Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1523/2025 29.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və onun azyaşlı uşaqları, əşyaları ilə birlikdə məzildən çıxarılması” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı “daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil3 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1646/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdır. Qeydiyyatda olan digər şəxslər X8, Cavabdeh2, X9, X14, X15, X12 və X4r.
2. Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdır. Qeydiyyatda olan digər şəxslər X8, X9, X15, X12, X13, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh2 Fizuli oğludur.
3. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-70-Ə-232/2025 nömrəli arayışa əsasən, X16 ilə X2 nikahı xx.xx.2010-cu il tarixdə 454 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsində qeydə alınmış, nikah bağlandıqdan sonra ərin soyadı Əsgərov, arvadın soyadı Əsgərova qeyd edilmişdir.
4. Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 591758 nömrəli nikah haqqında şəhadətnamədən, həmçinin doğum haqqında şəhadətnamələrdən görünür ki, X16 ilə X5 arasında xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 454 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərin soyadı Əsgərov, arvadın soyadı Əsgərova qeyd edilmişdir. Nikahdan iki uşaq – 07 oktyabr 2010-cu il təvəllüdlü X14 və 10 yanvar 2013-cü il təvəllüdlü Cavabdeh2 Fizuli oğlu doğulmuşdur.
5. AZ-İİ seriyalı, 216910 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə “kəllə sümükləri və üz sümüklərinin çoxsaylı sınığı” səbəbindən ölmüşdür.
6. Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə117 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m, yaşayış sahəsi 143,8 kv.m, yardımçı sahəsi 34,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evini oğlu – İddiaçı bağışlamışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-10169/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, **********27-1030 reyestr nömrəli texniki pasportda qeyd edilən 1/33.7, 2/34.9 sahəli yaşayış otaqları və 6/17.5 sahəli örtülü eyvan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə xüsusi mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-11010/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, əraziyə və tikiliyə keçirilmiş baxış və kameral şəraitdə aparılmış araşdırmanın nəticəsi olaraq aşağıdakı hallar müəyyən olunmuşdur: - **********27-10301 reyestr nömrəli çıxarışa və həmin çıxarışın texniki pasport sənədinə əsasən Cavabdeh2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və 177.9 kv.m tikili (1/33.7, 2/34.9, 3/33.8, 4/41.6 sahəli yaşayış otaqları, 5/16.6 sahəli mətbəx və 6/17.5 sahəli örtülü eyvan) ilə xx.xx.2023-cü il qeydiyyat tarixli, **********7 qeydiyyat tarixli, **********54-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və 177.9 kv tikili eyni torpaq sahəsi və eyni tikilidir. Buna görə də 1/33.7, 2/34.9 sahəli yaşayış otaqları və 6/17.5 sahəli örtülü eyvan xx.xx.2023cü il qeydiyyat tarixli, **********7 qeydiyyat tarixli, **********54-10301 reyestr nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi üzərində yerləşir. - **********27-10301 reyestr nömrəli çıxarışa və həmin çıxarışın texniki pasport sənədinə əsasən Cavabdeh2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi üzərində yerləşən 1/33.7, 2/34.9 sahəli yaşayış otaqları və 6/17.5 sahəli örtülü eyvan tam hissədə xx.xx.2023-cü il qeydiyyat tarixli, **********7 qeydiyyat tarixli, **********54- 10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi üzərində yerləşir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və onun azyaşlı övladları - 07 oktyabr 2010-cu il təvəllüdlü X6 və 10 yanvar 2013-cü il təvəllüdlü Cavabdeh2 Fizuli oğlunun iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onların əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 məhrum X1nun həyat yoldaşıdır. Qardaşı ilə cavabdeh 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 07 oktyabr 2010-cu il tarixində X14 və 10 yanvar 2013-cü il tarixində isə Cavabdeh2 Fizuli oğlu dünyaya gəlmişlər. X1 18 iyun 2020-ci il tarixində vəfat etmişdir. Qardaşının vəfatından sonra ona verilən sığorta və kompensasiya pulunu toplayaraq cavabdehə vermişlər. Həmin vaxt belə razılığa gəlmişlər ki, bu pula ev alıb köçsünlər. Cavabdeh elə yaşadıqları küçədən ev alsa da, onu anasının adına almış və yenə də ona məxsus olan evdə yaşamağa davam etmişdir. Bir müddət buna göz yumaraq əmi kimi həmişə qardaşının uşaqları ilə maraqlanmış və onların ehtiyaclarını qarşılamışdır. Lakin son zamanlar cavabdeh onun ümumiyyətlə uşaqlarla əlaqə saxlamağına imkan vermir. Hələ bu azmış kimi mülkiyyətində olan evdən də çıxmaq istəmir və hazırda ona məxsus olan evdə yaşayır. Yəni cavabdehin ucbatından öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir.
12. Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə verməklə Gəncə şəhəri 6 saylı Notariat ofisini və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində qeyd edərək cavabdehlər Cavabdeh2 ilə İddiaçı arasında Gəncə 6 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 4Ə117 reyestr nömrəsi ilə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi barəsində İddiaçı adına verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ilkin iddia üzrə İddiaçı qardaşı və qarşılıqlı iddia üzrə Cavabdeh2 oğlu X16 ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçib evlənməklə mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxtıda evin mülkiyyətçisi olan Cavabdeh2 onu ailə üzvü kimi evinə köçürməklə, evə pasport qeydiyyatına salmışdır. 2010-cu ildən o, ailə üzvi kimi, həmin mübahisəli evdə yaşamaqla, orada 2010-cu ildə və 2013-cü ildə iki nəfər uşağı anadan olmuşdur. Mərhum əri X16 18 iyun 2020-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Mərhum əri X16 vəfat etdikdən sonra da hazırda da o və uşaqları mübahisəli evdə yaşamaqla orada pasport qeydiyyatındadırlar. Mərhum əri vəfat edəndən sonra da, nikahları qüvvədədir, ona qeydiyyat orqanları tərəfindən xitam verilməmişdir, o, cavabdehlərdən Cavabdeh2 ailə üzvüdür və notarial qaydada yaşayış sahəsini 05 fevral 2023-cü il tarixdə digər cavabdeh İddiaçı bağışlayanda ailə üzvü kimi onun razılığı alınmalı idi. Ancaq, onun razılığı alınmadan qanunsuz olaraq bağışlama müqaviləsi bağlanmaqla bu müqavilə əsasında İddiaçı evə çıxarış alaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 hələ 2021-ci ildə bu mübahisəli evi ilkin iddiada iddiaçı olan oğlu İddiaçı bağışlamaq üçün Gəncə 1 saylı Notariat ofisinə müraciət etmiş, ancaq, həmin vaxt orada qeydiyyatda olan ailə üzvü kimi razılıq vermədiyindən 1 saylı Notariat ofisi bağışlama əqdinin aparılmasından imtina etmişdir. Cavabdeh2 Notariat Ofisinin bu imtinasından Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır və Gəncə Şəhər Məhkəməsində bu barədə 2(125)-3232/2022 nömrəli iş olmuşdur. Həmin vaxt da Cavabdeh2 iddiası təmin olunmamışdır. Ancaq, bundan 1 il sonra cavabdehlər Gəncə 6 saylı Notariat Ofisi ilə əlaqəyə girərək onun xəbəri və razılığı olmadan bağışlama müqaviləsi bağlamaqla İddiaçı adına ev özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın belə bağışlanma müqaviləsi bağlanan andan etibarsız hesab edilməlidir. Çünki bu bağışlama müqaviləsi yalnız onu iki nəfər az yaşlı uşağı ilə evdən çıxarmaq niyyəti ilə bağışlanmışdır. Qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın təmin edilməsini tam aradan qaldırdığından qəbul edilməlidir. Mübahisəli yaşayış sahəsinin bağışlama müqaviləsi ilə özgəninkiləşdirilməsi 03 mart 2025-ci ildə birinci məhkəmə hazırlıq iclasında ona məlum olmuş və bundan 3 gün sonra bağışlama müqaviləsinin surətini qarşı tərəfin nümayəndəsindən almaqla, qarşılıqlı iddia qaldırmışdır. Yəni bunun üçün əsaslar xx.xx.2025-ci ildə əmələ gəlmişdir.
14. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1646/2025 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) ilk iddia qismən təmin edilərək Cavabdeh1 və onun azyaşlı övladları - 07 oktyabr 2010-cu il təvəllüdlü X14, 10 yanvar 2013-cü il təvəllüdlü Cavabdeh2 Fizuli oğlunun ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m olan fərdi yaşayış evindən ibarət **********54-10301 reyestr nömrəli daşınmaz əmlakdan əşyaları ilə birlikdə çıxarılması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhəri 6 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi) “daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, cavabdeh iddiaçının, eləcə də fərdi yaşayış evinin keçmiş mülkiyyətçisin ailə üzvü, habelə iddiaçıdan və fərdi yaşayış evinin keçmiş mülkiyyətçisindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs olmamışdır. Bu halda isə, cavabdehin və onun azyaşlı uşaqlarının sözügedən fərdi yaşayış evindən istifadə hüquqları yaranmır. Odur ki, mövcud olmayan istifadə hüququna xitam verilməsinə dair ilk iddia tələbi təmin oluna bilməz. İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehin və onun azyaşlı uşaqlarının isə həmin evə dair hər hansı hüququ mövcud olmadığından ilk iddia qismən təmin edilərək cavabdeh və onun azyaşlı uşaqları mübahisəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər hallarına görə mübahisəli ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m olan fərdi yaşayış evindən ibarət **********54-10301 reyestr nömrəli daşınmaz əmlak əvvəllər Cavabdeh2 mülkiyyətində olmuş, sonuncu Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-117 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında həmin əmlakı oğlu – İddiaçı bağışlamışdır. Hazırda sözügedən əmlak İddiaçı xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İşin hallarından da göründüyü kimi, cavabdeh iddiaçının, eləcə də fərdi yaşayış evinin keçmiş mülkiyyətçisinin digər qohumu deyil və cavabdeh, əmək qabiliyyəti olmayan şəxslər kimi onların himayəsində olmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçının və onun azyaşlı uşaqlarının mübahisəli evə dair hər hansı hüququ mövcud deyil və olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 ona məxsus daşınmaz əmlakı qanunvericiliyə uyğun olaraq oğlu - İddiaçı bağışlamaqla konstitusiyon hüququndan istifadə etmişdir. Hazırkı qarşılıqlı iddianın dəlilləri əsasında mülkiyyətçinin öz əmlakının hüquqi müqəddəratının həlli ilə bağlı həyata keçirilmiş qanuni iradəsinin ləğv edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh2 özünə məxsus daşınmaz əmlakını özgəninkiləşdirməsi qarşılıqlı iddiaçının hər hansı hüquqlarını pozmamışdır və belə halda sonuncu sözügedən bağışlama müqaviləsini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçının sözügedən evə pasport qeydiyyatı yalnız formal xarakter daşıyır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
16. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli fərdi yaşayış evi faktiki olaraq iki hissəyə bölünüb və o illərdir ailəsi ilə birlikdə ona məxsus hissədə yaşayır. İddiaçı qaynıdır və ev ona bağışlanan zaman onun razılığı alınmamışdır. Hazırda yaşamağa heç bir yeri yoxdur, ona köməklik olunmasını xahiş edir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və onun vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, mübahisəli fərdi yaşayış evi onun mülkiyyətindədir və Cavabdeh1 bir neçə əşyası həmin evdə olsa da, o, həmin evdə yaşamır, özünün ayrıca evi vardır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası:
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Mülkiyyət hüquq İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş redaksiya): 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X16 ilə X5 arasında xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 454 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmış, sonuncu həmin dövrdə qayınatası Cavabdeh2 mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, bundan sonra əri X16 xx.xx.2020-ci il tarixində vəfat etmişdir.
28. Bununla yanaşı müəyyən olunmuşdur ki, Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə117 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m olan fərdi yaşayış evini oğlu – İddiaçı bağışlamışdır. Belə ki, işin faktiki hallarına görə ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,9 kv.m olan fərdi yaşayış evindən ibarət **********54-10301 reyestr nömrəli daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
29. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdehin azyaşlı övladları ilə birlikdə ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onların əşyaları ilə birlikdə həmin evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 xx.xx.2010-cu il tarixində İddiaçı mərhum qardaşı (qarşılıqlı iddia üzrə Cavabdeh2 oğlu) Fizuli Əsgərovla ailə qurmaqla mübahisəli evə köçdüyündən tərəflər arasında yaranmış hazırkı mübahisə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Qeyd edilməlidir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin evindən çıxarılmasını tələb etmək hüququna malikdir.
32. Bununla belə, məsələnin qanuni həlli baxımından araşdırılmalı məsələlərdən biri - mübahisəli yaşayış sahəsinin hüquqi statusu məsələsidir. Yəni mübahisəli yaşayış yerinin kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər.
33. Bu normaların düzgün tətbiqi üçün də Cavabdeh1 evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
35. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
36. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Hazırki iş üzrə isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 həmin şəxslər dairəsinə aid deyildir və onun mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Bundan başqa, sonuncu yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “digər qohumlar” dairəsinə də aid deyildir ki, bu halda onun evin mülkiyyətçisi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan təqdirdə, məsələnin həllinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni cavabdehin istifadə hüququnun müəyyən müddətə saxlanılması istisna edilir.
37. Bundan başqa, məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinə mütəxəssis X10 iştirakı ilə yerində baxış keçirərək müəyyən etmişdir ki, torpaq sahəsinin 1 girişi olmaqla üzərində faktiki olaraq 2 hissəyə bölünmüş 1 fərdi yaşayış evi yerləşir. Həmçinin, mütəxəssis tərəfindən yerində xüsusi cihaz vasitəsilə fərdi yaşayış evinin həmin torpaq sahəsi üzərində yerləşməsinin aydınlaşdırılması məqsədilə müvafiq ölçmə işləri aparılmışdır.
38. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-11010/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, əraziyə və tikiliyə keçirilmiş baxış və kameral şəraitdə aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdurki, **********27-10301 reyestr nömrəli çıxarışa və həmin çıxarışın texniki pasport sənədinə əsasən Cavabdeh2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və 177.9 kv.m tikili (1/33.7, 2/34.9, 3/33.8, 4/41.6 sahəli yaşayış otaqları, 5/16.6 sahəli mətbəx və 6/17.5 sahəli örtülü eyvan) ilə xx.xx.2023-cü il qeydiyyat tarixli, **********7 qeydiyyat tarixli, **********54-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və 177.9 kv tikili eyni torpaq sahəsi və eyni tikilidir. Buna görə də 1/33.7, 2/34.9 sahəli yaşayış otaqları və 6/17.5 sahəli örtülü eyvan xx.xx.2023-cü il qeydiyyat tarixli, **********7 qeydiyyat tarixli, **********54-10301 reyestr nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi üzərində yerləşir. Bundan başqa, **********27-10301 reyestr nömrəli çıxarışa və həmin çıxarışın texniki pasport sənədinə əsasən Cavabdeh2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi üzərində yerləşən 1/33.7, 2/34.9 sahəli yaşayış otaqları və 6/17.5 sahəli örtülü eyvan tam hissədə xx.xx.2023-cü il qeydiyyat tarixli, **********7 qeydiyyat tarixli, **********54- 10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi üzərində yerləşir.
39. Məhkəmə kollegiyası ilk iddianın Cavabdeh1 və onun azyaşlı övladlarının mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən cavabdeh iddiaçının, eləcə də fərdi yaşayış evinin keçmiş mülkiyyətçisin ailə üzvü, habelə iddiaçıdan və fərdi yaşayış evinin keçmiş mülkiyyətçisindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs olmamışdır. Bu halda isə, cavabdehin və onun azyaşlı uşaqlarının sözügedən fərdi yaşayış evindən istifadə hüquqları yaranmır. Odur ki, ilk iddianın mövcud olmayan istifadə hüququna xitam verilməsinə dair hissəsi təmin oluna bilməz.
40. Bununla yanaşı hazırki Qərarın 23-cü bəndində qeyd olunan normaların tələbinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə tərkibi hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehin və onun azyaşlı uşaqlarının isə həmin evə dair hər hansı hüququ mövcud olmadığından cavabdeh və onun azyaşlı uşaqları mübahisəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır.
41. Məhkəmə kollegiyası qarşılıqlı iddiaya münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Cavabdeh2 bağışlanılan əmlakın mülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Belə olan halda isə mülkiyyətçi olaraq onun təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi konstitusiyon hüququ vardır. Cavabdeh2 özünə məxsus daşınmaz əmlakını özgəninkiləşdirməsi qarşılıqlı iddiaçının hər hansı hüquqlarını pozmamışdır və belə halda sonuncu sözügedən bağışlama müqaviləsini və müqavilə əsasında rəsmiləşdirilmiş daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair çıxarışı mübahisələndirməkdə subyektiv hüquqa malik deyildir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
44. Beləliklə, yuxarıda şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassız, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
45. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq,
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1646/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov