Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1459/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Yaşayış sahəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(040)-363/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kirayə verən “Dövlətqaçqınkom”la kirayəçi İddiaçı arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli 12/52 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin təsdiqlənməmiş kserosurətindən görünür ki, Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbə, bina 12, mənzil 52 nömrəli mənzildə yerləşən, 2 otaqlı yaşayış sahəsi kirayəçi İddiaçı və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilənin 1.2-ci bəndində (“kirayəçinin ailə üzvləri” qrafasında) “anası X1, X2” kirayəçinin ailə üzvləri kimi göstərilmişdir.
2. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil istismar departamentinin Gəncə-Göygöl mənzil kommunal istismar sahəsinin rəisi Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuş 21 noyabr 2022-ci il tarixli 94 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Yeni qəsəbə-1500, 12-ci bina, 52 saylı mənzil boşaldılarkən aşağıdakı ev əşyaları siyahıya alınaraq Mənzil Kommunal İstismar Sahəsinin xidməti otağına gətirilmişdir: 1) masa-1 ədəd, 2) stul- 3 ədəd, 3) xalça-2 ədəd, 4) televizor-1 ədəd, 5) televizor altlığı- 1 ədəd, 6) yataq dəsti-2 ədəd, 7) qarderob- 1 ədəd, 8) tozsoran, 9) geyim dəsti- 1 ədəd, 10) kostyum- 1 ədəd, 11) dəri qadın geyimi- 1 ədəd, 12) ütü- 1 ədəd, 13) bakal dəsti- 1 ədəd, 14) hərbi geyim- 1 ədəd.
3. Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı 07 iyun 2022-ci il tarixdə saat 13:10da Daxili İşlər Nazirliyinin "102” zəng xidmətinə və 10 iyun 2022-ci il tarixdə Kəlbəcər RPŞyə etmiş olduğu müraciətləri üzrə toplanmış HK-1/116 nömrəli material üzrə hər hansı şəxsin ünvan 1 ünvanına qanunsuz daxil olması təsdiqini tapmadığından, həmçinin toplanmış materialda heç bir cinayət xarakterli fakt aşkar edilmədiyindən, material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmişdir. Həmin qərarda həmçinin o da qeyd edilmişdir ki, Gəncə-Göygöl Mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş 07 yanvar 2022-ci il, 12 may 2022-ci il, 16 may 2022-ci il və 24 fevral 2022-ci il tarixli aktlardan ünvan 2 ünvanında İddiaçı və ailə üzvlərinin yaşamadığı təsdiq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, ona aid ünvan 3 ünvanlı mənzilin qapısını qıraraq ev əşyalarını, geyim əşyalarını, müxtəlif sənədləri qanunları pozmaqla, ondan və ailə üzvlərindən xəbərsiz, oğurluq yolu ilə apardığı, mənzili başqa şəxsə verməklə onları yenidən evsiz-eşiksiz qaçqın vəziyyətinə saldığı, qanunları pozmaqla vətəndaşla dövlət arasında münaqişə yaratmağa çalışdığı ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, cavabdehin üzərinə cinayət yolu ilə qəsb etdiyi ünvan 3 ünvanlı mənzilin ona qaytarılması və vurulmuş ziyanın ödənilməsi vəzifəsinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşərkən Gəncə Dövlət Universitetinin yataqxanasında məskunlaşmış, 2014-cü ildən etibarən isə ünvan 3 ünvanında yaşamışlar. Ailə tərkibi: anası- X1, qardaşı- X9 və o- İddiaçı. X2 birinci Qarabağ müharibəsinin əvvəlindən etibarən əvvəlcə könüllü olaraq könüllülər dəstəsinin tərkibində, vahid ordu yarandıqdan sonra isə orduda bütün döyüşlərdə iştirak etmiş, müharibədən sonra ağır xəstəliyə tutulmuş, uzun müddət xəstə yatmış, birinci qrup əlil olmuş, sonra vəfat etmişdir. Sonradan anası İmamverdiyeva Gözəl xəstələnmiş, yoluxucu xəstəlik olan “covid-19” xəstəliyinə tutulmuş, xəstəliyi ağır keçmiş, sonradan isə daha ağır olan xərçəng xəstəliyinə tutulmuşdur. Bu xəstəliklərlə əlaqədar olaraq uzun müddət Bakı şəhərində, bacısı evində yaşamalı olmuşlar. Lakin Gəncəyə, mənzilinə gəlib-getmişdir: hər iki aydan bir gəlib mənzildə təmizlik işləri aparmışdır. 04 iyun 2022-ci il tarixdə onlar Bakı şəhərində olarkən “Dövlətqaçqınkom”un Gəncə mənzil kommunal istismar sahəsinin rəisi Cavabdeh bir neçə nəfərlə mənzilin qapısını sındıraraq ev əşyalarını, geyim əşyalarını, müxtəlif sənədləri onlardan xəbərsiz oğurluq yolu ilə apardığı və mənzili başqa bir şəxsə verdiyi, qardaşı Akif Quliyevin arvadı Xavər Quliyevanın evə baxmağa gəldiyi vaxt məlum olmuşdur. Onlar Cəbrayıl rayonundan olduqlarına və onlardan başqa burada Cəbrayıllı olmadığına görə Cavabdeh elə hesab etmişdir ki, mənzil sahibi bundan gec xəbər tutacaq, o da başqa bəhanələr uyduracaqdır. O, bunlardan xəbər tutduqdan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək şikayətçi olmuş, onların göstərişi ilə 10 iyun 2022-ci il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Eyni zamanda, 06 iyun 2022-ci il tarixdə Bakı şəhərində yerləşən Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə gedərək şikayət ərizəsi yazmışdır. Məlum olmuşdur ki, mənzilin qarət edilməsində “Qaçqınkom”un işçisi Etiqad adlı nümayəndə də olub. Onunla telefonla danışmış Etiqad adlı şəxs ona şər ataraq “sən ailə qurub Beyləqan sakini ilə başqa yerdə yaşayırsan” deməklə özünə haqq qazandırmağa çalışmışdır. Qaçqınların həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli məqsədi ilə yaradılmış bu qurumun, yəni “Qaçqınkom”un işçilərinin vəzifəsi qaçqınların problemlərini həll etmək olduğu halda, qaçqınlara problem yaratmaqdan ibarət olmuşdur. Kəlbəcər Rayon Polis Şöbəsinin HK - 1/116 nömrəli material üzrə qərarında göstərilir ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə 10 iyun 2022-ci il tarixli 1705052-1222 nömrəli məktub göndərilmiş, həmin məktuba cavab məktubu daxil olduqda HK- 1/116 nömrəli materiala əlavə ediləcəkdir. “Qaçqınkom”dan onların şikayət ərizəsinə iki ay vaxt keçməsinə baxmayaraq, cavab verilməmişdir. Qanuna əsasən isə cavab 15 iş günü müddətində cavab verilməlidir. Polis Şöbəsinin HK-1/116 nömrəli material üzrə qərarında Qaçqın və X10 üzrə Dövlət Komitəsinin Gəncə mənzil kommunal istismar sahəsinin rəisi Cavabdeh izahatında onların kirayə müqaviləsinin şərtlərini dəfələrlə pozduqlarını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mənzildə yaşayışı təmin etmədiklərini yazmışdır. Bununla əlaqədar bildirir ki, onların həmin evdə uzun müddət yaşamamalarının səbəbi, əvvəldə də qeyd etdiyi kimi, əvvəlcə qardaşı Rövşənin, sonra isə anasının uzun müddət xəstə olmaları olub. Cavabdeh onlara “dəfələrlə xəbərdarlıq etmişik” deməsi isə tamamilə yalandır. Çünki belə bir xəbərdarlıq olsaydı, onlardan evdə olmamalarının üzrlü səbəbdən olduğunu öyrənərdi. Cavabdeh eyni zamanda Gəncə MKİS tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyini, “Dövlətqaçqınkom” tərəfindən məcburi köçkünlərə verilmiş kirayə müqaviləsinin şərtlərinə əməl olunmadığına görə İddiaçı ilə bağlanmış müvəqqəti kirayə müqaviləsinin “Dövlətqaçqınkom” tərəfindən ləğv edildiyini göstərir. Kirayə müqaviləsi əllərində ola-ola, bütün maddələri əzbər bildikləri halda, “Dövlətqaçqınkom” tərəfindən bu müqavilənin qanuna zidd olaraq ləğv edilməsi və təcili olaraq mənzilin başqa birinə veilrməsi, bunu edənlərin qanunları bilə-bilə, qəsdən pozaraq öz şəxsi mənfəətlərini güddüklərini göstərir. Cavabdeh eyni zamanda mənzildə olan əşyaların akt tərtib edilərək “Dövlətqaçqınkom”un Gəncə mənzil kommunal istismarı sahəsinin inzibati binasının bir otağına yığıldığını, İddiaçı gələcəkdə müraciət edəcəyi təqdirdə həmin əşyaların aktla ona təhvil veriləcəyini bildirib. Belə bir müraciətin olmayacağını hamı başa düşə bilər, Cavabdeh başqa. Bütün bu cinayət hadisələrinin olmasına baxmayaraq, Kəlbəcər Rayon Polis Şöbəsi cavabdeh şəxslərdən, yəni Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə göndərdiyi 10 iyun 2022-ci il tarixli 170-5052-1222 nömrəli məktuba iki aydan artıq bir müddətdə cavab almamış, Gəncə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Cavabdeh izahatına əsasən cinayət hadisəsi olmaması qərarına gəlmişdir.
6. Gəncə Şəhər Məhkəməsi hakiminin 03 oktyabr 2022-ci il tarixli 2(125)-2299/2022 saylı qərardadı ilə: iddianın “ünvan 4 ünvanındakı mənzilin iddiaçıya qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsinə dair” hissəsində məhkəmə icraatı mümkün hesab edilmiş; iddianın “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, iddiaçıya aid ünvan 4 ünvanlı mənzilin bir quldur kimi qapısını qıraraq ev əşyalarını, geyim əşyalarını, müxtəlif sənədləri qanunları pozmaqla, onlardan xəbərsiz oğurluq yolu ilə apardığı, mənzili başqa şəxsə verməklə onları yenidən evsiz-eşiksiz qaçqın vəziyyətə saldığı, qanunları pozmaqla vətəndaşla dövlət arasında münaqişə yaratmağa çalışması ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilməsi” hissəsi məhkəmədə baxılmalı olmadığından, həmin hissədə məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir (icraata qəbul etməkdən imtina ilə bağlı Mülki Prosessual Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş ayrıca əsaslandırılmış qərardad qəbul edilmədən).
7. Gəncə Şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında İddiaçı nümayəndəsi X12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Cavabdeh və Mənzil İstismar Departamentinin direktor müavini Etiqad Məmmədovun və bu oğurluqda iştirak edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini, ünvan 5 ünvanının iddiaçıya qaytarılması, vurulmuş 4720 (dörd min yeddi yüz iyirmi) manat maddi ziyanın və 50000 (əlli min) manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsin Mənzil istismar departamentinin direktor müavini Etiqad Məmmədovun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya cəmi 4720 (dörd min yeddi yüz iyirmi) manat maddi, 50000 (əlli min) manat mənəvi zərər dəymişdir. Belə ki, “Dövlətqaçqınkom”un səlahiyyətli vəzifəli şəxsləri olan Cavabdeh və Etiqad Məmmədov özlərinin təşkil etdiyi bir qrup adamla 04 iyun 2022ci il tarixdə ictimaiyyətin gözü qarşısında, nümayişkaranə şəkildə iddiaçıya aid bina 12 mənzil 12 ünvanlı mənzilin bir quldur kimi qapısını qıraraq ev əşyalarını. Geyim əşyalarını, müxtəlif sənədləri iddiaçıdan xəbərsiz oğurluq yolu ilə sındırıb-tökməklə aparmışlar. Elə həmin gün də mənzilə X5 ailəsini yerləşdirmişlər. Cinayətin təşkilatçılarından biri olan Cavabdeh mənzili ələ keçirməyi “qanuniləşdirmək” üçün əvvəlcə “Dövlətqaçqınkom”a iddiaçının və ailə üzvlərinin mənzildə yaşamamalarının üzürsüz səbəbdən olduğu barədə yalan məlumat vermişdir. İddiaçının mənzilində olmuş və yoxa çıxmış əşyaların siyahısı və qiymətləri aşağıdakı kimi göstərilmişdir: 1) masa-1 (bir) ədəd-250 manat; 2) stul-3 (üç) ədəd-90 manat; 3) xalça-3 (üç) ədəd-750 manat; 4) televizor- 1(bir) ədəd-400 manat; 5) televizor altlığı- 1(bir) ədəd-100 manat; 6) yataq dəsti- 2(iki)-450 manat; 7) qardirob - 1(bir)-300 manat; 8) tozsoran- 1 (bir) ədəd-150 manat; 9) geyim dəsti-1 (bir)-100 manat; 10) kostyum- 1(bir)-150 manat; 11) dəri qadın geyimi- 1(bir) ədəd-500 manat; 12) ütü-1 (bir)-80 manat; 13) bakal dəsti-1(bir)- 25 manat; 14) hərbi geyim-1 (bir)-40 manat; 15) çexollar- 150 manat; 16) məhrəba- 50 manat; 17) süfrə- 3 (üç) ədəd- 150 manat; 18) pərdələr- 150 manat; 19) örtük (pokrıvalo) dəsti- 200 manat; 20) yay yorğanı- 2(iki)- 60 manat; 21) ədyal- 2 (iki) ədəd-100 manat; 22) kiçik yastıq- 2 (iki) ədəd-20 manat; 23) böyük yastıq- 2(iki) ədəd-90 manat; 24) döşək- 2 (iki) ədəd-200 manat; 25) tabaq (podnos)- 4(dörd)-110 manat; 26) karniz- 2 (iki) ədəd-60 manat-əşyaların cəmi dəyəri 4720 (dörd min yeddi yüz iyirmi) manat. Mənəvi zərəri 50000 (əlli min) manat qiymətləndirir.
9. Gəncə Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(125)-2299/2022 saylı qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(040)-363/2023 saylı qərardadı ilə, 1) iddianın “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, iddiaçıya aid ünvan 4 ünvanlı mənzilin bir quldur kimi qapısını qıraraq ev əşyalarını, geyim əşyalarını, müxtəlif sənədləri qanunları pozmaqla, onlardan xəbərsiz oğurluq yolu ilə apardığı, mənzili başqa şəxsə verməklə onları yenidən evsiz-eşiksiz qaçqın vəziyyətə saldığı, qanunları pozmaqla vətəndaşla dövlət arasında münaqişə yaratmağa çalışması ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilməsi” hissəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, həmin hissədə mülki məhkəmə icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilmiş; 2) iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilən tələbin də Cavabdeh, “Dövlətqaçqınkom”un Mənzil istismar departamentinin direktor müavini Etiqad Məmmədovun və “bu oğurluqda iştirak edən digər şəxslərin” cinayət məsuliyyətinə cəlb edilməsi hissəsində mülki məhkəmə icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilmiş; 3) mülki iş üzrə “Dövlətqaçqınkom”un Mənzil istismar departamentinin direktor müavini Etiqad Məmmədova yönəlmiş mülki tələb Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
11. Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(040)-363/2023 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 96, 97.1, 98.1 və 99.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.4, 1.5, 2.5, 2.6, 2.9, 3.2 və 3.7-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89.3 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli mənzil Gəncə şəhərində olmağına baxmayaraq mülki işə Kəlbəcər Rayon Məhkəməsində baxılmışdır. Bundan əlavə onunla bağlanmış sosial kirayə müqaviləsi qüvvədə olduğu halda başqa birisi ilə kirayə müqaviləsi bağlanması əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatlar
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasının xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, həmin mənzilin 44 gün müharibədə iştirak etdiyi və 3 qrup əlil olduğu üçün ona və ailəsinə verildiyini, 1 ildən artıqdır ki, orada ailəsi ilə yaşadığını və başqa mənzili olmadığını qeyd edərək, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınlar və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun nümyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 28. İ. Hər kəsin azadlıq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur.
26. Maddə 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.
27. Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.
28. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;
29. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
30. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
31. Maddə 97.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
32. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
33. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
34. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.
“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli Qərarı
35. 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.
36. 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir.
37. 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir.
38. 2.6. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir.
39. 2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir.
40. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur.
41. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı
42. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı
43. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
44. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarı
45. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
53. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
56. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
58. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(040)- 363/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə, bina 12, mənzil 52 nömrəli mənzildə yerləşən, 2 otaqlı yaşayış sahəsi kirayəçi İddiaçı və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Lakin, iddiaçı uzun müddət həmin mənzildə yaşamadığı üçün Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən xx.xx.2022-ci il tarixdə mənzil boşaldılmış və bu zaman mənzildə olan əşyalar çıxarılaraq bu barədə akt tərtib olunmuşdur.
61. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri xüsusi təyinatlı mənzil sahələrindən istifadə üzrə yaranan münasibətdir və tərəflərin arasında yaranmış mübahisə yuxarıda qeyd olunan hüquq normaları əsasında təhlil olunmalıdır.
62. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə görə, “Özəl mənzil fondu” dedikdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri, 17.3.1-ci maddəsində və 59-cu maddəsində isə sosial təyinatlı mənzil fondu dedikdə, dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu başa düşülmüşdür. Buna uyğun olaraq yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrindən, yəni özəl mənzil fonduna aid mənzillərdən, Vİİİ fəslində (59-90-cı maddələr) isə dövlət və bələdiyyə mənzil fonduna aid mənzillərin sosial kirayə müqaviləsi əsasında fiziki və hüquqi şəxslərin istifadəsində verilməsindən bəhs edilir.
63. İşin yuxarıda müəyyən olunan faktik hallarından göründüyü kimi, mübahisəli Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış 1500 ailəlik yeni qəsəbədə, bina 12, 52 nömrəli mübahisəli mənzildən İddiaçı tərəfindən uzun müddət istifadə edilməmişdir.
64. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı mübahisəli mənzildən istifadə hüququnun olmasını “Dövlət qaçqınkom”la onun arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli 12/52 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə istinad etsə də, müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini məhkəmələrə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə yalnız həmin kirayə müqaviləsinin kserosurətini əlavə etmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.
65. Azərbaycan Respublikasının MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz.
66. Azərbaycan Respublikasının MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
67. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.
68. Digər tərəfdən kollegiya göstərir ki, iddiaçı tərəfindən təqdim edilmiş sadə kserosurət olan 29 dekabr 2014-cü il tarixli 12/52 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” sübut növü kimi qəbul olunsa belə, iddia tələbinin əsaslı olmasına yenidən zəmin yaratmır. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi forması”na 5-ci bölməsinin 5.7.1-cı bəndində qeyd edilmişdir ki, kirəyəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq üç aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda müqavilə kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilir.
69. Bu baxımdan iddiaçının yaşayış sahəsində üç ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli yaşayış yerindən könüllü çıxmış və uzun müddət Bakı şəhərində yaşamışdır.
70. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə verdiyi iddia ərizəsində qeyd etmişdir ki, “sonradan anası İmamverdiyeva Gözəl xəstələnmiş, yoluxucu xəstəlik olan “covid-19” xəstəliyinə tutulmuş, xəstəliyi ağır keçmiş, sonradan isə daha ağır olan xərçəng xəstəliyinə tutulmuşdur. Bu xəstəliklərlə əlaqədar olaraq uzun müddət Bakı şəhərində, bacısı evində yaşamalı olmuşlar”.
71. İddiaçı isə şikayətində uzun müddət mübahisə predmeti olan fərdi yaşayış evində yaşadığını və iddia ərizəsində iki aydan bir gəldiyini bildirsə də, bu barədə mötəbər sübutlarını məhkəmə kollegiyasına təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
72. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
73. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
74. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
75. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
76. Məhkəmə kollegiyası həmçinin iddiaçın maddi ziyan tələbini də əsassız hesab edir.
77. Belə ki, iş materiallarından görünür ki, cavabdehin hansı qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi ilə bağlı hər hansı sübut yoxdur. Ümumiyyətlə iddiaçı vurulmuş maddi ziyanın nədən ibarət olmasını, maddi ziyan vurulmuşsa əgər bunun cavabdehin hansı hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsini aydın göstərə bilməmişdir. Sadəcə olaraq iddiaçı cavabdeh tərəfindən ona 4720 manat məbləğində maddi zərər vurulduğunu bildirmişdir. Ona görə də maddi ziyan tələbi əsassızdır.
78. Düzdür, iddiaçı birinci instansiya məhkəməsində iddia həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, mübahisəli mənzildə olmuş və daha sonra cavabdeh tərəfindən itirilmiş əşyaların sayı və qiyməti barədə siyahı təqdim edərək: 1) masa-1 (bir) ədəd-250 manat; 2) stul-3 (üç) ədəd-90 manat; 3) xalça-3 (üç) ədəd-750 manat; 4) televizor- 1(bir) ədəd-400 manat; 5) televizor altlığı- 1(bir) ədəd-100 manat; 6) yataq dəsti- 2(iki)-450 manat; 7) qardirob - 1(bir)-300 manat; 8) tozsoran- 1 (bir) ədəd-150 manat; 9) geyim dəsti-1 (bir)-100 manat; 10) kostyum- 1(bir)-150 manat; 11) dəri qadın geyimi- 1(bir) ədəd-500 manat; 12) ütü-1 (bir)-80 manat; 13) bakal dəsti-1(bir)- 25 manat; 14) hərbi geyim-1 (bir)-40 manat; 15) çexollar- 150 manat; 16) məhrəba- 50 manat; 17) süfrə- 3 (üç) ədəd- 150 manat; 18) pərdələr- 150 manat; 19) örtük (pokrıvalo) dəsti- 200 manat; 20) yay yorğanı- 2(iki)- 60 manat; 21) ədyal- 2 (iki) ədəd-100 manat; 22) kiçik yastıq- 2 (iki) ədəd- 20 manat; 23) böyük yastıq- 2(iki) ədəd-90 manat; 24) döşək- 2 (iki) ədəd-200 manat; 25) tabaq (podnos)- 4(dörd)-110 manat; 26) karniz- 2 (iki) ədəd-60 manat-əşyaların cəmi dəyəri 4720 (dörd min yeddi yüz iyirmi) manat məbləğində ziyan dəydiyini bildirmişdir.
79. Lakin, göründüyü kimi iddiaçı əşyalarının hər birinin fərdi xüsusiyyətini (formasını, rəngini, ölçüsünü, istehsalçı şirkətini və s) göstərməmiş və göstərilən əmlakın dəyərini təsdiq edən sübutunu məhkəmələrə təqdim edilməmişdir.
80. Belə olan halda sübutetmə institunun tələbləri baxımından iddiaçıdan daha güclü sübutlar təqdim olunması tələb edilir. Sübutetmə qaydalarına görə iddiaçının istinad etdiyi dəlillər barədə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə iddiaçının üzərinə düşür. Digər tərəfdən iddiaçı tərəfindən isə məhkəmələrə göstərilən əmlakların cavabdehdə qalması və sonuncun hərəkətləri nəticəsində məhv olması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Göstərilən hal yalnız iddiaçının subyektiv mülahizələrinə söykənməklə onun izahatında öz əksini tapmışdır.
81. Əksinə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhəri, Yeni qəsəbə-1500, 12-ci bina, 52 saylı mənzil boşaldılarkən ev əşyaları olan - 1) masa-1 ədəd, 2) stul- 3 ədəd, 3) xalça-2 ədəd, 4) televizor-1 ədəd, 5) televizor altlığı- 1 ədəd, 6) yataq dəsti-2 ədəd, 7) qarderob- 1 ədəd, 8) tozsoran, 9) geyim dəsti- 1 ədəd, 10) kostyum- 1 ədəd, 11) dəri qadın geyimi- 1 ədəd, 12) ütü- 1 ədəd, 13) bakal dəsti- 1 ədəd, 14) 1 ədəd hərbi geyim siyahıya alınaraq Mənzil Kommunal İstismar Sahəsinin xidməti otağına gətirilmişdir.
82. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
83. Mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarınının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.»
84. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.»
85. Göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə o qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
86. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır.
87. Həmçinin qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
88. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
89. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdehin təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz.
90. Cavabdehin hərəkəti iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olsa da, cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübut təqdim olunmamış, eyni zamanda iddiaçı maddi xərc çəkdiyi barədə də sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
91. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
92. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və X8 haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
93. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
94. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
95. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
96. Həmçinin, məhkəmə kollegiyası apellyatorun şikayətində göstərdiyi “iddianın mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə məhkəməyə verilməsi” dəlili ilə bağlı göstərir ki, hazırkı iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddia tələbi pulun alınması ilə bağlıdır. Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, Kəlbəcər rayonunda qeydiyyatdadır.
97. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
98. «Yaşayış yeri» məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
99. Həmin Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur.
100. Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.
101. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir.
102. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.
103. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).
104. Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir.
105. Konstitusiya Məhkəməsinin Plenumununda bildirilmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.
106. Kollegiya qeyd edir ki, mülki iş üzrə hazırda yuxarıda sadalanan 3 əsasdan heç biri mövcud olmadığından və müstəsna aidiyyətin müəyyənləşdirilməsi zamanı mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar iddialar istisna edildiyindən iddia tələbinin müstəsna aidiyyət olaraq Gəncə Şəhər Məhkəməsində baxılması barədə iddiaçının göstərdiyi dəlillər əsassızdır.
107. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
108. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
109. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
110. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
111. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
112. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
113. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(040)-363/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.