Məhkəmə qərarları › İş №2(104)-1539/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1539/2024

24.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1539/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, iddiaçı Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı və iddiaçılar İddiaçı1 Rəşad qızı və İddiaçı2 Rəşad oğlunun qanuni nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “əmlaka payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-86/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 3/6 hissəsi Cavabdeh, 1/6 hissəsi İddiaçı1 Rəşad qızına, 1/6 hissəsi İddiaçı2 Rəşad oğluna və 1/6 hissəsi Nümayəndə xx.xx.2022-ci ildən məxsusdur.

2. Gəncə “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Rəşad oğlu xx.xx.2016-cı ildə Göygöl rayonunda doğulmuşdur. X1 ilə Nümayəndədır.

3. Gəncə “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Rəşad qızı xx.xx.2014-cü ildə Göygöl rayonunda doğulmuşdur. X1 ilə X3r.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3304 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən 32B nömrəli fərdi yaşayış evindən X2 1/6 hissədə, X4 1/6 hissədə və İddiaçı2 Rəşad oğluna 1/6 hissədə paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/85xx-xx/8274 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, ev 32”B” nömrəli fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 79200.0 manat (1075 x 73,7), 10% azalma əmsalı tətbiq edilməklə həmin tikilinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (79200-10%) 71280,0 manat məbləğində müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı və iddiaçılar İddiaçı1 Rəşad qızı və İddiaçı2 Rəşad oğlunun qanuni nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, ev 32 "B"-nin 3/6 hissədə onlara, 3/6 hissədə isə cavabdehə münasibətdə naturada bölgüsünün aparılması, bölgü mümkün olmadıqda mülkün açıq hərracda satılmaqla pulun aralarında bölünməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mülk paylı mülkiyyət hüququ ilə ona və nümayəndəsi olduğu uşaqlara və cavabdehə məxsusdur. Onların cavabdehlə münasibətləri normal deyildir. Ona görə də mülkün bölgüsünün aparılmasına zəruri ehtiyac yaranmışdır. Mülkün hərracda bölgüsü mümkün olmasa mülk hərracda satılmalı və dəyəri paylara uyğun olaraq bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-86/2024 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, Nümayəndə 1/6 hissədə, İddiaçı1 Rəşad qızının 1/6 hissədə, İddiaçı2 Rəşad oğlunun 1/6 hissədə və Cavabdeh 3/6 hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, ev 32 "B" nömrəli fərdi yaşayış evi açıq hərracda satılaraq satışdan əldə edilən pulun Nümayəndə, İddiaçı1 Rəşad qızının, İddiaçı2 Rəşad oğlunun və Cavabdeh paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlak paylı mülkiyyət hüququ əsasında iddiaçılar və cavabdehə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan yaşayış sahəsinə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmişdir. Tərəflər payın müqabilində kompensasiyanın verilməsi barədə də razılığa gələ bilməmişdir. Belə ki, iddiaçı tərəfdən ünvanlanmış təklifə cavabdeh hər hansı cavab verməmiş, belə olan halda təkliflə razılaşmamışdır. Belə ki, Mülki Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi mümkün olmamışdır. Belə olan halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitin tərəflərin paylarına uyğun bölünməsi yolu ilə mümkündür.

10. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 220.1, 220.3, 220.5, 220.6, 221, 329.4-cü maddələrinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 191.3, 216, 217, 217.4, 218, 219, 220, 357 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-86/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin evin qiymətinə aid hissədə ləğv edilməsini, həmin hissəyə yenidən baxılaraq evin qiymətinə aid hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin hallarını tam araşdırmadan iddianı təmin etmişdir. Qətnamədə göstərilən mənzilin bazar qiyməti yəni 71280 manat reallığa uyğun deyildir. Belə ki, ev çox köhnə tikilişli, təmirsiz, yaşamağa az yararlı bir evdir. Evin bu qiymətə qiymətləndirilməsini əsassız hesab etmişdir. Evə yenidən baxış keçirilməlidir. Odur ki, məhkəmədən baxış keçirilərkən evin real qiymətinə uyğun hərrac keçirilməsini və həmin qiymətə uyğun iddiaçıların payının bölünməsini xahiş etmişdir. Hərrac vaxtı təyin olunmuş məbləği iddiaçıların payına uyğun olaraq ödəməyə razıdır. Apellyasiya şikayətinə əlavə edəcəyi şəkillərdən də evin real qiyməti bəlli olacaqdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, obyekt onun tərəfindən tikilmişdir. Ev qiymətləndirilən zaman zəbt torpaq sahəsi və obyekt də nəzərə alınmışdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunun bildirib təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

18. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

19. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

20. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

28. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apelyasya şikayətində qətnamə cavabdeh tərəfindən evin qiymətləndirilməsi hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-86/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlak paylı mülkiyyət hüququ əsasında iddiaçılar və cavabdehə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan yaşayış sahəsinə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmişdir. Tərəflər payın müqabilində kompensasiyanın verilməsi barədə də, razılığa gələ bilməmişdir. Belə ki, iddiaçı tərəfdən ünvanlanmış təklifə cavabdeh hər hansı cavab verməmiş, belə olan halda təkliflə razılaşmamışdır. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də, paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi mümkün olmamışdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh qətnamənin mübahisəli fərdi yaşayış evinin hərracdan satılması hissəsi ilə razılaşsa da, mübahisəli evin qiyməti razı olmadığını bildirmiş və həmin hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir.

35. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi məqsədilə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/85xx-xx/8274 nömrəli ekspert rəyi ilə Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, ev 32”B” nömrəli fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 79200.0 manat (1075 x 73,7), 10% azalma əmsalı tətbiq edilməklə həmin tikilinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (79200-10%) 71280,0 manat məbləğində müəyyən edilmişdir.

36. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi məqsədilə ekspertiza təyin etsə də, qətnamədə mübahisəli fərdi yaşayış evinin ilkin hərrac qiymətini müəyyən etməmişdir. Qətnamə ilə mübahisəli fərdi yaşayış evinin ilkin hərrac qiyməti müəyyən edilmədiyindən cavabdehin qətnamə ilə müyyən edilməyən hissədən şikayət etməsi də əsassızdır.

37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-86/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-86/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-86/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar