Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1421/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(125)-3568/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək cavabdehin Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 49 saylı binanın 1 saylı mənzilindən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(125)-3568/2023 nömrəli qərardadı ilə (hakim Mustafa Mustafayev) İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması, iddiaçı mübahisənin məhkəməyəqədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydada riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mülki mübahisənin mənzildən istifadə hüququna xitam verilməsini nəzərə almamış, ailə münasibəti kimi qiymətləndirmşdir. Halbuki o oğlu olan cavabdehin ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(125)-3568/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gəncə şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(125)- 3568/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 20 aprel 2023-cü il tarixli 2(125)- 3568/2023 nömrəli qərardadları ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi və işin məhkəmədə baxılmağa hazırlanması üçün mülki iş Gəncə şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddiaçı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək oğlu olan cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir, yəni tərəflər arasında ailə münasibətləri mövcud olsa da hazırki mübahisə mülkiyyət hüququ ilə bağlı olan mübahisədir. İddia ərizəsinin geri qaytarılması qənaətinə gələn birinci instansiya məhkəməsi yanlış olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1, 150.0.8, 152.1.6-1-ci maddələrinə istinad edərək iddiaçının mediasiya prosesində iştirakına dair tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etmədiyi əsası ilə iddia ərizəsinin geri qaytarılmasını qərara alımışdır. Qeyd edilən Qanunun 3.1.2-ci maddəsinə əsasən mediasiya ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq onu qeyd edir ki, hazırki mübahisə ailə münasibətlərindən irəli gələn mübahisə deyildir. Belə olan halda göstərilən əsasla iddia ərizəsinin geri qaytarılması düzgün nəticə olmamışdır. Ona görə də şikayət təmin edilməli, Gəncə şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(125)-3568/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 20 aprel 2023-cü il tarixli 2(125)-3568/2023 nömrəli qərardadları ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi və işin məhkəmədə baxılmağa hazırlanması üçün mülki iş Gəncə şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2.-ci maddəsinə görə Apellyasiya instansiya Məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Hazırki iş üzrə çıxarılan qərardaddan isə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397, 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(125)-3568/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 20 aprel 2023-cü il tarixli 2(125)-3568/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh X1 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin icraata götürülməsi və işin məhkəmədə baxılmağa hazırlanması üçün mülki iş Gəncə şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1421/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1421/2023
24.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver