Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1419/2023 09.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X2 ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavadbeh İddiaçı, nümayəndəsi vəkil X8 və qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(021)-416/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətlərində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Yenidaşkənd kəndində yerləşən JN-500 saylı torpaq mülkiyyət hüququna dair dövlət aktı əsasında olan 1.50 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Bərdə rayon Yenidaşkənd kəndində yerləşən 1.50 ha torpaq sahəsi var. İslahat gedən zaman həmin torpaq sahələri adam başına hesablanmaqla ona və ailə üzvlərinə verilmişdir. Qeyd etdiyi torpaq sahəsinə JN-500 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Lakin dövlət aktı əsasında onlara verilmiş olan 1.50 ha torpaq sahəsini hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmiş və onların istifadə edib, əkin əkib-becərməklərin maneçilik törədir. Onun xüsusi mülkiyyətndə olan 1.50 ha torpaq sahəsini 16 il bundan qabaq yəni 2007-ci il tarixdə hazırki iş üzrə Cavabdeh sənədsiz qeyri-rəsmi olaraq icarəyə vermişdirlər. İcarə müddəti bitdikdən sonra Cavabdeh 1.50 ha torpaq sahəsini qaytaracaqdı. Torpaq sahəsinin icarə müddəti bitdikdən sonra Cavabdeh onlara məxsus olan torpaq sahəsindən çıxmasını bildirdikdə isə 1.50 ha torpaq sahəsini onlara verməkdən imtina etmişdir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. Hal-hazırda Cavabdeh ona məxsus olan 1.50 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Çünki hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmədikləri üçün gəlir əldə edə bilmirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbin təminin edilməməsinə, qarşılıqlı iddia tələbim təmin edilərək cavabdeh İddiaçı 15000 (on beş min) manat məbləğində pulun və hazırkı qarşılıqlı iddia ərizəmə baxılması üçün ödədiyi dövlət rüsumu olan 135 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya həmin torpaq sahəsi onun tərfindən 2007-ci ildə ona icarəyə verilmiş, hazırda icarənin müddəti bitdiyi üçün torpağı ona qaytarmağını tələb etsə də, o torpaqdan çıxmır və onu əkib becərməkdə davam edir. Lakin İddiaçı həmin torpaq sahəsinin ona icarəyə verilməsinə və hansı şərtlər daxilində hansı müddətədək verməsinə dair iddia ərizəsinə hər hansı bir sübut əlavə etməmişdir. O, İddiaçıya həmin torpaq sahəsinə görə heç bir vaxt hər hansı bir məbləğdə icarə haqqı ödəməmişdir. 2007-ci ilin iyun ayında ona 15.000 manat nəğd pul verərək həmin torpağı birdəfəlik satın almışdır. 2007-ci ilin iyun ayında İddiaçı ona bildirmişdir ki, qızının toyu olacaq, ancaq ona cehiz almaq üçün pulu yoxdur. Odur ki, ona və ailə üzvlərinə "Torpağa mülkiyyət hüququna dair" JN-500 KOD ******* nömrəli Dövlət Aktı əsasında məxsus olan, Bərdə rayonu Yeni Daşkənd kəndi ərazisində yerləşən 1.50 ha torpaq sahəsini satmaq istəyir. Odur ki, İddiaçıla razılaşmışlar ki, həmin torpaq sahəsinə görə ona nəğd olaraq 150.000 (yüz ǝlli min) manat pul versin, alqı-satqı müqaviləsi bağlamağı sonra həll edərlər. Həmin vaxt Yenidaşkənd kəndində 1 ha əkin təyinatı pay torpağının dəyəri 100.000 manat idi. Bu razılaşmadan bir neçə gün sonra 150.000 manat pulu aparıb İddiaçı vermişdir. Pulu verərkən onun oğlu X9 da yanlarında olub və pulu atasına nə üçün verdiyini bilmişdir. Pulu İddiaçı verərkən o "Torpağa mülkiyyət hüququna dair" JN-500 KOD 61000038 nömrəli Dövlət Aktının əslini və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Pulu verdikdən sonra və İddiaçı qzının toyunu etdikdən sonra ilk illərdə dəfələrlə ondan xahiş və tələb etmişdir ki, torpağın alqı-satqı müqaviləsi ilə notariat qaydasında onun adına rəsmiləşdirilsin. Lakin İddiaçı hər dəfə müxtəlif bəhanələr gətirərək, alqı-satqı müqaviləsi bağlamaqdan yayınmışdır. Sözügedən 1.50 ha torpaq sahəsinə görə 2007-ci ilin iyun ayında 150.000 manat pul verib onu birdəfəlik alarkən o zaman Yeni Daşkənd kəndində 1 (bir) hektar kənd təsərrüfatı təyinatlı torpağın bazar dəyəri 100000 (yüz min) manat idi, yəni hazırkı qiymətlə 10.000 (on min) manat idi. X20 kəndində 1 (bir) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 10.000 (on min) manatdır. Bu hesabla əgər İddiaçı torpağı ondan geri almaq istəyirsə, ona 15000 (on beş min) manat pul ödəməlidir. (1,5 ha x 10000 manat=15000) . 2007-ci ilin nominasiyası ilə o, 150.000 manatı İddiaçı 1.50 ha torpaq sahəsini almaq üçün vermişdir. Yeni Daşkənd kəndi üzrə icra nümayəndəliyinin Bərdə rayon məhkəməsinə təqdim etmək üçün verdiyi xx.xx.2022ci il tarixli 502 nömrəli arayışda da bildirilir ki, hal-X20 kəndi ərazisində 1 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bazar dəyəri (satış qiyməti) 10.000 manatdır. Cavabdeh İddiaçı aralarında alqı-satqı müqaviləsinin olmamasından sui-istifadə edərək torpağı geri tələb edir. Belə olan halda mülki qanunvericiliyin təməl prinsiplərindən olan pozulmuş hüquqların bərpasının təmin edilməsi (Mülki Məcəllənin 6.1-ci maddəsi) və ədalət prinsipi baxımından da hesab edir ki, cavabdeh ona məhz 1.50 ha kənd təsərrüfatlı təyinatlı torpağın 2022-ci ildəki bazar dəyəri ilə 15.000 manat pul qaytarıb verməlidir. Bərdə Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(021)-416/2023 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair ilk iddiasının təmin olunması, Cavabdeh Torpağa mülkiyyət hüququna dair JN 500 KOD 61000038 saylı Dövlət Aktına əsasən İddiaçı, X3, X7, X4 və X5 mülkiyyətndə olan Bərdə rayon Yenidaşkənd kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin olunması, ilk iddia üzrə ddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 15000 manatın alınaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi və iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Torpağa mülkiyyət hququna dair JN 500 KOD 61000038 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarı ilə Bərdə rayon Yeni Daşkənd kənd sakinləri İddiaçı, X3, X7, X4 və X5 mülkiyyətinə 1.50 ha torpaq sahəsi verilmişdir. Cavabdeh, X9 və digər kənd sakinləri tərəfindən imzalanmış və Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli Aktın surətindən görünür ki, İddiaçı öz ailə üzvlərinin razılığı ilə ona məxsus olan 1.5 ha pay torpağını 15000 manata Cavabdeh satmışdır. Tibbi kartdan çıxarışdan, xəstəlik haqqında şəhadətnamədən və məsləhət vərəqindən görünür ki, X9 ikinci qrup əlil olmaqla, psixi xəstədir. Qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndi ərazisindən 1 ha təsərüffat təyinatlı torpaq sahəsinin bazar dəyəri hal-hazırda 10000 manat təşkil edir. İlk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısı aparatının 01 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində 1 ha pay torpaq sahəsinin2007-ci ildəki real bazar dəyəri 1500- 2000 manat təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(021)-416/2023 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(021)- 416/2023 saylı qətnaməsində qarşılıqlı iddia tələbinə dair hissəsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan tələb etdiyi məbləğ qanunsuzdur. İclas zamanı məhkəməyə təqdim edilərək mülki işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli akt məhkəmə iclasları zamanı qanunsuz olaraq kənd icra nümayəndəliyinin və bir neçə şəxslər tərəfindən hazırlanmışdır. O hər hansısa bir akta imza edərək həmin torpaq sahəsini satmamışdır. Onun övladı uzun zamandır ki, ruhi xəstədir və bir çox klinikalarda müalicə olunubdur. Cavabdeh onun xəstə oğlundan istifadə edərək akt hazırlamışdır. Həmin aktdan isə onun məhkəmə qətnaməsini oxuyan zaman məlumatı olmuşdur. İclas zamanı belə bir aktın olduğu deyilməmişdir. Onun xəstə övladından başqa bir neçə övladı var və onlar yetkinlik yaşına çatmışlar. Oğlu onun və övladlarının adından heç bir akta imza etməyi düzgün deyil və bunu övladları da təsdiq edə bilər. Həmçinin o iclas zamanı torpaq sahəsini satmadığını, sadəcə icrayə verdiyini bildirmişdir. Lakin hakim onun sözünü nəzərə almadan, yanlız saxta yolla təqdim edilmiş akta əsasən ondan 15.000 manat pulun alınaraq Cavabdeh verilməsini qət etmişdir. Hakim heç bir ekspertiza təyin etmədən, banka heç bir sorğu vermədən iddiaçının tələb etdiyi məbləği təmin etmişdir. Keçmişdə verilən pulla hazırdakı pul eyni olmadığından ekspertiza təyin edilməli, banka sorğu verilməli və 2007-ci il tarixdə olan 15.000 manat pulun hazırki indeksasiya ilə hesablanmış məbləğinin nə qədər olması barədə arayış almalı idi. Hazırda buradan da görünür ki, hakim heç bir əsaslı səbəbdən qarşılıqlı iddianı təmin edibdir. Məhkəmə iclası zamanı yanlış olaraq ifadə vermiş X1 Hacıyevin basqısı ilə ona qarşı qərəzli ifadə vermişdir. Onun qanunla qorunan hüququnun pozulduğu üçün qarşılıqlı iddia ərizəsi üzrə qəbul edilmiş qətnamənin rədd edilməsini istəyir. Bütün göstərdiyi əsaslara görə məlum olur ki, qətnamə qanuna zidd olaraq qəbul edilmişdir. Məhkəmə həqiqətləri araşdırmadan ədalətsiz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahat verib bildirmişdir ki, o, torpaq sahəsini Cavabdeh icarəyə vermişdir. Onun oğlu psixi xəstədir. Cavabdeh də bundan istifadə edib, xx.xx.2007-ci il tarixli saxta akt tərtib etdirmişdir ki, guya 2007-ci il tarixdə torpağı ona 15000 manata satmışdır. Həmin akt 2007-ci il tarixdə deyil, 2022-ci il tarixdə məhkəmə gedişində tərtib edilmişdir. Aktdakı şəxslər isə onun yaxın qohumlarıdır. Buna görə də şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmənin suallarına cavabında bildirmişdir ki, 2007-ci il tarixdə 1 ha torpağın dəyəri təxminən 2000 manat, icarə haqqı məbləği isə illik 150-200 manat olmuşdur. O, isə icarə haqqı qismində 2007-ci il tarixdə Cavabdeh 2400 manat almışdır ki, həmin hesabla icarə müqaviləsinin müddəti bitmişdir. Buna görə də torpağını tələb etmişdir. Dövlət aktının əslini isə subsidiya almaq üçün Cavabdeh vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavadbeh İddiaçı nümayəndəsi vəkil X13 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim etdikləri arayışla 2007-ci il tarixdə 1 ha torpaq sahəsinin dəyərinin 1500-2000 manat aralıöında olması təsdiq olunmaqdadır ki, 2007-ci il tarixdə Cavabdeh 1,5 ha torpaq sahəsini İddiaçı 15000 manata alması mümkünsüzdür. Əgər Cavabdeh İddiaçı torpaq alsa idi, onlar arasında yazılı razılaşma bağlanardı. Belə bir müqavilə isə yoxdur. Cavabdeh İddiaçı ruhi xəstə olan oğlunun vəziyyətindən istifadə edərək, ona aktı imzlatmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh izahat verib bildirmişdir ki, 2007-ci il tarixdə İddiaçı xəstəsinin olduğunu, pula ehtiyacı olduğunu buna görə də torpaq sahəsini satdığını bildirmişdir. O, da həmin torpaq sahəsini 15000 manata almışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, akt 2007-ci il tarixdə tərtib edilmişdir. Aktın əsli ona mövcud deyildir. İddia ərizəsində qeyd etiyi 150000 manat pul isə 2007-cildə olan köhnə manatla qeyd edirlmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Zərdan onun qaynıdır. 2007-ci il tarixdə Zərdan ondan torpaq almaq üçün 3000 manat borc pul almışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, Zərdanla Vaqif arasında olan alqı-satqıda iştirak etməmişdir. Torpağın neçəyə alınıb-satılmasından məlumatsızdır və hər hansı bir akta imza etməmişdir. Ona təqdim olunan akt imza atmasını xatırlamır. Lakin, aktdakı imza onun imzasına oxşayır. Mümkündür ki, onun imzasına oxşatmaqla imza başqa şəxs tərəfindən çəkilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(021)-416/2023 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında “Torpağa mülkiyyət hüququna dair” JN 500 KOD 61000038 saylı Dövlət Aktında göstərilən 1.50 ha sahədən ibarət torpaq sahəsinin şifahi qaydada alqı-satqısına dair müqavilə bağlanmış və bu müqavilə yazılı və notarial qaydada bağlanmdığınan Mülki Məcəllənin 329 və 337-ci maddələrinin tələbinə əsasən etibarsız əqd olmuşdur. İlk iddia üzrə İddiaçı həmin torpaq sahəsini satmadığını, icarəyə verdiyini iddia etsə də onun bu iddiası inandırıcı olmamaqla, işin faktiki hallarına da uyğun olmamışdır. Belə ki, İddiaçı 2007-ci il tarixdə Cavabdeh icarə haqqı qismində 2400 manat aldığını bildirsə də icarə müddətinin hansı vaxtadək müəyyən edilməsini və aylıq icarə haqqının konkret olaraq neçə manata razılaşdırılmasını izah edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası tərəflər arasında etibarsız icarə müqaviləsi deyil, etibarsız alqı-satqı müqaviləsi bağlanması nəticəsinə gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə torpaq sahəsini alqı-satqı yolu ilə aldığını və bunun müqabilində 15000 manat ödədiyini iddia edərək, bunun təsdiqi kimi Cavabdeh, X9, X10, X11 və qeyriləri tərəfindən imzalanmış və Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli Aktın surətini məhkəməyə təqdim etmişdir ki, həmin aktın ümumiyyətlə 2007-ci il tarixdə tərtib edilməsi və imzalanması ilə bağlı əsaslı şübhələr mövcud olmaqla, məhkəmə kollegiyası həmin aktı mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, əvvəla həmin aktın əsli məhkəməyə təqdim edilməmiş, Cavabdeh isə aktın əslinin onda olmadığını bildirmişdir ki, bununla da qeyd olunan sübut Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələbinə cavab verməmişdir. Digər tərəfdən həmin akt İddiaçı tərəfindən deyil, işin mübahisəsiz halı qismində onun oğlu X9 tərəfindən imzalanmışdır ki, İddiaçı oğlunun ruhi xəstə olmasından istifadə edilərək qarşılıqlı iddiaçının həmin aktın ona imzalatdırdığını iddia etmişdir ki, iş materiallarında olan sənədlərlə isə X6 psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən olunduğundan ilk iddia üzrə iddiaçının bu arqumenti əsaslı hesab olunmuşdur. Bundan başqa həmin aktda adı qeyd olunan və Cavabdeh qohumu olan X11 məhkəmə kollegiyasının iclasında şahid qismində dindiriləkən ifadəsində Zərdanla Vaqif arasında olan alqı-satqıda iştirak etmədiyini, torpağın neçəyə alınıb-satılmasından məlumatsız olduğunu, hər hansı bir akta imza etmədiyini, iş materiallarında olan 16 iyun 2006-cı il tarixli akta imza atmasını xatırlamadığını, lakin aktdakı imza onun imzasına oxşamaqla, imzanın oxşatmaqla başqa şəxs tərəfindən çəkildiyini güman etdiyini bildirmişdir ki, həmin şahidin ifadəsi ilə də həmin aktın qeyri-mötəbər olması təsdiq olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qarşılqılı iddiaçı Cavabdeh özü tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 noyabr 2022-ci il tarixli arayışında Bərdə rayonu Yenidaşkənd kəndi ərazisindən 1 ha təsərüffat təyinatlı torpaq sahəsinin bazar dəyərinin hal-hazırda 10000 manat təşkil etməsi qeyd olunmuşdur ki, 16 il əvvəl, yəni 2007-ci il tarixdə də torpaq sahəsinin həmin dəyərdə olması ilə bağlı 16 iyun 2006cı il tarixli aktda qeyd olunan məlumat da həmin aktın qeyri-mötəbər olmasını təsdiq etmişdir. Hərçənd ki, torpaq sahəsinin 16 il əvvəlki dəyəri ilə hazırkı dəyərinin eyni olmaması hamıya məlum olan haldır. Digər tərəfdən qarşılqıqlı iddiaçı iddia ərizəsində köhnə pulla cavadbehə 2007-ci il tarixdə 150000 manat verdiyini qeyd etsə də aktda həmin məbləğ 15000 manat kimi qeyd olunmuş, qarşılqılı iddiaçı hazırda 1 ha torpaq sahəsinin dəyərinin 10000 manat təşkil etməsini nəzərə alaraq cavabdehdən 15000 manat pul tələb etdiyini bildirmişdir ki, bununla da həmin aktın 2007-ci il tarixdə deyil, son zamanlarda tərtib olunması ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehin arqimenti inandırıcı və ağılabatan olmuşdur. Bundan başqa Bərdə rayon İcra Hakimiyyəti Başçısı aparatının 01 iyun 2023-cü il tarixli məktubunda da Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində 1 ha pay torpaq sahəsinin 2007-ci ildəki real bazar dəyəri 1500- 2000 manat təşkil etməsi qeyd olunmuşdur ki, belə olduğu təqdirdə ilk iddia üzrə iddiaçının 2007-ci il tarixdə etibarsız əqd əsasında torpaq sahəsinin satışına görə 2400 manat alması ilə bağlı izahatı mötəbər hesab olunur. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən faktiki hallarını düzgün qiymətləndirməmiş, o cümlədən qarşılıqlı iddianın təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada bağlanmış alqı-satqı dair müqaviləsi Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin tələbinə əsasən etibarsız əqd olmuşdur ki, ilk iddia təmin olunaraq Cavabdeh İddiaçı birgə mülkiyyətində olan torpaq sahəsindən çıxarılması qət edilmşdir. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə əsasən isə İddiaçı etibarsız əqd əsasında Cavabdeh aldığı 2400 manatı geri qaytarmaq öhdəliyi yaranmışdır. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(021)-416/2023 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2400 (iki min dörd yüz) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 20 manatı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Bərdə Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(021)-416/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(021)-416/2023 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Qarşıqlıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2400 (iki min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 2420 (iki min dörd yüz iyirmi) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.