Məhkəmə qərarları › İş №2(104)-143/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-143/2023

30.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-143/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(021)-256/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxxxxx 1970-ci ildə doğulmuşdur. Bərdə rayonu Xanərəb kənd inzibati ərazi dairəsi üzər nümayəndəliyi tərəfindən verilmiş 345 nömrəli, 16 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, Xanərəb kəndində yaşayır. A391952 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən ollunuur ki, İddiaçı1 Bərdə rayonu, Xanərəb kəndində 4.31 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, iddiaçı naturada 5.90 ha torpaq sahəsindən istifadə edir və sənəd üzrə onun mülkiyyətinə verilmiş pay torpağının uzunluq ölçüləri naturada əskik deyildir, elektron məlumat bazasında mövcud, təsərrüfatın yerquruluşu layihəsinə və TEKUİS-nə əsasən yaşayış mənətəqəsi ilə pay torpaqları arasında nəzərdə tutulmuş ümumi istifadəli gediş-gəliş yolu hal-hazırda naturada mövcuddur və cavabdeh tərəfindən həmin yola maneçilik törədilməsi, zəbt edilməsi aşkarlanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/656 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, A391952 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi, Cavabdeh1 tərəfindən istifadə edilmir. A391952 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən Süleymanov, Firdovsi Kazım oğlunun mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. TEKUİS məlumat bazasında, A391952 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh1 həyətyanı torpaq sahəsinin arasında ümumi istifadə olunan gediş-gəliş yolu nəzərdə tutulmuşdur, (sxemdə göstərilmişdir). Həmin torpaq sahəsi üçün nəzərdə tutulmuş ümumi istifadə olunan gedişgəliş yolunun 46 kv hissəsi cavabdeh tərəfindən tutulmuşdur, (bu rəyə əlavə olunmuş sxemdə -öz əksini tapmışdır). Mübahisəli ümumi istifadəli gediş-gəliş yolu TEKUİS məlumat basasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 məhkəmədə iddia qaldıraraq Cavabdeh1 Bərdə rayonu, Xanərəbç kəndində yerləşən ona məxsus pay torpağından çıxarılması, cavabdeh tərəfindən qanunsuz gedişgəliş yolunun açılaması və onun təsərrüfatında istifadə etməyinə törətdiyi maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 1998-ci ildə X1 tərəfindən torpaq sahəsi verilmişdir. Bir müddət ona verilmiş pay torpağından rahat istifadə etmişdir. Lakin son illər onun pay torpağına yaxın ərazidə olan Cavabdeh1 ona verilmiş ərazidə özbaşına gediş-gəliş yolu açmışdır. Nəhayət ona qarşı heç bir tədbir görülmədiyini görən cavabdeh özünü tam nəzarətsiz hesab edərək pay torpağına gediş gəliş etmək üçün istifadə etdiyi yolu tamamilə kəsib. Cavabdehə dəfələrlə müraciət etmişdir, lakin bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh bildirmişdir ki, guya onun torpağını pulla satın almışdır. Beləliklə cavabdehin özbaşınalığı və qanunsuz əməlləri nəticəsində o, öz torpağından lazımi qaydada istifadə edə bilmir, torpağının bir hissəsi zəbt edilmişdir. Cavabdeh zəbt etdiyi ərazini qanunsuz olaraq özününkiləşdirmişdir. Bərdə Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(021)-256/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) İddiaçı1 Cavabdeh1 qarşı pay torpağından çıxarılma, qanunsuz hasarlanmaqla bağlanmış gediş-gəliş yolun açılması və təsərrüfatlardan istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, Cavabdeh1 tərəfindən İddiaçı1 pay torpaq sahəsini zəbt etməmiş, gediş gəliş yolunu qanunsuz hasarlamamış, maneçilik törətməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq iddia tələbini təmin etməmişdir. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(021)-256/2022 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürərək iddia tələbini təmin etməmişdir. O, eksperet rəyindən narazıdır. Qeyd olunan torpaq sahəsi təsərrüfat yoludur, kənd yolu deyildir. Cavabdeh isə oranı gediş-gəliş yolu kimi istifadə edir. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh1 ona verilmiş pay torpaq sahəsinin yaxınlığında öz başına gediş-gəliş yolu açmışdır. Hazırda həmin yol onun pay torpağına gediş-gəliş etmək üçün istifadə etdiyi yolu tamamilə kəsmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən İddiaçı1 pay torpaq sahəsini zəbt etməmiş, gediş gəliş yolunu qanunsuz hasarlamamış, maneçilik törətməmişdir. Məhkəmənin bu yanaşması əsaslıdır. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq kollegiya tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/656 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, A391952 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi, Cavabdeh1 tərəfindən istifadə edilmir. A391952 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən Süleymanov, Firdovsi Kazım oğlunun mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. TEKUİS məlumat bazasında, A391952 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh1 həyətyanı torpaq sahəsinin arasında ümumi istifadə olunan gediş-gəliş yolu nəzərdə tutulmuşdur, (sxemdə göstərilmişdir). Həmin torpaq sahəsi üçün nəzərdə tutulmuş ümumi istifadə olunan gediş-gəliş yolunun 46 kv hissəsi cavabdeh tərəfindən tutulmuşdur, (bu rəyə əlavə olunmuş sxemdə-öz əksini tapmışdır). Mübahisəli ümumi istifadəli gediş-gəliş yolu TEKUİS məlumat basasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin olduğu göstərilmişdir. Göründüyü kimi Cavabdeh1 İddiaçı1 pay torpaq sahəsini zəbt etməsi, gediş gəliş yolunu qanunsuz hasarlaması və maneçilik törətməsi müşahidə olunmur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, he kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prensipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi ekspert rəyindən və iş materiallarından da müəyyən edilir ki, A391952 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi, Cavabdeh1 tərəfindən istifadə edilmir. A391952 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bərdə rayonu Xanərəb kəndində yerləşən Süleymanov, Firdovsi Kazım oğlunun mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Bundan başqa qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, ekspert rəyində də mübahisəli ümumi istifadəli gediş-gəliş yolu TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin olduğu göstərilmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(021)-256/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar