Məhkəmə qərarları › İş №2(104)-1401/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1401/2025

17.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1401/2025 17.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 2(013)-321/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onlara məxsus Ağdam rayonu, Mahrızlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçıların həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Ağdam Rayon Məhkəməsinin(bunda sonra- Rayon Məhkəməsi) 2(013)-321/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. İddiaçı1(bundan sonra- iddiaçı) həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, Mülki Prosessual Məcəlləsinin 361ci maddəsinin tələbərinə tam riayət etməklə apellyasiya şikayətini tərtib edərək vermişdir. Həmin şikayətin geri qaytarılması üçün heç bir əsas yoxdur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və apellyasiya şikayəti qeydiyyata alınması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının katibliyinə verilməlidir. Belə ki, Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyini bildirsə də, əlavənin hansı tələblərinin və ya bəndinin pozulduğu ilə bağlı heç bir əsaslandırma apamamışdır. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron Məhkəmə İnformasiya” sistemində yaradılmış elektron kabinet vasitəsi ilə və 2 saylı Əlavənin tələblərinə uyğun verilmişdir. Göründüyü kimi cavabdehin şikayətinin dəlilləri əsaslı, Rayon Məhkəməsinin gəldiyi nəticə isə səhvdir. Belə olan halda Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayəti qeydiyyata alınması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının katibliyinə verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)-321/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ləğv edilsin və Ağdam Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə qeydiyyata alınması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının katibliyinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar