Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-156/2024 07.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh və qarşılıqlı iddia üzrə cavabdeh Gəncə şəhər Kəpəz Bələdiyyəsin nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz inşa etdirdiyi tikililərin onun vəsaiti hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi tələbinə, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(125)-1436/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,04 hektar torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, Gəncə şəhəri X1 Elnur Ərəstun oğlu ilə bağladığı 19 fevral 2020-ci il tarixdə 4Ə-237 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən 0,04 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(125)-1436/2022 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) ilk iddianın təmin edilməsi, 29 mart 2020-ci il tarixli, **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsinin Cavabdeh zəbtindən azad olunması, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş bütün tikilinin onun vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 100 manat xidmət haqqının Cavabdeh alınıb İddiaçı verilməsi, Cavabdeh İddiaçı və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı “alqısatqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli 2(104)-483/2023 nömrəli qətnaməsi ilə (hakimlər - Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 04 noaybr 2022-ci il tarixli, 2(125)-1436/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli, 2(102)-2090/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli 2(104)-483/2023 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, eləcədə ilkin iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh, məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək təsdiq olunmasını, birinci instansiya məhkıəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının iştirak edən Gəncə şəhər Kəpəz Bələdiyyəsinin nümayəndəsi barızışıq sazişinin təsdiq olunmasını məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cabvabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında 05 noyabr 2024-cü il tarixlı barışıq sazişindən müəyyən olunur ki, sonuncular aşağıda göstərilən məzmunda barışıq sazişi bağlamışlar. Birinci tərəf: Mən, mülkiyyətimdə olan, Gəncə şəhəri, Nətavan 2 qəsəbəsi, Xosrov Məmmədov küçəsi 39A ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin 6000 manat pul müqabilində Cavabdehnm mülkiyyətinə verməyi, pulun 3500 manat hissəsini bu barışıq sazişi imzalanan tarixdə, qalan 2500 manat hissəsini isə 28 iyul 2025-ci il tarixdə almağı öhdəmə götürürəm. İkinci tərəf: Mən, Cavabdeh bu razılaşma imzalanan tarixdə İddiaçı xüsusi mülkiyyətində olan, Gəncə şəhəri, Nətavan 2 qəsəbəsi, Xosrov Məmmədov küçəsi 39A ünvanda yeıiəşən 0,04 ha toraq sahəsinin mənim mülkiyyətimə verilməsi üçün ona bu razılaşma imzalanan anda 3500 manat verməyi, qalan 2500 manat pulu isə 28 iyul 2025-ci il tarixdə ödəməyi öhdəmə götürürəm. Həmçinin Gəncə şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(125)- 1436/2024 saylı qətnaməsindən veridyim apellyasiya şikayətinə baxılmasından imtina etəmək barədə Gəncə Apellyasiya Məhkəməsinə ərizə təqdim etməyi öhdəmə götiirürəm. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə kollegiyasına ərizə təqdim edərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3. maddəsinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1. maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370.1. maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2. maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunvericiliyin tələbinə uyğundur və hər iki tərəf sazişi imzalamışdır. Ona görə də kollegiya hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2.4 maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 263-264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh arasında bağlanmış 05 noyabr 2024cü il tarixli barışıq şazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Birinci tərəf: İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Nətavan 2 qəsəbəsi. Xosrov Məmmədov kiiçəsi 39A ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin 6000 manat pul müqabilində Cavabdeh mülkiyyətinə verməyi, pulun 3500 manat hissəsini bu barışıq sazişi imzalanan tarixdə, qalan 2500 manat hissəsini isə 28 iyul 2025-ci il tarixdə almağı öhdənə götürür.
2. İkinci tərəf: Cavabdeh bu razılaşma imzalanan tarixdə İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 3 ünvanda yeıiəşən 0,04 ha toraq sahəsinin onun mülkiyyətimə verilməsi üçün bu razılaşma imzalanan anda ona 3500 manat verməyi, qalan 2500 manat pulu isə 28 iyul 2025-ci il tarixdə ödəməyi öhdəsinə götürür.
3. Həmçinin apellyasiya şikayəti verən şəxs Gəncə şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(125)-1436/2024 saylı qətnaməsindən veridyi apellyasiya şikayətinə baxılmasından imtina etəmək barədə Gəncə Apellyasiya Məhkəməsinə ərizə təqdim etməyi öhdəsinə götürür. Gəncə Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(125)-1436/2022 nömrəli qətnaməsi ləğv edilsin və işin icraatına xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.