Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1516/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Naftalan şəhər uşaq musiqi məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: inzibati tənbeh barədə əmrin ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı intizam tənbehi barədə əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(052)-45/2023 nömrəli qətnaməsindən Cavabdeh direktoru Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X6 İdarəsi Cavabdeh direktoru Nümayəndə2 İddiaçı haqqında 17 dekabr 2022-ci il tarixli 84 №li əmrdən çıxarışdan görünür ki, İddiaçı - məktəbin fortepiano müəllimi, xx.xx.2022-ci il tarixdə məktəbdə müəssisədaxili intizam qaydalarını pozması ilə əlaqədar ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
2. 17 dekabr 2022-ci il tarixli məktəbin direktoru Nümayəndə2, tədris işləri üzrə direktor müavini Pərvanə Əliyeva, təsərrüfat işləri üzrə direktor müavini Sücayyət Salehova tərəfindən tərtib edilmiş aktdan görünür ki, həmin tarixdə məktəbin müəllimi İddiaçı həmin gün işləmədiyi halda səhər saat 09-10 radələrində X5 ilə birgə məktəbdə xoşagəlməz hallar yaratmış, dərslərin gedişatını pozmuşlar. İddiaçı sonradan özünün müəllimələrə dediyinə görə özünün mobil telefonu ilə harasa zəng etmiş, xətti açıq qoyaraq məktəbdə direktorla olan söhbətini kiməsə dinlətdirmişdir. Direktoru kabinetindən aşağı yəni birinci mərtəbəyə çağırtdırıb mənim şərəf və ləyaqətimi aşağı salan sözlər demisiniz deyərək koridorda çığırıb müəllimlərin yanında səs-küy salmış, Günel Qafarovanı guya sübut etmək üçün çağırmış, Günel Qafarova isə direktora böhtan ataraq siz mənə dediniz ki, get sanatoriyada parafin qoy demiş və qəfildən yuxarı mərtəbəyə qalxıb elektroçayniki götürüb pilləkənə çırpıb qırmışdır. Bu hərəkətləri məktəbdə işləyən bütün müəllimlər, eləcə də koridorda olan gözətçi də görmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı intizam tənbehi barədə əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh direktorunun İddiaçı haqqında 17 dekabr 2022-ci il tarixli 84 №li əmrinin ona aid hissəsinin qanunsuz olduğundan ləğv edilməsi və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı daha sonra birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh direktorunun İddiaçı haqqında 17 dekabr 2022-ci il tarixli 84 №li əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 dekabr 2000-ci il tarixdən halhazıradək Cavabdehndə fortepiano müəllimi işləyir. İşlədiyi müddət ərzində əmək funksiyasını lazımı qaydada yerinə yetirmiş və əmək intizamı sahəsində hər hansı intizam tənbehi almamışdır. 20 dekabr 2022-ci il tarixdə musiqi məktəbinin tabe olduğu X6 İdarəsinin nümayəndələri daxil olmuş şikayət əsasında məktəbdə araşdırma apararkən həmin nümayəndələrdən biri ona bildirmişdir ki, musiqi məktəbinin direktoru Nümayəndə2 17 dekabr 2022-ci il tarixli əmri ilə ona və məktəbin başqa bir müəllimi X2 töhmət verilmişdir. O, isə bildirmişdir ki, həmin əmrdən xəbəri yoxdur, əmr ona elan olunmamış və tanış olmaq üçün təqdim edilməmişdir. Odur ki, o, məktəbin direktoru Nümayəndə2 yaxınlaşaraq əmrlə tanış olmağı və surətini ona təqdim etməyi tələb etmişdir. Müəyyən mübahisədən sonra əmrdən çıxarış ona təqdim edilmişdir. Çıxarışda qeyd olunmuşdur ki, məktəbin fortepiano müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdə məktəbdə müəssisədaxili intizam qaydalarını pozması ilə əlaqədar ona AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən töhmət verilsin. Əmrdə əsas kimi xx.xx.2022-ci il tarixli akt göstərilmişdir. O, həmin aktla tanış olmağını və aktın surətini ona təqdim etməsini cavabdeh direktordan tələb etsə də, direktor aktla tanış olmağa imkan verməmiş və aktın surətini təqdim etməkdən imtina edərək bildirmişdir ki, akt ələ verilmir. Töhmətin səbəbini soruşduqda isə direktor bildirmişdir ki, “sən mənimlə xx.xx.2022-ci il tarixdə müəllimlər otağında əsassız mübahisə etmisən, buna görə sənə töhmət verilmişdir”. O, izah etmişdir ki, direktorla işçi arasında şəxsi münasibətlər zəminində edilən söhbətə və ya mübahisəyə görə işçiyə töhmət verilə bilməz və imzaladığı əmr onun əmək funksiyası ilə əlaqədar olmadığına görə qanunsuzdur və əmr ləğv edilsin. Lakin, cavabdeh məktəbin direktoru öz əmrinə haqq qazandıraraq bildirmişdir ki, əmr qanunidir, ləğv edilməyəcəkdir. Məsələ ondan ibarətdir ki, cavabdeh məktəbin digər müəllimi Günel Qafarovanın yanında onun ünvanına çox nalayiq və təhqiredici sözlə demiş və onun ünvanına dediklərini həmin müəllim ona bildirmişdir. Odur ki, o, xx.xx.2022-ci il tarixdə müəllimlər otağında direktordan bununla bağlı açıqlama verməsini tələb etmişdir. Lakin direktor onun ünvanına söylədiklərini etiraf etməsə də, Günel Qafarova yanında onun ünvanına dediklərini üzünə qarşı söyləmiş və təsdiq etmişdir. Bundan sonra cavabdeh direktor Nümayəndə2 ilə müəllim Günel Qafarova arasında mübahisə yaranmışdır. Həmin vaxt müəllimlər otağında onlardan başqa dəstə hissə müdiri Pərvanə Əliyeva və Mətanət Bayramova da olmuşdur. Qısa müddətli mübahisədən sonra direktor müəllimlər otağını tərk edərək getmiş və onunla Günel Qafarova barəsində töhmət verilməsinə dair əmr imzalamışdır. Hesab edir ki, məktəbin direktoru Nümayəndə2 onun barəsində töhmət verilməsinə dair 17 dekabr 2022-ci il tarixli 84 №li əmri qanunsuzdur və ləğv edilməlidir. Mübahisəli əmrdə işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinə istinad etmişdir. Lakin həmin hüquq normasında işçinin intizam məsuliyyətinə cəlb edilməsinin əsası kimi işçi ilə işəgötürən arasında şəxsi münasibətlər zəminində olan söhbət, mübahisə deyil, bilavasitə işçi tərəfindən Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrini yerinə yetirməməsi, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması ola bilər. Qanunvericilikdə sadalanan həmin əsasların hər hansı biri ona münasibətdə olmamış, onun tərəfindən pozulmamışdır. Daha sonra əmrdə göstərilir ki, o, müəssisədaxili intizam qaydalarını pozmuşdur. Onun işlədiyi musiqi məktəbində işçilərin əmək vəzifələrini tənzimləyən rəsmi qaydada təsdiq olunmuş müəssisədaxili intizam qaydaları mövcud deyil, varsa da o, həmin qaydalarla tanış edilməmiş və tanış edilməyi ilə əlaqədar hər hansı bir rəsmi, yazılı sənədə, jurnala, iş dəftərinə və s. imza etməmişdir. Yəni ki, işə götürənin öz əmrində mövcud olmayan və ya onun tanış edilmədiyi bir qaydalara istinad etməsi də qanunsuzdur. İşəgötürənlə onun arasında onun təqsirli hərəkətləri nəticəsində, yəni ünvanına söylədiyi nalayiq və təhqiredici sözlərə görə müəllimlər otağında yaranmış şəxsi münasibətlər zəminində mübahisə və söhbət qanunvericiliyə müvafiq olaraq intizam xətası deyil, onun tərəfindən əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələr, öhdəliklər pozulmamış, əmək funksiyasının yerinə yetirilməməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Bundan başqa, “töhmət” intizam tənbehi ona gizli verilmiş, töhmətlə və onun verilməsinə əsas kimi göstərilmiş xx.xx.2022-ci il tarixli aktla tanış olmamış və imza etməmişdir. Eyni zamanda işəgötürən tərəfindən intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahat da tələb olunmamışdır. Həmin gün onun işdə olduğu iş günü olmamış, yəni cədvəl üzrə dərs saatı yox idi. Barəsində tətbiq olunan “töhmət” intizam tənbehi qanunsuz olmaqla işəgötürənin öz şəxsi ambisiyasının nəticəsidir.
6. Naftalan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(052)-45/2023 nömrəli qətnaməsi (hakim Ayaz Səlimov) ilə iddianın təmin edilməsi, X6 İdarəsi Cavabdeh direktoru Nümayəndə2 tərəfindən imzalanmış məktəbin fortepiano müəllimi İddiaçı töhmət verilməsi barədə 17 dekabr 2022-ci il tarixli 84 №li əmr ləğv edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsində intizam tənbehinin verilməsindən əvvəl işəgötürənin işçidən yazılı izahat verməsini tələb etməli olması imperativ olaraq qeyd edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Nümayəndə2 (cavabdeh) işəgötürən qismində işçi İddiaçı (iddiaçıdan) yazılı izahat verməsini tələb etməmişdir. Bu hal cavabdehin özünün məhkəmə iclasında vermiş olduğu izahatı ilə də təsdiqini tapır. Belə ki, cavabdeh ümumiyyətlə qanunvericiliyin qeyd edilən tələbindən məlumatlı olmamış, yalnız müvafiq əmri imzaladıqdan bir müddət sonra bu barədə məlumatlanmışdır. Odur ki, mübahisəli əqd qanunvericiliyin imperativ normasına riayət edilmədən rəsmiləşdirilmişdir. Eyni zamanda o da qeyd edilməlidir ki, intizam tənbehinin rəsmiləşdirildiyi 17 dekabr 2022ci il tarixdə İddiaçı musiqi məktəbinin binasında olmuş olsa da, həmin gün onun işdə olduğu iş günü olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər.
8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 2.3, 10, 186.1, 186.2 187.1 və 189.2-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 216-220, 222, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh direktoru Nümayəndə2 apellyasiya şikayəti verərək, Naftalan Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(052)-45/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətininin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətininin dəlillərini əsassız hesab edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İş üzrə Cavabdeh direktoru Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
15. Maddə 2, 1-ci hissəsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
16. Maddə 2, 3-cü hissəsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
17. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
18. Maddə 186, 1-ci hissəsi. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2-ci hissəsi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
19. Maddə 186, 3-cü hissəsi. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
20. Maddə 187, 1-ci hissəsi. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
21. Maddə 189, 2-ci hissəsi. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 3-cü hissəsi. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
22. Maddə 190, 1-ci hissəsi. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 3-cü hissəsi. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(052)-45/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh fortepiano müəllimi vəzifəsində işləyir. X6 İdarəsi Cavabdeh direktoru Nümayəndə2 “İddiaçı haqqında” 17 dekabr 2022-ci il tarixli 84 №li əmri ilə, İddiaçı - məktəbin fortepiano müəllimi, xx.xx.2022-ci il tarixdə məktəbdə müəssisədaxili intizam qaydalarını pozması ilə əlaqədar ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İddiaçı 17 dekabr 2022-ci il tarixdə yol vermiş olduğu hərəkətlər onun müəssisədaxili intizam qaydalarını pozmuş olduğunu deməyə əsas verir. Bu hal isə cavabdehin izahatı, iş materialları, eləcə də məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Lakin, iddiaçı hadisə zamanı musiqi məktəbinin binasında olsa da, həmin hadisə sonuncun işdə olduğu iş günü baş verməmişdir. Həmçinin, bu barədə iddiaçının müvafiq izahatı alınmamışdır.
39. İddia tələbi intizam tənbehi verilməsi haqqında əmrin ləğvi barədədir. İddiaçı barəsində verilmiş həmin əmrin qanunsuz olmasına istinad etmişdir.
40. Belə olan halda iddianın təmin olunması iddiaçı barəsində intizam tənbehi verilməsi haqqında əmrin həqiqətən də əmək qanunvericiliyini pozulması ilə verilməsi halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
41. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən aydın olur ki, Əmək Məcəlləsinin müddəalarının və əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların tələblərini yetirmək işəgötürənin əsas vəzifəsidir. Lakin iş materiallarından görünür ki, işçiyə intizam tənbehi verilərkən işəgötürən tərəfindən əmək qanunverilciyinin müddəalarına əməl edilməmişdir.
42. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı 17 dekabr 2022-ci il tarixli, 84 nömrəli əmrlə intizam tənbehi verilməmişdən qabaq yazılı izahatı alınmamış, əgər bu ona təklif olunsa belə, onun izahat verməkdən imtina etməsi barədə akt tərtib edilməmişdir. Bu hal isə özlüyündə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələblərinə zidd olmuşdur.
43. Həmçinin, intizam tənbehinin rəsmiləşdirildiyi 17 dekabr 2022-ci il tarixdə İddiaçı musiqi məktəbinin binasında olmuş olsa da, həmin gün onun işdə olduğu iş günü olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Göründüyü kimi, işəgötürən iddiaçıya intizam tənbehini tətbiq etməklə Əmək Məcəlləsinin tələblərini pozmuşdur.
44. Beləliklə, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin rədd edilməsini istisna edir.
45. Digər tərəfdən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Qətnamə faktlar nöqteyi-nəzərindən əsaslı və mahiyyəti üzrə düzgündür.
46. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Naftalan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(052)-45/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.