Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1580/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Şəmkir Rayon 1 saylı notariat ofisinə, Cavabdeh5 Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqavilələrinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsızlığı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X10 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı4, İddiaçı5, İddiaçı6, eyni zamanda iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh7 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Şəmkir Rayon 1 saylı notariat ofisinə, Cavabdeh5 Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi, xüsusi qərar çıxarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-504/2024 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-703 nömrəli (KOD ********) saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 may tarixli 51 nömrəli qərarı ilə X15, X11, İddiaçı3 Hümbət qızına, X6, X16, İddiaçı2 Nurəddin oğluna, X26, X17 və İddiaçı1 Şəmkir rayonu Keçili kəndinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,89 ha torpaq sahəsi mülkiyyət verilmişdir.
2. 06.03.2023-cü il tarixli, AZ-İİ seriyalı 337301 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X27 xx.xx.2002-ci ildə ölmüşdür.
3. 17.03.2023-cü il tarixli 3-16-5/6-13-Q-32-6/23 nömrəli Dövlət Notariat Arxivinin tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir rayonu 1 saylı dövlət notariat ofisində 30 aprel 2002-ci il tarixdə 4Ə-121 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Şəmkir rayonu 1 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2002-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən X12 adına notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Qeyd olunan müqavilənin Dövlət notariat arxivində saxlanılan nüsxələrində 121 reyestr nömrəli müqavilənin 01 may 2002-ci il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən müqaviləyə dair notariat işinin kserosurətinin verilməsi imkan xaricində olduğu qeyd edilmişdir.
4. xx.xx.2002-ci il tarixli 4Ə-121 reyestr nömrəli alqı-satqı müqavilənin surətindən görünür ki, X2 İnqilab Əli oğluna Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 may tarixli 51 nömrəli qərarı ilə ona verilmiş, Şəmkir rayon Keçili kəndində yerləşən 2.89 ha torpaq sahəsini 3 000 000 manata satmışdır.
5. 01.05.2002-ci il tarixli, 4Ə-121 nömrəli alqı-satqı müqavilənin təsdiqlənmiş surətindən görünür ki, X3 rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 yanvar tarixli, 41 nömrəli qərarı ilə ona verilmiş Şəmkir rayonu Qapanlı kəndində yerləşən 7.90 ha torpaq sahəsini X22 8 000 00 manata satmışdır.
6. 16 iyun 2023-cü il tarixli 3-21-3-40/2-3393/2023 nömrəli arayışdan görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə 24 oktyabr 1998-ci il tarixli, JN-703 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi bütövlüklə Şəmkir 1 nömrəli dövlət notariat kontorunun 30 aprel 2002-ci il tarixli, 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. 2.89 ha torpaq sahəsinin 703Z konturu 0.0984 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat kontorunun 06 iyul 2017-ci il tarixli, 4Ə-1054 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və onun adına 05 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 2.89 ha torpaq sahəsinin 703 konturu 2.6266 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Tovuz regional "ASAN xidmət" mərkəzinin notariat ofisinin 03 dekabr 2020-ci il tarixli, 4Ə-1199 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 adına özgəninkiləşdirilmiş və onun adına 24 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 2.89 ha torpaq sahəsinin 703M konturu 0.1634 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat ofisinin 11 sentyabr 2019-cu il tarixli, 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına özgəninkiləşdirilmiş və onun adına 17 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
7. xx.xx.2011-ci il tarixli, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.0984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir.
8. 06.07.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, xx.xx.2011-ci il tarixli, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ona məxsus olan Şəmkir rayon, Keçili kəndi ərazisində yerləşən 0.0984 ha torpaq sahəsini Cavabdeh2 4000 manata satmışdır.
9. xx.xx.2011-ci il tarixli, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir.
10. 11.09.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, xx.xx.2011-ci il tarixli, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ona məxsus olan Şəmkir rayonu, Keçili kəndi ərazisində yerləşən 0.4252 ha torpaq sahəsini Cavabdeh3 1000 manata satmışdır.
11. xx.xx.2011-ci il tarixli, **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 3.3275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir.
12. 11.09.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, xx.xx.2011-ci il tarixli, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ona məxsus olan Şəmkir rayonu, Keçili kəndi ərazisində yerləşən 3.3275 ha torpaq sahəsini Cavabdeh7 5000 manata satmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Şəmkir Rayon 1 saylı notariat ofisinə, Cavabdeh5 Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi, xüsusi qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu 1 saylı Dövlət Notariat Kontorunda onların adına olan JN-703 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktında olan 2,89 ha torpaq sahəsinə dair bağlanılmış 30 aprel 2002-ci il tarixli 4Ə-121 reyestr nömrəli Cavabdeh1 guya onlardan bağladığı saxta alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın və 02 iyul 2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında həmin torpaq sahəsinin 703Z konturu 0,0984 hektar hissəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış 06 iyul 2017-ci il tarixli 40-1054 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh7 arasında Tovuz Regional "ASAN Xidmət Mərkəzinin Notariat Ofisində bu torpaq sahəsinin 703 konturu 2.6266 hektar hissəsinə dair bağlanılmış 03 dekabr 2020-ci il tarixli 40-1199 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh7 adına verilmiş 24 dekabr 2020-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə, Cavabdeh1 ilə cavabdeh X30 arasında həmin torpaq sahəsinin 703 M konturu 0,1634 hektar hissəsinə dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda 11 sentyabr 2019-cu il tarixdə bağlanılmış 40-1954 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh X19 adına verilmiş 17 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması və torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq, onlara qaytarılması barədə qətnamə çıxarılmasını, saxtakarlıq və digər cinayətlər barədə xüsusi qərar çıxarılıb prokurora xəbər verilməsini xahiş etmişlər.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 may tarixli 51 nömrəli qərarı ilə X15, X11, İddiaçı3 Hümbət qızına, X7. X16, İddiaçı2 Nurəddin oğluna, X26, X17 və İddiaçı1 Şəmkir rayonu Keçili kəndinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,89 ha torpaq sahəsi mülkiyyət verilmişdir. Torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair JN 703 KOD 50411018 "Torpağa Mülkiyyət Hüququna dair" dövlət aktı hazırlanıb verilmişdir. Torpaq sahəsi Qaratel Quliyeva tərəfindən istifadə edilməsi üçün Cavabdeh1 verilmişdir. Torpaq sahələri istifadə etdiyinə görə Cavabdeh1 hər il natura şəklində haqq ödəmişdir. Qaratel Quliyeva 2002-ci ilin may ayında vəfat etmişdir. O, vəfat etdikdən sonra da Cavabdeh1 onlara torpaq sahəsindən istifadə etdiyi üçün 2022-ci ilədək hər il haqq ödəmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində onlar Cavabdeh1 torpaq sahəsini onlara qaytarmasını, özləri əkib-becərmək istədiklərini bildirmişlər. Həmin vaxt Cavabdeh1 onlara torpaq sahəsinin onun adına olduğunu, buna görə torpağı qaytarmayacağını bildirmişdir. Buna görə 2022-ci ilin avqust ayında İddiaçı3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərizə İdarəsinə torpaq sahəsinin hüquqi vəziyyətini öyrənmək üçün müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərizə İdarəsinin verdiyi məktubundan onlara Cavabdeh1 torpaq sahəsini öz adına keçirtməsi məlum olmuşdur. Bundan sonra 2023-cü ilin mart ayında İddiaçı1 da öz növbəsində Dövlət Aktında qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona çıxarış verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 11 saylı Şəmkir Ərazi İdarəsi ona imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd edilən 2.89 torpaq sahəsi bütövlükdə Şəmkir 1 nömrəli Dövlət Notariat Kontorunun 30 aprel 2002-ci il tarixli 40-121 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 11 saylı Şəmkir Ərazi İdarəsinə guya 2.89 ha torpaq sahəsinin X27 tərəfindən ona satılması barədə təqdim etdiyi 30 aprel 2002-ci il tarixli 4- 121 reyestr nömrəli alqısatqı müqaviləsi saxtadır. Belə ki, Şəmkir 1 nömrəli Notariat Kontorunda bağlanmış 40- 121 reyestr nömrəli alqı-satqı müqaviləsi tamamilə başqa şəxslər arasında bağlanmışdır, həmin müqavilənin bağlanma tarixi 30 aprel 2002-ci il deyil, 01 may 2002-ci ildir. Bundan başqa həmin torpaq sahəsi təkcə X15 məxsus olmamışdır ki, sonuncu onu bütövlükdə Cavabdeh1 sata bilsin. Torpaq sahəsi Qaratel Quliyeva da daxil olmaqla 9 nəfərə məxsus olmuşdur. Buna görə hətta belə bir alqı-satqı müqaviləsi bağlanmış olsa belə həmin müqavilə tamamilə qanunsuzdur və notariat orqanı belə bir müqaviləni bağlaya və təsdiq edə bilməzdi. Həmçinin qeyd etmək istəyir ki, Qaratel Quliyevanın 95 yaşı olmuş, ölməmişdən 5 il əvvəl yataq xəstəsi olmuşdur. Buna qörə Notariat Kontoruna gedib müqavilə imzalaya bilməzdi. Onu da qeyd edirlər ki, iki alqısatqı müqaviləsində olan imzaları müqayisə etdikdə görünür ki, 30 aprel 2002-ci il tarixli müqavilədəki imza həqiqi deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Odur ki, qeyd edilən alqı-satqı müqavilələrinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, ləğv edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Digər bir tərəfdən qeyd edirlər ki, bu saxta müqavilə əsasında onların torpaq sahələri 3 hissəyə bölünərək başqa şəxslərə satılmış və onların da adına, yuxarıdakı digər cavabdehlərin də adına saxta müqavilədən əldə olunmuş əmlaka dair reyestrdən çıxarışlar verilmişdir. Həmin müqavilələr də etibarsız hesab edilməli və verilən çıxarışlar ləğv olunmalıdır.
15. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-504/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi), iddianın qismən təmin edilməsi, X4 ilə Cavabdeh1 arasında, Şəmkir rayon 1 saylı notariat kontorunda xx.xx.2002–ci il tarixdə 4Ə–121 reyestr nömrə ilə qeydə alınmış, Şəmkir rayonu Keçili kəndində yerləşən 2.89 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin satılmasına dair bağlanmış alqı– satqı müqaviləsi etibarsız sayılması, Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyul 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın tam, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 0.1634 hissəsində, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 2.6266 ha hissəsində ləğv edilməsi, iddia Cavabdeh1 ilə digər Cavabdeh2 arasında həmin torpaq sahəsinin 703Z konturu 0,0984 hektar hissəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış 06 iyul 2017ci il tarixli 4Ə1054 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh7 arasında Tovuz Regional "ASAN Xidmət Mərkəzinin Notariat Ofisində bu torpaq sahəsinin 703 konturu 2.6266 hektar hissəsinə dair bağlanılmış 03 dekabr 2020-ci il tarixli 4Ə-1199 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh7 adına verilmiş 24 dekabr 2020-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin torpaq sahəsinin 703 M konturu 0,1634 hektar hissəsinə dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda 11 sentyabr 2019-cu il tarixdə bağlanılmış 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş 17 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması, torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq iddiaçılara qaytarılması hissəsində təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 gələcəkdə 30 aprel 2002-ci il tarixli 4Ə-121 reyestr saylı alqı-satqı müqaviləsinin bağlanması nəticəsində onlara vurulmuş ziyanla bağlı zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onların payına uyğun olan hissəsinin verilməsini tələb etmək hüquqlarının izah edilməsi qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 140, 144.1, 152.1, 324.1 324.2 324.4 324.5 329.1, 331, 334.1, 337.1, 337.3, 406.1, 407.1 və 407.2-ci maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli Qərarına, “15.09.14 H.Cəfərovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 88, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-504/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Şəmkir Rayon Məhkəməsi iddianı təmin etməməsini həmin torpaq sahələrinin cavabdehlərə pul müqabilində alqı-satqı olunmasını və bu səbəbdən də vicdanlı alıcı olaraq həmin alqı-satqı müqavilələrinin etibarsız və ya ləğv edilməsi ilə onların yəni alıcıların hüquqlarının pozulması kimi və ya pozulacağı kimi qiymətləndirilməsi olmuşdur. Həmin alqı-satqı müqavilələri ona görəetibarsız hesab edilməlidir ki, müqavilə ümumiyyətlə mövcud deyil və onlar tərəflərindən imza edilməmiş və onların iradə ifadələri olmadan ilkin alqı-satqı saxta şəkildə hazırlanmışdır. Birinci instansiya məhkəməsində aprılan bu işdə təsdiq olunur ki, bu alqı-satqı saxtakarlıqla aparılmışdır və ondan sonrakı bağlanmış müqavilələr saxta əqdə əsaslandığına görə həmin əqdlərində hüquqi nəticəsi etibarsız hesab edilməlidir. Yəni, bu halı birinci instansiya məhkəməsi olan Şəmkir rayon Məhkəməsi yəni hakim Həvayət Məhəmmədi unutmuşdur və həmin hallara hüquqi qiymət verməmişdir. Bu cür məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, Azərbaycan Respublikası Konistutusiya Məhkəməsinin Plenumu müvafiq president xarakterli qərarlarda var və həmin qərarlara istinad etmədən Şəmkir rayon Məhkəməsi iddialarının təmin edilməməsi və rədd edilməsi barədə hüquqi və qanuni əsası olmayan qətnamə qət etmiş olmuşdur. Eyni zamanda Şəmkir rayon Məhkəməsi müvafiq notariat orqanını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və digər maraqlı və üçüncü şəxsləri işə cəlb etmədən və eyni zamanda digər alqı-satqı olunmuş şəxsləri işə cəlb etmədən tərəflərin iştirakını tam şəkildə təmin etmədən kobud prosessual pozuntuya yol verməklə qətnamə qət etdiyinə görə həmin qətnamə kobud prosessual pozuntuya əsasən Şəmkir rayon Məhkəməsinin 2(076)-504/2024 saylı 2 aprel 2024-cü il tarixli qətnaməsi elə o səbəbdən də ləğv oluna bilər.
19. Həmçinin, Cavabdeh1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-504/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçıların adına verilmiş 2.89 ha torpaq sahəsini qanuni əsaslarla almışam. Hətta Keçili kənd İƏD-i üzrə Nümayəndəlikdə bu barədə aktimzalanıb və məndən pul almaqları barədə qəbzə imza atıblar. Həmin akta bütün ailə üzvləri imza edib. İddiaçı iddia ərizəsində şər və böhtan olaraq qeyd etmişdir ki, guya o onlara 2022-ci ilədək haqq vermişdir. Əslində isə o həmin torpaq sahəsini qanuni əsaslarla öz adına sənədləşdirib 15 ilə yaxındır ki, başqa şəxslərə satmışdır. İddiaçı isə DƏDRX-nin bir məktubu ilə iddia ərizəsi vermişdir. Məhkəmə isə ona icraata qəbul etmişdir. Hesab edirə ki, məhkəmə həmin iddianı icraata qəbul etməməli idi. İddiaçılar uşaq olmuşdur onun valideynlərinin və özlərinin halallığı eləcə də qanuni əsaslarla torpaq sahəsini almış, sənədləşdirib başqa şəxslərə satmışdır. Bu proseslər hamısı onların gözü qarşısında olub və vaxtında heç bir narazılıqları olmayıb. İndi isə ondan pul tələb etmək məqsədi ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etmişlər.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh7 nümayəndəsi (vəkili) Vəkil2 iddiaçıların nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, qalan hissədə isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı7, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Şəmkir Rayon 1 saylı notariat ofisinin nümayəndəsi, Cavabdeh5 Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
30. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
32. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
33. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
34. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
35. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
36. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
37. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
38. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
39. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
40. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.
42. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
44. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
45. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı.
46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
“15.09.14 H.Cəfərovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarı
47. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı
48. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
49. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
50. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
60. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
62. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
63. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
64. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
66. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 504/2024 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyul 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın tam, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 0.1634 hissəsində, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 2.6266 ha hissəsində ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla həmin hissə üzrə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
68. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə 24 oktyabr 1998-ci il tarixli, JN-703 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu Keçili kəndi ərazisində 2.89 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kənd sakinləri X12, X8, İddiaçı3 Hümbət qızının, X5, X13, İddiaçı2 Nurəddin oğlunun, X23, X14 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilmiş və onların hər birinin payı bərabər olmuşdur. X27 xx.xx.2002-ci ildə ölmüşdür. X4 ilə Cavabdeh1 arasında olan, xx.xx.2002-ci il tarixli 4Ə121 reyestrdə qeydə alınması göstərilən alqı-satqı müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılmamışdır. Eləcə də, paylı mülkiyətin digər mülkiyyətçiləri iddiaçılar X24, İddiaçı3 Hümbət qızı, X20, X28, İddiaçı2 Nurəddin oğlu, X32, X29 və İddiaçı1 həmin alqı– satqı müqaviləsində tərəf olmamışdır. 2.89 ha torpaq sahəsinin 703M konturu 0.1634 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat ofisinin 11 sentyabr 2019-cu il tarixli, 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına özgəninkiləşdirilmiş və onun adına 17 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 2.89 ha torpaq sahəsinin 703Z konturu 0.0984 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat kontorunun 06 iyul 2017-ci il tarixli, 4Ə-1054 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və onun adına 05 aprel 2022ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 2.89 ha torpaq sahəsinin 703 konturu 2.6266 ha hissəsinə dair Cavabdeh1 adına 02 iyul 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 03 dekabr 2020-ci il tarixli, 4Ə-1199 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 adına özgəninkiləşdirilmiş və onun adına 24 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi hazırda çıxarışlara uyğun olaraq Cavabdeh2, Cavabdeh7 və Cavabdeh3 Məsdan qızının istifadəsindədir. (tərəflərin izahatları, işə əlavə edilmiş Cavabdeh7 adına olan yüklülük çıxarışı) Hazırda alqı-satqı müqaviləsi və onun əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar və bağlanmış alqı-satqı müqavilələri iddiaçılar tərəfindən mübahisələndirilmişdir.
69. Mülki qanunverciliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).
70. Məhkəmə kollegiyası iddia ərizəsində qoyulmuş tələbləri işin halları baxımından araşdıraraq hesab edir ki, ilk öncə xx.xx.2002-ci il tarixli, 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsinə qiymət verilməsi zəruridir. Çünki, həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 “vicdanlı sahib” və ya “vicdansız sahib” olmasının müəyyən edilməsi onun hüquqlarının qorunması baxımından ən zəruri haldır. Məhz ondan sonra iddiada göstərilən digər tələblərə qiymət verilməlidir.
71. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəə-pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir.
72. Qanunun müəyyənləşdirdiyi bu yolla əldə edilən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 157-ci maddəsi ilə qorunur. Bununla yanaşı, qanunvericilik belə münasibətlər cərəyan edən zaman mülkiyyət hüquqlarının mümkün pozulması imkanlarını da nəzərdən qaçırmır və buna qarşı müvafiq hüquq müdafiə vasitələri müəyyən edir. Daşınmaz əmlak üzərində qanunsuz yolla mülkiyyət hüququ əldə etmiş şəxsin həmin əmlakı özgəninkiləşdirməsi də rast gəlinən belə mümkün pozuntulardandır.
73. Hazırki işdən görünür ki, mübahisə üzrə tərəflər arasında qanunla müəyyən edilmiş formada, yəni notariat qaydasında təsdiqlənməli olan daşınmaz əmlakın alqısatqısı barədə müqavilə bağlanmamışdır. Mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçiləri öz əmlaklarını satmaları ilə bağlı iradələrini ifadə etməmişdir.
74. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisinin müqaviləni bağlayarkən iradə ifadələrinin həqiqiliyi ağlabatan mühakimə əsasında araşdırıldıqdan sonra mübahisələndirilən alqı–satqı müqaviləsinin etibarlı olub– olmaması müəyyən edilməlidir.
75. Mülki Məcəllənin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
76. Nəzərə alınmaldır ki, qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir.
77. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
78. Ona görə də mübahisə üzrə düzgün qərar qəbul edilməsi üçün ilk növbədə, Cavabdeh1 mübahisəli torpaq sahəsi üzrə vicdanlı və ya vicdansız sahibi olması məsələsi aydınlaşdırılmalıdır.
79. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir dövriyyə iştirakçısı, əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı əldə edən qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da əldə edən vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı əldə edən əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı əldə edənin əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
80. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
81. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
82. Mülki Məcəllənin 182-ci maddəsi əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olduğunu müəyyən edir. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
83. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən müddəalar alqı-satqı müqaviləsi bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatına etimad prezumpsiyasını ehtiva edir. Bu səbəbdən satılan əmlakın satıcının mülkiyyətində olduğu, eləcə də həmin əmlakın üzərində hər hansı məhdudiyyət və yüklülüyün qeydə alınmadığı daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatla öz təsdiqini tapırsa, alıcının hüquqları qorunur.
84. Araşdırılmış sübutlar ilə də müəyyən edilir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin xx.xx.2002-ci il tarixdə X4 tərəfindən imzalanması qeyd edilsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X4 ilə Cavabdeh1 arasında notariat hərəkətləri aparılmamış və o barədə heç bir rəsmi qeyd aşkar olunmamışdır. X27 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin 4Ə-121 nömrəli reyestrlə qeydə alındığı göstərilmiş olsa da, 4Ə-121 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə X1 Elçin Həsrət oğlu arasında bağlanmışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmamışdır.
85. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
86. Məhkəmə kollegiyası hesab edir ki, X4 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin notariat reyestrində qeydiyyata alınmaması, həmin müqavilənin etibarsızlığına əsas olan hal kimi qiymətləndirilməlidir.
87. İşin hallarından da göründüyü kimi, Cavabdeh1 istinad etdiyi alqı-satqı müqaviləsi ilə bağlı qanunda nəzərdə tutulmuş qaydada notariat hərəkətləri aparılmadığı halda həmin müqavilənin notariat qaydada təsdiqləndiyi qeyd edilmişdir. Belə olan halda həmin mübahisəli müqavilə əhəmiyyətsiz əqd olmuşdur.
88. Məhkəmə kollegiyası işin qeyd olunan hallarına əsasən qənaətə gəlir ki, hazırkı mübahisə üzrə Cavabdeh1 ilə iddiaçılar arasında qanunla müəyyən edilmiş formada, yəni notariat qaydasında təsdiqlənməli olan daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. Hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi isə paylı mülkiyyətin yalnız bir mülkiyyətçisi, yəni X4 ilə bağlanması göstərilsə də, iş materialları ilə onlar arasında alqı-satqı müqaviləsinin bağlanması təkzib edilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar və X4 dövlət tərəfindən tanınan və qorunan hüquqlarından istifadə edərək qanunda nəzərdə tutulmuş qaydada, yəni yazılı formaya riayət edilməklə iradələrini sərbəst surətdə ifadə etməklə, notariat qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, özlərinə məxsus əmlakı cavabdehə satmamışlar. Cavabdeh1 isə iddiaçılara məxsus torpaq sahəsini əldə edən zaman vicdanlı olmamışdır.
89. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Qeyd olunan Məcəllənin 215.5-ci maddəsinə görə isə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
90. Digər tərəfdən, iddia tələbinin Cavabdeh1 ilə digər Cavabdeh2 arasında həmin torpaq sahəsinin 703Z konturu 0,0984 hektar hissəsinə dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmış 06 iyul 2017- ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh7 arasında Tovuz Regional "ASAN Xidmət Mərkəzinin Notariat Ofisində bu torpaq sahəsinin 703 konturu 2.6266 hektar hissəsinə dair bağlanılmış 03 dekabr 2020-ci il tarixli 4Ə-1199 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh7 adına verilmiş 24 dekabr 2020-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin torpaq sahəsinin 703 M konturu 0,1634 hektar hissəsinə dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda 11 sentyabr 2019cu il tarixdə bağlanılmış 4Ə-1954 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş 17 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması hissəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənı əsaslı hesab edir.
91. Çünki, Azərbaycan Respublikasının MM-in 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
92. Yuxarıda qeyd edilən hüquqi mövqelərdən göründüyü kimi daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilərdi.
93. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı zamanı Cavabdeh2 arasında 0,0984 hektar torpaq sahəsində dair 06 iyul 2017-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı müqaviləsini, Cavabdeh7 2.6266 hektar torpaq sahəsinə dair 03 dekabr 2020-ci il tarixli 40-1199 reyestr nömrəli alqı-satqı müqaviləsini və Cavabdeh3 0,1634 hektar torpaq sahəsinə dair 4Ə1954 reyestr nömrəli alqı-satqı müqaviləsini bağlayarkən bu zaman qeydiyyatın düzgün olmadığını bilmələrinə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeydin reyestrə daxil edilməsinə dair hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir.
94. Lakin, Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyul 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış tam, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 0.1634 hissəsində, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 2.6266 ha hissəsində ləğv edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
95. Belə ki, hazırda həmin 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli və 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışlar qüvvədə olmadığından, yəni mövcud olmadığından onların ləğv edilməsinə luzum qalmır. Məhkəmə Kollegiyası hesab edir ki, iddianın təmin edilmiş həmin hissəsində qətnamə ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilməməlidir.
96. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
97. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
98. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
99. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-504/2024 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyul 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın tam, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 0.1634 hissəsində, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 2.6266 ha hissəsində ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
100. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-504/2024 nömrəli qətnaməsi qismən, yəni – Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyul 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın tam, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 0.1634 hissəsində, 02 iyul 2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin 2.6266 ha hissəsində ləğv edilməsi – hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.