Məhkəmə qərarları › İş №2(104)-153/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-153/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-153/2025 04.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X13 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1, Həsənova (Süleymanova) Raifə Vaqif qızına və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(066)-270/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Həsənova (Süleymanova) Raifə Vaqif qızı və Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İV-BA 256245 nömrəli nikah haqqında şəhadətnaməyə görə, X29 ilə X3 12 may 1989-cu ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1989-cu ilin may ayının 12-ci günündə 637 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir.

2. İV-JO 498801 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X29 16 sentyabr 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1997-ci ilin 1-ci ayının 04-cü günündə 01 nömrə ilə qeyd edilmişdir.

3. Göygöl rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 07 avqust 2012-ci il tarixli etibarnaməyə görə, Göygöl rayonu Çaykənd kəndində yaşayan Cavabdeh1 ünvan 1 ünvanda yaşayan İddiaçı1 həmin etibarnamə ilə DTXK idarələrində, dövlət arxivində, bələdiyyə idarələrində, mənzil kommunal təsərrüfatı idarəsində və DƏDRX idarələrində, dövlət notariat kontorlarında, müvafiq icra nümayəndəliyində, müvafiq banklarda, poçt şöbələrində onun nümayəndəsi olmaq, vərəsəliyi qəbul etmək, adından alğı-satqı müqavilələri bağlamaq, sənədləri toplamaq, imza atmaq, ərizə vermək və ona çatası müqavilə, çıxarış, arayışlar və digər sənədləri almağı, almağına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə (“A” tikilisi) X14 adına, 0,04 ha həyətyanı torpaq sahəsi isə bərabər paylarla Cavabdeh1, X25, Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 35 nömrə vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

5. xx.xx.2015-ci il tarixli, 6604 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna görə, ünvan 2 ünvanın hüquq subyekti X18r.

6. xx.xx.2001-ci il tarixli aktda göstərilmişdir ki, ”X2 tərtib edirəm bu aktı ondan ötəri ki, Cavabdeh1 məxsus Xanlar rayonu, Çaykənd kəndində olan 16-cı məhəllə, 7 ünvanını İddiaçı2 4.000.000 (4 paçka şirvan) manata satdı. Ona görə də, aktın doğruluğunu aşağıdakı imzalarla təsdiq edirik. C.Babayev, Cavabdeh1 və İddiaçı2”.

7. Göygöl rayon Çaykənd Bələdiyyəsinin 22 iyun 2022-ci il tarixli, 80 nömrəli məktubundan görünür ki, Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair 2001-ci il tarixdən indiki dövrə qədər Cavabdeh1 və ailə üzvləri bələdiyyə vergisi keçirməmişlər. Göygöl rayonu Çaykənd kəndi 16-cı məhəllə 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə həmçinin evdə və torpaq sahəsindən Cavabdeh1 və ailə üzvləri 2001-ci ildən indiki dövrə qədər istifadə etməmişlər. Həmçinin, 2001-ci ildən indiki dövrə qədər Göygöl rayonu, Çaykənd kəndi, 16cı məhəllə, 7-ci evdən və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri istifadə etmiş və bələdiyyənin əmlak vergisini mütəmadi ödəmişdir.

8. Göygöl RİH Başçısının Çaykənd kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 45 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli evdə Cavabdeh1 və ailə üzvləri 2001-ci il tarixdən indiki dövrə qədər yaşamamış və istifadə etməmişdir. Həmçinin, 2001-ci ildən indiki dövrə qədər Göygöl rayonu Çaykənd kəndi 16-cı məhəllə 7-ci evdən və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri istifadə etmişdir.

9. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən xx.xx.1997-ci il tarixdə verilən 2B- 202 nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən, X14 X15 vərəsəsi müəyyən edilmişdir. Miras əmlak kimi özəlləşdirmə çekləri göstərilmişdir.

10. Göygöl rayon notariat kontorunun xx.xx.2012-ci il tarixli, 2v-1-946 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 X14 qanun üzrə vərəsəsi müəyyən edilmiş, şəhadətnamədə miras əmlak kimi yalnız bankda olan pul göstərilmişdir.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İddiaçı1 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Caykənd kəndində yerləşən və 2001-ci il tarixdən İddiaçı2 məxsus olan fərdi yaşayış evinin rəsmiləşdirilməsi üçün İddiaçı2 ona 2012-ci il tarixdə zəng vuraraq Göygöl Notariat kontoruna gəlməsini bildirmişdir. O, həmin kontora getmiş kontorda Cavabdeh1 və oğlu Cavabdeh3 olmuşdur. Notariat kontorunda işin halını öyrənəndə bilmişdir ki, belə alğı-satqı müqaviləsi bağlana bilmir. Belə ki, Göygöl rayonu Çaykənd kəndində yerləşən fərdi yaşayış evi mərhum X14 adınadır. Ona görə də, belə razılaşmışlar ki, vərəsəlik işlərinin görülməsi və evi İddiaçı2 adına rəsmiləşdirilməsi üçün Cavabdeh1 ona etibarnamə versin. Cavabdeh1 notariat kontorunda bildirmişdir ki, etibarnamə verir ki, işlərini həll etsin və bir də notariat kontoruna gəlməyəcək. Notariat kontoruna ona etibarnamə verilmişdir. Sonradan notariat kontoruna müraciət etdikdə bildirmişlər ki, bu etibarnamə ilə evlə bağlı vərəsəlik işlərinin görülməsi üçün Vaqif Həsənovun o biri vərəsələrinin razılığı lazımdır. O da sonradan Cavabdeh1 və o biri vərəsələri tapa bilmədiyindən evi və torpaq sahəsini rəsmiləşdirə bilməmişdir.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı2 Göygöl rayonu, Çaykənd kəndində yerləşən evi Cavabdeh1 ******* manata almışdır. Həmin pulun ******* manatını İddiaçı2 o borc vermiş, İddiaçı2 də Cavabdeh1 onun yanında pulu vermişdir. Evə görə razılaşdıqları məbləğdən İddiaçı2 Cavabdeh1 heç bir borcu qalmamışdır. Həmin ev 2001-ci il tarixdən indiki dövrə qədər İddiaçı2 istifadəsində olmuşdur. Hal-hazırda yay aylarında həmin evdən və torpaq sahəsindən istifadə edirlər.

13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı2 Cavabdeh1 pulu onun yanında vermişdir.

14. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Çaykənd kəndində İddiaçı2lə qapı qonşudur. Həmin evdən və torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri tərəfindən indiki dövrə qədər istifadə edir, həmin evə və torpaq sahəsinə o nəzarət edir.

15. İş materiallarına əlavə edilmiş Göygöl rayon Polis Şöbəsi X27 xx.xx.2023-cü il tarixli 3-13-77-7/41/2023 saylı arayışın surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı2 xx.xx.2022-ci ildə DİN-nin 102 xidmətinə zəng edərək və Göygöl RPŞ-nin Sarısu PB-nə ərizə ilə müraciət edərək 2001-ci il tarixdə Göygöl rayonu, Çaykənd kəndində yerləşən 16-cı məhəllə ev 7-ni Cavabdeh1 4 milyon (dörd paçka şirvan) manata aldığını, lakin 2022-ci ilədək Cavabdeh1 ev iddiası edərək evin ona məxsus olmasını bildirmiş, ona görə də Göygöl Rayon Məhkəməsində işə baxılan və məhkəmənin onun xeyrinə qərar çıxarılmasını, hal-hazırda işin Gəncə Apellyasiya Məhkəməsində omasına baxmayaraq Şəfəqin ona satdığı evin qapısının qıfılını onun xəbəri olmadan sıdıraraq evə daxil olması barədə narazılığını bildirərək bu barədə tədbir görülməsini xahiş etmiş, bu barədə ona məhkəməyə müraciət etməsi izah edilmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 4/1904 saylı 05 fevral 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 67-ci vərəqində olan 27 iyun 2001-ci il tarixli Aktdakı yazılar- Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

17. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 4/578 saylı 21 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 62-ci vərəqində olan 27 iyun 2001-ci il tarixli aktın aşağı hissəsində “2” qarafasında “Ш.Нəсəнова” yazılarının qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş müli işin 1-ci cildinin 62-ci vərəqində olan 27 iyun 2001-ci il tarixli “Akt”dakı yazılar – Cavabdeh1 tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir.

18. Göygöl rayonu Çaykənd İƏD üzrə 2021-2025-ci illər üzrə X17 6 nömrəli Kitabının 518 saylı şəxsi hesab vərəqində Cavabdeh1 Bakı şəhərinə getmələri qeyd olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı2 cavabdehlər Cavabdeh1, X25 və Cavabdeh3 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə aralannda yazılı qaydada tərtib olunmuş 15 aprel 2001-ci il tarixli bağlanmış alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 4 ünvanında yerləşən əmlakın adına rəsmiləşdirlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı2 iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsinin xahiş etdim hissəsində göstərdiyi “Göygöl rayon Caykənd kəndi 16-cı məhəllə ev 7 də yerləşən əmlakın adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsi” hissəsini “qəbul edilmiş qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin” hissəsində dəyişdirilməsini, iddia ərizəsinin giriş və xahiş etdim hissəsində göstərdiyi xx.xx.2001-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsinin - xx.xx.2001-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində dəyişdirilməsini, iddia ərizəsinin tələbi barədə yazılmış “əmlak tələbi” “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi ilə dəyişdirilməsini, həmçinin xx.xx.2001-ci il (iddia ərizəsində texniki səhv olaraq 27.06.200-ci il göstərilmişdir) tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qəbul edilmiş qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 27 iyun 2001-ci il tarixdə aralarındakı razılaşmaya əsasən yazılı qaydada alğı-satqı müqaviləsi bağlamışlar. 27 iyun 2001-ci il tarixdə aralarındakı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ona və ailə üzvlərinə məxsus ünvan 2 ünvanında yerləşən evi ******* manata satmışdır. Müqavilənin şərtlərindən biri cavabdehə pulu verir və cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdən dərhal çıxır. Həmçinin gələcəkdə hər-hansı bir mübahisə çıxarsa bütün məsuliyyəti cavabdeh daşıyır. Onlar alğı-satqı müqaviləsini bağladıqdan sonra o və ailə üzvləri həmin evə köçərək indiki dövrə kimi yaşamışlar. O, əlindəki alğı-satqı müqaviləsi ilə bir neçə dövlət orqanına müraciət etsə də, ona bu müqavilə ilə heç bir sənədləşmə işlərini aparıla bilməməsi bildirilmişdir. Bu səbəbə görə də o, Cavabdeh1 ilə 2012-ci ildə əlaqə saxlayaraq onunla alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etmişdir. Onlar aralarında alğısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etdikdə, notariat kontoru tərəfindən onlara həmin evdə və torpaq sahəsində onun mərhum həyat yoldaşı X14 payı olduğunu, ona görə də, vərəsəlik qaydasında mərhumun payının vərəsələrin adına keçdikdən sonra alğı-satqı müqaviləsinin bağlana biləcəyi bildirilmişdir. O, Cavabdeh1 ilə razılaşmışdır ki, Şəfəq onun qardaşı X6 etibarnamə versin və həmin etibarnamə ilə, Şəfəqin mərhum əri Vaqif Həsənovdan qalan Göygöl rayonu, Çaykənd kəndində yerləşən evə dair vərəsəlik işləri görüləndən sonra ev və torpaq sahəsi onun adına rəsmiləşdirilsin. Həmin razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2012-ci il tarixdə qardaşı X6 3 (üç) il müddətinə evə dair alğı-satqı müqaviləsi bağlamağı, bağışlama, vərəsəlik işlərinin aparılması və s. işləri görməyə etibarnamə vermişdir. Lakin o, etibarnamə ilə vərəsəlik işlərinin aparılması barədə notariat kontoruna müraciət etdikdə hal-hazırki, cavabdehlər X25 və Cavabdeh3 razılığı tələb olunmuşdur. Cavabdehlər həmin dövrdə azyaşlı olduğundan alğı-satqı müqaviləsi bağlana bilməmişdir. İddiaçı sonradan cavabdehlərin ünvanlarını və telefon nömrələrini bilmədiyindən onlarla əlaqə saxlaya bilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Cavabdehlər iddia ərizəsinə verdikləri yazılı etirazda göstərmişlər ki, İddiaçı2 onlara qarşı verdiyi iddia əsassızdır. Belə ki, Cavabdeh1 həyat yoldaşı Ağdərə uğrunda döyüşlərdə şəhid olduqdan sonra həyat yoldaşına məxsus ünvan 2 ünvanında yerləşən ev vərəsəlik qaydasında Cavabdeh1 keçmişdir. Cavabdeh1 həmin evlə bağlı notariat kontorunda vərəsəlik işlərinin görülməsi üçün İddiaçı2 qardaşı İddiaçı1 etibarnamə vermiş, buna səbəb isə həmin vaxtı İddiaçı2 polis orqanlarında çalışdığından və eyni zamanda Cavabdeh1 hüquqi savadının olmaması olmuşdur. Cavabdeh1 heç ünvan 2 ünvanında yerləşən evi satmaq niyyəti olmamış, iddiaçı tərəfindən isə ona heç bir pul məbləği ödənilməmişdir. Eyni zamanda İddiaçı2 və ailəsi ünvan 2 ünvanında yerləşən evdə heç zaman yaşamamışdır. Hazırda ünvan 2 ünvanında yerləşən ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Ona görə də, iddianı qəbul etmir və rədd edilməsini xahiş etmişlər.

23. Göygöl Rayon Məhkəməsinin 2(066)-270/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddianın təmin edilməsi, İddiaçı2 və Cavabdeh1 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra (Qeydiyyat nömrəsi ********** saylı çıxarışla təsdiq olunmuş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair) hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi qət edilmişdir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi Mülki Məcəllənin 1 noyabr 2005-ci il tarixə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə uyğun olduğundan və tərəflər arasında xx.xx.2001-ci il tarixdə alğı-satqı müqaviləsi baş tutması məhkəmə zalında verilmiş şifahi, yazılı izahatlarla və məhkəməyə təqdim edilmiş sənədlər və sübutlarla öz təsdiqini tapmışdır. Tərəflər arasında 2001-ci il tarixdə alğı-satqını təsdiq edəcək yazılı akt tərtib edilmiş, həmin akt həmin dövrün Mülki Məcəlləsinin müddəasına uyğun olmuş, həmçinin cavabdehlər əqdi notarial qaydada təsdiqlənməsindən yayınmışdırlar. Məhkəmə “iddia müddətinin” tətbiq edilməsi barədə ərizəni belə əsaslandırır ki, “Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən bu növ iddialara müddət tətbiq edilmədiyi halda, cavabdehlər ərizədə Mülki Məcəllənin 373.1- 373.2-ci maddələrinin tələbinə əsasən iddia müddətinin ötürülməsini əsas tutaraq iddianın rədd edilməsini tələb etmişdir. Ona görə də mülki iş üzrə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti tətbiq edilə bilməz.”

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdehlər Cavabdeh1, Həsənova (Süleymanova) Raifə Vaqif qızı və Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-270/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı keçmiş polis işçisidir. Cavabdehlər isə 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş X14 ailə üzvləridirlər. Onunla Göygöl rayonu, Çaykənd kəndində, 16-cı məhəllə, 7 nömrəli evdə yaşamışlar. X29 həmin ünvandan müharibəyə - Dağlıq Qarabağa getmişdir. X29 şəhid olduqdan sonra ona - Cavabdeh1 iki körpə uşaqla maddi cəhətdən dolanış çox çətin olduğundan qayınları yaşadıqları Göygöldəki evlərini kirayə verib Bakıya gələrək onlarla yaşamalarını məsləhət görmüşlər. Onların məsləhətinə uyğun hərəkət edib həmin vaxtlar kirayə ev axtaran hazırkı iş üzrə iddiaçı olan İddiaçı2 evi kirayəyə verib iki azyaşlı uşağı ilə Bakı şəhərinə qaynıgilə getmişlər. Onlar evi həmin şəxsə satmamışlar, kirayəyə vermişlər. Belə ki, İddiaçı2 həmin vaxt dediyinə görə Göygöldə polis işlədiyi üçün ona işinə yaxın ev lazım olmuşdur. İddiaçı2 evlərində mütəmadi olaraq qalmırdı, əvvəlcədən də razılaşmışlar ki, onlar rayona gələndə öz evlərində qalacaqlar. Ona görə ona sərf edirdi, polis işçisi olduğundan evini güvəndə hesab edirdi. İddiaçı2 Göygöl Rayon Polis Şöbəsindən Kəlbəcər Rayon Polis Şöbəsinə keçəndən sonra evlərində heç zaman yaşamayıb. Buna baxmayaraq, polis işçisi olduğundan və aralarında xoş insani münasibətlər yarandığından bayramlarda təbrik üçün və sənəd işlərində məsləhət üçün ona zəng edirdi. İddiaçı özü demişdir ki, evi sənədləşdirməkdə, vərəsəlik işi açdırmaqda ona kömək edə bilər. Mehman polis işçisi - hüquq mühafızə orqanında işlədiyi üçün ona inanmışdır. Bir gün zəng edərək vərəsəlik işi ilə məşğul olmaq üçün Göygöldən taksi sürücüsü ilə etibarnamə göndərdiyini və Sabunçunun girəcəyinə gəlib həmin etibarnaməni imzalamağı bildirmiş, o da həmin yerə gedib etibarnaməni imzalamışdır. Məhkəmədə həmin etibarnamənin başqa şəxsin adına olduğunu görəndə çox təəccüblənmişdir. 2021-ci ilin dekabr ayında Cavabdeh3 mobil nömrəsinə Bakı şəhəri 16-cı Notariat Kontorundan zəng olunmuş notariat kontoruna gələrək (notariat kontorunun yerini izah etmişdir) etibarnamə verməlisiniz, qarşı tərəf buna görə sizə 30.000 - 35.000 manat verəcəyini demişdir. O, yəni Cavabdeh3 evi satmaq fıkrinin olmadığını bildirib zəng edən notariat işçisinə sizə kim müraciət edib soruşduqda, zəng edən şəxs “gələrsiz, danışarıq” dedi. O, Şuşa şəhərində tikinti şirkətində işlədiyi üçün həmin ərəfədə oraya gedə bilməmişdir. 1 ay sonra isə, yəni 2022- ci ilin yanvar ayında onlara Çaykənd İƏD-dən zəng olunmuşdur ki, məhkəmədən sizə bildiriş gəlib, İddiaçı2 sizi məhkəməyə vermişdir. Məhkəmə, iddiaçının 5 ay sonra - may ayında sonuncu məhkəmə iclasında təqdim etdiyi akta alğı-satqı müqaviləsi kimi qiymət vermişdir. Halbuki onlar Cavabdeh1 imzasının yoxlanılması üçün ekspertiza təyin edilməsini tələb etmişlər. Hakim isə katibinə bu barədə ərizə almasını tapşırmaqla kifayətlənmişdir. Bundan əlavə, mülki qanunvericiliyə əsasən, daşınmaz əmlakın alğı-satqısı notarial qaydaya rəsmiləşdirilməlidir. Məhkəmə sözügedən aktı həmin dövrün Mülki Məcəlləsinin müddəasına uyğun hesab etsə də, 2001-ci ildə elə hazırkı Mülki Məcəllənin qüvvədə olduğunu unutmuş, o cümlədən Mülki Məcəllədə daşınmaz əmlakın alğı-satqısı zamanı tərəflər arasında aktın tərtib olunmasını nəzərdə tutan maddəni də tapmadığından göstərməmişdir. Ev hazırda şəhid X14 xüsusi mülkiyyətində olduğu halda məhkəmə hansı qanuni əsasla alğı-satqı müqaviləsini bağlanmış hesab edə bilər. İddiaçının iddia etdiyi mövcud olmayan, eyni zamanda notariat qaydasında təsiqlənməsi tələb olunan daşınmaz əmlakın alğı-satqı müqaviləsinə Mülki Məcəllənin 335.2-ci, 336.1-ci maddələrinin tətbiqi üçün alıcı və ya satıcı tərəfindən tam və ya qismən icra edilmiş hərəkət olmamışdır. Belə ki, cavabdehlərin məhkəməyə təqdim etdikləri yazılı etiraza və məhkəmə iclasında həmin etiraza uyğun izahatlarına baxmayaraq, qətnaməyə əsasən guya son 4-cü məhkəmə iclasında izahatlarını tamamilə dəyişmişlər. Konstitusiya Məhkəməsinin Qərarlarına istinadən qeyd etmişdir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Birinci hal, yəni əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməli olması halı ilə bağlı əqdin bağlanması üçün ilk növbədə- tərəflərin iradə ifadəsi olmalı və tərəflərin nəzərdə tutduqları əqd ən azı formal baxımdan artıq bağlanmış olmalıdır. İş materiallarına əsasən iddia predmeti olan evə cavabdehlər xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ əldə etmiş və həmin sənəd əsasında evi qanuni şəkildə (notarial qaydada) özgəninkiləşdirmək imkanına malik olmuşlar. Belə olduğu halda evin alğı-satqısı barədə əqd bağlamaq üçün əvvəlcədən iddiaçının cavabdehlərə notariat orqanına getmələrini niyə təklif etməməsi və buna mane olan səbəblər aydın deyildir. Əgər həmin vaxt cavabdehlər notariat orqanına getməkdən yayınmışlarsa, deməli onların (yaxud onlardan hər hansı birinin və ya bir neçəsinin) həmin əqdi bağlamaq niyyətləri olmamışdır. İkinci hal, yəni məhz əks tərəfın əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı olması halı ilə bağlı qeyd etmişlər ki, əgər həqiqətən də, evin alğı-satqısına dair iddiaçının nəzərdə tutduğu əqd bağlanmış olsaydı və buna cavabdehlərin iradə ifadəsi mövcud olsaydı, o zaman cavabdehlərin notariat kontoruna getməkdən yayınmaları üçün əsas və səbəb olmazdı. Üçüncü hal, yəni əqdin özünün qanuna zidd olmaması və onun daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş müqavilə çıxış edə bilər. Həmin əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması yolverilməzdir. Bundan əlavə, “alğı-satqı müqaviləsinin” 2001-ci ildə bağlanmış hesab edilməsi üçün həmin vaxt azyaşlı olan sözügedən ailənin üzvləri olan uşaqların (cavabdehlər Raifə və Raufun) paylarına sərəncam verilməsi zamanı qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır. Cavabdeh1 miras əmlaka təkbaşına sərəncam verə bilməzdi. Ən əsası sözügedən evi miras əmlak kimi faktiki olaraq onlar qəbul edib sahiblik etsələr də, miras hüququ haqqında şəhadətnamə alınmamış, ev rəsmi olaraq hazırda xüsusi mülkiyyət kimi şəhidin adınadır. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, bir tərəfın daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Buna görə də, xx.xx.2001-ci il tarixli aktdakı imza Cavabdeh1 aid olsa belə, mübahisəli yaşayış sahəsinin alğı-satqısına dair əqd kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi MM-nin 384.0.4-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, hazırkı işə iddia müddətinin tətbiq edilə bilməz. Halbuki iddiaçı mülkiyyətçi və evə hər hansı bir hüququ olmadığından məhkəmə bu maddənin tətbiqində səhvə yol vermiş və iddia müddətinin ötürülməməsinə dair yanlış qənaətə gəlmişdir. İddianın predmetini evə dair əqdin bağlanmış hesab edilməsi təşkil etsə də, məhkəmə cavabdehlərin müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi barədə ərizələrinə qiymət verərkən evə qanuni əsaslarla heç bir hüququ olmayan iddiaçıya münasibətdə Mülki Məcəllənin 384.0-384.0.4-cü maddələrinə (iddia müddəti mülkiyyətçinin və ya diğər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir) əsaslanmışdır. İddia tələbinin dəyişdirilməsi barədə ərizənin surəti məhkəmə tərəfindən cavabdehlərə təqdim olunmamışdır. Belə bir ərizənin mövcudluğu barədə şifahi olaraq da cavabdehlərə məlumat verilməmişdir. Qətnaməni oxuyarkən bu barədə məlumatlı olmuşlar. Şahid ifadələri prosessual qanunvericilik pozulmaqla əldə edildiyindən sübutlar siyahısından çıxarılmalıdır. Bundan əlavə, qətnamədə göstərilən şahidlərin ikisi iddiaçının doğma qardaşları, üçüncüsü Qarayev Arzu iş yoldaşı olmuş şəxs olmaqla maraqlı şəxslərdir. Yalnız dördüncü şahid Arif Bayramov qonşu olmuş, lakin o da aldadılaraq məhkəmə bildirişi əsasında hakimin otağına gedərək bir vərəqə imza edib çıxdığını bildirmişdir. Sədrlik edən hakim cavabdehlərə tarixləri göstərməklə 3 izahat yazsa da, qətnamədə şahidlərin dindirilməsi tarixi bəlli deyildir. İddiaçı cavabdehlərə evin “satılmasına” görə hər hansı məbləğdə pul verməyib. Cavabdehlərin də, evi iddiaçıya satıb ondan pul almaq niyyətləri olmamışdır. İşə baxan hakim son iki məhkəmə iclasında onlara demişdir ki, barışıq üçün iddiaçıya nə qədər pul verə bilərsiz. Onlar 1-ci dəfə heç nə demişlər, lakin sonra qohumlar və dostlar məsləhət gördülər ki, yuxarı məhkəmə instansiyalarında vəkil tutmaq lazımdır, məhkəmələrə get-gəl və s. ən yaxşı halda 1.000 manat xərcin çıxacaq, ona görə son məhkəmə iclasında hakim təkrar eyni sualı verdikdə, 1.000 manat verə bilərik demişlər. Lakin iclasdan sonra məhkəmə iclas katbi Cavabdeh1 izahat alanda dedi ki, 200 manat da, artırın, onsuz da, kömək edəcəklər. Onun səmimiyyətinə inanıb nə diktə etdisə, onu da yazmışlar. Məhkəmə isə qətnaməsində bu halı saxtalaşdıraraq, hakim öz təxəyyülünün məhsulunu əlavə edərək qeyd etmişdir ki, guya cavabdehlər evi 400 ABŞ dollarına satdıqlarını etiraf etmiş (heç iddiaçı evi bu qiymətə aldığını iddia etmir), evin geri qaytarılması üçün İddiaçı2 1200 manat təklif edirlər. Məhkəmə iclasında 1200 manat söhbəti ümumiyyətlə olmamışdır, həmin məbləği hakim zaldan getdikdən sonra katib Cavabdeh1 yazdırmışdır. Cavabdehlərin alğı-satqını rəsmiləşdirmədən yayınmalarına və iddiaçının Cavabdeh1 pul vetməsinə dair heç bir mötəbər sübut yoxdur.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

27. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və A.İsgəndərova) xx.xx.2023-cü il tarixli, 2(104)-240/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-270/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması, İddiaçı2 cavabdehlər Cavabdeh1, X25 və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

28. Qətnamədən narazı qalan İddiaçı2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Kassasiya instansiyasında birinci icraat:

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2225/2023 saylı qərarı ilə İddiaçı2 kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-240/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2048/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-270/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsinin qismən, yəni “qətnamə qanuni qüvvəsini aldıqdan sonra (Qeydiyyat nömrəsi ********** saylı çıxarışla təsdiq olunmuş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair) hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

31. Qətnamədən narazı qalan cavabdehlər kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Kassasiya instansiyasında ikinci icraat:

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1548/2024 saylı qərarı ilə cavabdehlər Cavabdeh1, Nümayəndə və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli 2(104)- 2048/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsinə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya şikayətinin təmin edilməməsini, Göygöl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(066)-270/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı2 əlavə olaraq bildrmişdir ki, iş materiallarında olan xx.xx.2001-ci il tarixli aktı imzalayan şəxslərdən biri ona həmin aktdan xəbəri olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, həmin ünvanda qaz xətti ümumiyyətlə olmamış, suyu isə özü çəkdirmişdir. Həmin ünvana bildirişlər onun adına deyil Cavabdeh1 adına gəlmişdir. O, mübahisəli ərazidə abadlıq işləri aparmış, sonuncu dəfə təxminən 3-4 il əvvəl tikilinin arxa divarını təmir etdirmişdir. Həmin divarı qardaşı və dostları təmir etmişdir. Bundan başqa təminən 15 ilə əvvəl sarı rəngli darvaza almış və həmin ünvanda quraşdırmışdır. Həmin darvazanı Gəncə şəhərindən almışdır. Cavabdehlərin qapını sındırıb evə daxil olma ilə bağlı polisə müraciət etmişdir. Polis əməkdaşları evə baxış keçirmiş və araşdırma aparmışdılar. Lakin araşdırmanın nəticəsi barədə məlumatı olmamışdır. Həmin ev üçün qaz xətti çəkdirməmişdir. Qaz pulu ödəmək istəyən zaman onun adına qeyd edilmədiyi üçün ödəyə bilməmişdir. Su pulu da, ödəməmişdir.

35. Məhkəmə iclasında dindirilmiş şahid X30 ifadəsində göstərmişdir ki, o, Çaykənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. ünvan 2 ünvanında İddiaçı2 yaşamışdır. Cavabdeh1 və ailə üzvlərini son vaxtlar həmin ünvanda görmüşdür. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, həyətyanı torpaqlar üçün vergi almışlar. Mübahisəli ünvanda əvvəllər İddiaçı2 yaşadığı üçün vergi bildirişləri və s. onun adına göndərirmişlər. Mübahisə başlayandan sonra isə Cavabdeh1 evin mülkiyyətçisi olmağına dair çıxarış təqdim etdiyi üçün bildirişləri artıq onun adına göndərməyə başlamışlar.

36. Məhkəmə iclasında dindirilmiş şahid X19 ifadəsində göstərmişdir ki, o, Çaykənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində müavin kimi təxminən 1 ildir ki, işləyir. xx.xx.2023-ci ildə tərtib edilən məktub onun işlədiyi dövrə aid deyil.

37. Məhkəmə iclasında dindirilmiş şahid X31 ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Çaykənd kəndində 1991-ci ildən ailə üzvləri ilə birgə ünvan 7 ünvanında yaşamışdır. 2020-ci ilədək həmin ünvanda qeydiyyatda olmuşdur. 2020-ci ildə ünvan 8 düşmüş, lakin ünvan 7 ünvanında yaşamışdır. Mübahisəli fərdi yaşayış evində əvvəldən İddiaçı2 və ailə üzvləri yaşamışdır. İddiaçı2 qeyd olunan ünvanda yaşadığının şahidi olmuşdur. Həmin ünvanda İddiaçı2 yay aylarında həmişə görmüşdür. Qış aylarında isə bəzən görmüşdür. Həmin ünvanda Cavabdeh1 görməmişdir. Həmçinin Cavabdeh1 ona keçən ilin yay aylarında onun həmin ünvanda yaşamağına dair şahidlik etməyini təklif etmiş, o isə yalan izahat verə bilməyəcəyini deyərək imtina etmişdir.

38. Məhkəmə iclasında dindirilmiş şahid X35 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında yaşayır. X42 Bababayev evi ilə üzbə-üzdür. 2005-ci ildən Mehman Bayramovun qonşuluğunda yaşayır. Mübahisəli ünvanda Mehman yaşamışdır. X22 evə nəzarət etməsi üçün həmin evin açarını ona vermişdir. Təxminən iki il bundan əvvəl bir neçə gün evdə olmamışdır. Qayıdanda ona məlum olmuşdur ki, kimsə evin qapısını qıraraq evə daxil olmuşdur. Bu barədə Mehman Bayramova bildirmiş, Mehman da, bununla bağlı məlumatının olduğunu bildirmişdir.

39. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, o, Çaykənd kənd İnzibati Ərazi dairəsi üzrə təxminən 8 ildir ki, nümayəndə vəzifəsində işləyir. O, 2016-cı ildən Çaykənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləyir. Onun tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı2 2001-ci ildən arayışın verildiyi tarixədək ünvan 2 ünvanında yaşamasına dair arayış verilmişdir. Həmin arayışı verərəkən qonşularla telefon əlaqəsi yaradılmış və qonşuların dediyinə əsasən araryış vermişdir. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh1 fərdi yaşayış evi ilə bağlı çıxarış və texniki pasport təqdim etdiyi üçün onun adına arayış verilmişdir. Arayış verilənə qədər Cavabdeh1 görməmişdir. O, 2016-cı ildən 2023-cü il tarixədək həmin ünvanda olmamışdır. Lakin həmin ilə qədər orada olan əhali siyahıya alınmışdır və qeydiyyatda kitabında Cavabdeh1 adı qeyd edilsə də, həmin ünvanda yaşamadığı üçün siyahıya alınmaya imza etməmişdir. Siyahıya almada Cavabdeh1 Bakı şəhərində yaşadığı qeyd edilmişdir. İddiaçı2 o, həmin ünvanda görməmişdir. İddiaçı2 arayış verilən vaxt qonşular onlara həmin evdə Mehmanın yaşadığını bildirmişlər. O, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə getməmişdir. Cavabdeh1 arayış verilən vaxt həmin ünvana getmişdir. İddiaçı2 arayış verilərkən mübahisəli evə gedib baxış keçirilməmişdir. Həmin evin qonşuluğunda yaşayan şəxslər İlham və Əvəz adlı şəxslər olduğunu xatırlayır. O, iddiaçını tanımamışdır. 2022-ci ildə həmin ünvana tək getmiş, evin qapısı açıq olmuşdur. Cavabdeh1 və övladlarının orada olduğunu görmüşdür. Sonuncu dəfə Cavabdeh1 arayış verilənə qədər həmin evlə bağlı müraciət daxil olmamışdır. Kənd sakinlərinin siyahıya alınması 5 ildən bir keçirilir, axırıncı dəfə 2020-ci ildə əhali siyahıya alınmışdır. Həmin vaxt pasport qeydiyyatında Cavabdeh1 olmuşdur. Kənd sakinlərinin siyahıya alınması zamanı müavin Əvəz müəllim ərazi üzrə yaşayış evlərinə baxış keçirmişdir. Cavabdeh1 və ailə üzvləri şəhid ailəsi olduğunu üçün ona pul formasında yardım göstərilmişdir. Həmin vaxt yardım göstərilən zaman Cavabdeh1 və ailəsi ilə mobil telefon vasitəsi ilə əlaqə yaradılmışdır.

40. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

41. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1, Həsənova (Süleymanova) Raifə Vaqif qızı və Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

42. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər;

43. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

44. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

45. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir;

46. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır;

47. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);

48. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir;

49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

50. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir; (xx.xx.2005-ci il tarixədək qüvvədə olmuşdur).

51. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir;

52. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir;

53. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır;

54. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur;

55. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin;

56. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir;

57. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır;

58. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır;

59. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

60. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür;

61. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir;

62. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır;

63. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır;

64. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir;

65. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

66. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);

67. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır;

68. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir;

69. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

70. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

73. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır.

74. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

76. Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

77. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

78. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

79. 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

80. 385.1.4 birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

80. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

81. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

82. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”

85. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşayiət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.

86. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə kollegiyası tərəflərin izahatını və şahid ifadələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(066)-270/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən, yəni - xx.xx.2001-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində təmin edilməlidir.

88. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddianı təmin edən birinci instansiya məhkəməsi məhkəmə icraatı zamanı iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin 15 fevral 2022-ci il tarixli məhkəmə iclası zamanı təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə almamışdır. Belə ki, iş materiallarına olan iddiaçı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində göstərdiyi “Göygöl rayon Caykənd kəndi 16-cı məhəllə ev 7 də yerləşən əmlakın adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsi” hissəsini “qəbul edilmiş qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin” hissəsində dəyişdirilməsini, iddia ərizəsinin giriş və xahiş etdim hissəsində göstərdiyi xx.xx.2001-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsinin - xx.xx.2001-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində dəyişdirilməsini, iddia ərizəsinin tələbi barədə yazılmış “əmlak tələbi” “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi ilə dəyişdirilməsini, həmçinin xx.xx.2001-ci il (iddia ərizəsində texniki səhv olaraq 27.06.200-ci il göstərilmişdir) tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qəbul edilmiş qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

89. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən hüquq norması, alqı satqı müqaviləsinin bağlandığı iddia olunan dövrdə yəni 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş və 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsidir.

90. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.

91. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

92. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışla ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə (“A” tikilisi) X14 adına, 0,04 ha həyətyanı torpaq sahəsi isə bərabər paylarla Cavabdeh1, X25, Cavabdeh3 adına qeydə alınmış torpaq sahəsi və fərdi yaşayış evini Cavabdeh1 27 iyun 2001-ci il tarixdə İddiaçı2 4.000.000 (4 paçka şirvan) manata satmaq barədə razılığa gələrək, bu barədə 27 iyun 2001-ci ildə yazılı əqd bağlamışlar. Həmin əqd alıcı İddiaçı2, satıcı Cavabdeh1 və Ceyhun Babayev tərəfindən imzalanmışdır. Qeyd edilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi həmin vaxtdan alıcı İddiaçı2 təhvil verilmiş və sonuncu 2022-ci ilədək mübahisəli evi öz mülkiyyəti kimi idarə etmiş və keçən 21 il ərzində onun mülkiyyətçi kimi hüquqları mübahisələndirilməmişdir. Yalnız 2022-ci ildə İddiaçı2 hazırki iddia tələbi ilə məhkəmə müraciət etdikdən sonra cavabdehlər mübahisəli evə daxil olmuşlar.

93. Göründüyü kimi, X7 mübahisə edilən torpaq sahəsi və fərdi yaşayış evini alğısatqısı ilə bağlı notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, həmin əmlakı satıcıdan qəbul edərək, əmlaka vicdanlı sahib kimi 21 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Bununla bağlı məhkəmə araşdırması zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq mübahisəli mənzildə 2001-ci ildən sonra kimin yaşamasını müəyyən etmək, həmçinin bununla bağlı Göygöl rayonu İH başçısının Çaykənd İƏD üzrə nümayəndəsi E.M.Ocaqvediyev tərəfindən verilmiş arayışlarda olan ziddiyyətləri aradan qaldırılması üçün şahidlər dindirilmişdir. Belə ki, Göygöl rayonu İH başçısının Çaykənd İƏD üzrə nümayəndəliyinin 22 iyun 2022-ci il tarixli 80 nömrəli məktubunda Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair 2001-ci il tarixdən indiki dövrə qədər Cavabdeh1 və ailə üzvləri bələdiyyə vergisi keçirməmişlər. Göygöl rayonu Çaykənd kəndi 16-cı məhəllə 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə həmçinin evdə və torpaq sahəsindən Cavabdeh1 və ailə üzvləri 2001-ci ildən indiki dövrə qədər istifadə etməmişlər. Həmçinin, 2001-ci ildən indiki dövrə qədər Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7-ci evdən və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri istifadə etmiş və bələdiyyənin əmlak vergisini mütəmadi ödəməsi qeyd edilmişdir. Mülki iş materiallanda 1-ci cilddə iş vərəqi 198-də olan Göygöl rayonu İH başçısının Çaykənd İƏD üzrə nümayəndəliyinin 05 yanvar 2023-cü il tarixli 01 nömrəli məktubunda Çaykənd kənd məhəllə 16, ev 7-də yerləşən fərdi yaşayış evi vətəndaş Cavabdeh1 məxsusdur. Bildirirlər ki, işlədikləri müddətdə Cavabdeh1 öz ailəsi ilə mütəmadi olaraq özünə məxsus evə gələrək həyətbacası ilə məşğul olmuşdur. Qonşuların dediklərinə görə evdə olan köhnə əşyalar Həsənovlar ailəsinə məxsusdur və onların istifadəsində olması qeyd edilmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, Çaykənd kənd İnzibati Ərazi dairəsi üzrə təxminən 8 ildir ki, nümayəndə vəzifəsində işləyir. O, 2016-cı ildən Çaykənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləyir. Onun tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı2 2001-ci ildən arayışın verildiyi tarixədək ünvan 2 ünvanında yaşamasına dair arayış verilmişdir. Həmin arayışı verərəkən qonşularla telefon əlaqəsi yaradılmış və qonşuların dediyinə əsasən araryış vermişdir. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh1 fərdi yaşayış evi ilə bağlı çıxarış və texniki pasport təqdim etdiyi üçün onun adına arayış verilmişdir. Arayış verilənə qədər Cavabdeh1 görməmişdir. O, 2016-cı ildən 2023-cü il tarixədək həmin ünvanda olmamışdır. Lakin həmin ilə qədər orada olan əhali siyahıya alınmışdır və qeydiyyatda kitabında Cavabdeh1 adı qeyd edilsə də, həmin ünvanda yaşamadığı üçün siyahıya alınmaya imza etməmişdir. Siyahıya almada Cavabdeh1 Bakı şəhərində yaşadığı qeyd edilmişdir. İddiaçı2 o, həmin ünvanda görməmişdir. İddiaçı2 arayış verilən vaxt qonşular onlara həmin evdə Mehmanın yaşadığını bildirmişlər. O, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə getməmişdir. Cavabdeh1 arayış verilən vaxt həmin ünvana getmişdir. İddiaçı2 arayış verilərkən mübahisəli evə gedib baxış keçirilməmişdir. Həmin evin qonşuluğunda yaşayan şəxslər İlham və Əvəz adlı şəxslər olduğunu xatırlayır. O, iddiaçını tanımamışdır. 2022-ci ildə həmin ünvana tək getmiş, evin qapısı açıq olmuşdur. Cavabdeh1 və övladlarının orada olduğunu görmüşdür. Sonuncu dəfə Cavabdeh1 arayış verilənə qədər həmin evlə bağlı müraciət daxil olmamışdır. Kənd sakinlərinin siyahıya alınması 5 ildən bir keçirilir, axırıncı dəfə 2020-ci ildə əhali siyahıya alınmışdır. Həmin vaxt pasport qeydiyyatında Cavabdeh1 olmuşdur. Kənd sakinlərinin siyahıya alınması zamanı müavin Əvəz müəllim ərazi üzrə yaşayış evlərinə baxış keçirmişdir. Cavabdeh1 və ailə üzvləri şəhid ailəsi olduğunu üçün ona pul formasında yardım göstərilmişdir. Həmin vaxt yardım göstərilən zaman Cavabdeh1 və ailəsi ilə mobil telefon vasitəsi ilə əlaqə yaradılmışdır.

94. Həmçinin məhkəmə kollegiyası iş materiallarında 1-ci cilddə iş vərəqi 179-180-də olan xx.xx.2022-ci ildə X5, X39, X10 tərəfindən tərtib edilərn akta münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarında təsbit edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Sübutlar, o cümlədən şahid ifadələri qanunun tələbinə görə mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etməli, həmin sübutların tamlığı, obyektivliyi, mötəbərliyi şübhə altında olmamalıdır. İş üzrə əhəmiyyət kəsb edən hallar o halda mötəbər sübut hesab olunur ki, həmin sübutların məzmununu təşkil edən məlumatlar işin həqiqi hallarına uyğun olsun. Odur ki, həmin aktın mötəbərliyinin yoxlanılması üçün məhkəmə kollegiyasının iclasıda şahidlər dindirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 bildirmişdir ki, Çaykənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. ünvan 2 ünvanında İddiaçı2 yaşamışdır. Cavabdeh1 və ailə üzvlərini son vaxtlar həmin ünvanda görmüşdür. Həyətyanı torpaqlar üçün vergi almışlar. Mübahisəli ünvanda əvvəllər İddiaçı2 yaşadığı üçün vergi bildirişləri və s. onun adına göndərirmişlər. Mübahisə başlayandan sonra isə Cavabdeh1 evin mülkiyyətçisi olmağına dair çıxarış təqdim etdiyi üçün bildirişləri artıq onun adına göndərməyə başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 bildirmişdir ki, Göygöl rayonu, Çaykənd kəndində 1991-ci ildən ailə üzvləri ilə birgə ünvan 7 ünvanında yaşamışdır. 2020-ci ilədək həmin ünvanda qeydiyyatda olmuşdur. 2020-ci ildə ünvan 8 düşmüş, lakin ünvan 7 ünvanında yaşamışdır. Mübahisəli fərdi yaşayış evində əvvəldən İddiaçı2 və ailə üzvləri yaşamışdır. İddiaçı2 qeyd olunan ünvanda yaşadığının şahidi olmuşdur. Həmin ünvanda İddiaçı2 yay aylarında həmişə görmüşdür. Qış aylarında isə bəzən görmüşdür. Həmin ünvanda Cavabdeh1 görməmişdir. Həmçinin Cavabdeh1 ona keçən ilin yay aylarında onun həmin ünvanda yaşamağına dair şahidlik etməyini təklif etmiş, o isə yalan izahat verə bilməyəcəyini deyərək imtina etmişdir. Məhkəmə iclasında şahid X35 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yaşayır. X42 Bababayev evi ilə üzbə-üzdür. 2005-ci ildən Mehman Bayramovun qonşuluğunda yaşayır. Mübahisəli ünvanda Mehman yaşamışdır. X22 evə nəzarət etməsi üçün həmin evin açarını ona vermişdir. Təxminən iki il bundan əvvəl bir neçə gün evdə olmamışdır. Qayıdanda ona məlum olmuşdur ki, kimsə evin qapısını qıraraq evə daxil olmuşdur. Bu barədə Mehman Bayramova bildirmiş, Mehman da, bununla bağlı məlumatının olduğunu bildirmişdir.

95. Kollegiya hazırki şahid ifadələrini dindirilmiş şahidlər hadisənin birbaşa məlumatı olan şəxslər olduğundan, həmçinin ifadələrin doğruluğu iş materiallarında olan digər sübutlarla məcmu təşkil etdiyindən mötəbər sübut kimi qəbul edir. Belə ki, Göygöl rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 07 avqust 2012-ci il tarixli etibarnaməyə görə, Cavabdeh1 İddiaçı1 həmin etibarnamə ilə DTXK idarələrində, dövlət arxivində, bələdiyyə idarələrində, mənzil kommunal təsərrüfatı idarəsində və DƏDRX idarələrində, dövlət notariat kontorlarında, müvafiq icra nümayəndəliyində, müvafiq banklarda, poçt şöbələrində onun nümayəndəsi olmaq, vərəsəliyi qəbul etmək, adından alğı-satqı müqavilələri bağlamaq, sənədləri toplamaq, imza atmaq, ərizə vermək və ona çatası müqavilə, çıxarış, arayışlar və digər sənədləri almağı, almağına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Birinci instansiya məhkəməsinin 02 mart 2022-ci il taricli məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı1 ifadəsindən görünür ki, ona Cavabdeh1 tərəfindən etibarnamənin verilməsində məqsəd mübahisəli evə dair sənədləşmə işlərinin görülməsi olmuş, lakin digər vərəsələrin olması səbəbindən notariat orqanında rəsmiləşdirmə işlərinin başa çatdirilması mümkün olmamışdır. Apellyasiya şikayətində cavabdeh Şəfəq Məmmədova iddiaçının ona zəng edərək taksi sürücüsü ilə etibarnamə göndərməsi, onun isə həmin etibarnaməsi imzalaması ilə bağlı dəlilini inandırıcı hesab etməmişdir. Belə ki, Göygöl rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 07 avqust 2012-ci il tarixli etibarnamədə dövlət notariusu A.Rzayev etibarnaməni Cavabdeh1 şəxsən özlərinin onun iştirakı ilə imza etmələri barədə qeyd mövcuddur. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən iddiaçının qardaşı İddiaçı1 verilmiş xx.xx.2012-ci il tarixli etibarnaməni də iddia tələbinin əsaslığını təsdiq edən sübutlardan biri kimi qiymətləndirir. Etibarnamənin məzmunundan göründüyü kimi, etibar edilənə müvafiq idarə və təşkilatlarda onun nümayəndəsi kimi çıxış etmək, vərəsəliyi qəbul etmək, adından alğı-satqı, digər müqavilələri bağlamaq, imza atmaq və digər səlahiyyətlər verilmişdir. Cavabdeh həmin etibarnamənin verilməsinin əmlakla əlaqədar vərəsəlik işlərinin aparılması ilə bağlı olduğunu qeyd etsə də, lakin belə bir etibarnamənin hər hansı bir qohumuna deyil, məhz iddiaçının qardaşına veriməsi cavabdehin qeyd etdiyindən fərqli əsasların olmasına dəlalət edir. Bundan əlavə İddiaçı2 xx.xx.2022-ci ildə DİN-nin 102 xidmətinə zəng edərək və Göygöl RPŞ-nin Sarısu PB-nə ərizə ilə müraciət edərək Cavabdeh1 ona satdığı evin qapısının qıfılını onun xəbəri olmadan sındıraraq evə daxil olması barədə məlumat vermişdir. Eyni zamanda cavabdeh X36 xx.xx.2022-ci ildə DİN-nin 102 xidmətinə zəng edərək yaçadığı Göygöl rayonunun Çaykənd kəndindəki evlərinə polis əməkdaşlarının gəlməsini tələb etmiş, daxil olmuş məlumat əsasında Sarısu PB-nin əməliyyat qrupu qeyd edilən ünvana getmiş, həmin vaxt məlum olmuşdur ki, mülki mübahisəli olan evin giriş darvazasının qıfılını sındıraraq yenisi ilə əvəz etmiş və polis əməkdaşlarını həmin ünvana dəvət etməkdə məqsədi evin açarlarının onda olması və evin ona məxsus olmasını isbat etməkdən ibarət olmuşdur. İddiaçının mübahisəli evdə yaşamasını təsdiq edən digər sübut cavabdehlərin etiraz ərizəsində həmin evi iddiaçıya satmamaları, yalnız kirayə vermklərini qeyd etməsidir. Beləliklə, cavabdehlər mübahisəli evdə yaşadıqlarını bildirsələr də, lakin 2022-ci ilə qədər mübahisəli evdə yaşadıqlarını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı dair xx.xx.2022-ci il tarixli müqavilə və abonentin saldosu isə 2022-ci il tarixə aiddir.

96. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, tərəflər arasında bağlanılmış əqd qanuna zidd əməl olmadığından, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır.

97. Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, MMin 335.2-ci maddəsi ilə bağlı (MM-in 335.2-ci maddəsinin tələbinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.) qeyd etmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İş materiallarında olan sənədlərdən və şahid ifadələrindən məlum olur ki, əqdi icra etmiş tərəfin, yəni İddiaçı2 tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün yuxarıda sadalanan bütün hallar mövcuddur.

98. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.

99. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.”

100. Cavabdeh1 birinci instansiya məhkəməsinə ünvanladığı etiraz ərizəsində xx.xx.2001-ci il tarixli aktdakı imzanın ona məxsus olduğunu, lakin məzmunun dəyişdirildiyini bildirmişdir. Həmçinin əvvəlki apellyasiya icraatı zamanı izahatında xx.xx.2001-ci il tarixli aktdakı imzanın onun imzasına oxşadığını, ola bilsin ki, iddiaçının ona boş vərəqə imza atdırdığını, bu isə evin ona kirayə verilməsi ilə bağlı ola bildiyini göstərmişdir. Cavabdehin apellyasiya şikayətinin xx.xx.2001-ci il tarixli aktdakı imzanın ona məxsus olmaması və bununla bağlı ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmələrinə baxmayaraq birinci instansiya məhkəməsinin ekspertiza təyin etməməsi dəlili bağlı apellyasiya icraatı zamanı iş üzrə məhkəmə xətşünaslıq təyin edilmiş və xx.xx.2025ci il tarixdə rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 62ci vərəqində olan xx.xx.2001-ci il tarixli “Akt”ın aşağı hissəsində “2” qrafasında “Cavabdeh1” yazılarının qarşısındakı imza – Cavabdeh1 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 62-ci vərəqində olan xx.xx.2001-ci il tarixli “Akt”dakı yazılar - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərfindən icra olunmuşdur. Cavabdehin iddia tələbinə etrazınının dəlili ondan ibarət olmuşdur ki, həmin əmlak iddiaçıya kirayə şərtləri ilə verilmişdir. Belə vəziyyətdə iddia tələbinə etirazını sübutetmə yükü işin faktiki hallarına əsasən cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçı ilə aralarında kirayə hüquq münasibətlərinin olmasının təsdiq edən heç bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququn tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Tərəflər göstərdiyi halları sübut etməlidirlər.

101. Məhkəmə kollegiyası mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan JN-491F KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi Cavabdeh1, X25 və Cavabdeh3 birgə mülkiyyətinə verilmişdir və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ilə ünvan 2 ünvanında yerləşən 0,04 ha həyətəyanı torpaq sahəsinə dair bərabər paylarla Cavabdeh1, X25, Cavabdeh3 və adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 35 nömrə vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

102. Məhkəmə kollegiyası 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı qeyd edir ki, 6604 inventar nömrəli, xx.xx.2015-ci il tarixli fərdi yaşayış evinin texniki pasportu ilə müəyyən edilir ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi X20 məxsus olmuşdur. Beləliklə iş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evinə dair mərhum X14 adına 16/7 reyestr 220 saylı qeydiyyat vəsiqəsi mövcud olmuşdur. Göygöl rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 163-4304-1215 saylı məktubdan görünür ki, Göygöl (Xanlar) rayon TİB tərəfindən verilmiş Çaykənd kəndi, kvartal 16/7 reyestr 220 saylı qeydiyyat vəsiqsəi naməlum şəraitdə itmiş və mətbuat orqanında qeydiyyat vəsiqəsinin itməsi ilə bağlı etibarsız sayılması barədə elan verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bütövlükdə (“A” tikilisi) X14 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 35 nömrə vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

103. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhum V.Həsənovdan miras qalmış, Cavabdeh1 miras qoyanın birinci növbədə vərəsəsi kimi mirası qəbul edərək sahibliyinə keçirmişdir. Sonradan isə aqrar islahatın nəticələrinə əsasən həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi cavabdehlərin mülkiyyətinə verilmişdir. Mübahisənin predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0,04 ha həyətyanı torpaq sahəsində yerləşmiş və alğı-satqının predmetini bütövlükdə həmin əmlak təşkil etmişdir.

104. İşin məhkəmə kollegiyası tərəfindən araşdırlan hallarından görünür ki, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən xx.xx.1997-ci il tarixdə verilən 2B-202 nömrəli vərəsəlik şəhadətnaməsi ilə X1 Valeh Vaqif oğlunun vərəsəsi müəyyən edilmişdir. Qeyd edilən şəhadətnamədə mirasın kütləsi kimi özəlləşdirmə çekləri göstərilmişdir. Göygöl rayon notariat kontorunun xx.xx.2012-ci il tarixli, 2v-1-946 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə Cavabdeh1 X14 qanun üzrə vərəsəsi müəyyən edilmiş, şəhadətnamədə miras əmlak kimi yalnız bankda olan pul göstərilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunmuş vərəsəlik şəhadətnamələri ünvan 11 ünvanında olan əmlakla bağlı olmamışdır.

105. Məhkəmə kollegiyası digər cavabdehlərə münasibətdə qeyd edir ki, digər cavabdehlər olan Rauf və Raifənin müvafiq olaraq 2007 və 2009-cu illərdə yetkinlik yaşına çatdıqdan uzun zaman kəsiyində iddiaçının fərdi yaşayış evi və torpaq sahəsinə sahiblik edərək, ondan öz əmlakı kimi istifadə etməsinə etiraz etmədikləri nəzərə alınarasa, bununla onlar tərəfindən anaları Cavabdeh1 2001-ci ildə bağladığı əqdin onlar tərəfindən mübahisələndirilmədiyinə, başqa sözlə bəyənildiyinə dəlalət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərında qeyd edilir ki, mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evindən və tikililərdən ibarət miras əmlaka dair vərəsəlik şəhadətnaməsini almaları, sonradan həmin evə dair mülkiyyət hüquqlarını reyerstrdə qeydə aldırmaqları və ipoteka qoymaqla sərəncam vermələrinə dair hərəkətləri iddiaçılar tərəfində uzun müddət ərzində mübahisəıləndirilmədiyindən onlar tərəfindən bəyənilmə kimi qiymətləndirilməlidir.

106. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu tələblərə iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərında qeyd edilir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Hazırkı halda da, mübahisə əqdin bağlanmış hesab edilməsi tələbi ilə bağlı olduğundan kollegiya hesab edir ki, iddia müddəti institutu tətbiq edilə bilməz.

107. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən edilməlidir.

108. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Göygöl Rayon Məhkəməsinin 2(066)-270/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Həsənova (Süleymanova) Raifə Vaqif qızı və Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-270/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı2 ilə Cavabdeh1 arasında olan xx.xx.2001-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar