Məhkəmə qərarları › İş №2(104)-1447/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1447/2025

31.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1447/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh Mekhman Velievin iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1544/2025 saylı qətnaməsindən cavabdeh Mekhman Veliev tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı1 və Kazımov X3 Velievə (X2) qarşı Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1544/2025 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı1 və İddiaçı2 Mehkman Velievə (X2) qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiasının qismən təmin edilməsi, İddiaçı1 Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilinə köçürülməsi, İddiaçı1 və İddiaçı2 Mehkman Velievə (X2) qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Mekhman Velievin (X5) nümayəndəsi və vəkili X1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsini əsassız olduğu üçün ləğv edib iddianın bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinə baxılması mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Gəncə Şəhər Məhkəməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 2(125)-1544/2025 saylı məktubdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 1544/2025 saylı qətnaməsindən İddiaçı2 apelyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1544/2025 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası yüxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 363, 364, 400 və 402-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 1447/2025 saylı qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-1447/2025 nömrəli mülki iş İddiaçı2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1544/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya baxışından çıxarılsın və Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar