Məhkəmə qərarları › İş №2(104)-1589/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1589/2025

30.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1589/2025 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Şəmkir rayon * saylı Notariat ofisinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin vəkili (nümayəndəsi) İbrahimova Türkan Qulu qızının iştirakı ilə, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, əkilmiş ağacların çıxarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşdə olan sənədlər:

1. JN-*** saylı KOD ******** nömrəli Dövlət Aktına əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən, təyinatı kənd təsərrüfatı məhsulları istehsalı olan 1.49 ha torpaq sahəsi X4, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Tahar qızının paylı mülkiyyətinə verilmişdir.

2. ##.##.2006-cı il tarixli, 4ə-*** reyestr nömrəli müqaviləyə əsasən, satıcılar X4, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Tahar qızı Şəmkir rayon AİK-nın ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş 1.49 ha torpaq sahəsinin JN-182 KOD ******** saylı Dövlət Aktı əsasında Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 5481.34 kv.m torpaq sahəsini 3.800 manata cavabdeh2 satmışdır.

3. Dövlət Notariat Arxivinin: - ##.##.2025-ci il tarixli, *-**-*/*-**-***/** nömrəli məktubunda qeyd edilmişdir ki, arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən 4Ə-*** reyestr nömrəli müqavilənin ##.##.2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. - ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Şəmkir rayon * saylı Notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən X4 və qeyriləri ilə cavabdeh2 arasında notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir.

4. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 1.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə verilmiş JN-*** saylı Dövlət Aktı əsasında 0.5481 ha hissəsi ##.##.2006-cı il tarixli 4Ə-*** reeystr nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdeh2 satılmış, 0.4549 ha hissəsinə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin ##.##.2010-cu il tarixli əmri ilə R.Sadıqov tutduğu vəzifədən azad edilmişdir. Fəaliyyətinə xitam verilmiş notariusların qeydiyyat vəsiqəsi ləğv edilir və möhürü Baş İdarədə saxlanılmır.

6. Məhkəmə Ekspertizası Mərkəzinin: - ##.##.2026-cı il tarixli, */*** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəmkir rayon * saylı notariat kontorunda 4Ə-*** nömrəsi ilə qeydiyyatdan keçmiş ##.##.2006-cı il tarixli müqavilədə “İmza:” bölməsində 1-5 rəqəmlərinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. - ##.##.2026-cı il tarixli, */*** nömrəli ekspert rəyində qeyd edilmişdir ki:

1. Tədqiqata təqdim edilmiş ##.##.2006-cı il tarixli müqavilənin arxa tərəfindəki notarial təsdiqində olan möhür əksi şırnaqlı printerdə çap edilmişdir.

2. Tədqiqata Şəmkir rayonu Birinci Dövlət Notariat kontorunun Dövlət notariusu X2 möhürünün nümunələri təqdim edilmədiyindən, təqdim edilən möhür əksinin müqayisəli tədqiqatı aparılmadı.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Notariat Ofisində ## ###### 2006-cı ildə İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və cavabdeh2 arasında bağlanmış saxta alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh2 Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 1.49 ha torpaq sahəsindən çıxarılması, öz hesabına inşa etdirdiyi qanunsuz istilikxananın və bağın sökülməsi, eləcə də, ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə Şəmkir rayon AİK–nın ##.##.1998-ci il tarixli ** saylı qərarı, JN–182 KOD ******** saylı Dövlət Aktı ilə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.49 ha torpaq sahəsi verilmiş, onlar torpaq sahələrini əkib-becərmək məqsədi ilə DƏDRX–nin Şəmkir Ərazi İdarəsinə yaxınlaşmışlar və həmin torpaq sahəsinin Şəmkir rayonu, Şiştəpə kənd sakini cavabdeh cavabdeh2 tərəfindən varlı bir şəxsə işlədiyi, torpaq sahəsinin zəbt edildiyi və bağ salındığı, həmçinin istilikxana inşa edilməsi məlum olmuşdur. Həmçinin, ona saxta bir alqı–satqı müqaviləsi təqdim edilmişdir. Onlar torpaq sahəsini satmamışlar, heç kimlə alqısatqı müqaviləsi bağlamamışlar. Həmin alqı-satqı müqaviləsindəki soyadları da uyğun deyildir. Dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmaqdan imtina etmiş, həmçinin qanunsuz tikilini sökməmişdir.

9. İddiaçı tələbinin “torpaq sahəsindən çıxarılma” hissəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh2 Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 5481.34 kv.m torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.Allahyarov) iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçı torpaq sahəsindən cavabdehin istifadə etməsini görmüş, həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hər hansı etirazını bildirməmişdir. İddiaçının torpaq sahəsinin ailə üzvlərinin sahibliyində olmamasını bilməməsi inandırıcı və ağlabatan deyildir. Həmçinin, qeyd edilməlidir ki, ötən müddət ərzində cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində ağaclar əkilmiş, bağ salınmış və istilikxana quraşdırılmışdır. İddiaçının və ya digər ailə üzvlərinin 19 il ərzində həmin görülmüş işlərdən məlumatlı olmaması qeyri-mümkündür. Əksinə iddiaçı özü məhkəmə iclası zamanı təxminən 10 il əvvəl mülkiyyətlərində olan, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 1.49 ha torpaq sahəsinin 5481.34 kv.m hissəsinin cavabdeh cavabdeh2 satılmasını və sonuncu tərəfindən istifadə edilməsini eşitdiklərini bildirmişdir. İş üzrə iddiaçı və üçüncü şəxs qismində cəlb olunmuş digər mülkiyyətçilər 19 il ərzində sözügedən alqı-satqı müqaviləsini mübahisələndirməməklə əqdi bəyənmələrini nümayiş etdirmişlər. İddiaçının tələbi mülki hüquq münasibətlərində rəhbər tutulan dürüstlük qaydasına uyğun gəlmir və hüquqdan sui-istifadə qaydası nəzərə alındıqda iddianın təmin olunması üçün əsas yoxdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 157.2, 222.2, 357, 358.2, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli və “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən torpaq sahəsini həyat yoldaşı vəfat etdikdən sonra əkib-becərə bilmədiyi üçün müvəqqəti olaraq bələdiyyənin istifadəsinə vermiş, qarşılığında hər il bələdiyyədən taxıl almış, torpaq sahəsi başqa kənddə yerləşdiyi üçün digər şəxslərin istifadəsinə verilməsinə etiraz etməmiş, lakin həmin torpaq sahəsini heç kimə satmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən torpaq sahəsi 19 ildən çoxdur ki, cavabdehin mülkiyyətindədir və orada ağaclar əkilmiş, istilikxanalar quraşdırılmış, əlavə tikililər aparılmışdır. Keçən bu müddət ərzində iddiaçı və ailə üzvləri torpaq sahəsinin satılmasına etiraz etməmişlər.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

21. İşin halları ilə müəyyən edilir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən, təyinatı kənd təsərrüfatı məhsulları istehsalı olan 1.49 ha torpaq sahəsi X4, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Tahar qızının paylı mülkiyyətinə verilmiş, bu barədə JN-*** saylı KOD ******** nömrəli Dövlət Aktı tərtib edilmişdir. X4 ##.##.2005-ci il tarixdə vəfat etmiş, ##.##.2006-cı il tarixli, 4ə- *** reyestr nömrəli müqaviləyə əsasən, satıcılar X4, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Tahar qızı Şəmkir rayon AİK-nın ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş 1.49 ha torpaq sahəsinin JN-182 KOD ******** saylı Dövlət Aktı əsasında Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 5481.34 kv.m torpaq sahəsini 3.800 manata cavabdeh2 satmışdır.

22. Hazırda iddiaçı həmin torpaq sahəsini heç kimə satmadığını və sözügedən müqavilədəki müvafiq imzanın onlara məxsus olmadığını iddia edərək məhkəmədən müqavilənin etibarsız hesab edilməsi, cavabdeh cavabdeh2 torpaq sahəsindən çıxarılması, sonuncunun hesabına inşa etdirdiyi qanunsuz istilikxananın və bağın sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, tələb təmin edilməmiş, gəlinən nəticə torpaq sahəsindən cavabdehin istifadəsinin iddiaçı tərəfindən görülsə də etiraz bildirməməsi, belə ki, iddiaçı və ya ailə üzvlərinin 19 il ərzində torpaq sahəsində görülmüş işlərdən məlumatlı olmamasının qeyrimümkün olması, beləliklə sözügedən alqı-satqı müqaviləsini mübahisələndirməməklə əqdi bəyənmələrini nümayiş etdirmələri ilə əsaslandırılmışdır.

23. Məhkəmə kollegiyası iddia tələbinin müqavilənin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti olmur.

24. Müvafiq məhkəmə sorğusu əsasındə daxil olmuş Dövlət Notariat Arxivinin ##.##.2025 -ci il tarixli, *-**-*/*-**-***/** nömrəli məktubunda qeyd edilmişdir ki, arxivə təhvil verilmiş 2006cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən 4Ə-*** reyestr nömrəli müqavilənin ##.##.2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.

25. ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub ilə Şəmkir rayonu * saylı Dövlət notariat ofisində ##.##.2006-cı il tarixdə 4Ə-73 və ##.##.2006-cı il tarixdə 4Ə-*** reyestr nömrələri ilə təsqid edilmiş müqavilələrin kserosurəti göndərilmiş, həmçinin qeyd edilmişdir ki, Şəmkir rayon * saylı Notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən X4 və qeyriləri ilə cavabdeh2 arasında notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir.

26. Bundan sonra məhkəmənin sorğusuna əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ** saylı Şəmkir Ərazi İdarəsindən mübahisələndirilən müqavilənin arxiv nüsxəsi götürülmüş və ekspertiza tədqiqatı keçirilmişdir.

27. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəmkir rayon * saylı notariat kontorunda 4Ə-*** nömrəsi ilə qeydiyyatdan keçmiş ##.##.2006-cı il tarixli müqavilədə “İmza:” bölməsində 1-5 rəqəmlərinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

28. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert rəy tərtib edərkən əlyazmaların və imzaların tədqiqat metodundan istifadə etmişdir. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, xəttşünaslıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Beləliklə işdə olan arxiv məlumatları ilə hazırda mübahisələndirilən müqavilənin ümumiyyətlə mövcud olmadığı, müqavilə tarixi və nömrəsi ilə başqa müqavilələrin rəsmiləşdirildiyi, qeyd olunan tərəflər arasında ümumiyyətlə bağlanmış hər hansı müqavilənin aşkarlanmadığı, ekspert rəyi ilə müqavilənin iddiaçı tərəfindən imzalanmadığı müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası işin bu vəziyyətində əqdlər və onun yaranması üçün əsas rol oynayan iradə ifadəsi ilə bağlı müddəalara nəzər yetirilməsini zəruri hesab edir.

30. Belə ki, hüquqi müstəvidə əqdin mövcudiyyətinin əmələ gələ bilməsi üçün tələb olunan təməl şərtlər əqdin qurucu ünsürləri hesab edilir. Əqdin varlığı baxımından əsas qurucu şərt heç şübhəsiz olaraq iradə ifadəsidir. Ancaq nəzərə alınmalıdır ki, iradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, həm də hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Ümumiyyətlə “iradə” mücərrəd və subyektiv bir anlayış olsa da, lakin burada mahiyyət etibarı ilə hüquqi baxımdan şəxsin müəyyən bir məsələ barəsindəki niyyət və fikrini ifadə edir. Əqdləri əmələ gətirən əsas ünsür kimi “iradə ifadəsi” anlayışı: 1 - əqd bağlamaq barəsində fikir və niyyətin (yəni iradənin) formalaşması, 2 – bu niyyəti açıqlamaq istək və iradəsinin formalaşması, 3 - əqdi bağlamaq iradəsini açıqlayan hərəkətin icra edilməsi mərhələlərinin hamısını əhatə edir. Yəni əqdi əmələ gətirən iradə ifadələri bu üç xüsusatın üçünü də özündə ehtiva etməli olan ünsürlərdir. Nəzərə almaq lazımdır ki, şəxs (şəxslər) istədiyi üçün əqdlər hüquqi nəticə doğurur. Bu baxımdan da əqd arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsidir. Ona görə də etibarlı əqddən bəhs olunması üçün iradənin ifadə olunması (bəyan edilməsi), ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş olması, hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır.

31. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

32. Göründüyü kimi hazırki iş üzrə məhkəmə kollegiyasının arşdırması nəticəsində mübahisə predmeti olan Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 1.49 ha torpaq sahəsin 5481.34 kv.m hissəsinin alqı-satqısına dair tərəflər arasında yazılı əqdin bağlanması və onların bu barədə hər hansı iradə ifadələrini həyata keçirmələri müəyyən edilməmişdir. Belə olan halda iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 arasında mübahisə predmeti olan Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 5481.34 kv.m torpaq sahəsinə dair ümumiyyətlə alqı-satqı hüquq münasibətləri yaranmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir.

33. Məhkəmə tərkibi iddiaçının torpaq sahəsindən cavabdeh cavabdeh2 tərəfindən 19 ildir istifadə olunmasını bildiyinə baxmayaraq, hazırki iddia tələbi ilə bugünədək məhkəməyə müraciət etməməsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2020-ci il tarixli qərarı).

34. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatda Dövlət aktı əsasında torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı müraciəti etdiyi zamanı əqdin mövcud olmasından məlumatlı olduğunu, həmin sahə istisna edilməklə müvafiq çıxarışın verildiyini bildirmişdir.

35. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində yerləşən 0.4549 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi əsasında İddiaçı, X5, X3, X1, X4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ümumi birgə mülkiyyətindədir.

36. Belə olan halda iddiaçının məhz müvafiq inzibati orqana müraciəti zamanı əqd barədə məlumat əldə etməsi öz təsdiqini tapır.

37. Məhkəmə kollegiyası iddia tələbinin “cavabdehin torpaq sahəsindən çıxarılması, öz hesabına inşa etdirdiyi qanunsuz istilikxananın və bağın sökülməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırki işdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini və orada qanunsuz istilikxana quraşdırıldığını və ağaclar əkildiyini iddia edir. Cavabdeh isə buna etiraz edərək, iddiaçının torpağı 2006-cı ildə faktiki olaraq ona satdığını və torpağı satın aldıqdan sonra orada təsərrüfat işləri gördüyünü bildirir.

38. Qeyd edilməlidir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, Mülki Məcəllənin 157.2, 157.4 və 180ci maddələrinə əsasən mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüquqları qanunla tanınır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.

39. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilini torpaq mülkiyyətçisinin, o cümlədən ümumi birgə mülkiyyətdə mülkiyyətçilərdən birinin razılığı əsasında inşa edən şəxsin hərəkətləri mülkiyyətçiyə (o cümlədən digər birgə mülkiyyətçiyə) münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin həmin binada yaşamasına şərait yaratması, əldə edənin torpaq sahəsini tikililərin başqa şəxs tərəfindən inşa edildiyini və istifadə olunduğunu bilsə də, etirazsız qəbul etməsi və s).

40. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb özünün və ya digər birgə mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürərək, tikililərin sökülməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır.

41. Hazırki iş üzrə 19 il müddətində cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsindən istifadə edilməsi, istilikxana quraşdırılması, ağaclar əkilməsi və s. kimi belə yaxşılaşdırmaların aparılmasının iddiaçı tərəfindən görülməməsi inandırıcı və ağlabatan deyildir.

42. Şərh olunanları ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, 2006-cı ildən mübahisəli torpaq sahəsinin cavabdeh cavabdeh2 sahiblik və istifadəsinə keçməsi, orada sonuncu tərəfindən istilikxana quraşdırılması, ağaclar əkilməsi və s. kimi belə yaxşılaşdırmaların aparılması, həmin tarixdən hazırkı iddianın məhkəməyə verildiyi ##.##.2025ci il tarixədək iddiaçının və ya ailə üzvlərinin cavabdehə qarşı iddia irəli sürüb torpaq sahəsindən istifadə etməyə, habelə orada quraşdırma işləri aparmağa son qoymasını tələb etməməsi, işin hallarına həm də Mülki Məcəllənin 560-cı maddəsində bəhs olunan hüquqdan sui-istifadə müddəalarına uyğun yanaşmanı tələb edir. Çünki həmin norma, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini, hüquqdan sui-istifadə kimi qiymətləndirir və bu əsasa söykənən iddianın yolverilməzliyini müəyyən edir (MM 560.3.4).

43. Məhkəmə kollegiyası ##.##.2006-cı ildən cavabdeh cavabdeh2 mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüquqları həyata keçirdiyini, hazırki tarixədək orada istilikxana quraşdırmasını, ağaclar əkilməsini və s. kimi belə yaxşılaşdırmalar aparılmasını, həmin tarixdən hazırkı iddianın məhkəməyə verildiyi ##.##.2025-ci il tarixədək iddiaçının və ya ailə üzvlərinin cavabdehə qarşı iddia irəli sürüb torpaq sahəsindən istifadə etməyə, habelə orada quraşdırma işləri aparmağa son qoymasını tələb etməməsini, bir sözlə cavabdehin hər hansı mane olmadan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdiyi tikiliyə qanuni əsaslarla sahiblik hüququ həyata keçirdiyini, iddiaçının və ailə üzvlərinin torpağın mülkiyyətçisi kimi görülən bu işlərdən məlumatlı olmasını, cavabdehin həmin torpaq sahəsində istilikxana inşa etməyə başlamasından inşa işlərinin bitməsinədək ötən müddət ərzində iddiaçının və ailə üzvlərinin buna hər hansı narazılığının olmaması, yəni susması barədə işin hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş olsa belə, Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından iddiaçının bu hərəkətləri hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir.

44. Belə olan halda məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikilinin qanunsuz (özbaşına) tikili olmadığını nəzərə alaraq qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 kompensasiya ödəməklə hazırkı tələblə iddia irəli sürə bilər. Mübahisəli torpaq sahəsi üzərində quraşdırılmış istixana və salınmış bağa cavabdehin qanuni əsaslarla sahiblik hüquqlarının olması torpağın mülkiyyətçisi olan iddiaçının torpağa mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Məhz bu səbəbdən iddiaçının cavabdehin torpaq sahəsindən çıxarılması barədə tələbi də əsassızdır. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

45. Göründüyü kimi iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı iddiaçının irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə olan halda məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi iddia tələbinin “cavabdehin torpaq sahəsindən çıxarılması, öz hesabına inşa etdirdiyi qanunsuz istilikxananın və bağın sökülməsi” hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq,

qət etdi : İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən – “##.##.2006-cı il tarixli, 4Ə-*** reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. cavabdeh1 4Ə-*** nömrəsi ilə qeydiyyatdan keçmiş ##.##.2006-cı il tarixli müqavilə etibarsız hesab edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar