Məhkəmə qərarları › İş №2(104)-1463/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1463/2025

14.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1463/2025 14.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə Ağstafa Rayon Məhkəməsinin *6.04.2025-ci il tarixli, e-2(0*5)-22/2025 saylı qətnaməsindən İddiaçı* tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: Ağstafa Rayon Məhkəməsinin *6.04.2025-ci il tarixli, e-2(0*5)-22/2025 saylı qətnaməsi ilə (hakim H.Mürsəlova) iddiaçı “X2” MMC-nin Cavabdeh Böyükağa oğluna qarşı ziyanlıq tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş **6 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayaraq İddiaçı* apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, İddiaçı* tərəfindən Ağstafa Rayon Məhkəməsinin *6.04.2025-ci il tarixli, e-2(0*5)-22/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətindən görünür ki, iddiaçı qismində “X*” MMC olduğu halda, apellyasiya şikayəti iddiaçı tərəfindən deyil, elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İddiaçı* tərəfindən imzalanmaqla verilmişdir. Kollegiya qeyd edir ki, mülki işin materiallarından görünür ki, iddiaçı qismində “X*” MMC tanındığına görə apellyasiya şikayəti iddiaçı özü tərəfindən tərtib edilə və onun tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə imzalanmaqla verilə bilər və ya iddiaçı qismində MMC-nin adı göstərilməklə onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla verilə bilər. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, İddiaçı* Ağstafa Rayon Məhkəməsinin *6.04.2025-ci il tarixli, e-2(0*5)-22/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.*.2-ci maddəsinə əsasən iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcəsi 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi miqdarında ödənilməli olduğu müəyyən edilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumunun dərəcəsi bu Qanunun müvafiq olaraq 8.*-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.*0-cu və 8.**-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilmişdir. Hazırki mülki iş üzrə iş materiallarında olan apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, İddiaçı* tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin qiyməti 9600 manat olduğundan iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun məbləği **6 manat, həmin iddia tələbi üzrə çıxarılmış Ağstafa Rayon Məhkəməsinin *6.04.2025-ci il tarixli, e-2(0*5)-22/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 58 manatdır. Lakin İddiaçı* tərəfindən verilmiş apellyasiya şikayətinə qeyd edilən məbləğdə deyil, 50 manat məbləğində dövlət rüsumunun ödənildiyi əlavə edilmişdir. Apellyasiyanın mümkünlüyünün yoxlanılmasından bəhs edən Azərbaycan Respublikası MPM-nin 366.*-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra *5 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 36*.2-ci maddəsinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 363.*.*-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.*.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.*.* və 363.*.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə kollegiya hesab edir ki, İddiaçı* tərəfindən Ağstafa Rayon Məhkəməsinin *6.04.2025-ci il tarixli, e-2(0*5)-22/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 36*, 363, 366 və 402-ci maddələrini maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ağstafa Rayon Məhkəməsinin *6.04.2025-ci il tarixli, e-2(0*5)-22/2025 saylı qətnaməsindən İddiaçı* tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar