Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1439/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-117/2023 nömrəli qərardadından maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun verilməsi barədə ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(023)-117/2013 nömrəli qətnaməsi ilə, ərizə təmin edilmiş, ünvan 1 ünvanda yerləşən, mərhum X2 miras qalmış, 0,0425 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş, ümumi sahəsi 412,6 kvm, yaşayış sahəsi 97,1 kvm olan yaşayış evinə dair mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə göstərilən yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ ona verilməsi, göstərilən hüququn qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2023-cü ildə apellyasiya şikayəti, eyni zamanda ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, müddətin bərpa edilməsini, qətnamənin vərəsəlik payının müəyyən edilməsi hissəində ləğv edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-117/2013 nömrəli qərardadı ilə, Qazax Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(023)-117/2013 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-117/2013 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 2645/2023 nömrəli qərardadı ilə, maraqlı şəxs tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və geri qaytarılması üçün mülki işlə birlikdə Qazax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-117/2013 nömrəli qərardadı ilə, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra maraqlı şəxs yenidən Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-117/2013 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 607/2024 nömrəli qərardadı ilə, maraqlı şəxs tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və geri qaytarılması üçün mülki işlə birlikdə Qazax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-117/2013 nömrəli qərardadı ilə, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra maraqlı şəxs yenidən Qazax Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(023)-117/2013 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-117/2013 nömrəli qərardadı (hakim Nemət Musayev) ilə, Qazax Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(023)-117/2013 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv edilməsini və müddətin bərpa edilərək apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmə qətnaməsi xx.xx.2013-cü il tarixində Ərazi idarəsinə daxil olaraq olmuş, məhkəmə qərarı mülkiyyətçinin ərizəsi əsasında icra edildiyindən, Ərizəçi xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmiş və qətnamənin icrası ilə bağlı həmin tarixindən sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün Ərazi idarəsinin nümayəndələri tərəfindən daşınmaz əmlaka baxış keçirilmiş, müayinə zamanı müəyyən edilmişdir ki, miras kütləsinə aid olan əmlakın cox hissəsi sökülmüş və yeni tikilmiş tiklilərin sahələri isə qətnaməyə uyğun gəlmədiyindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün sahələrin uğun olmaması və əlavə tiklilərin inşa edilməsi mövcud tiklilərin isə söküldüyündən məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Qətnamədən apellyasiya şikayəti verilmiş və müddətin barpasını məhkəmədən xahiş edilmişdir. Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü iltarixli, 2(023)-117/2013 saylı qərardadı ilə müddəti bərpa etməyərək Ərazi idarəsinin üzürlü səbəb təsdiq edən hər hansı bir səbəb göstəməməsini qeyd etmişdir. Bununa əlaqədər bildirirlər ki, məhkəmə qərarının icrasının mümkün olmaması və qətnamədə olan yeni tiklilərin kvadratı ilə qərardada göstərilən kvadratın uğun olmaması üzürlü səbə kimi göstərilmişdir. Bundan əlavə Ərazi idarəsi tərəfindən Qazax Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli, 2(023)-117/2013 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərəkən mübahisə predmeti Ərizəçi mərhum anası X2 miras qalmış, onun təsisçisi olduğu,”Göy-Göl” kiçik müəssisəsinə məxsus, tikintialtı sahəsi 138,0 kvm, ümumi sahəsi 111,2 kvm, tikintialtı sahəsi 406,0 kvm, ümumi sahəsi 357,8 kvm, tikintialtı sahəsi 37,5 kv, ümumi sahəsi 28,3 kvm və tikintialtı sahəsi 67,2 kvm, ümumi sahəsi 67,2 kvm olan qeyri-yaşayış binalarına dair olmuşdur Lakin, Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-117/2013 saylı qərardadı ilə müddəti bərpa etməyərək qərardadın təsviri hissəsində iddia predmetindən kənara çıxmış və aidiyyəti olmayan əmlakı yəni başqa daşınmaz əmlakla bağlı iddia müddətini bərpa etməmişdir. Qazax Rayon Məhkəməsinin 02 may 2024-cüil tarixli, 2(023)-117/2013 nömrəli qərardadı ilə Ərazi İdarəsinin şikayətini təmin etməyərək əsas kimi, nömrəsi tarixi qeyd edilməyən Gəncə Apellyasiya məhkəməsinin qərarına istinad edərək Həminşikayətin mümkünlüyü yoxlanarkən müəyyən edilmişdir ki, şikayət mülkü prosessual qanunverciliyi ilə müəyyən edilmiş müddətdə verilmədiyni bildirlmişdir. Lakin, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-2645/2023 saylı qərardadı ilə şikayəti geri qaytarmasının əsası kimi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə şikayət verilmədiyindən geri qaytarılmışdır. Bundan əlavə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə, şikayət verilmiş Ərazi İdarəsinin elektron məhkəmə sistemində şikayətin göndərildiyi qeyd edilmiş, lakin məhkəmə həmin qərarın daxil olmadığını bildirilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-117/2013 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-117/2023 nömrəli qərardadı tam və xx.xx.2024-cü il tarixli, 2(023)-117/2023 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş materialları hərəkətlər edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının MPM-in 362-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Azərbaycan Respublikasının MPM-in 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qanunvericiliyin qeyd olunan tələblərini qiymətləndirən məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(023)-117/2023 nömrəli qərardadından hüquq və maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət işlə birlikdə Azərbaycan Respublikasının MPM-in 361-364-cü maddələrinin tələblərinə riayət edilməsi üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda kollegiya göstərir ki, apellyasiya şikayəti vermiş şəxs hüquq və maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi iş üzrə tərəf deyildir. Doğrudur ki, Azərbaycan Respublikasının MPM-in 357.2-ci maddəsinə görə apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Lakin, birinci instansiya məhkəməsi qətnamənin həmin şəxsin hansı hüquq və vəzifəsinə toxunduğunu qərardad qəbul etməklə əsaslandırmamış, şikayətin ona münasibətdə mümkün və ya qeyri-mümkün hesab edilməsini araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-117/2023 nömrəli qərardadı tam və xx.xx.2024-cü il tarixli, 2(023)-117/2023 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi - hissəsində ləğv edilsin. Mülki iş qətnamə qəbul edilən zaman hüquq və maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPMin 361-364-cü maddələrinin tələblərinə riayət edilməsinin yoxlanılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1439/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1439/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver