Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1401/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2467/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayonu Əmirli kəndində yerləşən 0,60 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına yaratdığı maneələrin qadağan edilməsi və cavabdehdən əldən çıxmış fayda şəklində 5000 manat zərərin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qənbərov X1 Fikrət Bəhmən oğluna qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilən **********51 reyestr nömrəli çıxarışın və AA 630030 saylı torpaq sahəsinin planı və ölçüsünə dair verilmiş sənədlərin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı torpaqdan istifadə etməyə qanunsuz müdaxilələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bərdə rayon Əmirli Bələdiyyəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(021)-2467/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən Q.M.Əbilov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh Bərdə rayonu Əmirli kəndində yerləşən 0,60 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına yaratdığı maneələrin qadağan edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması qət edilmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(021)- 2467/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və qarşılıqlı iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(021)-2467/2022 nömrəli qərardadına əsasən apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Cavabdeh yenidən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək, buraxılmış müddəti üzrlü hesab edib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini və işin apellyasiya şikayəti ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2467/2022 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 2(021)-2467/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsindən imtina edilmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2467/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin qəbul etdiyi qərardadı qanunsuz və əsassızdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(021)-2467/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2467/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarının 122-ci vərəqəsində olan məhkəmə qəbzindən görünür ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 2(021)-2467/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətini 28 noyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır. İşin 128-132-ci vərəqələrində olan Cavabdeh apellyasiya şikayətindən görünür ki, həmin şikayət 05 dekabr 2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin dəftərxanasına müvafiq qeydiyyatla daxil edilmişdir. Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(021)-2467/2022 nömrəli qərardadına əsasən, həmin apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. ( İş vərəqə 134-136) İşin 146-cı vərəqəsində olan sifarişli bildirişdən görünür ki, Cavabdeh həmin qərardadı 16 dekabr 2022-ci il tarixdə xəbərnaməyə imza edərək almışdır. Cavabdeh apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizəsi xx.xx.2023-cü ildə Bərdə Rayon Məhkəməsinin dəftərxanasına müvafiq qeydiyyatla daxil edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 2(021)-2467/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətini 28 noyabr 2022ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almış və qətnamədən verdiyi apellyasiya şikayət 05 dekabr 2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin dəftərxanasına qeydiyyatla daxil olmuşdur. Lakin Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(021)-2467/2022 nömrəli qərardadına əsasən, həmin apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılsa da, cavabdeh tərəf qanunla müəyyən edilmiş müddətdə yeni apellyasiya şikayəti verməmiş və qətnamənin alındığı gündən 2 aydan artıq, qərardadın alındığı gündən isə 01 ay 24 gün müddət keçdikdən sonra apellyasiya şikayət vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsini təmin etməyərkən, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdehin qətnamədən şikayət vermə müddətinin bərpa edilməsi üçün heç bir üzrlü səbəb olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin: 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh ərizəsində müddətin buraxılmasının səbəbi ilə bağlı heç bir əsas göstərməmiş və sadəcə buraxılmış müddətin üzrlü sayılaraq, bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apellyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbinin üzrlü olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, Bərdə Rayon Məhkəməsinin 2(021)-2467/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin surəti Cavabdeh rəsmi qaydada verilmiş, cavabdeh isə həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmaqla, prosessual hüqüq normaları düzgün tətbiq edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 2467/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 130, 133, 263-264, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2467/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1401/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1401/2023
18.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver