Məhkəmə qərarları › İş №2(104)-1579/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1579/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1579/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3968/2023 saylı mülki iş üzrə 04 may 2023-cü il tarixli qərardadından ərizəçi Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızının nümayəndəsi vəkil X5 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Cəfərova (Quliyeva) X3 Zenfira Muxtar qızını, Maraqlı şəxs2, Maraqlı şəxs3, Quliyeva (Abbasova) Kəmalə Yaşar qızını və Maraqlı şəxs5 maraqlı şəxslər kimi gösərərək, mərhum atası X1 miras qalmış Gəncə şəhəri, Sədi küçəsində yerləşən 31 nömrəli evin 11 nömrəli mənzilində yerləşən əmlak üzərində vəsiyyət və qanun üzrə vərəsəlik hüququnun tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-3968/2023 nömrəli qərardadı ilə həmin ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. 11 may 2023-cü il tarixdə Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızının nümayəndəsi vəkil X5 tərəfindən Gəncə Şəhər Məhkəməsinin 04 may 2023- cü il tarixli, 2(125)- 3968/2023 nömrəli qərardadından verilmiş şikayət məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin yaşayış yeri Gəncə şəhəri olduğundan və hazırki iddia tələbi üzrə ərizəçi tərəfindən miras əmlakı qəbul etdiyindən artıq mülkiyyətçi olmaqla faktiki yaşayış yeri də Gəncə şəhəri olduğundan, istər müstəsna aidiyyat üzrə, istərsə də yaşayış yerinə münasibətdə ərazi aidiyyatına əsasən ərizəçi tərəfindən ərazi aidiyyatı düzgün seçilmişdir. Bu baxımdan hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Ona görə də Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-3968/2023 nömrəli qərardadının ləğv olunmasını və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3968/2023 saylı mülki iş üzrə 12 may 2023-cü il tarixli qərardadı ilə (hakim:C.Quliyev) şikayəti təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3968/2023 saylı mülki iş üzrə 04 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasıнын MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, Ərizəçi Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatdadır. Ona görə də məhkəmə tərəfindən ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmış və ona ərizə ilə Samux Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir İş materiallarında Ərizəçi yaşayış yeri barədə olan rəsmi sənədlərdən müəyyən olunur ki, Ərizəçi yaşayış yeri üzrə Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir, ərizəçi Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızının ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Ərizə məhz mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı ərizədir və müstəsna aidiyyət qaydasında baxılmalı məsələ deyildir. Ona görə də Ərizəçi nümayəndəsi vəkil X2 şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3968/2023 saylı mülki iş üzrə 04 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3968/2023 saylı mülki iş üzrə 04 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar