Məhkəmə qərarları › İş №2(104)-1441/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1441/2025

19.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1441/2025 19.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma Idarəsinə (Azərbaycan Dövlət Su X24 X10 Xidməti X2i X3 Sistemlərinin Istismarı Idarəsinə) qarşı iş üzrə Açar sözlər: əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma Idarəsinə (Azərbaycan Dövlət Su X24 X10 Xidməti X2i X3 Sistemlərinin Istismarı Idarəsinə) qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. "xxxx" ASC-nin X13 Idarəsinin ##.##.****-cü il tarixli, *** nömrəli əmrinin sürətindən görünür ki, İddiaçı X5 Idarəsinin Ağdam sukanal sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ustası ilə bağlanmış əmək müqaviləsi "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik huquqi şəxsin təsdiq edilmış strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikas Əmək Məcəlləsinin 70-ci maddəsinın "b" bəndinə əsasən ##.##.****-cü il tarıxdən ləğv edilməsi, İddiaçı Əmək Məcəlləsinın 77-ci maddəsinın 3-cu hissəsinə əsasən "xxxx” ASCdə 13 il 6 ay 15 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqını 2 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, ##.##.2023-cü il tarixdən ##.##.****-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 27 təqvim günü pul əvəzi ödənilməsi, təhvil-təslim mövcud qayda uzrə aparılması əmr edilmişdir. Əsas: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik huquqi şəxsin ##.##.****-cü il tarixli, 09-nömrəli əmri ilə "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik huquqi şəxsin strukturuna daxil olan tabe qurumların təsdiq edilmış strukturu və Həmkarlar Ittifaqı Komitəsinin ##.##.****-cü il tarixli 13-16-09-09 /*- **/*/***/**** saylı məktubu göstərilmişdir.

2. X7 Sistemlərinin Istismarı Idarəsinin ##.##.****-cü il tarixli Əsasnaməsinin surətindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin ## ### ****-cü il tarixli ***/f nömrəli əmri ilə Xidmətin strukturu təsdiq edilmiş və hüquqi şəxs olmayan X7 Sistemlərinin Istismarı Idarəsi həmin strultura daxil edilmişdir. Idarənin tam adı Azərbaycan Dövlət Su X26 olan X12 Xidmətinin X7 Sistemlərinin Istismarı Idarəsidir.

3. Azərbaycan Dövlət Su X26 X12 Xidməti X2inin ##.##.****-cü il tarixli **-*/*-*-**Ü/**** nömrəli əmrinin surətindən görünür ki, keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin struktur bölmələrinin (idarələrinin) adları X12 Xidməti X2in təsdiq edilmiş strukturuna uyğun olaraq bu əmrin əlavəsində göstərilən adlar kimi müəyyən edilməsi əmr edilmişdir. Həmin əmrin əlavəsindən görünür ki, Ağdam Mexaniki Suvarma Idarəsi X7 Sistemlərinin Istismarı Idarəsi kimi müəyyən edilmişdir.

4. Məhkəmə sorğusuna əsasən göndərilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X12 Xidməti X2inin ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli cavab məktubundan müəyyən edilir ki, Azərbaycan Dövlət Su X26 “X12 Xidməti” X2inin ## ###### ****-cü il tarixli **-*/*-*-**-Ü/**** nömrəli əmri ilə Ağdam Mexaniki Suvarma Idarəsi ləğv edilərək X7 Sistemlərinin Istismarı Idarəsi yaradılmışdır. X7 Sistemlərinin Istismarı Idarəsi ləğv edilmiş “xxxx” ASC-nin X5 Idarəsinin hüquqi varisi deyildir.

5. Məhkəmə sorğusuna əsasən göndərilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X12 Xidməti X2 X11 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** nömrəli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" ## ###### 2023-cü il tarixli, **** №-li fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X2 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X2in ##.##.****-cü il tarixli ** №-li əmri ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2in strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X5 Idarəsi ləğv edilmişdir. X5 Idarəsi ləğv edildikdən sonra idarənin strukturunda olan sahələr hər biri ayrılıqda idarə olaraq X12 Xidməti X2in tabeliyinə verilmişdir. Ləğv edilmiş X5 Idarəsinin hüquqi varisinin hansı qurum olması nəzərdə tutulmamışdır. Bundan əlavə məlumat üçün bildirilmişdir ki, iddiaçı İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X12 Xidməti X4 stukturunda olan digər qurumda, X9 Sistemlərinin Istismarı Idarəsində sahə rəisi vəzifəsinə qəbul edilərək işlə təmin edilmişdir.

6. Məhkəmə sorğusuna əsasən göndərilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X12 Xidməti X2inin ## ####### 2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanına əsasən Agentliyin tabeliyində bir neçə X2lər yaradılmışdır. Həmçinin qeyd olunmuşdur ki, “X10 Xidməti” X2in **-*/*-*-**Ü/**** nömrəli ## ###### ****-cü il tarixli “X10 Xidmətinin Struktur bölmələrinin (Idarələrinin) adlarının yerli Struktura uyğunlaşdırılması barədə” Əmrinə əsasən keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin struktur bölmələrinin (idarələrinin) adları X10 Xidməti X2in təsdiq edilmiş strukturuna: · Ağdam Mexaniki Suvarma Idarəsi – X7 Sistemlərinin Istismarı Idarəsi kimi:VÖEN 3200675831; · X11 Sistemlərinin Istismarı Idarəsi (Xankəndi, Xocalı və Şuşa) kimi yeni yaradılmışdır. Keçmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində, nəzdində fəaliyyət göstərmiş X17 (həmçinin X5 Kanal Idarəsi) varisliyi müəyyən edilməmişdir. Bu səbəbdən keçmiş “xxxx” ASC tərəfindən X17 fəaliyyətinə xitam verilməklə, işçilərin sayı və ştatları ləğv olunmuşdur. 2025-ci ilin iyul ayında həmçinin, fəaliyyətdə olmuş X5 Idarəsinin fəaliyyətinə xitam verilməklə, işçilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ”b” - (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsinə əsasən keçmiş “xxxx” ASC tərəfindən işdən azad olunmuşlar.

7. Məhkəmə sorğusuna əsasən göndərilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X12 Xidməti X2 X3 Sistemlərinin Istismarı Idarəsi tərəfindən göndərilmiş ## ####### 2025-ci il tarixli, *-**-*-*/*-***/**** nömrəli cavab məktubundan müəyyən olunur ki, X12 Xidməti X2in ## ###### ****-cü il tarixli **-*/*-*-**-Ü/**** nömrəli əmri ilə strukturda aparılan dəyişikliklər nəticəsində Ağdam Mexaniki Suvarma Idarəsi ləğv edilərək X7 Sistemlərinin Istismarı Idarəsi yaradılmışdır. Struktur dəyişiklikləri ilə əlaqədar bəzi əməkdaşların əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatın ixtisarı səbəbindən xitam edilmiş, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq bütün ödənişlər tam şəkildə verilmişdir. İddiaçı ləğv edilmiş xxxx ASC-nin X5 Idarəsinin Ağdam Sukanal sahəsində işləmiş və struktur dəyişikliyi ilə əlaqədar olaraq həmin idarə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “70”-ci maddəsinin “ b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin idarə tərəfindən İddiaçı bütün müavinətlər ödənilmişdir. X7 Sistemlərinin Istismarı Idarəsində işə qəbul idarənin yeni ştat vahidlərinə uyğun olaraq vakant vəzifələr üzrə və ərizə əsasında aparılmışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq, işə qəbul həyata keçirilmişdir. İddiaçı X7 Sistemlərinin Istismarı Idarəsində işə qəbulu ilə bağlı hər hansı rəsmi müraciəti qeydiyyata alınmamışdır. Ləğv edilmiş xxxx ASC-nin X5 Idarəsinin ixtisara düşmüş işçilərinin X7 Sistemlərinin Istismarı Idarəsində işlə təmin olunması haqqında X12 Xidməti PHŞ tərəfindən heç bir əmr verilməmiş və heç bir adlı siyahı təqdim olunmamışdır. X7 Sistemlərinin Istismarı Idarəsinin təsdiq olunmuş ştat cədvəlində 8-ci dərəcəli sahə ustası vəzifəsi mövcud deyil. Strukturun dəyişməsi nəticəsində həmin vəzifə və ya ona bərabər tutulan alternativ iş yeri idarədə nəzərdə tutulmamışdır. Buna görə də əvvəlki illərdə bu vəzifədə işləmiş şəxslərin eyni vəzifəyə bərpası mümkün deyil. X7 Sistemlərinin Istismarı Idarəsi X12 Xidməti PHŞ-nin təsdiq etdiyi struktur və ştat tərkibi çərçivəsində fəaliyyət göstərir və bu çərçivədən kənar işə qəbul, vəzifə yaradılması və ya dəyişdirilməsi səlahiyyətinə malik deyil. X7 Sistemlərinin Istismarı Idarəsi ləğv edilmiş xxxx ASC-nin X5 Idarəsinin hüquqi varisi deyildir.

8. Məhkəmə sorğusuna əsasən göndərilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X12 Xidməti X2 X11 Sistemlərinin Istismarı Idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*- ***/**** nömrəli cavab məktubundan müəyyən olunur ki, hal-hazırda X11 Sistemlərinin Istismarı Idarəsinin strukturunda vakant Sahə ustası vəzifəsi mövcud deyildir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş və antiterror tədbirləri nəticəsində nəzarətə götürülmüş ərazilərində məşğulluğun və məskunlaşmanın bəzi məsələləri barədə “Azərbaycan Respublikası Baş nazirinin müavininin yanında keçirilmiş müşavirənin ## ##### ****-cü il tarixli * nömrəli Protokolunun 2-ci hisəssinin 2.1-ci və 2.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış, 2025-ci ildə və növbəti illərdə məskunlaşması planlaşdırılan işsiz və işaxtaran şəxslərin siyahısının dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə təqdim edilməsi, habelə işəgötürənlərə işçi seçimi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılmışdır. X11 Sistemlərinin Istismarı Idarəsinin xidməti əraziləri Xankəndi şəhəri, Şuşa şəhəri və Xocalı rayonu olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən işə qəbul zamanı üstünlük azad edilmiş ərazilərə köçürülmüş vətəndaşlara verilir.

9. Məhkəmə sorğusuna əsasən göndərilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X12 Xidməti X2 X11 Sistemlərinin Istismarı Idarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-**/*-**/**** nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" ## ###### 2023-cü il tarixli, **** №-li fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X2 yaradılmış, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X2in ##.##.****-cü il tarixli ** №-li əmri ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2in strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X5 Idarəsinin, Ağdam sukanal sahəsinin işçilərinin ştat vahidlərinin ixtisara düşməsi ilə əlaqədar xəbərdarlıq bildirişi təqdim edilmişdir. X5 Idarəsi, Ağdam sukanal sahəsinin Istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda Usta vəzifəsində çalışan İddiaçı ##.##.****-cü il tarixində 13-16-09-09/2- 01/2/344/**** qeydiyyat nömrəli xəbərdarlıq bildirişi təqdim edilmiş, o isə imzalayaraq qəbul etmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra bağlanılmış əmək müqaviləsi ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.****-cü il tarixdən (***/k saylı əmr) ləğv edilmişdir. (Həmin məktuba qoşma olaraq “xxxx” ASC-nin X5 Idarəsi Ağdam Sukanal Sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ustası İddiaçı aid olan sənədlərin siyahısı təqdim edilmişdir.)

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma Idarəsinə (Azərbaycan Dövlət Su X24 X10 Xidməti X2ü X3 Sistemlərinin Istismarı Idarəsinə) qarşı «xxxx» ASC-nin X5 Idarəsinin ##.##.****-cü il tarixli *** saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam Melorasiya və X6 Səhmdar Cəmiyyəti Ağdam Suvarma Idarəsinin istismar təşkili və idarə edilməsinə nəzarət qrupunun 8-ci dərəcə ilə usta vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam "Sukanal" Idarəsinin ##.##.2011-ci il tarixli ** nömrəli əmri ilə həmin Idarəyə 4 sahə rəisi vəzifəsinə qəbul edilmişdir. Həmin Idarənin ##.##.2012-ci il tarixli ** nömrəli əmri ilə Ağdam "Sukanal" Idarəsində usta vəzifəsinə keçirilmiş, Ağdam Sukanal" Idarəsinin ##.##.2016-ci il tarixli *** nömrəli əmri ilə baglanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən ##.##.2016-ci il tarixindən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 8-ci dərəcə ilə usta vəzifəsinə təyin edilmişdir. Ağdam "Sukanal" Idarəsinin ##.##.2019-cu il tarixli ** nömrəli əmri ilə baglanmış əmək müqaviləsinə edilmiş dəyişiklikliyə əsasən * saylı Regional Su kanal sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 8-ci dərəcə ilə usta vəzifəsinə keçirilmiş, Ağdam "Sukanal" Idarəsinin ##.##.2019-cu il tarixli *** nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində əsasən başqa işəgötürənlə əmək müqaviləsinə xitam verilmiş, “xxxx” ASC-nin * nömrəli Regional Sukanal Idarəsinin ##.##.2019-cu il tarixli *** nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam Sukanal sahəsinin istismarın təşkili və idarə edilməsinin nəzarət qrupuna 8-ci dərəcə ilə usta vəzifəsinə təyin edilmişdir. “xxxx” ASC-nin * nömrəli Regional Sukanal Idarəsinin ##.##.2023-cü il tarixli *** nömrəli əmri ilə baglanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bagladıgına görə xitam verilmiş, “xxxx” ASC X5 Idarəsinin ##.##.2023-cü il tarixli ** nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam Sukanal sahəsinin Istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun 8-ci dərəcə ilə usta vəzifəsinə təyin edilmiş, sonradan həmin idarə yəni "xxxx ASC X5 Idarəsi"xxxx"Ağdam Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma Idarəsi" yaradıldılmış, "xxxx" ASC-nin X13 Idarəsinin ##.##.****-cü il tarixli, *** nömrəli əmri ilə işçilərin sayı ixtisar edildiyinə görə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "b" bəndinə əsasən ləğv edilmişdir. "xxxx" ASC-nin X5 Idarəsinin ##.##.****-cü il tarixli, *** nömrəli əmri tamamilə Əmək qanunvericiliyinin tələblərinə ziddir. Həmçinin qeyd etmişdir ki, cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma Idarəsinə (Azərbaycan Dövlət Su X24 X10 Xidməti X2ü X3 Sistemlərinin Istismarı Idarəsi) X5 Idarəsinin hüquqi varisidir və ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Ağdam Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddiaçı İddiaçı cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma Idarəsinə (Azərbaycan Dövlət Su X24 X10 Xidməti X2ü X3 Sistemlərinin Istismarı Idarəsinə) qarşı «xxxx» ASC-nin X5 Idarəsinin ##.##.****-cü il tarixli *** saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam Melorasiya və X6 Səhmdar Cəmiyyəti Ağdam Suvarma Idarəsinin istismar təşkili və idarə edilməsinə nəzarət qrupunun 8-ci dərəcə ilə usta vəzifəsinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12ci maddəsinin “C” bəndinə, 63, 68, 70, 71, 76, 77 və 78-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 52.2 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, “xxxx” ASC-nin X5 Idarəsinin ##.##.****-cü il tarixli *** nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Dövlət Su X26 X10 Xidməti Pubik Hüquqi X1 X22 Idarəsinin Istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 8-ci dərəcə usta vəzifəsinə bərpa edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi onunla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərəkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmuşdur. Belə ki, ona işəgötürən tərəfindən ştatların ixtisarı ilə bağlı işdən azad ediləcəyi barədə əvvəlcədən heç bir rəsmi və ya qeyri-rəsmi qaydada xəbərdarlıq edilməmişdir. Işin hallarından göründüyü kimi 2011-ci ildən-yəni 14 ildir ki, cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin X15 müxtəlif vəzifələrdə işləmişdir. Qanunla müəyyən edilmiş qaydada işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi ilə bağlı keçirilmiş atestasiyalardan uğurla keçmişdir. Rəhbərlik tərəfindən hər hansı intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə həmişə nümunəvi işi ilə digərlərindən fərqlənmişdir. Iş matreiallarından görünür ki, o, məcburi köçkündür və Birinci Qarabağ müharibəsinin müharibə veteranıdır. Göründüyü kimi cavabdeh təşkilat onu işdən azad edərkən Əmək Qanunvericiliyinin tələblərini nəzərə alıb onu işdə saxlamalı olduğu halda imtiyazlarını nəzərə almadan onu işdən azad etməklə Əmək məcəlləsinin qeyd edilən norması ilə tənzimlənən əmək hüquqlarını pozmuşdur. Işin hallarından görünüdüyü kimi cavabdeh təşkilat onunla əmək müqaviləsinə xitam verərəkən üzvü olduğu X20baqcadan razılığını da almamış və bununla da Əmək qanunvericiliyinin qeyd edilən tələbini pozmuşdur. Qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki, guya o, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Məhkəmənin bu nəticəyə gəlməsi tatamilə əsassızdır. Belə ki, məhkəmə iclasında iddianın buna cavab verməli olmayan şəxsə qarşı qaldırlması məsələsi müzakirə edilmişdir. Ancaq, hakim ona iddianın X5 Idarəsinə qarşı qaldırmalı olduğunu bildirsə də o etiraz etmiş və Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X21 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılmasını xatırladaraq iddianın hazırkı iş üzrə cavabdeh Azərbycan Dövlət Su X26 X12 Xidməti PublkHüquqi X1 X22 Idarəsinə qarşı qaldırılmalı olduğunu və onun da məhz həmin cavbdeh təşkilata qarşı iddia qaldırdığını, ancaq iddia ərizəsində cavabdehin hazırkı adının deyil, köhnə adının qeyd edildiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin qeyd edilən normasının tələbindən də göründüyü kimi məhkəmə cavabdehin əsl cavabdeh ilə əvəz edilib-edilməməsi üçün iddiaçı kimi onun yazılı razılığı alınmalı idi. Iş materiallarından göründüyü kimi işdə belə bir ərizə yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən qanunvericiliyin tələbləri də pozulmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəf kimi onun məhkəmə iclasında verdiyi izahatı əsasında heç bir obyektiv araşdırma aparmağa təşəbbüs göstərməmiş, tez tələsik onun əsl olmayan cavabdeh tərəfin dəyişdirilməsinə razı olmadığını səbəb gətirərək başqa heç bir əsas olmadan iddia tələbini təmin etməmiş və bununla da iş üzrə sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət verməmiş və nəticədə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunlu izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, “xxxx” ASC-nin X5 Idarəsinin ##.##.****-cü il tarixli *** nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Dövlət Su X26 X10 Xidməti Pubik Hüquqi X1 X22 Idarəsinin Istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 8-ci dərəcə usta vəzifəsinə bərpa edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdrilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12 bənd “C”. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Maddə 70. a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1. Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı İddiaçı Ağdam "Sukanal" Idarəsinin ##.##.2011ci il tarixli ** nömrəli əmri ilə həmin Idarəyə 4 sahə rəisi vəzifəsinə qəbul edilmiş, həmin Idarənin ##.##.2012-ci il tarixli ** nömrəli əmri ilə Ağdam "Sukanal" Idarəsində usta vəzifəsinə, ##.##.2016-ci il tarixli *** nömrəli əmri ilə Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 8ci dərəcə ilə usta vəzifəsinə, ##.##.2019-cu il tarixli ** nömrəli əmri ilə * saylı Regional Su kanal sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 8-ci dərəcə ilə usta vəzifəsinə keçirilmiş, Ağdam "Sukanal" Idarəsinin ##.##.2019-cu il tarixli *** nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində əsasən başqa işəgötürənlə əmək müqaviləsinə xitam verilmiş, “xxxx” ASC-nin * nömrəli Regional Sukanal Idarəsinin ##.##.2019-cu il tarixli *** nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam Sukanal sahəsinin istismarın təşkili və idarə edilməsinin nəzarət qrupuna 8-ci dərəcə ilə usta vəzifəsinə təyin edilmişdir. Daha sonra “xxxx” ASC-nin * nömrəli Regional Sukanal Idarəsinin ##.##.2023-cü il tarixli *** nömrəli əmri ilə baglanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bagladıgına görə xitam verilmiş, “xxxx” ASC X5 Idarəsinin ##.##.2023-cü il tarixli ** nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam Sukanal sahəsinin Istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun 8-ci dərəcə ilə usta vəzifəsinə təyin edilmişdir. Daha sonra X12 Xidməti X2in ## ###### ****-cü il tarixli **-*/*-*-**-Ü/**** nömrəli əmri ilə strukturda aparılan dəyişikliklər nəticəsində Ağdam Mexaniki Suvarma Idarəsi ləğv edilərək X7 Sistemlərinin Istismarı Idarəsi yaradılmışdır. Struktur dəyişiklikləri ilə əlaqədar bəzi əməkdaşların əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatın ixtisarı səbəbindən xitam edilmiş, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq bütün ödənişlər tam şəkildə verilmişdir. Iddiaçı İddiaçı ləğv edilmiş xxxx ASC-nin X5 Idarəsinin Ağdam Sukanal sahəsində işləmiş və struktur dəyişikliyi ilə əlaqədar olaraq həmin idarə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “70”-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı həmin əmrin qanunazidd olmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Dövlət Su X24 X10 Xidməti Publik Hüquqi X1 X22 Idarəsi hazırki, iddia tələbi üzrə iddiaya cavab verməli olmayan şəxsdir. Lakin iddiaçı İddiaçı əvvəl işlədiyi "xxxx" ASC-nin X5 Idarəsinin hüquqi varisinin hazırki cavabdeh təşkilatın olduğunu israr etmiş, iddia tələbinin ona münasibətdə təmin edilməsini məhkəmədən tələb etmiş və əsl olmayan cavabdeh tərəfin dəyişdirilməsinə razılıq verməmişdir. Ona görə də iddia təmin edilməmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

25. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Hazıki cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma Idarəsinə (Azərbaycan Dövlət Su X24 X10 Xidməti X2i X3 Sistemlərinin Istismarı Idarəsi) isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir.

26. Çünki, işin hallarının araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular göndərilmiş, həmin sorğulara verilmiş cavablardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanına əsasən Agentliyin tabeliyində bir neçə X2lər yaradılmışdır. Həmçinin qeyd olunmuşdur ki, “X10 Xidməti” X2in **-*/*-*-**Ü/**** nömrəli ## ###### ****-cü il tarixli “X10 Xidmətinin Struktur bölmələrinin (Idarələrinin) adlarının yerli Struktura uyğunlaşdırılması barədə” Əmrinə əsasən keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin struktur bölmələrinin (idarələrinin) adları X10 Xidməti X2in təsdiq edilmiş strukturuna: · Ağdam Mexaniki Suvarma Idarəsi – X7 Sistemlərinin Istismarı Idarəsi kimi:VÖEN 3200675831; · X11 Sistemlərinin Istismarı Idarəsi (Xankəndi, Xocalı və Şuşa) kimi yeni yaradılmışdır. Keçmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində, nəzdində fəaliyyət göstərmiş X17 (həmçinin X5 Kanal Idarəsi) varisliyi müəyyən edilməmişdir. Bu səbəbdən keçmiş “xxxx” ASC tərəfindən X17 fəaliyyətinə xitam verilməklə, işçilərin sayı və ştatları ləğv olunmuşdur. 2025-ci ilin iyul ayında həmçinin, fəaliyyətdə olmuş X5 Idarəsinin fəaliyyətinə xitam verilməklə, işçilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ”b” - (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsinə əsasən keçmiş “xxxx” ASC tərəfindən işdən azad olunmuşlar. Həmçinin bildirilmişdir ki, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq bütün ödənişlər tam şəkildə verilmişdir. Iddiaçı İddiaçı da ləğv edilmiş xxxx ASC-nin X5 Idarəsinin Ağdam Sukanal sahəsində işləmiş və struktur dəyişikliyi ilə əlaqədar olaraq həmin idarə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “70”-ci maddəsinin “ b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin idarə tərəfindən ona bütün müavinətlər ödənilmişdir. Bundan sonra X7 Sistemlərinin Istismarı Idarəsində işə qəbul idarənin yeni ştat vahidlərinə uyğun olaraq vakant vəzifələr üzrə və ərizə əsasında aparılmış, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq, işə qəbul həyata keçirilmişdir. İddiaçı X7 Sistemlərinin Istismarı Idarəsində işə qəbulu ilə bağlı hər hansı rəsmi müraciəti qeydiyyata alınmamışdır. Ləğv edilmiş xxxx ASC-nin X5 Idarəsinin ixtisara düşmüş işçilərinin X7 Sistemlərinin Istismarı Idarəsində işlə təmin olunması haqqında X12 Xidməti PHŞ tərəfindən heç bir əmr verilməmiş və heç bir adlı siyahı təqdim olunmamışdır.

27. Bundan əlavə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X12 Xidməti X2 X11 Sistemlərinin Istismarı Idarəsinin ## #### 2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərin surətindən müəyyən olunur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X2in ##.##.****-cü il tarixli ** №-li əmri ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2in strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X5 Idarəsinin, Ağdam sukanal sahəsinin işçilərinin ştat vahidləri ixtisara düşmüş işçilərin əmək müqabilələrinin ləğv edilməsinə razılığın verilməsinə dair X5 Idarəsinin Həmkarlar Ittifaqı Komitəsinə müraciət edilmiş və işçilərin Əmək Məcəlləsinin 70-ci maddsinin “b” bəndinə əsasən işdən azad edilmələrinə razılıq alınmış, işçilərinin ştat vahidlərinin ixtisara düşməsi ilə əlaqədar xəbərdarlıq bildirişi təqdim edilmiş, X5 Idarəsi, Ağdam sukanal sahəsinin Istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda Usta vəzifəsində çalışan İddiaçı ##.##.****-cü il tarixində 13-16-09-09/2-01/2/344/**** qeydiyyat nömrəli xəbərdarlıq bildirişi təqdim edilmiş, o isə imzalayaraq qəbul etmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra bağlanılmış əmək müqaviləsi ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.****cü il tarixdən (***/k saylı əmr) ləğv edilmişdir.

28. Həmçinin qeyd olunmuşdur ki, X7 Sistemlərinin Istismarı Idarəsi X12 Xidməti PHŞnin təsdiq etdiyi struktur və ştat tərkibi çərçivəsində fəaliyyət göstərir və bu çərçivədən kənar işə qəbul, vəzifə yaradılması və ya dəyişdirilməsi səlahiyyətinə malik deyil. X7 Sistemlərinin Istismarı Idarəsi ləğv edilmiş xxxx ASC-nin X5 Idarəsinin hüquqi varisi deyildir.

29. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

30. Həmçinin, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə gəldikdə isə, iddiaçıya izah edilməlidir ki, hazırkı iddia ilə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürmək hüququ vardır.

32. Iddianın cavab verməli olmayan subyektə qarşı yönəldildiyi qənaətinə gəlindiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

33. Işin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki. birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar