Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1428/2025 08.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iş üzrə Açar sözlər: daşınmaz əmlaka istifadə hüququ; əmlakın yüklülüyü; vicdanlılıq Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, cavabdeh X8 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı əmlaka istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(125)-3353/2024 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2276/2021 nömrəli qərarına əsasən, Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızının və Cavabdeh2, iddiaçı X4 xüsusi nülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis idarəsinin üzərinə qoyulmuşdur;
2. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X9 ona məxsus ünvan 3 ünvanında yerləşən mənzili alıcı İddiaçı satmışdır (notariat işinin materiallarında olan sənədlərdə müqavilə qeydə alınarkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmaları barədə məlumat göstərilməmişdir);
3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-451/2022 nömrəli qərarına əsasən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 2276/2021 nömrəli qərarı ləğv edilərək, iddiaçı X4 cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızı və X5) qarşı ünvan 5 ünvandan pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir;
4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-38-33/2-A-907-44/25 nömrəli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə ölkəyə geri qayıtmışdır;
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 5 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 240 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 10 mənzil 15 olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia həcminin dəqiqləşdirilməsi barədə ərizələr verərək, Cavabdeh3 qarşı tələblərindən imtina etmiş, Abdullayeva (Əsədova) Maral Rafiq qızının isə cavabdeh kimi işdə iştiraka cəlb edilməsini, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Abdullayeva (Əsədova) Maral Rafiq qızının Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 10 mənzil 15 olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri Dədə Qorqud küçəsi 10 nömrəli evin 15-ci mənzilini əldə etmişdir. Qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evin köhnə mülkiyətçilərinin qohumlarıdır və onunla heç bir münasibətləri yoxdur. Mənzili alarkən həmin əmlakda heç kəs yaşamamışdır. Müqavilə bağlanarkən qeydiyyatda olan şəxslər barəsində arayışda cavabdehlərin adları qeyd olunmamışdır. Hazırkı iddia tələbi ilə müraciət etməmişdən əvvəl Gəncə İnzibati Məhkəməsində cavabdeh Gəncə şəhər Baş Polis idarəsininı üzərinə 3-cü şəxslər X6, Cavabdeh3 və Cavabdeh1 onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mülkdən pasport qeydiyyatından çıxarılmalarının öhdəlik olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahiş etsə də, iddiası rədd olunmuşdur. Həmin işə baxılarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyul 2007-ci il tarixli, 1mk-1077/07 nömrəli qətnaməsi ilə üçüncü şəxslərin mübahisələndirilən mənzildən istifadə hüquqlarının olması müəyyən edilmişdir. Ona görə də iddiaçı mübahisəli əmlaka mülkiyyət hüququ əldə etsə də, həmin əmlakı üçüncü şəxslərin məhdud əşya hüququ, istifadə hüququ ilə yüklü əldə etmişdir. Cavabdehlər mənzildən istifadə hüququ əldə etmiş olsalar belə, bunun ona hər hansı bir aidiyyəti yoxdur. Belə ki, mənzili alarkən cavabdehlər nə həmin mənzildə qeydiyatda olmuşlar, nə də ki faktiki olaraq orada yaşamışlar. X10 Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(104)-451/2022 nömrəli qərarına əsasən icraya dönüş edildikdən sonra həmin mənzilə qeydiyyata düşmüşlər. O, vicdanlı alıcı kimi mənzil almışdır. Cavabdehlərin hər-hansı bir tələbi olsa da, onlar bunu mənzilin köhnə mülkiyətçisindən tələb edə bilər. Cavabdehlər bu gündə həmin mənzildə yaşamırlar və mənzilin bir otağını zəbt edib başqa şəxslərə kirayə veriblər.
9. Gəncə Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(125)-3353/2024 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızının və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Dədə Qorqud küçəsi 10 nömrəli evin 15-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.5, 158.3 maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 81, 217.3, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh X8 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(114)-451/2022 nömrəli qərarı əsasında pasport qeydiyyatı bərpa edilmişdir. Mübahisəli mənzilə pasport qeydiyyatının bərpa edilməsi istifadə hüququnun olmasıdır. İddiaçı mübahisəli əmlakı alan zaman mənzilə baxış keçirməmişdir. Həmin mənzil 2 otaqdan ibarət olsa da, 30 ildən çox müddətdir ki mənzil faktiki olaraq 2 hissəyə bölünüb və otağın biri iddiaçının istifadəsində olmaqla rəsmi ünvana açılan qapıdan istifadə edir. Mənzilin otaqlar kərpic hörgü ilə ayrılmış şdır. Bir otaqdan digər otağa keçid üçün qapı yoxdur. Nəcəf Hüseynov onlar arasında mənzil mübahisəsi olmasından xəbərdar olmuş və onun əvvəlki mülkiyyətçi ilə qohumluq münasibətləri vardır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
14. Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(104)-198/2025 nömrəli qətnaməsi ilə cavabdeh Abdullayeva (Əsədova) Maral Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(125)-1333/2023 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni “cavabdeh Abdullayevə (Əsədova) Maral Rafiq qızının İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Dədə Qorqud küçəsi 10 nömrəli evin 15-ci mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması” hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
15. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2025-ci il tarixli 2(102)-1368/2025 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 yanvar 2025-ci il tarixli 2(104)-198/2025 nömrəli qətnaməsinin ləğv edilməsi; İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X8 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 1986-cı ildən mübahisəli mülkdə yaşayır. Atası ilə anası ailə qurduqları vaxtdan, yəni 1986-cı ildən mübahisəli mənzil faktiki olaraq iki hissəyə ayrılmışdır. Mənzilin əvvəlki mülkiyyətçisi Sevda İsmayılova bibisi olmuşdur. Sonuncu onlara qarşı pasport qeydiyyatından çıxarılma barədə məhkəmədə iddia qaldırsa da, lakin mənzilə istifadə hüquqları olduğundan iddia təmin edilməmişdir. Mübahisəli mənzilə dair iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanan zaman Azərbaycan Respublikasında olmasa da, lakin anası və qardaşı həmin zaman orada yaşamışlar. Sədrlik edənin suallarına cavab olaraq Maral Abdullayeva bildirmişdir ki, Türkiyə Respublikasına gedib-gəlir, orada oturum izni almışdır və bu hər il yenilənir. Türkiyə Respublikasına işləmək məqsədilə getmişdir, lakin orada vəziyyət pis olduğundan geri qayıtmışdır. Mübahisəli mülkdən gəlin köçmüşdür, lakin ailə münasibəti pozulmuş və bundan sonra yenidən həmin evə qayıdıb orada yaşamışdır. Əvvəlki apellyasiya baxışı zamanı anasının verdiyi izahat təhrif edilmişdir. Son üç aydır ki, ölkə ərazisindədir və buranı tərk etmək niyyəti yoxdur. Türkiyə Respublikasında mövcud olan internet saytlarından da müəyyən etmək olur ki, o, xarici ölkədə nikaha daxil olmamışdır. X14 isə 30 ildir ki, Türkiyə Respublikasına gedib. Cavabdeh X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, kassasiya instansiyası məhkəməsi iki nüansın araşdırılması üçün işi yeni apellyasiya baxışına qaytarmışdır. Nümayəndəsi olduğu şəxsin ölkədən giriş-çıxış məlumatlarını sorğu əsasında əldə etmişlər. İddiaçı iddia ərizəsində cavabdehlərin faktiki yaşadıqları ünvanı dəqiq göstərməyib, məhkəmə tərəfindən cavabdehlərə göndərilmiş bildirişləri isə elə iddiaçı tərəf özü qəbul etmişdir. Mənzil faktiki olaraq iki hissəyə bölünüb. Bir hissədə iddiaçı tərəf, digər hissədə isə cavabdeh tərəf yaşayır. Mənzilin giriş qapısının yeri dəyişdirilmiş və əlavə giriş qapısı açmışlar. Əslində, iddiaçı ilə cavabdehlər qohumdurlar. Məsələ orasındadır ki, iki otaqlı ev alan iddiaçı evi alarkən gəlib oraya baxır, niyə demir ki, bu evin digər otağı haradadır. Halbuki, evi alan şəxs oraya baxış keçirməlidir. Əgər şəxs baxış keçirmədən ev alırsa, deməli evin vəziyyəti barədə məlumatı vardır. Çünki, iki otaqlı mənzilin digər otağına (cavabdehlərin yaşadığı) daxil olmaq üçün binanın arxa tərəfinə keçmək lazımdır. Eyni zamanda, Mülki Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi, orada yaşayan şəxslərin istifadə hüququnu dəyişdirmir. Əslində, mənzilin köhnə mülkiyyətçi Sevda İsmayılova tərəfindən iddiaçıya satılması formal xarakter daşımış və bunu etməkdə məqsəd cavabdehlərə evdən pay verməmək olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı mübahisəli mənzili əldə edərkən əmlakın yüklülüyü barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı da sorğu əsasında alqı-satqı müqaviləsinə dair notariat işi əldə edilərək baxış keçirilmişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman cavabdehlər orada pasport qeydiyyatında olmamışlar. Ümumiyyətlə, ev alınarkən cavabdehlər orada yaşamamışlar, İddiaçı əvvəlcədən gedib evə baxmışdır, lakin həmin vaxt orada yaşayış olmamışdır. Əgər istəsələr cavabdehlər mənzilin köhnə mülkiyyətçisinə qarşı kompensasiya ödənilməsi barədə tələb irəli sürə bilərlər. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçı ilə cavabdehlər arasında hər hansı qohumluq və digər əlaqələri yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
28. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
29. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
30. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
40. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia təmin edilmiş və cavabdehlərdən yalnız X8 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Ona görə də qətnamənin qanuniliyi və əsaslılığı yalnız apellyatora münasibətdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni cavabdeh X3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri D.Qorqud küçəsi bina 10-da yerləşən 15 nömrəli mənzil X4 xüsusi mülkiyyətində olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 da həmin mənzildə pasport qeydiyyatında olmaqla mənzilə istifadə hüquqları olmuşdur (bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur). Mənzilin mülkiyyətçisi S.İsmayılova mənzildə pasport qeydiyyatında olan Cavabdeh1, Cavabdeh2 və M.Abdullayevanın mənzildəki pasport qeydiyyatından çıxarılmaları barədə iddia ilə məhkəməyə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2276/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin məhkəmə qərarı icraya yönəldilmiş və nəticədə adları qeyd edilən şəxslər mənzildəki pasport qeydiyyatından çıxarılmışlar. Daha sonra xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, satıcı S.İsmayılova Gəncə şəhəri D.Qorqud küçəsi bina 10-da yerləşən 15 nömrəli mənzili alıcı İddiaçı satmışdır (notariat işinin materiallarında olan sənədlərdə müqavilə qeydə alınarkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmaları barədə məlumat göstərilməmişdir). Bundan sonra Cavabdeh1, Cavabdeh2 və M.Abdullayeva onların mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2276/2021 nömrəli qərarından apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)- 451/2022 nömrəli qərarına əsasən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(114)-2276/2021 nömrəli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir. Hazırda mənzil hüquqların dövlət üeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Cavabdehlərin mənzilə istifadə hüquqlarının onun hüquqlarını pozduğunu əsas gətirərək iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
43. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 22 may 2025-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, apellyasiya məhkəməsi İddiaçı alqı-satqı müqaviləsi bağlanarkən mənzilin digər şəxslərin hüquqları ilə yüklü olmasına münasibətdə vicdanlı olub-olmamasını tərəflərlə müzakirə etməklə kifayət qədər araşdırmamış və hüquqi dəyərləndirmə aparmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı bir şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmasının məhkəmə qərarı ilə müəyyən edilməsi, həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edən yeni mülkiyyətçinin əldə etdiyi sahənin digər şəxslərin hüquqları ilə yüklü olmasını bilməməsini, yəni vicdanlı olmasını istisna etmir. Şəxs mənzilə mülkiyyət hüququnu əldə edərkən mənzilin digər şəxslərin hüquqları ilə yüklü olduğunu bilməmişsə və bilməli deyildirsə əldə edən şəxsin hüquqları qorunmalı, onun mülkiyyətindən maneəsiz istifadə etməsi təmin edilməlidir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan da müəyyən olunur ki, cavabdeh Maral Abdullayeva müəyyən vaxtlarda, yəni müvəqqəti Türkiyə Respublikasına gedib-gəlir. Türkiyə Respublikasından gələn zaman da anası Cavabdeh2 ilə birlikdə mübahisəli mənzildə qalır. Kassasiya şikayətinin dəlillərindən biri kimi isə qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, Abdullayeva (Əsədova) Maral Rafiq qızı uzun müddətdir ki, Türkiyədə yaşayır, orda ərə gedib. Bu halı məhkəmə prosesi zamanı onun nümayəndəsi olan anası Cavabdeh2 da etiraf etmişdi. Buna görə məhkəmə xx.xx.2025-ci il tarixə təxirə salınmışdı. Lakin həmin prosesdə artıq vəkillə birlikdə iştirak edən Cavabdeh2 bildirdi ki, guya o səhv başa düşüb, qızı ərə getməyib, bu da ki inandırıcı deyil. Apellyasiya məhkəməsi tərəfindən cavabdeh Abdullayeva (Əsədova) Maral Rafiq qızının Türkiyə Respublikasında daimi deyil, müvəqqəti əsaslarla yaşamasını kifayət qədər əsaslandıra bilməmiş, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan cavabdeh X7 Respublikasına müvəqqəti gedib-gəldiyinin necə müəyyən olunduğunu inandırıcı şəkildə izah edə bilməmişdir.
44. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
45. Baxılan işdə iddiaçı mənzili alqı-satqı müqaviləsi əsasında əldə edərkən cavabdeh M.Abdullayevanın mənzilə istifadə hüququ olmasından məlumatı olmadığını və mənzili əldə etdikdən sonra bu barədə məlumat aldığını iddia edir; cavabdeh M.Abdullayeva isə iddiaya etiraz edərək iddiaçının mənzilin köhnə mülkiyyətçisi ilə qohumluq münasibəti olduğunu və əmlakda o və ailə üzvlərinin yaşamasından məlumatı olaraq mənzili əldə etdiyini bildirir.
46. İşin müəyyən edilmiş və faktiki hallarından isə görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mübahisəli mənzili satıcı S.İsmayılovadan satın almışdır və mənzil hazırda da iddiaçının mülkiyyətindədir. Alqı-satqı müqaviləsi bağlanan tarixdə iş üzrə cavabdeh M.Abdullayeva həmin mənzildə pasport qeydiyyatında olmamışdır. Bununla belə, alqı-satqı müqaviləsi bağlanmamışdan iki ilə yaxın müddət əvvəl cavabdeh M.Abdullayeva ölkə hüdudlarını tərk etmiş və alqı-satqı müqaviləsi bağlandıqdan bir il sonra ölkəyə geri qayıtmışdır. Belə ki, cavabdeh M.Abdullayevanın ölkəyə giriş-çıxış məlumatlarından görünür ki, o, xx.xx.2020ci il tarixdə ölkə hüdudlarını tərk etmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə ölkəyə geri qayıtmışdır. Bir sözlə, mənzilə dair iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanan zaman cavabdeh M.Abdullayeva mənzildə yaşamamışdır.
47. Məlumdur ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (MM maddə 158.3).
48. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə araşdırılmalı məsələ iddiaçının mübahisəli mənzilə dair əqd bağlayarkən onun yüklülüyünün olmamasına münasibətdə vicdanlı olub-olmamasıdır.
49. Qanunvericiliyin tələbinə görə, əvvəlcə məhkəmə baxılan iş üzrə hansı halların sübuta yetirilməli olduğunu təsbit etməli, daha sonra isə həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir.
50. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, iddia edilən halın mövcud olduğunu iddia edənin (iddiaçının) üzərinə düşür. Lakin, mülki hüquq münasibətlərində “vicdanlılıq prezumpsiyadır” (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni, əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Ona görə də, vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür.
51. Baxılan işdə mübahisəli daşınmaz əşyanın mülkiyyətini dövlət reyestrindəki qeydə əsasən mülkiyyətçi S.İsmayılovadan əldə edən İddiaçı vicdanlılığı ehtimal edildiyi üçün bunun əksini (iddiaçının vicdanlı olmadığını) sübut etmək vəzifəsi bu dəlili irəli sürən cavabdeh M.Abdullayevanın üzərinə düşür.
52. Cavabdeh tərəf iddiaçının mənzilin köhnə mülkiyyətçisi ilə qohumluq münasibəti olduğunu və əmlakda o və ailə üzvlərinin yaşamasından məlumatı olaraq mənzili əldə etdiyini bildirir. İddiaçı tərəf isə bunu qəbul etməyərək mənzil alındığı zaman ümumiyyətlə orada yaşayış olmadığı və iddiçının əvvəlki mülkiyyətçi ilə hər hansı qohumluq və digər əlaqələrinin olmadığını qeyd edir. Cavabdeh M.Abdullayeva iddiaçı ilə mənziln köhnə mülkiyyətçisi (cavabdehin bibisi) arasında qohumluq münasibətləri olduğunu bildirsə də, nəyinki bu barədə sübut, ümumiyyətlə bu qohumluq münasibətinin nədən ibarət olması barədə məhkəməyə konkret açıqlama verməmişdir. Bir sözlə, cavabdeh M.Abdullayevanın irəli sürdüyü dəlil vicdanlılıq prezumpsiyasını etibarlı şəkildə aradan qaldıran kifayətedici sübutlara söykənmir.
53. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, İddiaçı mübahisəli əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur. Bu isə, cavabdeh M.Abdullayevanın həmin əmlaka olan istifadə hüququna xitam verilməsi üçün qanuni əsasdır. Odur ki, cavabdehin əmlaka istifadə hüququnun itirilmiş hesab edilməklə əmlakdan çıxarılması barədə iddiaçının hazırkı tələbi qanuni əsaslara söykənir. Birinci intansiya məhkəməsi yoxlanılan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(125)-3353/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni cavabdeh X3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.