Məhkəmə qərarları › İş №2(104)-1526/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1526/2024

15.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1526/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X5 qarşı; Müstəqil tələb irəli sürən üçüncü şəxs X20 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülki iş üzrə Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğvi, miras əmlak üzərində payların müəyyən edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı5, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və müstəqil tələb irəli sürən üçüncü şəxs X20 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, eləcə də mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X20 Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, eləcə də mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(125)- 137/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.1947-ci il tarixli 12303 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X21 tərəfindən X1;

2. AZ-İİ seriyalı 065034 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X24 və X14 arasında olan nikah xx.xx.1979-cu ildə Gəncə «Nikah evi»ndə qeydə alınmışdır;

3. Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı2 Adıgözəl oğlu xx.xx.1977-ci il tarixdə ölmüşdür;

4. AZ-İ seriyalı 439841 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2010-ci il tarixdə ölmüşdür;

5. AZ-İ seriyalı 440058 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2011-ci il tarixdə ölmüşdür;

6. Н-ГР seriyalı 716173 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2021-ci il tarixdə ölmüşdür;

7. X-ЖГ seriyalı 319569 nömrəli, Vİİ-ЖГ seriyalı 493046 nömrəli, Vİİ- ЖГ seriyalı 359123 nömrəli və İİ-ГP seriyalı 492797 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X36 xx.xx.1984-cü ildə, İddiaçı2 xx.xx.1981-ci ildə, İddiaçı5 xx.xx.1980-ci ildə, İddiaçı4 xx.xx.1989-cu ildə anadan olmuşdur. Həmin şəxslərin atası X24 və anası İddiaçı1dır;

8. xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X35 küçəsi, 28 ünvanında yerləşən 0,0377 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində X11 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır;

9. xx.xx.2022-ci il tarixli 2V-338 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 miras qalmış Gəncə şəhəri, X35 küçəsi, 28 ünvanında yerləşən 0,0377 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh tam hissədə pay hüququ müəyyən edilmişdir;

10. xx.xx.2022-ci il tarixli ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri X35 küçəsi 28 ünvanında yerləşən 0,0377 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır;

11. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli 3- 16-5/8-13-2105/2024 nömrəli məktubdan müəyyən olunur ki, X15 atası Adıgözəl Nəbiyev və anası Sona Nəbiyevadan başqa ailə üzvü yoxdur; İddiaçı2 Adıgözəl oğlunun ailə üzvü oğlu X37, arvadı X26r.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X5 qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

13. Müstəqil tələb irəli sürən üçüncü şəxs X37 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4 Tahir oğlu və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, onların mirasın qəbulu müddətini ötürməklərinin üzrlü hesab edilməsi, vərəsə kimi tanınmaları, cavabdehdən vəkillərə ödədikləri 10 manat, 150 manat pul məbləğlərinin alınıb onlara verilməsi, məhkəməyə çəkiləcək bütün xərclərin cavabdehdən tutulması və onun hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4 Tahir oğlu və İddiaçı3 tələblərini onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan Gəncə şəhəri X35 küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evi X11 mülkiyyətində olmuşdur. İddiaçı1 Sona Nəbiyevanın oğlu X16 arvadıdır. Sona Nəbiyeva xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. X2, İddiaçı2 Adıgözəl oğlu, Cavabdeh, X25 və X3 ibarət 5 vərəsəsi olmuşdur. Gəncə şəhəri X35 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində o, uzun illər yaşamış, sonradan Cavabdeh arvadı münaqişəli vəziyyət yaratdıqdan sonra onlar başqa ünvanda yaşamağa başlamışlar. Onun əri T.Cavabdeh 1993-cü ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2003-cü ildə cəzasının sonu ilə azad edilmiş və yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. X24 anası S.T.Nəbiyeva və qardaşı X25 vəfat edərkən, Gəncə şəhərinə gəlmiş və hüzür mərasimində iştirak etdikdən sonra Rusiya Federasiyasına geri qayıtmışdır. 2010-cu ildə anası S.T.Nəbiyeva vəfat etdikdən sonra X6 şəhərinə gələrkən ayrı-ayrı ünvanlarda, yəni öz xalası qızının və digər qohumlarının yaşadıqları ünvanlarda bir neçə gün qonaq qalsa da, Gəncə şəhəri, X35 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinə getməmiş və həmin ünvanda yalnız Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşamışdır. S.T.Nəbiyeva Gəncə şəhəri, X35 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmədiyindən S.T.Nəbiyeva 2010-cu ildə vəfat etdikdən sonra heç bir vərəsəsi miras əmlakdan pay almaq üçün aidiyyəti üzrə müraciət etməmişdir. 2014-cü ildə «ASAN xidmət» mərkəzində yerləşən notariat ofisinə müraciət etdikdə isə vərəsələrdən X15 ölüm haqqında şəhadətnaməsi olsa da, doğum haqqında şəhadətnaməsi olmadığına görə sənədləşdirməni tamamlamaq mümkün olmamışdır. Bu zaman Cavabdeh rəsmişləşdirmə işlərinin tamamlanmasını öz üzərinə götürmüş və narahatçılığa əsas olmadığına onları inandırmışdır. xx.xx.2021-ci il tarixdə X39 vəfat etmiş, X27 yas mərasimində S.T.Nəbiyevadan miras qalmış əmlakın rəsmiləşdirilməsini başa çatdırmaq, mirasın vərəsələr arasında bərabər bölünməsini təmin etmək üçün X24 ilə bağlı bütün sənədlər Cavabdeh verilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə Cavabdeh sənədləşmə ilə bağlı məlumat almaq istədikdə Cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Sonuncu dəfə 2023-cü ilin mart ayında Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlayarkən Cavabdeh fərdi yaşayış evini öz adına rəsmiləşdirdiyini bildirib, müxtəlif fikirlər səsləndirmiş və nəhayət miras əmlakın bütünlüklə özünə çatmalı olduğunu demişdir. Bununla əlaqədar onlar xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinə, xx.xx.2023-cü il tarixdə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsinə müraciət etmiş, Gəncə şəhəri, X35 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdə X11 adına, xx.xx.2022-ci il tarixdə isə X12 adına rəsmiləşdirildiyini bilmişlər. xx.xx.2023-cü il tarixdə o və digər iddiaçılar 1 saylı Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilməsini xahiş etmişlər. Lakin onlara bu barədə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur.

16. Müstəqil irəli sürən üçüncü şəxs X37 tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 Adıgözəl oğlu onun atası, X22 isə İddiaçı2 Adıgözəl oğlunun anası, yəni onun nənəsidir. Onun atası İddiaçı2 Adıgözəl oğlu 1977-ci ildə vəfat edəndən sonra anası X32 ikinci dəfə nikaha girmişdir. O, hərbi xidmətə gedənədək və hərbi xidmətdən qayıtdıqdan sonra anası X18 yanında yaşamışdır. Gəncə şəhəri X35 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq istədikdə isə nənəsi X22 ona Gəncə şəhəri, Abbas Səhət küçəsində atasının, yəni ögey atasının evinin olduğunu demiş və Gəncə şəhəri, X35 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa icazə verməmişdir. 2010-cu ildə nənəsi X11 ölümündən sonra da o, Gəncə şəhəri, X35 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır. Sonda A.İddiaçı2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

17. Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(125)-137/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviçin, İddiaçı4 Tahir oğlunun və İddiaçı3 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi və X9) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddiasının təmin edilməməsi; Müstəqil tələb irəli sürən üçüncü şəxs X20 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsi) qarşı miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq İddiaçı1, İddiaçı5, İddiaçı2oviçə, İddiaçı4 Tahir oğluna, İddiaçı3 və müstəqil tələb irəli sürən üçüncü şəxs X28 aid edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1159.1.3, 1243.1, 1243.2, 1246 və 1255-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh onların etibarından istifadə edərək onları aldatmış və dələduzluq əməli torədərək vərəsəlik hüquqlarından məhrum olmuş, nəticədə miras əmlaka tək özü yiyələnmişdir. Miras qoyan Sona Nəbiyeva xx.xx.2010-cu il tarixdə vəfat etmiş, miras evi 1947-ci ildə alqı-satqı müqaviləsi ilə almış olsa da, lakin həmin ev miras qoyanın adına rəsmiləşdirilməmişdir. 2018-ci ildə (iddia ərizəsində səhvən 2014-cü il qeyd edilmişdir) miras evin satılması üçün 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzinə iddiaçılardan İddiaçı1, İddiaçı5, Arzu Nəbiyevvə cavabdeh birlikdə müraciət edərək sənədləri toplamaq istəyərkən vərəsə İddiaçı2 ölüm haqqında şəhadətnaməsi mövcud olsa da, doğum haqqında şəhadətnaməsinin olmadığını, illər əvvəl Samux rayonunda baş vermiş təbii fəlakət-selgəlməsi nəticəsində həmin sənədin itdiyini bildirdiyindən Bakı şəhərində yaşadıqları üçün cavabdeh sənədləri qaydaya salmağı öz öhdəsinə götürmüş, sonradan sənəd tapılmadığından evi anasının adına keçirtməyin mümkün olmadığını bildirmişdir. X54 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən yas mərasimində cavabdeh evlə bağlı məsələni bir daha qaldıraraq sənədləşməni həyata keçirə bilməsi üçün onlardan kömək istəmişdir. Cavabdehlə aralarında olan razılaşmaya görə, onlar Tahir Nəbiyevlə bağlı bütün sənədləri cavabdehə verməli, sonuncu isə evi əvvəlcə anasının adına daha sonra özünün və ya onlardan birinin adına rəsmiləşdirməli, sənədlər hazır olandan sonra ev satılmalı və əldə olunan pul məbləği bütün vərəsələr arasında bölünməli idi. Dəfələrlə cavbdehdən sənədlər haqqında soruşsalar da, müsbət cavab ala bilməmiş, axırıncı dəfə Tahir Nəbiyevin il mərasimində, xx.xx.2022-ci il tarixində cavabdehdən sənədləşmə ilə bağlı məlumat almaq istədikdə hələ bir xəbər olmadığını bildirsə də, 2023-cü ilin mart ayında növbəti telefon danışığı zamanı miras evi artıq öz adına sənədləşdirdiyini bildirmişdir. Həmin danışıq zamanı “gah evi satmayaq, mən vəfat etdikdən sonra satarsınız, gah da ki, evi satıb hər kəsin payını verəcəyini” bildirmiş, bir neçə gündən sonra isə özü onlara zəng edib çox kobud və təhqiredici tərzdə: “Mən heç kimə heç nə verməyəcəm, gedin məhkəməyə müraciət edin”söyləmişdir. Onlar ilkin olaraq miras evin cavabdeh tərəfindən satılmasının qarşısının alınması üçün xx.xx.2023-cü il tarixdə Gəncə ŞBPİ-nə müraciət etmiş, daha sonra miras ev haqqında məlumat almaq üçün xx.xx.2023- cü il tarixdə 3 saylı Gəncə Ərazi İdarəsinə vəkil vasitəsi ilə edilmiş sorğu nəticəsində öyrənmişlər ki, cavabdeh miras qalmış evi xx.xx.2022-ci il tarixdə anasının adına, xx.xx.2022-ci il tarixdə isə öz adına rəsmiləşdirmişdir. xx.xx.2023-cü il tarixində 1 saylı Gəncə Reqional “Asan xidmət” mərkəsinin notariusuna baş verənləri bildirərək, onları da vərəsə kimi tanımasını, cavabdehin adına verilmiş şəhadətnamənin ləğv edilməsini xahiş etsə də, məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Göründüyü kimi, vərəsəliyin vaxtında açılmaması səbəbi cavabdehin miras qoyanın vəfat edən zaman evin sənədinin onun adına olmamasından istifadə edərək, mirasın satılıb pul məbləğinin aralarında bölünəcəyini vəd etməsi olmuşdur. Baş verənləri bildirməklə onlarında Mülki Məcəllənin 1248.1 maddəsinə əsasən ötürülmüş müddəti üzrlü saymaqla vərəsə kimi tanınmaları barədə Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışlar. İddia ilə bağlı iş icraatda olarkən məhz Mülki Məcəllənin vərəsəliklə bağlı maddələri üzrə Konstitusiya Məhkəməsinə müraciət edildiyini bildirməklə məhkəmə işin icraatını dayandırsa da, lakin Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarından yan keçərək Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən qüvvədən düşmüş 1246-cı maddəsinə istinad edərək iddianı rədd etmiş, MPM-nin 13.7-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun qərarı məcburi olduğu halda qəbul etdiyi qanunsuz və əsassız qətnamə ilə onların konstitusion hüquqlarını pozmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyü zaman dövrünü və müddətin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən sübutların məhkəməyə təqdim etmədiklərindən iddia rədd edilməlidir. Qanun üzrə vərəsə sayılsalar da, qanunvericilikdə vərəsənin mütləq miras evdə yaşaması nəzərdə tutulmadığı halda, məhkəmə məhz bu fakta, cavabdehin və vəkilinin həqiqəti əks etdirməyən ifadələrinə əsaslanaraq iddianı təmin etməmişdir. Məhkəmə 7 nəfərin ifadəsini həqiqətə uyğun saymamışdır. Halbuki, hər biri məhkəməyə miras evin satılmasından əldə ediləcək pul məbləğinin bölünəcəyini qərarlaşdırdığını bildirmiş və heç kim məhkəməyə vərəsəlik açmaq fikrində olduğunu bildirməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. 03 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onlara vərəsəlik haqqında iddia qaldırmadağını demişdir. Onlar da razılaşmışlar ki, miras ev satılaraq vərəsələr arasında bölünsün. Cavabdeh də buna razı olmuşdur. Bundan sonra “ASAN” Xidmətə notariusa getmişlər və oradan bildirilmişdir ki, vərəsə İddiaçı2 doğum haqqında şəhadətnaməsi yoxdur. Cavabdeh məsələni özü həll edəcəyini bildirmişdir. Daha sonra yoldaşı vəfat etdikdən sonra evin satılması yenə müzakirə edilmişdir. Sonradan Cavabdeh demişdir ki, miras qalmış evdən heç kimə pul vermir. Bundan sonra öyrənmişlər ki, cavabdeh miras evi əvvəlcə öz anasının, daha sonra isə öz adına keçirmişdir. Cavabdeh adına verilmiş şəhadətnamənin ləğv olunmasını istəyirlər. Çünki, onlar miras əmlaka vərəsə kimi tanınsınlar, sonra ev satılsın və evin dəyəri bütün vərəsələr arasında paylara bölünsün.

23. 03 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X37 izahatında bildirmişdir ki, atası və anası vəfat etmişdir. Mərhum atası İddiaçı2 başqa nikahdan uşağı yoxdur, onun yeganə övladıdır.

24. 03 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı məhkəmənin icraatında olan işlərə şamil edilir. Cavabdehin hüquqi vəziyyətini ağırlaşdıran hal geriyə şamil oluna bilməz. Nəyə görə iddiaçılar Gəncəyə gələndə cavabdehin evində qalmayıblar, başqa evdə yaşamışlar. Çünki, özləri mirası itirdiklərini bilirdilər.

25. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı5 apellyasiya şikayətini müdafiə etdiklərini və əvvəlki məhkəmə iclasında verdikləri izahata əlavələri olmadığını bildirmişlər. İddiaçılar sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Sədrlik edənin sualına cavab olaraq İddiaçı1 bildirmişdir ki, Məzahir, Günel, İmran və Günay onun uşaqlarıdır. Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubda qeyd olunan Nuranə Nəbiyeva uşaqkən vəfat etmişdir.

26. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X37 əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Üçüncü şəxs X10 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

30. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

31. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

32. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

34. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

35. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün, habelə mübahisə predmeti bölünməz olduğundan apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.

47. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, xx.xx.1947-ci il tarixli 12303 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X21 tərəfindən X1. X29 ilə X30 xx.xx.1950-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahlarından X24, İddiaçı2 Adıgözəl oğlu, Cavabdeh, X25 və X7 adlı uşaqları dünyaya gəlmişdir. Onların uşaqlarından İddiaçı2 Adıgözəl oğlu xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Bununla yanaşı müəyyən olunur ki, X29 ilə İddiaçı2 Adıgözəl oğlunun övladları X24 xx.xx.1979-cu il tarixdə X14 ilə nikaha daxil olaraq ailə qurmuşlar, onların da birgə nikahlarından X36, İddiaçı2, İddiaçı5 və İddiaçı4 adlı uşaqları dünyaya gəlmişdir. X13 əri X30 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. X29 isə xx.xx.2010-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları X24, Cavabdeh, X25 və X7 olmuşlar. Həmçinin miras qoyanın ondan qabaq vəfat etmiş övladı (vərəsəsi) İddiaçı2 də oğlu, yəni qanun üzrə birinci növbəli vərəsəsi X37 olmuşdur. Lakin, miras qoyanın vərəsəsi X15 isə birinci növbəli vərəsəsi olmamışdır. X45 miras qalan əmlak Gəncə şəhəri Kəpəz rayonu X35 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və 109.10 kv.m ibarət fərdi yaşayış evi olmuşdur. Miras qoyan Sona Nəbiyevanın vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. Həmçinin müəyyən olunmuşdur ki, miras qoyanın vərəsələrindən Cavabdeh mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli 2V-338 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında ilə vərəsə Cavabdeh anasından miras qalmış əmlakdan tam həcmdə pay almışdır. Həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla miras əmlak olan X35 küçəsi 28 ünvanında yerləşən 0,0377 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi vərəsə Cavabdeh adına qeydə alınmışdır.

48. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

49. Kollegiya iddia tələbinin miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması hissəsinə hüquqi qiymət verilməsini zəruri hesab etmir. 50 Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

51. X31 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

52. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin mirasın qəbulu üçün artıq müddət nəzərdə tutulmadığından belə bir müddətin uzadılmasından da söhbət gedə bilməz.

53. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində miras əmlakın vərəsələr arasında paylara bölünməsi nəzərdə tutulmasa da, lakin iddaçıların son hüquqi hədəfi pozulduğunu irəli sürdükləri vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, onların mirasın qəbulu ilə bağlı müddətin uzadılmasını, habelə cavabdehin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə əsas hüquqi hədəfləri miras əmlakın vərəsələr arasında paylara bölünməsindən ibarət olmuşdur.

54. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə miras qoyandan miras əmlakının onun qanun üzrə birinci növbəli vərəsələri arasında paylara bölünməsi yolveriləndir.

55. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ölməsi ilə (xx.xx.2010) mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

57. X31 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

58. Xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

59. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

60. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

61. Hazırkı iş üzrə iddia ərizəsi 11 iyul 2023-cü il tarixdə, yəni Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X8 miras qalmış əmlakın bölünməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.

62. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X22 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları X24, X25, Cavabdeh və X7, həmçinin miras qoyandan əvvəl vəfat etmiş vərəsə İddiaçı2 oğlu X37 olmuşlar. X45 miras qalan əmlak Gəncə şəhəri Kəpəz rayonu X35 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evi olmuşdur və miras qoyanın adları qeyd olunan vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. Vərəsələrdən Cavabdeh miras əmlaka dair adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnaməyə əsasən, o, X45 qalmış miras əmlakdan tam həcmdə pay almışdır.

63. Göründüyü kimi, mərhum X8 qalmış miras əmlaka dair Cavabdeh adına qanun üzrə vərəsəlik işi açılarkən notariat kontoru tərəfindən miras qoyanın digər qanun üzrə birinci növbəli vərəsəsələrinin olması nəzərə alınmamış və digər vərəsələrin axtarılması üçün hər hansı tədbir görülməmiş, sadəcə Cavabdeh adına xx.xx.2022-ci il tarixli 2V-338 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.

64. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh adına verilmiş həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və miras əmlak üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələrinin bərabər payları müəyyən edilməlidir.

65. Həmçinin, miras qalan əmlak Gəncə şəhəri Kəpəz rayonu X35 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin evə dair yuxarıda göstərilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, əmlaka dair törəmə hüquq münasibəti olan cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir.

66. Məhkəmə kollegiyası miras qoyan X11 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan Gəncə şəhəri X35 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evinə miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan X24, Cavabdeh, İddiaçı2 Adıgözəl oğlu və X4 hər birinin ¼ hissədə vərəsəlik payları müəyyən edilməlidir.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda da göstərildiyi kimi miras qoyan X11 birinci növbəli vərəsəsi olan İddiaçı2 Adıgözəl oğlu miras qoyan Sona Nəbiyevadan qabaq vəfat etmiş olsa da, lakin onun övladı hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Arzu Nəbiyevdir və o mərhum atası İddiaçı2 qanun üzrə birinci növbəli vərəsəsidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X11 miras əmlakından İddiaçı2 Adıgözəl oğluna çatası vərəsəlik payı sonuncunun uşağı (üçüncü şəxs) X28 verilməlidir.

68. Həmçinin, miras qoyan X11 birinci növbəli vərəsəsi olan X24 miras qoyan Sona Nəbiyevanın miras əmlakını qəbul etdikdən sonra (xx.xx.2021) vəfat etdiyindən miras əmlakdan həmin vərəsə çatası pay onun qanun üzrə birinci növbəli vərəsələri – arvadı İddiaçı1, uşaqları İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 verilməlidir.

69. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlak olan Gəncə şəhəri X35 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 hər birinin ümumi əmlakdakı payı 1/20, müstəqil tələb irəli sürən üçüncü şəxs X37, Cavabdeh və X4 hər birinin ümumi əmlakdakı payı 5/20 hissədə müəyyən edilməlidir.

70. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.

71. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, iddiaçılar iddia ərizəsinn verilməsinə görə 100 manat dövlət rüsumu ödəmiş, habelə iddia ərizəsinin tərtibi ilə bağlı hüquqi yardım göstərilməsinə görə 150 manat ödəniş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, həmin xərclərin əvəzi cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 121, 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(125)-137/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu, İddiaçı3 və müstəqil tələb irəli sürən üçüncü şəxs X20 iddia tələbi qismən təmin edilsin. 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-338 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Miras qoyan X8 miras qalmış Gəncə şəhəri X35 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evi üzərində qanun üzrə birinci növbəli vərəsələr X24, Cavabdeh, İddiaçı2 Adıgözəl oğlu və X4 hər birinin ¼ hissədə payları müəyyən edilsin. Miras qoyan X11 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X24 vəfat etdiyindən miras əmlak olan Gəncə şəhəri X35 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evinin ¼ hissəsi üzərində müəyyən olunan payı onun qanun üzrə birinci növbəli vərəsələri olan iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 verilsin. Miras qoyan X11 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum İddiaçı2 Adıgözəl oğlu vəfat etdiyindən miras əmlak olan Gəncə şəhəri X35 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evinin ¼ hissəsi üzərində müəyyən olunan payı onun qanun üzrə birinci növbəli vərəsəsi olan müstəqil tələb irəli sürən üçüncü şəxs X28 verilsin. Gəncə şəhəri X35 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evi üzərində ümumi əmlakda iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 hər birinin ümumi əmlakdakı payı 1/20, müstəqil tələb irəli sürən üçüncü şəxs X37, Cavabdeh və X4 hər birinin ümumi əmlakdakı payı 5/20 hissədə müəyyən edilsin. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat və iddia ərizəsinin tərtibi üçün hüquqi yardım göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 verilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar