Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-15/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı X15 Cavabdeh1 qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın onun sahibliyinə qaytarılması tələbinə dair” mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)-369/2014 saylı qətnaməsindən iddiaçılar Ələkbərov Elman Salman oğlu və X31, maraqlı şəxs X9 nümayəndəsi X16 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X28 Cavabdeh1 qarşı iddia ərizəsi ilə xx.xx.2013-cü il tarixdə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Daşınmaz Əmlakın Dövlət Reyestrindən MN seriyalı ******* saylı reyestrdən çıxarışla onun adına rəsmiləşdirilmiş Tərtər şəhəri, B.Allahverdiyev küçəsində yerləşən 0,05 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin onun istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, həmin iddia ilə bağlı 2(61)-262/13 saylı mülki iş açılaraq iddia ərizəsi icraata qəbul edilmişdir (hakim İ.Həsənquliyev). İddiaçılar Ələkbərov Elman Salman oğlu və X31 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə və maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi, Tərtər Bələdiyyəsi, X40, X20, X21 və X22 qarşı iddia ərizəsi ilə xx.xx.2013-cü il tarixdə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-997 A kod 61101004, JN-996 A kod 61101004, JN-995 A kod 61101004, JN-994 A kod 61101004 və JN-993 A kod 61101004 saylı şəhadətnamələrin və qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələrdə göstərilən ölçülərdə həyətyanı torpaq sahələrinə dair plan və ölçü sənədinin hazırkı natura bölgüsünə uyğun vətəndaşların adlarına işlənib verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, həmin iddia ilə bağlı 2(61)276/13 saylı mülki iş açılaraq iddia ərizəsi icraata qəbul edilmişdir (hakim İ.Həsənquliyev). Tərtər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə 2(61)-262/13 və 2(61)276/13 saylı mülki işlər bir icraatda birləşdirilmişdir (hakim İ.Həsənquliyev). Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli qərardadı ilə (hakim H.Qəniyev) Ələkbərov Elman Salman oğlu və Ələsgərov (Əsgərov) Vaqif İsmayıl oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə (maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsi, Tərtər Bələdiyyəsi, X40, X20 və X21) qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-997 A kod 61101004, JN-996 A kod 61101004, JN-995 A kod 61101004, JN-994 A kod 61101004 və JN-993 A kod 61101004 saylı şəhadətnamələrin və qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələrdə göstərilən ölçülərdə həyətyanı torpaq sahələrinə dair plan və ölçü sənədinin hazırki natura bölgüsünə uyğun vətəndaşların adlarına işlənib verilməsinə dair müstəqil tələbləri (iddiaları) baxılmadan həmin iddianın Tərtər Rayon Məhkəməsində icraatına xitam verilmişdir. Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)-369/2014 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddiaçı X15 Cavabdeh1 qarşı iddia tələbi təmin edilərək, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən və X15 mülkiyyətində olan 0,05 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsi üzərində X2 hüququnun bərpa olunması qət edilmişdir. İddiaçılar Ələkbərov Elman Salman oğlu və X31 şikayət verərək Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Tərtər Rayon Məhkəməsinin 27 may 2014-cü il tarixli 2(061)-369/14 saylı qərardadı ilə (hakim H.Qəniyev) Ələkbərov Elman Salman oğlu və X23 şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)-369/2014 saylı qətnaməsindən iddiaçılar Ələkbərov Elman Salman oğlu və X31, maraqlı şəxs X9 nümayəndəsi X16 və Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə, yaxud ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)-369/14 saylı qərardadından verilmiş şikayət, həm də 22 aprel 2014-cü il tarixli 2(061)-369/14 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-1148/2014 saylı qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)-369/14 saylı qərardadından verilmiş şikayət qismən təmin edilərək Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)-369/14 saylı qərardadı tam, 27 may 2014-cü il tarixli 2(061)- 369/14 saylı qərardadı qismən - Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)-369/14 saylı qərardadının ləğv edilməsindən imtina edilməsi hissəsində ləğv edilmiş, iddiaçılar Ələkbərov Elman Salman oğlu və X23 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə və maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsi, Tərtər Bələdiyyəsi, X40, X20, X21 və X22 qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-997 A kod 61101004, JN-996 A kod 61101004, JN-995 A kod 61101004, JN-994 A kod 61101004 və JN-993 A kod 61101004 saylı şəhadətnamələrin və qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələrdə göstərilən ölçülərdə həyətyanı torpaq sahələrinə dair plan və ölçü sənədinin hazırkı natura bölgüsünə uyğun vətəndaşların adlarına işlənib verilməsinə dair qətnamə qəbul edilməsinə dair tələbi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-1148/2014 saylı qərardadı ilə iddiaçılar Ələkbərov Elman Salman oğlu və X23 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə və maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsi, Tərtər Bələdiyyəsi, X40, X20, X21 və X22 qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-997 A kod 61101004, JN-996 A kod 61101004, JN-995 A kod 61101004, JN-994 A kod 61101004 və JN-993 A kod 61101004 saylı şəhadətnamələrin və qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələrdə göstərilən ölçülərdə həyətyanı torpaq sahələrinə dair plan və ölçü sənədinin hazırkı natura bölgüsünə uyğun vətəndaşların adlarına işlənib verilməsi barədə qətnamə qəbul edilməsinə dair icraatı ayrılaraq aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş inzibati iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəsini alana qədər Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)- 369/2014 saylı qətnaməsindən iddiaçılar Ələkbərov Elman Salman oğlu və X31, maraqlı şəxs X9 nümayəndəsi X16 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı dayandırılmışdır. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2017-ci il tarixli 2-1(102)-173/2017 saylı qərarından görünür ki, iddiaçılar Ələkbərov Elman Salman oğlu və X23 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə və maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsi, Tərtər Bələdiyyəsi, X40, X20, X21 və X22 qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-997 A kod 61101004, JN-996 A kod 61101004, JN-995 A kod 61101004, JN-994 A kod 61101004 və JN-993 A kod 61101004 saylı şəhadətnamələrin və qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələrdə göstərilən ölçülərdə həyətyanı torpaq sahələrinə dair plan və ölçü sənədinin hazırkı natura bölgüsünə uyğun vətəndaşların adlarına işlənib verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə baxılmış, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(83)-149/2015 saylı qərarı ilə iddia tələbi rədd edilmiş, həmin qərardan iddiaçılar Ələkbərov Elman Salman oğlu və X31, üçüncü şəxslər X5 və X21 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 20 iyun 2016-cı il tarixli 2-1(104)-143/2016 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(83)-149/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmış, həmin qərardan iddiaçı Ələkbərov Elman Salman oğlu kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli 2-1(102)-173/2017 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 20 iyun 2016-cı il tarixli 2-1(104)- 143/2016 saylı qərarının qismən ləğv edilməsi, iddiaçılar Ələkbərov Elman Salman oğlu və X23 iddia tələbi E.Ələkbərova münasibətdə, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarının, həmin qərar əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələrlə bağlı yaranmış hüquqi nəticələrin, alqı-satqı müqaviləsinin, reyestrdən çıxarışın ləğv edilməsi hissəsində mümkünsüz sayılması, qərarın digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-01/2018 saylı qərardadı ilə iddiaçılar Ələkbərov Elman Salman oğlu və X23 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə və maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsi, Tərtər Bələdiyyəsi, X40, X20, X21 və X22 qarşı iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyindən icraat təzələnmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)- 01/2018 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraata dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)- 01/2018 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasının rəyi məhkəməyə daxil olduğundan və iş üzrə icraata təzələnmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)- 01/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 və X4 cavabdehlər X29, Tərtər rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər ƏMDK yanında DƏDRX 7 saylı ərazi idarəsinə, X32 və X26 qarşı “Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarının Tərtər şəhər sakini X7 mülkiyyətinə 0,05 ha torpaq sahəsinin verilməsinə dair hissəsində və qərarın həmin hissəsinin göstərilən şəxsə və başqa şəxsə (şəxslərə) münasibətdə doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəsini alana qədər Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)-369/2014 saylı qətnaməsindən iddiaçılar Ələkbərov Elman Salman oğlu və X31, maraqlı şəxs X9 nümayəndəsi X16 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı dayandırılmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-6/2023 saylı qərardadı ilə iddiaçılar X5 və Cavabdeh1 cavabdehlər X32, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxs X26 qarşı “Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarının Tərtər şəhər sakini X6 mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair hissəsində və həmin qərarın göstərilən şəxsə münasibətdə doğurduğu bütün hüquqi nəticələrin, o cümlədən cavabdeh X24 adına notarial qaydada aparılmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MN seriya ******* nömrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanıldığından və həmin qərardad qanuni qüvvəsini aldığından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər şəhəri, B.Allahverdiyev küçəsində yerləşən, mübahisə predmeti olan 0,05 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007 tarixli, seriya: MN ******* saylı çıxarış verilmişdir. Lakin həmin 0,05 ha torpaq sahəsi Cavabdeh1 tərəifndən zəbt olunmuşdur. İddiaçı onun torpaq sahəsindən çıxmasına dair cavabdehə dəfələrlə etdiyi tələblərə baxmayaraq, cavabdeh torpaq sahəsini boşaltmır. Hazırda məhkəməyə müraciət edərək, qanunla onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması və həmin torpaq sahəsinin onun istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Belə ki, iddiaçı X24 xüsusi mülkiyyətə hüquq verən sened esasında Cavabdeh1 oglunun torpaq sahesinden çıxarılmasını teləb etmesini qanuni saysa da həmin torpaq sənədinin mübahisələndirilməsini və sənəddə göstərilen torpaq sahesinin ilkin hüquqmuəyyənedici ve torpaqayırma sənədlərinə əsasən Tərtər şəhərinin B.Allahverdiyev küçəsində deyil, Ə.B.Haqverdiyev küçəsində yerləşməsini nəzərə almamış və bununla da onların ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur ki, bu da qətnamənin apellyasiya qaydasında ləgvi üçün əsasdır. Məhkəmə iddia tələbinin predmetinə, mahiyyətinə və subyektiv tərkibinə görə inzibati xarakterli saydığı iddia ərizəsini icraata qəbul etdiyi vaxtda bu işdən ayıraraq inzibati-iqtisadi məhkəməyə göndərilməli olduğunu bildiyi halda bunu etməmiş, əksinə çoxsaylı prosessual hərəkətlər etməklə, o cümlədən mübahisəli torpaq sahəsinə baxış keçirməklə, torpaq sahələrinin üst-üstə düşüb düşməməsini yoxlamaq məqsədilə ekspertiza keçirilməsi barədə qərardad çıxarmaqla işin ağlabatan müddətdə və ədalətlə baxılıb həll edilməsini yubatmış və bununla da hüquqlarının pozulmasına səbəb olmuş qətnamə və qərardad çıxarmışdır. Eyni zamanda qətnamədə işin nəticəsinə təsir edən mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydmlaşdırılmamış (araşdırılmamış), məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfındən sübut olunmamış, məhkəmənin qətnaməsində göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MN seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Tərtər şəhəri, B.Allahverdiyev küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X22 məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA №001295 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, X15 xüsusi mülkiyyətində olan, **********61 reyestr nömrəli, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə verilmiş həmin sənəd, ünvan 2vlət notariat kontorunun xx.xx.2007-ci il tarixli 4Ə-176 saylı alqı-satqı müqaviləsinin, DTXK-nin Tərtər rayon şöbəsinin xx.xx.2006-cı il tarixli JN-993 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi və DƏDRX-nin Bərdə ərazi idarəsinin xx.xx.2007-ci il tarixli ********* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları əsasında verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA №001295 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, X15 xüsusi mülkiyyətində olan, reyestr nömrəsi **********61 olan, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə verilmiş həmin sənəd, ünvan 2vlət notariat kontorunun xx.xx.2007-ci il tarixli 4Ə- 176 saylı alqı-satqı müqaviləsinin, DTXK-nin Tərtər rayon şöbəsinin xx.xx.2006-cı il tarixli JN-993 A saylı torppağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi və DƏDRX-nin Bərdə ərazi idarəsinin xx.xx.2007-ci il tarixli ********* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları əsasında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Tərtər Rayon Dövlət Arxivinin verdiyi xx.xx.2013-cü il tarixli 210 saylı arayişdan görünür ki, Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4 saylı iclas protokolundan çıxarışda Tərtər şəhər XDS İcraiyyə Komitəsinin Tərtər şəhər sakinlərinə həyətyanı torpaq sahələrinin verilməsi barədə qərarı ilə Tərtər şəhəri, Nizami küçəsi, 40 saylı binada yaşayan X10 Tərtər şəhəri, Ə.B.Haqverdiyev küçəsində 261 saylı sahədən, 0,05 ha, X11 Tərtər şəhəri, B.Allahverdiyev küçəsində 260 sayhədən 0,05 ha, Tərtər şəhəri, Əzizbəyov küçəsində yaşayan X33 şəhərin B.Allahverdiyev küçəsindən 256 saylı sahədən 0,05 ha həyətyanı torpaq sahələri verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tərtər rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli 228 saylı rəyində bildirirlir ki, iddiaçı Elman Ələkbərovun öz həyətyanı torpaq sahəsi kimi tələb etdiyi 0,05 ha torpaq sahəsinin yerləşdiyi ərazi JN-994 A saylı şəhadətnamədə qeyd edilən cizgidə göstərilən ardıgıllığa əsasən X25 adına, X25 öz həyətyanı torpaq sahəsi kimi tələb etdiyi 0,05 ha torpaq sahəsinin yerləşdiyi ərazi JN-993 A saylı şəhadətnamədə qeyd edilən cizgidə göstərilmiş ardıcıllığa əsasən X9 adına şəhadətnamə işlənib verilmiş və həmin şəhadətnamədə cizgi üzrə verilmiş 0,05 ha torpaq sahəsini notariat qaydasında X3 DƏDRX-nin Bərdə ərazi idarəsindən çıxarış alınaraq sənədləşdirilmişdir. İddiaçı.E.Ələkbərovun adına işlənmiş JN- 996 A saylı şəhadətnamədə qeyd edilmiş cizgidə göstərilən ardıcıllığa əsasən 0,05 ha həyətyanı torpaq sahəsinin yerindən X31 tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2014 tarixdə iddiaçı X28 və nümayəndəsi X17,Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Ələkbərov Elman Salman oğlunun nümayəndəsi X12, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin nümayəndəsi X34, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 nümayəndəsi X8 iştirakları ilə məhkəmə tərəfindən mübahisə predmeti olan,Tərtər şəhəri,B.Allahverdiuev küçəsində yerləşən torpaq sahəsinə yerində baxış(sübutların yerində müayinəsi) keçirildi.Müəyyən edildi ki, mübahisə predmeti olan torpaq sahəsinin texniki göstəriciləri ilə iddiaçı X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan texniki göstəricilər tam uyğundur Məhkəmə kollegiyasının tikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlı qərardadı əsasında alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 15716 saylı rəyindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair JN-993 A saylı Şəhadətnamə” ilə X10 mülkiyyətə verilmiş, ondan notariat qaydada satın alınaraq xx.xx.2017-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla və AA-001295 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə iddiaçı X15 adına rəsmiləşdirilən Tərtər şəhəri, Bəhram Allahverdiyev küçəsi 9-da yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin özəlləşdirilməsi mnəqsədilə tərtib edilmiş yerquruluşu planına uyğun olaraq naturada ölçü işi aparmaqla müəyyənləşdirilən zaman məlum oldu ki, həmin torpaq sahəsi cənub-şərqdən Şəhadətnamə nömrəsi 981 A olan Qurbanov Hüseyin, cənub-qərb tərəfdən isə Şəhadətnamə nömrəsi 994 A olan X25 mülkiyyətinə verilmiş həyatyanı torpaq sahəsi ilə həmsərhəd olduğu və naturada faktiki olaraq 0,05 ha olduğu müəyyən edilmişdir. MH seriyalı ******* nömrəli X1 mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edilərək ətrafına metal tordan çəpər çəkildiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Tərtər şəhəri, B.Allahverdiyev küçəsində yerləşən, mübahisə predmeti olan 0,05 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007 tarixli, seriya: MN ******* saylı çıxarış verilmişdir. Lakin həmin 0,05 ha torpaq sahəsi Cavabdeh1 tərəifndən zəbt olunmuşdur. İddiaçı onun torpaq sahəsindən çıxmasına dair cavabdehə dəfələrlə etdiyi tələblərə baxmayaraq, cavabdeh torpaq sahəsini boşaltmır. İddia tələbini təmin etmiş birinci istansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, tərəflərin iştirakları ilə məhkəmə tərəfindən mübahisə predmeti olan,Tərtər şəhəri,B.Allahverdiyev küçəsində yerləşən torpaq sahəsinə yerində baxış (sübutların yerində müayinəsi) keçirildi və müəyyən edildi ki, mübahisə predmeti olan torpaq sahəsinin texniki göstəriciləri ilə iddiaçı X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan texniki göstəricilər tam uyğundur. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə kollegiyası qeyd edir ki, öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etmək hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş hüququdur. Bu hüquq həm də əmlaka sahiblik edən şəxsə məxsusdur. Lakin bu zaman müəyyən olunmalı hal mülkiyyətçiyə (hazırkı halda iş üzrə iddiaçıya) məxsus torpaq sahəsinin hansısa hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə olunmasının müəyyən edilməsidir. Bunun üçün isə əvvəlcə, iddiaçıya sənəd üzrə məxsus torpaq sahəsinin və onun faktiki istifadəsində olan torpaq sahəsinin, cavabdehə sənəd əsasında məxsus olan və faktiki istifadə etdiyi torpaq sahələrinin koordinatları müəyyən olunmalı, daha sonra isə iddiaçıya sənəd əsasında məxsus olan koordinatlarda yerləşən torpaq sahəsinin cavabdehin və ya da digər şəxslərin istifadəsində olub-olmadığı müəyyən olunmalıdır. Hazırkı halda isə ekspert və mütəxəssis rəyləri ilə MH seriyalı ******* nömrəli X1 mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən olunmuş, cavabdeh tərəf həmin mübahisəli torpaq sahəsinin onalta məxsus olduğunu vurğulamış olsa da, lakin ona həmin torpaq sahəsindən istifadə etməsinə əsas verən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin xüsusat məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiqini tapmışdır. Cavabdehin həmin torpaq sahəsindən istifadə etməsinə imkan yaradan hər hansı qanuni əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsinə dair dəlilini əsassız sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işin hərtərəfli araşdırılmamasına dair dəlili ilə də razılaşmır. Çünki qanunvericiliyin tərləbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehlər isə mübahisələndirilən ünvandakı torpaq sahəsinin onlara aid olduğunu təsdiq təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli 2(061)-369/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci iddiaçı X13 tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X14, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-15/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-15/2024
13.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver