Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1443/2025 27.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X8 qarşı evə köçürülmə tələbinə dair Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı və cavabdeh X4 iştirakları ilə, “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-914/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2015-ci il tarixli, AZ-İİ № 001509 nömrəli şəhadətnamədən görünür ki, X16 ilə İddiaçı arasında olan nikah xx.xx.2015-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyində 02 nömrə ilə qeydə alınmışdır.
2. xx.xx.2016-cı il tarixli, AZ-İİİ № 683693 nömrəli və xx.xx.2021-ci il tarixli, AZ- İİİ № 550397 nömrəli şəhadətnamələrdən görünür ki, X16 ilə İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Əsma, xx.xx.2020-ci il təvəllüdlü Səmra adlı uşaqları anadan olmuşdur.
3. xx.xx.2024-cü il tarixli, AZ-İİ № 425841 nömrəli şəhadətnamədən məlum olur ki, X16 xx.xx.2024-cü ildə vəfat etmişdir.
4. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 91 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Ağdam rayonu Zəngişalı kəndində daimi qeydiyyatdadır və yaşayır.
5. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 204 nömrəli arayışında qeyd edilmişdir ki, R.M.Rasımova məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evinə X6 zamanı dəymiş ziyanla əlaqədar olaraq həmin evdə 1993-cü ildən 2024-cü ilə qədər yaşayış olmamışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-4041/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh və ailə üzvlərinin adlarına Ağdam rayonu, Zəngişalı kəndi ərazisində yerləşən Ağdam RAİK-in xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN932) və xx.xx.2000-ci il tarixli, 01 saylı qərarı ilə 0.17 ha həyətyanı torpaq sahəsi (JN-524A) mülkiyyətinə verilmişdir. Həmin məktuba əlavə edilmiş: - xx.xx.2004-cü il tarixli, JN-0932 KOD 60909038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Cavabdeh, X2, X16, X15 və X11 Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə cizgidə göstərilmiş sərhəd daxilində 1.29 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 6035 nömrə ilə qeydiyyata alınıb. - JN-524A KOD 60909038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh, X2, X16, X15 və X11 Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 saylı qərarı ilə 0.17 ha torpaq sahəsi verilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2- 2501/2025 nömrəli məktubuna əlavə edilmiş Ağdam rayonu Zəngişalı kəndi üzrə həyətyanı (əlyazma və elektron) və pay torpaq sahələrinə dair subyektlərin siyahısının 524-cü sıra nömrəli qeydində Cavabdeh, X2, X16, X15 və X9 adları qeyd edilmişdir.
8. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-31-7/2-60/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X8 aid Nümayəndəliyin təsərrüfatbaşına uçot kitablarının 1985-2015-ci ilə qədər olan təsərrüfatbaşına uçot kitabları X17 təhvil verilmişdir. Həmin məktuba əlavə edilmiş: - 2016-2020-ci illər üçün tutulmuş təsərrüfatbaşına uçot kitablarından kitab №04, səhifə 147, 354 nömrəli şəxsi hesab nömrəsindən çıxarışdan görünür ki, Cavabdeh məxsus təsərrüfatda Cavabdeh, X2, X16, İddiaçı və X5 adları qeyd olunmuşdur. - 2021-2025-ci illər üçün tutulmuş təsərrüfatbaşına uçot kitablarından kitab №04, səhifə 91, 319 nömrəli şəxsi hesab nömrəsindən çıxarışdan görünür ki, Cavabdeh məxsus təsərrüfatda Cavabdeh, X2, İddiaçı, X12 və X3 adları qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, övladları – xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X10 ilə birgə gəlin köçərək yaşadıqları Ağdam rayonunun Zəngişalı kəndində yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehin mərhum oğlu X16 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurarmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X10 anadan olmuşdur. xx.xx.2024-ci il tarixdə həyat yoldaşım vəfat etmişdir və onun hazırda yaşayış yeri yoxdur, yaşadığı evə 2 azyaşlı övladları ilə köçürülməlidir. Cavabdeh – qaynatası ona sözgedən evdə yaşamağa imkan vermir. O, gəlin köçərkən cavabdehin Bakıda olan evinə gəlin köçmüşdür və mərhum həyat yoldaşının vaxtında onlar da orda olub. Həmçinin, işləyən vaxtı Zəngişalı kəndində tikilən ev və həyətin onlara verilməsi nəzərdə tutularaq həmin ev inşa edilmiş, o isə gəlin kimi həmin evdə ustalara xidmət etmişdir.
11. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-914/2025 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, İddiaçı hazırda köçmək istədiyi Ağdam rayonunun Zəngişalı kəndində yerləşən cavabdehə məxsus, lakin dövlət qeydiyyatından keçməmiş evə köçməmiş və orada yaşamamışdır. Bu halı iddiaçı özü də məhkəmədə verdiyi izahatında təsdiq etmişdir. Belə olan halda İddiaçı mübahisəli evdən istifadə hüququ əldə etməmiş və onun iddia tələbi təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, təsərrüfatbaşına kitabda o və iki azyaşlı övladları cavabdehə məxsus təsərrüfat daxilində göstərilmişdir. Mübahisəli ev yararsız olduğundan nə o, nə də cavabdeh orada yaşamamış, təmir olunduqdan sonra cavabdeh oraya köçmüşdür. O, ərindən boşanmamışdır, əri öldükdən sonra Bakı şəhərində olan evdən çıxarılıb və hazırda Ağdam rayonunda müəllimə işləyir. Onun yaşamağa evi yoxdur və müvəqqəti olaraq atası evində yaşayır.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
20. Apellyasiya baxışının hədləri: 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
22. Məhkəmə kollegiyası MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə X16 xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Həmin vaxt İddiaçı əri İqbal Qasımovun atası olan Cavabdeh məxsus Bakı şəhərində yerləşən evə gəlin köçmüş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Bundan sonra, iddiaçının əri İqbal Qasımov xx.xx.2024-cü il tarixində vəfat etmişdir. İddiaçı hazırda başqa yaşayış sahəsinə malik olmadığını və uşaqları ilə birlikdə atasının evində yaşadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsaslandığı faktik hallar üzrə araşdırma aparmamış, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, habelə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
24. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
25. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
26. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı tələbində mübahisə predmeti olan fərdi yaşayış evinin qaynatasının adına olduğunu, hazırda başqa yaşayış sahəsinə malik olmadığını və uşaqlarla birlikdə atasının evində yaşadığını əsas göstərməklə azyaşlı uşaqları ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməsini tələb edir.
27. Cavabdeh isə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı verdiyi izahatlarında mübahisə predmeti olan fərdi yaşayış evi üzərində iddiaçının heç bir hüququnun olmadığını bildirmişdir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh və ailə üzvlərinin adlarına Ağdam rayonu, Zəngişalı kəndi ərazisində yerləşən Ağdam RAİK-in xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN932) və xx.xx.2000-ci il tarixli, 01 saylı qərarı ilə 0.17 ha həyətyanı torpaq sahəsi (JN-524A) verilmişdir.
29. Belə ki, xx.xx.2004-cü il tarixli, JN-0932 KOD 60909038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Cavabdeh, X2, X16, X15 və X11 Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə cizgidə göstərilmiş sərhəd daxilində 1.29 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı, JN-524A KOD 60909038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh, X2, X16, X15 və X11 Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 01 saylı qərarı ilə 0.17 ha torpaq sahəsi verilmişdir.
30. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2- 2501/2025 nömrəli məktubuna əlavə edilmiş Ağdam rayonu Zəngişalı kəndi üzrə həyətyanı (əlyazma və elektron) və pay torpaq sahələrinə dair subyektlərin siyahısının 524-cü sıra nömrəli qeydində Cavabdeh, X2, X16, X15 və X9 adları qeyd edilmişdir.
31. Bundan başqa Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyinin 2016-2020-ci illər üçün tutulmuş təsərrüfatbaşına uçot kitablarından kitab №04, səhifə 147, 354 nömrəli şəxsi hesab nömrəsindən çıxarışdan görünür ki, Cavabdeh məxsus təsərrüfatda Cavabdeh, X2, X16, İddiaçı və X5 adları qeyd olunmuşdur. Həmçinin, 2021-2025-ci illər üçün tutulmuş təsərrüfatbaşına uçot kitablarından kitab №04, səhifə 91, 319 nömrəli şəxsi hesab nömrəsindən çıxarışdan görünür ki, Cavabdeh məxsus təsərrüfatda Cavabdeh, X2, İddiaçı, X12 və X3 adları qeyd olunmuşdur.
32. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.
33. Belə ki, «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında X19 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «İnsan Hüquqları və X1 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X19 Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15 aprel 2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09 iyun 2011-ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.
35. İşin şərh olunan hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli – Ağdam rayonu Zəngişalı kəndində yerləşən torpaq sahəsi iddiaçının mərhum ərinin mülkiyyətində olduğundan, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlar dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mərhum ərinə münasibətdə qanuni gözlənilən mülkiyyət hüququ olduğundan, sonuncunun bilavasitə həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə də mülkiyyət hüququ yaranmışdır.
36. Belə ki, İddiaçı mərhum əri İ.Qasımovla nikahları pozulmamış, həmçinin sonuncunun hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ olmuşdur. Ona görə də Ağdam rayonu Zəngişalı kəndində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi də iddiaçının mülkiyyəti olaraq qəbul edilməlidir.
37. Belə olan halda, hazırkı iddianın predmeti mərhum İqbal Qasımovdan miras qalmış əmlakın onun qanun üzrə vərəsəsi İddiaçı tərəfindən qəbul edilməsi olmasa da, işin hallarının bu aspektdə də araşdırılması zəruridir.
38. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ölməsi ilə (xx.xx.2024-cü il) mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
40. X7 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
41. Qərarda xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
42. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
43. İşin mübahisəsiz halıdır ki, miras qoyan mərhum İqbal Qasımov xx.xx.2024cü il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – arvadı İddiaçı, uşaqları X12 və X10 olmuşlar. Adları qeyd olunan vərəsələrdən heç biri mirasdan imtina etməmişlər. Miras qoyan İqbal Qasımovdan miras qalmış əmlak isə Ağdam rayonu, Zəngişalı kəndi ərazisində yerləşən Ağdam RAİK-in xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN932) və xx.xx.2000-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsi (JN-524A) olmuşdur.
44. Nəzərə alınmalıdır ki, mübahisəli ev cavabdeh və ailə üzvü olan mərhum oğlu İ.Qasımovun birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində yerləşir. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən, iddiaçı və uşaqlarının həmin evə köçürülməsinə maneənin yaradılması onun qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan hüquqlarının pozulmasına gətirib çıxarar.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq,
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-914/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı uşaqları ilə birlikdə Cavabdeh faktiki istifadəsində olan və yaşadığı Ağdam rayonu Zəngişalı kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov