Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1465/2025 02.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2(125)-273/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 950 manat, gecə növbəsinə görə 330 manat olmaqla, cəmi 1280 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün faiz pulu olaraq 385 gün gecikdiyi üçün cəmi 6208 manat pulun hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-273/2025 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədov) İddiaçı Cavabdehnə qarşı əmək haqqı və gecikdirilmiş əmək haqqına görə faizlərin ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-273/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra apellyasiya icraatı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “gecə növbəsinə görə 330 manat və gecikdirilmiş əmək haqqına görə 6208 manat” hissəsinə münasibətdə iddiadan imtina etdiyini və iddia tələbinin “işlədiyi iş saatına görə 950 manat” hissəsinə münasibətdə isə iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin ərizədə qeyd olunan hissəsindən imtina etdiyini və iddiadan imtina etmənin nəticələrinin ona izah olunduğunu və özünün başa düşdüyünü bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini və iddiaçının iddiadan imtina barədə ərizəsini mülki iş materialları ilə əlaqəli araşdırıb, işin hallarına mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddiaçının iddia tələbinin “gecə növbəsinə görə 330 manat və gecikdirilmiş əmək haqqına görə 6208 manat” hissəsinə münasibətdə iddiadan imtina etməsinə əsasən iş üzrə icraata iddianın imtina edilmiş hissəsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddia tələbinin “gecə növbəsinə görə 330 manat və gecikdirilmiş əmək haqqına görə 6208 manat” hissəsinə münasibətdə iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tərəfinin iddia tələbinin “gecə növbəsinə görə 330 manat və gecikdirilmiş əmək haqqına görə 6208 manat” hissəsinə münasibətdə iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata iddianın imtina edilmiş hissəsində xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-273/2025 saylı qətnaməsi qismən iddia tələbinin “gecə növbəsinə görə 330 manat və gecikdirilmiş əmək haqqına görə 6208 manat” hissəsində ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı əmək haqqı və gecikdirilmiş əmək haqqına görə faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia tələbinin “gecə növbəsinə görə 330 manat və gecikdirilmiş əmək haqqına görə 6208 manat” hissəsinə münasibətdə iddiaçının iddiadan imtina etməsi qəbul edilsin və bu əsasa görə iş üzrə icraata iddianın imtina edilmiş hissəsində xitam verilsin. Bu qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1465/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1465/2025
02.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver