Məhkəmə qərarları › İş №2(104)-152/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-152/2025

14.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-152/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X17 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı Azərbaycan X4 cavabdehlər X15 və X6 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(045)-1205/2011 saylı qətnaməsindən cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: İddiaçı Azərbaycan Elmi X14 (bundan sonra - İnstitut) cavabdehlər X8 və X9 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim - V.Ə.Abdullayev) 2011-ci il 5 iyul tarixli 2(043)-956/2011 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və L.H.X12 şəhəri, H.Əİiyev prospekti 62 ünvanında yerləşən kümxanalarından çıxarılmaları qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- R.S.Nəbizadə (sədrlik edən və məruzəçi) F.H.Əİiyev və Ş.M.Əİiyeva) 2011-ci il 22 noyabr tarixli, 2(104)- 1205/2011 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2011-ci ii 5 iyul tarixli 2(043)- 956/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının A.K.Kalbalıyev (sədrlik edən və məruzəçi) Ə.A.Mirzəliyev və Ə.M.Rüstəmov xx.xx.2012-ci il tarixli, 2(102)-1057/2012 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2011-ci il 22 noyabr tarixli 2(104)-1205/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 2012-ci il 16 mart tarixli, 2(102)-1057/2012 nömrəli qərarının "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müəyyən etmişdir ki, Konvensiyanın 8-ci maddəsi pozulmuşdur. insan Hüquqları üzrə Avropa Məhkəməsi eyni zamanda ərizəçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında baxılmamış ərizəsi ilə bağlı iş materiallarının və digər sənədlərin ərizəçinin nümayəndəsinin ofisindən götürülməsi ilə bağlı onun Konvensiyanın 34-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqlarının pozulmasını müəyyən etmişdir. Ərizəçinin ədalətli təzminat tələbini rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli 13(102)-1(a)/2023 saylı qərarı ilə iddiaçı Azərbaycan Elmi X7 cavabdehlər X8 və X9 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2012-ci il 16 marttarixli 2(102)-1057/2012 nömrəli qərarı, onunla əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 22 noyabr tarixli 2(104)-1205/2011 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Azərbaycan Elmi X7 hüquqi varisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X24-Tədqiqat İnstitunun direktoru İbrahim Cəfərov məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, Bitki Mühafizə və X24-Tədqiqat İnstitutu (bundan sonra - İnstitut) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki Elmi-Tədqiqat İnstitutlarının strukturunun təkmilləşdirilməsi haqqında “17 aprel 2015-ci il tarixli 109 nömrəli Qərarına əsasən Azərbaycan X13 İnstitutunun, Azərbaycan X1 və R.A.Hüseynov adına Azərbaycan X2 Biotexnologiya və xəstəlik-zərərvericilərə nəzarət laboratoriyasının, Biomüxtəlifliyinin qorunması və genetika laboratoriyasının və Bioinformatika laboratoriyasının bazasında yaradılmışdır. İnstitut keçmiş Azərbaycan X2 hüquqi varisi olaraq, həmin İnstitutun cavabdehlər X15 və X6 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iddiasından İpəkçilik İnstitutu və qeyriyaşayış sahəsi hazırda mövcud olmaması səbəbindən imtina edir. İddiaçı Azərbaycan Elmi X7 hüquqi varisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X24-Tədqiqat İnstitunun direktoru İbrahim Cəfərov tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, H.Əliyev pr. 62 (keçmiş Ş.İ.Xətai pr. 446) ünvanında yerləşən X16 Genefondunun (keçmiş İpəkçilik İnstitutunun) iki mərtəbəli binası və binanın ətrafındakı kümxanalar hazırda mövcud deyildir. Həmin bina və kümxanalar naməlum şəxslər tərəfindən təxminən 2012 - 2018-ci illərdə sökülüb dağıdılmış, torpaq sahələri zəbt edilmişdir. Bu barədə İnstitut rəhbərləri tərəfindən dəfələrlə Respublikanın, həmçinin Gəncə şəhərinin hüquq mühafizə orqanlarına rəsmi müraciətlər edilməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X24-Tədqiqat İnstitunun nümayəndəsi X10 izahatında göstərmişdir ki, bina və kümxanalar naməlum şəxslər tərəfindən təxminən 2012 - 2018-ci illərdə sökülüb dağıdılmış, torpaq sahələri zəbt edilmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan Gəncə şəhəri, H.Əliyev pr. 62 (keçmiş Ş.İ.Xətai pr. 446) ünvanında yerləşən X16 Genefondunun (keçmiş İpəkçilik İnstitutunun) iki mərtəbəli binası və binanın ətrafındakı kümxanalara yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən qeyd olunan binalar hazırda mövcud deyildir. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev tərəfindən təqdim edilmiş məktubdan görünür ki, iş üzrə cavabdehlər X8 və X3 şəhər İcra Hakimiyyəti tərəfindən mənzil ilə təmin edilməmiş və həmin şəxslər yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmamışdırlar. Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edildikdən sonra qanunla müəyyən edilmiş əsaslar mövcud olacağı təqdirdə hər iki şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində uçota alınmaları məsələsinə baxılacaqdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin ərizə və izahatlarını araşdıraraq hesab edir ki, iş üzrə İddiaçı Azərbaycan Elmi X7 hüquqi varisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X24-Tədqiqat İnstitunun iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiadan imtina ərizəsi iddiaçı Azərbaycan Elmi X7 hüquqi varisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X24-Tədqiqat İnstitunun direktoru İbrahim Cəfərov tərəfindən təqdim edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Buna görə də, iddiaçının iddiadan imtinası qəbul edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Azərbaycan Elmi X7 hüquqi varisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X24-Tədqiqat İnstitunun iddiadan imtinası qəbul edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(045)-1205/2011 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan X4 cavabdehlər X15 və X6 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddiaçı Azərbaycan Elmi X7 hüquqi varisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X24-Tədqiqat İnstitunun iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(045)-1205/2011 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar