Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1486/2024 09.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «uşağın himayədə saxlanması və aliment» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-34/2024 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 129011 nömrəli, 19 avqust 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (Atası İddiaçı, anası X8) xx.xx.2008-ci ildə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2008-ci ilin may ayının 15-ci günündə 170 nömrə ilə qeyd edilmişdir.
2. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2619/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhəkəməyə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-556/2022 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia tələbi qismən təmin edilmiş, 30 mart 2008-ci il təvəllüdlü X9 və 03 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)- 1440/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilməsi və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh İddiaçı tutulub iddiаçı X2 xeyrinə ödənilməsi, cavabdeh İddiaçı 53,60 (əlli üç manat altmış qəpik) mаnаt dövlət rüsumunun аlınаrаq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2619/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-556/2022 saylı qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.
3. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-789/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(066)-704/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh X8 və üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı 30 mart 2008-ci il təvəllüdlü X7 cavabdeh X1 alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
4. Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” komissiyasının uşaq tələbi haqqında 16 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyası” azyaşlı X7 atasına bağlı olduğunu və atasının yanında qalmaq istədiyini nəzərə alaraq azyaşlının mənafeyinə uyğun olaraq onun atasının yanında qalmaq istədsiyini nəzərə alaraq azyaşlının mənafeyinə uyğun olaraq onun atası İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11/639 nömrəli, 15 yanvar 2024-cü il tarixli Ekspert rəyindən görünür ki, 30 mart 2008-ci il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı bağlılığı qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası X5 bağlılığı müəyyən olunmur. 30 mart 2008- ci il təvəllüdlü X9 psixi inkişafına, yaş və fərdi- psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. 30 mart 2008-ci il təvəllüdlü X7 psixi cəhətdən normal inkişaf etməklə, onun əqli inkişafı yaşın yaşına ver orduvahato edən sosial mikromühitə uyğundur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh X5 qarşı “uşağın himayədə saxlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 mart 2008-ci il təvəllüdlü X7 onun himayəsində olmasının müəyyən edilməsi və cavabdeh X1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı nikahlarını 15 may 2008-ci ildə tarixdə rəsmiləşdirməklə cavabdeh X8 ilə evlənmişlər. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı 2 (iki) uşaqları olmuşdur. Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(066)-208/2020 saylı qətnaməsi ilə X8 ilə iddiaçının aralarında olan xx.xx.2008-ci ildə Göygöl rayon Qeydiyyat şöbəsində 68 saylı qeydə alınmış nikah aktı qeydiyyatının pozulması, xx.xx.2008-ci ildə anadan olmuş X7 atası İddiaçı və xx.xx.2015-ci ildə anadan olmuş X6 anası X2 yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(104)-3003/2020 saylı qətnaməsi ilə iş üzrə Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(066)-208/2020 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilmədiyi və sonrakı iddianın qismən təmin edildiyi hissədə, yəni xx.xx.2008-ci ildə anadan olmuş X7 atası İddiaçı himayəsində verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia təmin edilməmiş, tərəflərin birgə nikahında xx.xx.2008-ci ildə anadan olmuş X9 anadan olmuş, X9 cavabdeh İddiaçı alınaraq anası X2 himayəsinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2511/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3003/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ülkər Quliyeva 29 noyabr 2019-cu ildə kiçik oğlu Tunarı özü ilə götürüb atası evinə getmişdir. Böyük oğlu Ruhin isə anası ilə getməyərək iddiaçının yanında qalmışdır. Həmin vaxtdan hal-hazıradək iddiaçı ilə yaşayır. Məhkəmə qətnaməsi ilə hər iki uşağa aliment müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11/424 nömrəli, 04 noyabr 2022-ci il tarixli ekspert rəyindən də görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı bağlılığı üzə çıxmaqla anası X5 bağlığı müəyyən olunur. xx.xx.2008-ci il təvəllüdlü X9 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. X9 psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı yaşına və onu əhatə edən sosial mikro- mühitə uyğundur. X9 xx.xx.2008-ci ildə anadan olmaqla artıq onun 15 yaşı vardır. Ruhin Quliyevin bütün maddi tələbatlarını iddiaçı ödəyir. Cavabdeh isə uşağın saxlanılması üçün heç bir maddi yardım etmir. Cavabdeh Ülkər Quliyeva Göygöl rayon xəstəxanasında tibb bacısı işləyir. Aylıq əmək haqqısı 600 manatdır. Bu səbəbə görə iddiaçı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-34/2024 qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddia qismən təmin edilərək, İddiaçı və cavabdeh X2 birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 İddiaçı himayəsində, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X1 hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı cavabdeh 15 may 2008ci ildə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 30 mart 2008-ci il təvəllüdlü X9 və 03 aprel 2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Sonradan münasibətləri pozulan tərəflər ayrılmışlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı uşaqların mənafeyinə uyğun gəlməyən hər hansı hərəkətə yol vermədiyi halda, həmçinin onun uşaqları öz himayəsində saxlama arzusu nəzərə alınmadan uşaqların cavabdehin himayəsində saxlanılması ilk növbədə iddiaçının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndində təsbit olunmuş uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək hüququnu pozaraq onu bu hüquqdan əsassız şəkildə məhrum etməyə gətirib çıxara bilər. Həmçinin bu cür hala yol verilməsi uşaqları da öz valideynləri tərəfindən tərbiyə olunmaq hüququndan məhrum edir. Məhkəmə bu məsələyə uşağın mənafeyinin (maraqlarının) qorunması kontekstindən yanaşaraq hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X7 cavabdeh ilə birlikdə qalması onun istər əqli, istər fiziki, istərsə də psixoloji inkişafına uyğun deyildir və uşağın daha üstün maraqlarını təmin etmir. Bundan başqa, məhkəmə iddia tələbinin uşağın iddiaçının himayəsində olması ilə bağlı qeyd edir ki, iş materillarında olan Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” komissiyasının uşaq tələbi haqqında 16 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyası” azyaşlı X7 atasına bağlı olduğunu və atasının yanında qalmaq istədiyini nəzərə alaraq azyaşlının mənafeyinə uyğun olaraq onun atası İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab edir.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 60 maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49,2, 49,3, 52 maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4 maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-34/2024 saylı qətnaməsindən cavabdeh X8 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(066)-34/2024 saylı qətnaməsini tamamilə ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisədən görünür ki, iddiaçı uşağın yox, öz mənafeyi üçün iddia qaldırmış, məhkəmədə iddianı təmin etmişdir. Ən azından uşağın təhsil aldığı məktəbə sorğu verilməli, uşağın dərsə davamiyəti, tərbiyəsi və təhsili barədə məlumat əldə edildikdən sonra atayla qalmasına qərar verilməli idi. Hazırda onun yanında qalan uşaq məktəbin əlaçı şagirdidir. Ancaq iddiaçıda qalan uşaq tüfeyli həyat sürür və iddiaçıya gündəlik pul qazanır. Məhkəmə onda qalan uşağın hansı tərbiyədə olmasını və iddiaçının yanında qalan uşağın hansı tərbiyədə olmasını, necə təhsil almasını araşdırmamışdır. Oğlu Ruhinin hazırda 16 yaşı olmasına baxmayaraq gündəlik olaraq restoranlard ofisiantlıq edərək pul qazanır və iddiaçını saxlayır. İddiaçı həm uşağı ondan uzaqlaşdırır, həm də yetkinlik yaşına çatmayan uşağı restoranda ofisiant işlədərək onun əməyindən istifadə edir. Belə bir ataya uşaq vermək özü belə cinayətdir. İş materillarından görünür ki, tərəflərin nikahından 2 övladları doğulmuşdur, uşaqlardan xx.xx.2015-ci il təvəllüdlü X10 ananın yanındadır və hazırda da, ana qayğısı isə böyüyür, istər təhsil sahəsində, istər idman sahəsində, istərsə də, davranış və inkişaf sahəsində daha sağlam və daha etibarlı böyüyür. Hər iki uşaq Göygöl rayon Mollacəlilli kənd məktəbində təhsil alır, əgər uşağın mənafeyi belə üstün tutulursa, onda məktəbə sorgu verilməli, uşaqların hansının məktəbə davamiyyəti, təhsili və digər davranışı müəyyən edilməli idi və ondan sonra mübahisəyə düzgün qiymət verilə bilərdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı onun uşağı ilə görüşməyinə imkan vermir. Uşağa təzyiq edir ki, onunla görüşməsin. İddiaçı uşağı müxtəlif restoranlrda ofisiant işləməyə məcbur edir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə onların birgə nikahından doğulmuş Ruhin adlı uşağın onun himayəsinə verilməsi qət edilsə də, iddiaçı uşağı ona verməkdən imtina etmişdir. O, iddiaçı ilə ayrılıb gedəndə Ruhin adlı uşağın 12 yaşı var idi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
16. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
18. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
19. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
20. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
22. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
30. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-34/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
35. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər 2007-ci il tarixdə el adəti ilə ailə qurmuşlar və xx.xx.2008-ci il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X9 adlı və 03 aprel 2015-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Daha sonra ayrılmışlar. xx.xx.2008-ci il tarixdə anadan olmuş X9 adlı uşaq faktiki olaraq 2019-cu ildən atasının himayəsindədir. Göygöl Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(066)-1440/2018 nömrəli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bundan sonra X8 alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)- 556/2022 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia tələbi qismən təmin edilmiş, 30 mart 2008-ci il təvəllüdlü X9 və 03 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-1440/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(104)-2619/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-556/2022 saylı qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olduönu, həmçinin iş üzrə cavabdehin hazırda da, rəsmi iş yerinə sahib olmadığını və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Ruhin Quliyev adlı uşaqlarının faktiki olaraq 2019-cu ildən cavabdehin himayəsində yaşamasını nəzərə almışdır. Hazırda İddiaçı cavabdeh X5 qarşı “uşağın himayədə saxlanması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 mart 2008-ci il təvəllüdlü X7 onun himayəsində olmasının müəyyən edilməsi və cavabdeh X1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
36. Birinci instansiya məhkəməsi 30 mart 2008-ci il tarixdə anadan olmuş X7 atası İddiaçı himayəsində olmasının müəyyən edərkən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları nəzərə almaqla həll edir. Göründüyü kimi Ailə Məcəlləsi məhkəmənin uşağın valideynlərinin hansının yanında yaşamasını həll edə biləcəyini qeyd etmişdir. Mülki Məcəllənin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə kolegiyası hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və 30 mart 2008-ci il tarixdə anadan olmuş X7 yaşayış yerinin atası İddiaçı yaşayış yeri olması müəyyən edilməlidir. 37.Məhkəmə kollegiyası birinci instansiyanın cavabdeh X3 tutulmalı olan alimentə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, X2 alimentin artırılması tələbinin təmin edilməməsi əsası kimi tərəflərin birgə nikahından doğulmuş Ruhin adlı uşaqlarının atası İddiaçı yanında yaşamasını nəzərə alınmış, bir uşağa münasibətdə iddiaçıdan cavabdehin xeyrinə tutulan 120 manat alimentin miqdarının artırılmasına dair iddiası təmin edilməmişdir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə ananın yanında qalan uşağa görə 120 manat alimentin atadan tutulduğu halda, atanın yanında qalan uşağın saxlanılması üçün 100 manat alimentin andan tutulmalı olmasına nəticəsinə gələrkən birinci instansiya səhvə yol vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə alinetin artırılmasına dair hazırkı iş üzrə cavabdehin iddiasının təmin olunmaması zamanı nəzərə alınmasına qiymət verməmişdir. .
38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlilində iddiaçının uşağın psixologiyasına təsir etdiyini, uşağı ondan soyutduğunu, iddiaçının ona uşaqla görüşməsinə imkan vermədiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmklə yanaşı iş üzrə əldə edilmiş məhkəmə-psixoliji ekspertizasının rəyi ilə iddiaçının bu arqumenti öz təsdqini tapmamışdır. Belə ki, rəyə əsasən 30 mart 2008- ci il təvəllüdlü X9 psixi inkişafına, yaş və fərdi- psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmamışdır. Belə k, 30 mart 2008- ci il təvəllüdlü X7 atası İddiaçı daha çox bağlı olmasını, 12 yaşından etibarən uşağın atanın yanında qalmasını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra uşaq atanın yanında qalmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlili həmin hissədə əsassız olmuşdur.
39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-34/2024 saylı qətnaməsi ləvğ edilməli və iddia tələbi qismən təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş 30 mart 2008-ci il tarixdə anadan olmuş X7 yaşayış yerinin atası İddiaçı yaşayış yeri müəyyən edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-34/2024 saylı qətnaməsindən cavabdeh X8 tərəfindn verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-34/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı və cavabdeh X2 birgə nikahından 30 mart 2008-ci il tarixdə anadan olmuş X7 yaşayış yeri atası İddiaçı yaşayış yeri müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən aliment tələbinə dair hissəsindən şikayət verilə bilməz. Qətnamədən, uşağın yaşayış yerinin müəyyən edilməsi hissəsindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.