Məhkəmə qərarları › İş №2(104)-1443/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1443/2024

24.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1443/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibаrət tərkibdə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq mülkiyyətində olan Göygöl şəhəri H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışın qarşısında, Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz,özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunaraq Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsinə qaytarılması, cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoymasının ona həvalə olunması barədə qətnamə çıxarılmasını və eləcə də cavabdehin qanunsuz hərəkətlərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri baxımından qiymət verilməsi məqsədilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(066)-254/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Göygöl şəhəri, H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışının qarşısında, Göygöl şəhəri, H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz, özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətində bərpa olunması, Göygöl şəhəri, H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifasdəsinə qaytarılması və cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoymasının Cavabdeh həvalə olunması qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(104)-716/2024 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-716/2024 saylı mülki iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı ləğv edilmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2023 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilmiş, iş apellyasiya baxışından çıxarılmış və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş materialları Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 254/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(066)-254/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Həmin qərardaddan İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadı ilə şikayət təmin edilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadının ləğv edilməsi; Göygöl Rayon Məhkəməsinin 2(066)- 254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin adından Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-716/2024 saylı mülki iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı ləğv edilərək, Göygöl Rayon Məhkəməsinin 2 (066)-254/2024 saylı mülki iş üzrə 16 noyabr 2013-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi, işin apellyasiya baxışından çıxarılması və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş materiallarının Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Beləliklə, qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmamışdır. Bu hal isə vəkil tərəfindən hüquqi yardım göstərilən şəxslə yenidən müqavilə bağlayaraq yeni order təqdim edilməsi üçün əsas deyildir. Məhkəmə öz qərardadında qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin adından nümayəndə qismində Vəkil tərəfindən ərizə imzalansa da, onun ərizəçinin MPM-in 19-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş yaxın qohumlar sırasına aid olması və ya vəkili olması ilə bağlı ərizəyə hər hansı bir sübut əlavə edilməmişdir. Halbuki, iş materiallarından müəyyən edilir ki, həm vəkil kimi oderini, həm də etibarnaməni apellyasiya şikayətinə əlavə etmişdir. Qeyd olunan hallar onu göstərir ki, məhkəmə tərəfindən qanunsuz qərardadlar cavabdehin məhkəmə müdafiəsi hüququndan məhrum edilməsinə gətirib çıxarır. Göründüyü kimi cavabdehin apellyasiya şikayəti verməkdə israrlı olması, onun məhkəmə müdafiəsi hüququndan sonuna qədər istifadə etmək niyyətinin olması işin mübahisəsiz halıdır. Göygöl Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 24 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 31 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(066)-254/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən vеrilmiş ərizəyə baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(066)-254/2023 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermişdir. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəni geri qaytarmışdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, prosessual müddətin bərpasına dair ərizə cavabdehin adından nümayəndə qismində Vəkil tərəfindən imzalansa da, lakin sonuncunun cavabdehin MPM-nin 19-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş yaxın qohumlar sırasına aid olması və ya vəkil olması ilə bağlı ərizəyə hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Buraxılmış prosessual müddətin bərpası məsələsinə işdə iştirak edən şəxsin ərizəsi əsasında baxılır. Buraxılmış prosessual müddət konkret prosessual hüququn həyata keçirilməsinə imkan yaratmaq məqsədilə bərpa edilir. Məhz bu səbəbdən də MPM-nin 133.3-cü maddəsi tələb edir ki, müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət də edilməlidir. Məhkəmənin müvafiq prosessual müddəti bərpa etməsi qanunla müəyyən edilmiş müddətə hər hansı müddətin əlavə edilməsi yox, bu müddət ərzində edilməli olan, lakin üzrlü səbəblərdən vaxtında edilməmiş prosessual hərəkətin mümkünlüyünün tanınması deməkdir. MPM-nin 133.2-ci maddəsində prosessual hərəkətlərin edilməli olduğu məhkəmə dedikdə, müraciət etmiş şəxsin edilməsi üçün müddətin bərpasını xahiş etdiyi hərəkəti etməli olduğu məhkəmə orqanı başa düşülür. Ona görə də ərizənin hansı məhkəməyə verilməli olduğu edilməsi üçün müddətin bərpası xahiş olunan prosessual hərəkətdən asılıdır. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(066)-254/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəni Göygöl Rayon Məhkəməsinə təqdim etməklə yanaşı buraxılmış zəruri prosessual hərəkəti, yəni apellyasiya şikayətini də ərizəsinə əlavə etmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti, habelə həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəni verməkdə cavabdehin etibarnamə üzrə nümayəndəsinin (vəkil) məqsədi nümayəndəsi olduğu şəxsin pozulmuş hesab etdiyi hüquqlarının və ya qanunla qorunan mənafelərinin yuxarı instansiya məhkəməsində müdafiə etmək olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə Cavabdeh tərəfindən Vəkil adına verilmiş etibarnamə və müvafiq vəkil orderi əlavə edilmişdir. Həmin etibarnamə üzrə verilmiş səlahiyyətlər, o cümlədən vəkil orderi əsasında Vəkil apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə, o cümlədən apellyasiya şikayəti ilə Göygöl Rayon Məhkəməsinə müraciət etməkdə tam səlahiyyətli şəxs olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə məhkəməyə verilmişdir. Ərizənin geri qaytarılması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən prosessual müddətin bərpası barədə ərizəni və apellyasiya şikayətini geri qaytarmışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsinə baxılıb müvafiq hüquqi qiymət verilməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.2, 399 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 31 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(066)-254/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən vеrilmiş ərizəyə baxılıb hüquqi qiymət verilməsi üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar