Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1434/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı QƏTNAMƏSİ (Açar sözlər: mənzilə köçürülmə) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(061)-92/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərtər rayon Seydimli Bələdiyyəsinin verdiyi 34 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı qeydiyyatda olduğu təsərrüfatın həyətyanı torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evi və 3 otaqlı yardımçı tikili olduğu göstərilmişdir. Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 781 saylı xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Seydimli kəndində qeydiyyatdadır. Onun ailə üzvləri bacısı X21, oğlu X14, gəlini X5, nəvəsi X15, nəvəsi X22, nəvəsi X16, oğlu X17, gəlini X6, nəvəsi X7, nəvəsi X3 ibarət olduğu göstərilmişdir. Tərtər rayon Xüsusi Notariat Ofisi sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli 09 saylı məktubunda göstərmişdir ki, Tərtər rayon Notariat Ofisndə elektron məlumat bazasına baxış keçirən zaman X26 və X18 arasında öz mülkiyyətinə keçirmə haqqında heç bir məlumat aşkar edilməmişdir. xx.xx.2010-cu ildə Bərdə rayn 2 saylı Notariat Kontoru tərəfindən tərtib edilmiş və təsdiqlənmiş vəsiyyətnamənin surətindən görünür ki, Tərtər rayon Seydimli kəndində yaşayan X1 rayon Seydimli kəndində yerləşən yaşayış evini, torpaq sahəsi ilə birlikdə qızı X10 vəsiyyət etmişdir. xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə X20 şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Notariat Kontorunun dövlət notariusu təsdiq etmişdir ki, Tərtər Rayon Dövlət kontorunda xx.xx.2010-cu ildə təsdiq edilən və reyestrdə 2V-02 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2013-cü ildə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X11r və o, həmin miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri xisməti Bərdə rayon Ərazi İdarəsindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən və xx.xx.2015-ci il tarixli ********** nömrəli arayışa əsasən Tərtər rayon Seydimli kəndində 0,11 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən mərhum X8 məxsus yaşayış sahəsi 46,4 kv.metr, yardımçı sahəsi 6,7 kv.metr olan iki otaqlı yaşayış evindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayonu, Seydimli kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsnidə inşa edilmiş ümumi sahəsi 53,1 kv.metr, o cümlədən 45,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahəsən və 2 otaqdan ibarət fərdi yaşayış evi X12 adına xx.xx.2015-ci ildə ********** sayla qeydə alınmışdır. Z-İİİ404384 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Tərtər rayon Seydimli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X32, ana qrafasında X13 göstərilmişdir Tərtər Rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin İddiaçı verdiyi 186 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, onun atası X32 ilə anası X4 birgə nikahdan qardaşı X23, bacısı X26, bacısı X19, bacısı X27 və bacısı X24 adlı qardaş və bacıları olmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X10 qarşı hazırda qeydiyyatda olduğu Tərtər Rayon Seydimli kəndində qeydiyyatda olduğu təsərrüfat həyətyanı torpaq sahəsində yerləşən mənzillərə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Seydimli kəndində yerləşən atababa yurdunda yaşamaq istəsə də, bacısı X21 ona həmin mənzildə yaşamağa imkan verməmişdir. O, 2015-ci il tarixədək həmin ünvanda oğlu Asiman Abbasov ilə birlikdə yaşamışdır. Torpaq sahəsində iki yaşayış evi mövcuddur. Biri əvvəlcədən mövcud olmuş, yaşamaq üçün tam yararlı, digər isə əvvəllər tərəfindən özbaşına tikinti kimi tikilmiş olsa da, tam yararlı olmuş, sonradan təmir üçün sökülmüş, yenidən bərpa edilən müddətdə oğlu Asimana, onun ailə üzvlərinə və ona həmin mənzildə yaşamağa imkan vermədiyi üçün yarımçıq tikili kimi qalmışdır. O, həmin yarımçıq tikilidə 1988-ci ildən yaşamışdır. O, həmin ünvanda qeydiyyatdadır. Başqa yaşayış yeri yoxdur. Onun ata və anasına məxsus olmuş torpaq sahəsindən, mənzildən istifadə hüququ vardır. Onlarda olan məlumata görə cavabdeh hansı üsul və vasitə ilə çıxarış əldə etmişdir. Həmin çıxarışı qanunsuz əldə edib və tərəfindən mübahisələndiriləcəkdir. Onun atasına və anasına məxsus torpaq sahəsindən, mənzildən hər hansı pay bacısı Kubra Abbasovaya verməmiş və bu paqydan imtina etməmişdir. O, dəfələrlə özünə məxsus mənzilə köçüb yaşamağa cəhd etsə də, cavabdeh bununla bağlı ona şərait yaratmışdır. Tam əksi olaraq cavabdeh onun və ailə üzvlərinin qeydiyyatdan çıxması ilə bağlı Gəncə İnzibati Məhkəməyə müraciət etmişdir. Qeyd olunan səbəblərə görə hazırda qeydiyyatda olduğu mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinə əlavə edilmiş Tərtər rayon Seydimli kənd Bələdiyysinin xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışa əsasən qeydiyyatda olduğu təsərrüfat həyətyanı torpaq sahəsində cavabdeh və onun ailə üzvləri qeydiyyatdadırlar. Göstərilənlərə əsasən onun hazırda qeydiyyatda olduğu Tərtər rayonu, Seydimli kəndində təsərrüfat həyətyanı torpaq sahəsində yerləşən mənzillərə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(061)-92/2024 nömrəli qətnaməsi ilə (Hakim: Kamil Rzayev) iddianın təmin edilməsi, cavabdeh X9 adına verilmiş 08 aprel 2025-ci il tarixli vəsiyyətnamə üzrə X20 şəhadətnamə və xx.xx.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın etibarsız edilməsi, İddiaçı mərhum X4 İ dərəcəli vərəsəsi kimi tanınması, Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evindən qanun üzrə İddiaçı payı 1/12 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə üzrə vərəsə cavabdeh X9 payının 7/12 hissədə müəyyən edilməsi, İddiaçı Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mərhum valideynlərinin İ dərəcəli vərəsəsidir. O, həmin evdə doğulmuş, uzun illər yaşamışdır. Onun müvəqqəti olaraq evdən getməsi onun həmin evə görə hüquqlarını itirməsi anlamına gəlmir. O, mərhum valideynlərinin vərəsəsi kimi onlardan miras qalmış əmlakdan pay almaq və həmin paydan qanunun tələblərinə əsasən istədiyi qaydada istifadə etmək hüququna malikdir. iddiaçı və cavabdeh bacı qardaşdırlar. Onların aralarında valideynlərindən miras qalmış daşınmaz əmlakla bağlı mübahisə yaranmışdır. Tərəflərin valideynləri ölmüş, ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. Bununla yanaşı İddiaçı da mərhum valideynlərinin birinci dərəcəli vərəsəsidir. O da vərəsə kimi mirasdan pay almaq hüququna malikdir. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1134.1-ci maddələrinə, 1145-ci, 1146-cı, 1159-cu, 1243.2, 1243.3-cü maddələrinə, prosessual hüquq norması kimi isə Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçı ilə bacı qardaşdırlar. İddiaçı 1962-ci il təvəllüdlü olmaqla, 1980-ci illərin axırlarında ailə qurmuş, 1 il sonra arvadı ilə birlikdə evdən çıxıb, həmin kənddə satılan uşaq bağçasının binasını alıb, ora köçmüş, bir neçə il orada yaşamışdır. Sonra ailəsindən ayrılıb, oradan çıxıb Rusiyaya getmiş, İvanova Vilayətində yaşamış və orada pasport qeydiyatında olmuşdur. 1994-cü ildə müvəqqəti Azərbaycana gəlib, Şəmkirdən olan Xalidə adlı qadınla ailə qurub, onu da, Rusiyaya aparmışdır. Az bir müddət sonradan onlar ayrılmışlar. 1996-cı ildə atası Abbas vəfat edən zaman iddiaçı Rusiyada yaşamış və yas mərasiminə gəlməmişdir. Abbas 1998-ci ildə qayıdıb əvvəlki arvadı və uşaqları ilə barışıb, əvvəlcə Naftalan şəhəində kirayədə yaşamışlar. Sonradan Naftalanda torpaq alıb, ev tikib orada yaşamışlar. Evi sənədləşdirməmişlər. Oradakı evləri qalmaqla, son 15 ilə yaxın müddətdə Bakıda şəhərində yaşayırlar və orada ticarətlə məşğul olurlar. 2013-cü ildə anaları Səkinə vəfat edəndə Bakıda olmağına baxmayaraq, yas mərasiminə gəlməmişdir. Yas mərasimi xərcləri onun tərəfindən qarşılanmışdır. Mübahisəli ev və 0.11 ha. həyətyanı torpaq sahəsi DƏDRK-nın 7 saylı Bərdə Ərazi İdarəsinin verdiyi xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən tərəflərin anası X8 məxsus olmuşdur. Bərdə rayonu 2 saylı Notariat Kontorunun xx.xx.2010-cü il tarixli Vəsiyyətnaməsinə əsasən, X18 evini və torpaq sahəsini qızı Cavabdeh vəsiyyət etmişdir. X18 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra notariusun xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə “X20” Şəhadətnaməyə əsasən, həmin ev torpaq sahəsi ilə birlikdə Bərdə rayonu Ərazi İdarəsindən Cavabdeh adına qeydə alınaraq, xx.xx.2015-ci il tarixli ********** nömrəli Çıxarış verilmişdir. Bundan 8 il sonra iddiaçı məhkəməyə müraciət etmişdir. 2013-cü ildə tərəflərin anası vəfat etmiş, Kübra qardaşı Əsgərə zəng edərək ona məlumat vermiş, lakin İddiaçı həmin vaxtı Bakıda yaşamağına baxmayaraq, yas mərasiminə gəlməmişdir. Yas mərasiminin bütün xərclərini özü çəkmişdir. İddiaçı 2013-cü ilədək və ondan sonra, hal-hazıradək Bakı şəhərində ailəsi ilə birlikdə yaşamaqla, anasının vəfatından sonra miras əmlakın qəbuluna dair heç bir hərəkət etməmişdir. İddiaçı anasının vəfatından 10 il sonra Tərtər rayon Məhkəməsinə müraciət edərək, həmin evə köçürülməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə onun iddiası təmin edilmiş, X20 Şəhadətnamə və Çıxarış etibarsız hesab edilmiş, iddiaçı İ-ci növbə vərəsə tanınmış, miras əmlak olan evdə və 0.11 ha. torpaq sahəsində iddiaçının 1/12 hissədə payı, cavabdehin isə 7/12 hissədə payı müəyyən edilmiş, iddiaçının həmin evə köçürülməsi qət edilmişdir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinin əsasları kimi istinad etdiyi halların heç birini sübut etməmişdir. Məhkəmə iddiaçının yaşayış evinə köçürülməsi tələbini təmin edərkən heç bir əsaslandırma aparmamış, heç bir maddi hüquq normasını tədbiq etməmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmış, nəyə görə Şəhadətnamənin və Çıxarışın ləğv edilməsi tələbindən kənara çıxaraq etibarsız saydığını əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, evin mülkiyyətçisidir. Mübahisəli ev 2 otaqlıdır. Onalar ailədə 4 bacı 2 qardaş olmuşlar. İddiaçı 1981-ci ildə evi tərk etmişdir. Onun evdə heç bir əşyası qalmamışdır. Həmçinin, iddiaçının Naftalanda evi var. İddiaçının qeyd etdiyi daxma atasına məxsus mal tövləsi olmuş, üstü sökülübdür. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(061)-92/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(061)-92/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 1992-ci ildə Rusiyaya getmiş, 2000-ci ildə qayıtmışdır. Mübahisəli evdə 1 neçə ay yaşadıqdan sonra, Kübalə Quliyeva adlı qadınla faktiki ailə quraraq, 2000-ci ilin əvvəllərindən Naftalan şəhərində yaşayırlar. Naftalanda olan evi yoldaşının vəsaiti ilə tikdirmişlər həmin faktiki nikahdan Arzuman və Aysiman adlı 2 uşaqları vardır. Mübahisəli evdə heç bir əşyası yoxdur və əşyaları Naftalan şəhəridə olan evdədir. Həmin evdə sayğacla da, yoldaşının adınadır. 2010-cu ildən isə ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayırlar. Naftalanadakı evə gedib-gəlir və rayona qayıdanda orada qalırlar. O, mübahisəli evdən pay istəmir, sadəcə 1985-ci ildə ata mülkündə daxlı tikmişdir, ora köçmək istəyir. Daxlının üstü yoxdur, sökülmüşdür, həmin daxlıya aid şəkilləri məhkəməyə təqdim edir. O, mübahisəli evdən pay tələb etməmişdir ki, nə vaxtsa qayıdacaq. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(061)-92/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (İİİ hissə). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan Hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malik olmaqla heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulan şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(061)-92/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, cavabdeh X9 adına verilmiş 08 aprel 2025-ci il tarixli vəsiyyətnamə üzrə X20 şəhadətnamə və xx.xx.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın etibarsız edilməsi, İddiaçı mərhum X4 İ dərəcəli vərəsəsi kimi tanınması, Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evindən qanun üzrə İddiaçı payı 1/12 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə üzrə vərəsə cavabdeh X9 payının 7/12 hissədə müəyyən edilməsi hissələri qətnamədən xaric edilməli, İddiaçı Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə qətnamənin cavabdeh X9 adına verilmiş 08 aprel 2025-ci il tarixli vəsiyyətnamə üzrə X20 şəhadətnamə və xx.xx.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın etibarsız edilməsi, İddiaçı mərhum X4 İ dərəcəli vərəsəsi kimi tanınması, Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evindən qanun üzrə İddiaçı payı 1/12 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə üzrə vərəsə cavabdeh X9 payının 7/12 hissədə müəyyən edilməsi hissələri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuş iddia ərizəsində Tərtər Rayon Seydimli kəndində qeydiyyatda olduğu təsərrüfat həyətyanı torpaq sahəsində yerləşən mənzillərə köçürülməsini xahiş etmiş və həmin ərizə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli vəsatət verilərək, vəsiyyətnamə üzrə X20 şəhadətnaməni ləğv edərək, vərəsəlik hüququnun tanınınmaqla, payının müəyyən edilməsi, xx.xx.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzilə köçürülmə ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. (iş vərəqə 55) İşin 90-91-ci vərəqələrində olan məhkəmə hazırlıq iclasının protokolundan və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərardaddan görünür ki, İddiaçı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə işin məhkəmə iclasında baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş və həmin tarixdə işə mahiyyəti üzrə baxılaraq, yuxarılda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən vəsatətdə xahiş olunan məsələ məhkəmə baxışına çıxarılmamış, icraata qəbul edilməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsatətdə xahiş olunan məsələ idianın predmetinin dəyişdirilməsi ilə bağlıdır ki, bu məsələ vəsatətlə yox, Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilmiş iddia ərizəsi olmaqla, tələbin yönəldiyi cavabdehlərin dairəsi göstərilməli və əsaslandırılmalıdır ki, bundan sonra həmin ərizənin məhkəmə icraatına qəbul edilməsi mümkün olsun. Azərbaycan Respublikası MPM-nin: 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X9 adına verilmiş 08 aprel 2025-ci il tarixli vəsiyyətnamə üzrə X20 şəhadətnamə və xx.xx.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın etibarsız edilməsi, İddiaçı mərhum X4 İ dərəcəli vərəsəsi kimi tanınması, Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evindən qanun üzrə İddiaçı payı 1/12 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə üzrə vərəsə cavabdeh X9 payının 7/12 hissədə müəyyən edilməsi hissələri birinci instansiya məhkəməsinın baxış predmeti olmamış və ona görə də, həmin hissələr qətnamədən xaric edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində İddiaçı 1981ci ildən mübahisəli evdən daimi olaraq getməsini, İddiaçı isə, 1992-ci ildə Rusiyaya getməsini, 2000-ci ildə qayıdıb, mübahisəli evdə 1 neçə ay yaşadıqdan sonra, Kübalə Quliyeva adlı qadınla faktiki ailə quraraq, 2000-ci ilin əvvəllərindən Naftalan şəhərində yoldaşının vəsaiti ilə tikdirdikləri evdə yaşamalarını, həmin faktiki nikahdan Arzuman və Aysiman adlı 2 uşaqlarının olmasını, 2010-cu ildən isə ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşamalarını, mübahisəli evdə heç bir əşyasının olmadığını göstərmişdir. Göründüyü kimi, hazırkı iddianın həlli iddiaçının mübahisəli evdən istifadə hüqunun olubolmaması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarının tələblərinə uyğun olaraq, bu mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, 2009-cu il 1 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçı öz yaşayış yerini daimi əsaslarla altı aydan artıq müddətdə tərk etmişdir və qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə onun istifadə hüququ artıq mövcud deyildir. Birinci instansiya məhkəməsi iddiaçının 1992-ci ildə Rusiyaya getməsinə, 2000-ci ildə isə Naftalan şəhərində məskunlaşmasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, münbahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(061)-92/2024 nömrəli qətnaməsi ləğv edilməli və İddiaçı Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(061)-92/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Cavabdeh X9 adına verilmiş 08 aprel 2025-ci il tarixli vəsiyyətnamə üzrə X20 şəhadətnamə və xx.xx.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın etibarsız edilməsi, İddiaçı mərhum X4 İ dərəcəli vərəsəsi kimi tanınması, Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evindən qanun üzrə İddiaçı payı 1/12 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə üzrə vərəsə cavabdeh X9 payının 7/12 hissədə müəyyən edilməsi hissələri qətnamədən xaric edilsin. İddiaçı Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1434/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1434/2024
29.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver