Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1431/2024 02.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1079/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh azyaşlı uşaqları Aynur və Anarla birlikdə cavabdeh X3 faktiki istifadə və sahibliyində olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-491/206 nömrəli, 08 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Gəncə Şəhər Məhkəməsinin 1(125)-13/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətdən azad edilməsi və onu barəsində cinayət təqibinə və hazırki cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
4. 13 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, yeni qaydalarla ünvan 1 ünvanı tam pay olmaqla, İddiaçı mülkiyyətindədir.
5. AZ-İİ seriyalı, 621610 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 fevral 2011-ci il tarixində doğulmuşdur. X1, anası Cavabdehdır.
6. AZ-İİ, 887483 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08 iyun 2012-ci il tarixində doğulmuşdur. X1, anası Cavabdehdır.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3199/2018 nömrəli, 03 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, çarpayı-01 ədəd, dəmir çarpayı (başları ilə birlikdə)-01 ədəd və istilik sobası-01 ədəd naturada və ya onların dəyəri cavabdeh X2 alınaraq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, azyaşlı uşaqları X6 və X7 adlı uşaqları və əşyaları ilə birlikdə ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəhman Abdullayev küçəsi (23-cü küçə), ev 8-də yerləşən evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşı X4 ilə 2009-cu ildə qeyri-rəsmi olaraq evlənmiş, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Onlar birgə yaşayış dövründə başqabaşqa ünvanlarda kirayədə yaşamışlar. Kəpəz Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh qardaşı Xəyal Tağızadəyə qarşı Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi 23-cü küçədə yerləşən evə iki uşağı ilə birlikdə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. İddianın təmin edilməsinin əsası kimi evin həmin dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmaması olmuşdur. İddia təmin edildikdən sonra cavabdeh əşyalarını evin bir otağına yığıb qapını bağlayıb getmişdir. O, nə vaxt evə gəlirsə, hər dəfə onlarla dava edir. Hər dəfə də o, cavabdehə güzəşt edib polisə məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə ona yetirdiyi xəsarətlərə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Yenə də o, güzəşt edib, uşaqları nəzərə alıb barışıq ərizəsi vermişdir. Onu cəzadan azad etdirmişdir. Hazırda həmin ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehin onunla heç bir qohumluq əlaqəsi yoxdur, nə də qardaşı ilə rəsmi nikahı olmamış və onun ailə üzvü hesab edilmir. Hazırda mübahisəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə salınmışdır. Onunla cavabdeh arasında isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsinə uyğun olaraq notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Göründüyü kimi, cavabdehin onun evindən istifadə etmək hüququ yaranmamışdır, cavabdehin onun evindən istifadə etməsi üçün aralarında nə yazılı, nə şifahi razılaşma olmamışdır. Bu səbəbdən cavabdeh iki uşaqları və əşyaları ilə birlikdə onun evindən çıxarılmalı, otaq boşaldılaraq ona təhvil verilməlidir.
10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1079/2024 saylı qətnaməsi ilə (hakim Zaman İmanov) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh azyaşlı uşaqları Aynur və Anar ilə birlikdə cavabdeh X3 faktiki istifadə və sahibliyində olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 491/206 nömrəli, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hal-hazırda mübahisəli ünvan olan ünvan 4 Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evi) 13 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında iddiaçı Aygün Tağızadənin mülkiyyətindədir. Cavabdeh məxsus əşyalar hazırda mübahisəli evdədir. İddiaçı Cavabdeh uzun müddətdir ki, yeni qaydalarla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəhman Abdullayev küçəsi, ev 8 ünvanında (köhnə qaydada Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evi) yaşamadığını əsas gətirərək, cavabdehin azyaşlı uşaqları və əşyaları ilə birlikdə onun mülkiyyətində olan evdən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi üçün əsas 2009-cu ilin 01 oktyabrınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi olmuşdur. Həmin normanın tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da, saxlanılır. Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəhman Abdullayev küçəsi, ev 8 ünvanından (köhnə qaydada Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evi) Cavabdeh azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılmasını tələb etsə də, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh azyaşlı uşaqları Aynur və Anarla birlikdə cavabdeh X3 faktiki istifadə və sahibliyində olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-491/206 nömrəli, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh məxsus əşyalar da hal-hazırda iddiaçının mülkiyyətində olan evdə yerləşməklə, cavabdeh tərəfindən mübahisəli evin təmir-tikinti üçün vəsait xərclənmişdir. Hansı ki, bu halı iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında təsdiqləmişdir. O cümlədən cavabdehin mübahisəli evə olan ehtiyacı aradan qalxmamış və iddiaçı da, bu halı təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə onu da qeyd edir ki, iddiaçı cavabdeh hələ mübahisəli evə iddiaçının mülkiyyət hüququ tanınmazdan öncə köçürülmüş və İddiaçı cavabdehin həmin mənzilə köçürülməsindən, yəni həmin evə köçürülməsinə əsas olmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015- ci il tarixli qətnaməsindən məlumatı olmuş, yəni həmin ev iddiaçı (mülkiyyətçi) tərəfindən mülkiyyət hüququnu əldə edərkən həmin evi şəxsi servitutla (məhdud əşya hüququ ilə) yüklü edilmiş vəziyyətdə qəbul etmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsində isə cavabdehin mübahisəli mənzilə köçürülməsi hər hansı şərtlə və yaxud müddətlə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.3, 228.24-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1079/2024 saylı qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda həmin ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehin onunla heç bir qohumluq əlaqəsi yoxdur, nə də qardaşının rəsmi nikahı olmamış və onun ailə üzvü hesab etmir. Hazırda mübahisəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Mənzil xx.xx.2023-cü il tarixdən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onunla cavabdeh arasında isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsinə uyğun olaraq notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Göründüyü kimi, cavabdehin onun istifadə etmək hüququ yaranmamışdır, cavabdehin onun evindən istifadə etməsi üçün aralarında nə yazılı, nə şifahi razılaşma olmamışdır. Bu səbəbdən cavabdeh iki uşaqları və əşyaları ilə birlikdə onun evindən çıxarılmalı, otaq boşaldılaraq ona təhvil verilməlidir. Mübahisəli evə 13 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Əmlak Məsələləri DövlətXidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Hal-hazırda həmin evdə özü yaşayır. Cavabdeh qardaşı Xəyal Tağızadə ilə qeyri-rəsmi evlənərək, həmin evə gəlin köçməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə, cavabdehin həmin evə köçürülməsinin səbəbi həmin dövrdə evin dövlət qeydiyyatına alınmaması olmuşdur. Cavabdeh məhkəmənin sözügedən qətnaməsi ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəhman Abdullayev küçəsi, ev 8 ünvanına köçürülsə də, həmin evdə yaşamamışdır. Cavabdeh 2023-cü il tarixdə cəmi bir dəfə həmin evə gəlib əşiyalarına baş çəkmişdir. O cümlədən, cavabdehin mübahisəli evdə istifadəyə yararsız bir neçə əşyası qalmışdır. Odur ki, cavabdehin ona məxsus evdə heç bir yaşamaq və evdən istifadə etmək hüququ yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh qardaşı Xəyal Tağızadənin keçmiş arvadı olub və hal-hazırda onlarla birlikdə yaşamır. 2016-cı il tarixdən əşyalarını evdə bir otağa yığmış və başqa yerə köçmüşdür.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, 8 ildir ki, kirayədə yaşayır. Kirayədə yaşamasının səbəbi isə Xəyal Tağıyevin yenidən evlənməsi və onu uşaqları ilə evdə yaşamağa imkan verməmələri olmuşdur. Dəfələrlə icra məmurunun iştirakı ilə mübahisəli evə köşürülsə də, işcraıçılar gedən sonra iddiaçı evin qıfılını dəyişərək onu evə qoymamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının:
18. 43-cü maddəsinə İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülkil Məcəlləsinin:
19. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
20. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 1079/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşıraq qeyd edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh azyaşlı uşaqları Aynur və Anarla birlikdə X3 faktiki istifadə və sahibliyində olan Gəncə şəhəri Məhsəti qəsəbəsi Rəhman Abdullayev küçəsi (23-cü küçə) 8 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Cavabdeh həmin evə köçürülməsi qət edilən zaman fərdi yaşayış evi onun keçmiş əri Xəyal Tağızadənin faktiki sahibliyində olmuşdur. Lakin, sonradan fərdi yaşayış evi 13 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Xəyal Tağızadənin bacısı İddiaçı adına qeydə alınmışdır. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Hazırda isə Cavabdeh mübahisəli mənzilə köçürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri əsasında mümkün ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir ki, belə bir müqavilənin bağlanması da, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin əşyalarının həmin evdə olmamasına baxmayaraq orada yaşamaması ilə bağlı qeyd edir ki, tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdehin mübahisəli evə köçməsi və orada yaşaması bağlı aralarında münaqişəli vəziyyə vardır. Belə ki, iddiaçı özü ərizəsində qeyd etmişdir ki, cavabdeh nə vaxt həmin evə gəlirsə, aralarında münaqişə yaranır. Hətta cavabdehin barəsində ona xəsarət yetirməyə görə cinayət işi başlanılmışdır. Bu baxımdan məhkəmə cavabdehin mübahisəli mənzildə iddiaçıların yaşamasına imkan verməməsi barədə bildirdiklərini daha inandırıcı hesab edir və cavabdehin həmin mənzildə daimi yaşamaq üçün köçüb getməsi barədə iddiaçının dəlillərini əsaslı hesab etmir.
34. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 1079/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1079/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1079/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.