Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(104)-1412/2025 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən), Həsənov Islam Telman oğlu (məruzəçi) və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi, evin cavabdehin vəsaiti hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ## ###### 1998-ci il tarixli Ağstafa rayon Aqrar Islahat Komissiyasının ** saylı qərarına əsasən 0,04 ha JN780A KOD ******** saylı və ## ###### 1998-ci il tarixli Ağstafa rayon Aqrar Islahat Komissiyasının ** saylı qərarına əsasən 0,08 ha JN-780B KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair 2 ədəd olmaqla şəhadətnamələri ilə zəbt olunmuş 0,02 ha torpaq sahəsinin zəbtdən azad edilməsi, onun torpaq sahəsində qanunsuz inşa edilmiş evin cavabdehin vəsaiti hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Ağstafa rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarına əsasən JN-780-B KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0,08 ha torpaq sahəsinin bütövlükdə cavabdeh Cavabdeh zəbtindən azad edilməsi, həmin torpaq sahəsi üzərində olan tikililərin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddiaçı İddiaçı və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən JN 780B 0,08 ha həyətyanı torpaq sahəsinin 601 kv.m hissəsindən cavabdeh Cavabdeh çıxarılması; Həmin torpaq sahəsində olan tikilinin cavabdeh Cavabdeh hesabına sökülərək zəbt olunmuş həmin hissənin iddiaçı İddiaçı qaytarılması; Iş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ01360100000000003944, SWIFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ**CТRЕ******************** saylı hesabına keçirilməsi; Iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh ərizə verərək, apellyasiya şikayətindən imtina etdiyini qeyd etmişdir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh mübahisəli torpaq sahəsinin alqı-satqısı ilə bağlı iddiaçı ilə razılığa gələrək barışdıqlarını və apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Iddiaçı X1 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, cavabdehlə mübahisə pedmeti olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşmışlar və cavabdeh torpaq sahəsinin dəyərini ona ödəmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayətindən imtinasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətindən imtina barədə ərizənin qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, cavabdeh Cavabdeh Ağstafa Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Cavabdeh Ağstafa Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1412/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1412/2025
21.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver