyi əldə etməmiş, yerində müayinə keçirməmiş, şahidlərin ifadələrini almamış, işdə iştirak edən şəxslərin izahatlarına düzgün qiymət verməmişdir. Yalnız ekspert rəyi sübut kimi qəbul olunduğu halda məhkəmə mütəxəssis rəyini sübut kimi qəbul etmişdir. Bununla da prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirak edərək hər biri ayrı-ayrılıqda özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmədə qarşılıqlı iddia üzrə maraqlı şəxs X4 iştirak etdi və qarşılıqlı iidiaçılarla birlikdə verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 05 mart 2024-cü il tarixli qərardadı ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2022 saylı mülki iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən sənəd üzrə mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin 186 kv.metr hissəsinin ümumi istifadə yoluna düşdüyündən (iş üzrə alınmış mütəxəssis rəyinə əsasən) Hüquqların Dövlət qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli RN **********06, qeydiyyat nömrəsi ********** olan çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi, ümumi istifadədə olan yolun onun tərəfindən istifadəsinə yaradılmış maneələrin öz hesabına aradan qaldırılması, ümumi işlək yolunun sərhədlərinin müəyyən edilməsi, ümumi istifadəyə qaytarılması, ümumi işlək yolunun sərhədlərinin müəyyən edilməsi, ümumi istifadəyə qaytarılması hissələrində ləğv edilmiş, həmin hissələr üzrə işin icraatına xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilkin iddianın təmin edilmiş, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 64 kv.metr hissəsindən, Cavabdeh2 0,15 ha torpaq sahəsinin 22 kv.metr hissəsindən və Cavabdeh3 128 kv. metr hissəsindən çıxarılmaları və qarşılıqlı iddianın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 100 (yüz) manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xeyrinə tutulmasına aid olan hissəsinin təmin edilməməsi hissələrində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmalıdır. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilk iddia üzrə İddiaçı mülkiyyətindədir və mübahisəli torpaq sahəsinin hissələri ilk iddia üzrə cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilərək, istifadə edilir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən mətəbər sübut növü kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə istinad edir. Belə ki, məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə əsasən iş üzrə qərardadla məhkəmə mühəndis ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi alınmışdır. Həmin rəyin nəticə hissəsində İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********06 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilən 0.15 ha torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin qismən üst-üstə düşdüyü, Cavabdeh1 JN-285F saylı .əhadətnamə ilə mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsi ilə hazırda istifadə etdiyi torpaq sahəsinin qismən üst-üstə düşdüyü, mübahisəli ərazidə Cavabdeh2 adına heç bir hüquqmüəyyənedici sənədin olmadığı, Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən həyətyanı məqsədi üçün istifadə etdiyi və X5 JN-216A saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.13 ha həyətyanı torpaq sahəsindən əlavə istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********06 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilən 0.15 ha torpaq sahəsinin 64 kv.m hissəsindən Cavabdeh1, 128 kv.m hissəsindən X6, 22 kv.m hissəsindən Cavabdeh2 istifadə etdiyi, 186 kv.m hissəsinin isə hal-hazırda yol kimi istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli həmin rəyin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları tam obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehlər tərəfindən ilk iddia üzrə iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, ilk iddia üzrə cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ilk iddianın təmin və qarşılıqlı iddianın təmin olunmayan hissələrdə ləğvinə və irəli sürülən ilk iddianın rədd olunmasına və qarşılıqlı idianın təmin olunmayan hissədə təmin olunmasına əsas vermir. Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əlavə edilən “məhkəmə xərclərinə dair bildiriş”dən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir. İlk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən əsaslı sayıldığından və ilk iddia üzrə cavabdehlərin apellyasiya şikayəti təmin edilmədiyindən, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri ilk iddia üzrə cavabdehlərə aid edilməli, 100 manat məbləğində pul onlardan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 385.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs X4 tərəfindən birlikdə verilmiş pellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2022 saylı mülki iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilmiş, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 64 kv.metr hissəsindən, Cavabdeh2 0,15 ha torpaq sahəsinin 22 kv.metr hissəsindən və Cavabdeh3 128 kv. metr hissəsindən çıxarılmaları və qarşılıqlı iddianın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 100 (yüz) manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xeyrinə tutulmasına aid olan hissəsinin təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində məhkəmə xərcləri ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-14/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-14/2024
05.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver