Məhkəmə qərarları › İş №2(104)-1595/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1595/2023

29.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1595/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əliyeva (Məmmədova) Günay Mayıl qızına qarşı mülki iş üzrə Açar sözlər: “vərəsə tanınma və mülkiyyətə verilmə” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əliyeva (Məmmədova) Günay Mayıl qızına qarşı “miras əmlak barəsində qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Samux Rayon Məhkəməsinin 2(058)- 138/2023 saylı 06 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi, Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 29 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə, X15 nikahları 11 mart 1969-cu il tarixdə 1932 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Məmmədova soyadı verilmişdir.

2. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin notarius tərərfindən təsdiq olunmuş surətindən görünür ki, X16 20 iyul 1970-ci il tarixdə doğulmuşdur. X4, anası X20r.

3. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 04 iyun 2012-ci il tarixdə ölmüşdür..

4. Mülki işin materiallarına əlavə olunan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 X4 14 yanvar 1981-ci il tarixdə ölmüşdür.

5. Mülki işin materiallarında olan xx.xx.2003-cü il tarixdə Moskva şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfidən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Cavabdeh xx.xx.2009-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikahın bağlanmasından sonra arvada Məmmədova soyadı verilmişdir.

6. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixdə Moskva şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfidən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Ərəstunovna xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, bu barədə xx.xx.2003-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 329 nömrə ilə qeyd olunmuş, atası X16, anası X13r.

7. Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixdə Moskva şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfidən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, bu barədə xx.xx.2006-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 3962 nömrə ilə qeyd olunmuş, atası X16, anası X13r.

8. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********8 nömrəli məktubdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi Samux rayon İHB-nın Qarayeri qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 2705 saylı arayışına əsasən X7 adınadır. Bu əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 2004-cü ilin arxiv məlumatlarına əsasən mülk 88.0 kvm. dörd yaşayış otağı, 154.3 kvm. Köməkçi sahəsi olan “A” literli yaşayış evindən ibarət olmaqla ümumi torpaq sahəsi (27.05 saylı arayışa görə 1600.0 kvm. Faktiki) 1600.0 kvm. olmuşdur.

9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** çıxarışdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.59 ha torpaq sahəsinin 1/4 hissəsi X10, 1/4 hissəsi X7, 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X8 paylı mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reystrində 183 nömrəli reyster kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** çıxarışdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X9, 1/4 hissəsi X8, 1/4 hissəsi X7 paylı mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reystrində 182 nömrəli reyster kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır.

11. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-33/2-1882/2023 nömrəli məktubdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evə dair 2006-cı il tarixli texniki pasport X7 adına işlənmişdir. Qeyd edilən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmiş, 3 saylı ərazi idarəsinin arxiv materiallarında heç bir hüquq müəyyənedici sənəd aşkar edilməmişdir.

12. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və mülkiyyət hüquqularının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən “A” literli 88.0 kvm. sahəsindan ibarət yaşayış otaqları X7 adına 27 oktyabr 2004-cü il tarixdə 1-131 №-li inventar işi ilə mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci növbəli vərəsə kimi tanınma və mərhum oğlu X7 payına düşən mülkə (həyatyanı torpaq sahəsinə və evə) vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Samux rayon Qarayeri qəsəbəsində yaşayır. Mərhum oğlu X7 adına mülk vardır və oğlu X16 2012-ci ildə vəfat etmişdir. Cavabdeh onu və onun digər ailə üzvlərini həmin mülkə buraxmır, onlarla daima mübahisə yaradır. Ona görə də məhkəmədə birnci növbəli vərəsə kimi tanınmasına və mərhum oğlu X7 payına düşən mülkə (həyatyanı torpaq sahəsinə və evə) vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsinə dair məhkəmədə iddia qaldırmış və məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.59 ha və 0.11 ha pay torpaq sahələrindən istifadə edir, həmin torpaq sahələrini faktiki olaraq idarə edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 məhkəmə iclasında iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X17 məhkəmə iclasında bildirmişdir ki, iddia tələbinə dair heç bir etirazı yoxdur, hal-hazırda Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.59 ha və 0.11 ha pay torpaq sahələrindən anası istifadə edir və anasının idarəçiliyindədir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etməmişdir.

18. Cavabdeh X21 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxlımasını mümkün hesab etmişdir.

19. Samux Rayon Məhkəməsinin 2(058)-138/2023 saylı mülki iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim: G.Şirinov) iddia qismən təmin edilmiş, İddiaçı və cavabdeh X21 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 qanun üzrə vərəsələri tanınmışlar. Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cu il tarixli çıxarış əsasında qeydə alınmış 0.59 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarış əsasında qeydə alınmış 0.11 ha torpaq sahəsində İddiaçı payı 3/8 hissədə, X9 payı 2/8 hissədə, X8 paylı 2/8 hissədə və X11 payı 1/8 hissədə müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı vəkili Vəkil apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 2(058)-138/2023 saylı mülki iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qismən ləğv edilməli, iddianın evə dair vərəsə tanınma hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddianı hal-hazırda mübahisələndirilən hissədə təmin etməyən birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, qeyd edilən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmənin bu qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi 2004-cü ildə Samux rayon DTİ və MHQİ-si tərəfindən qeydiyyatdan keçmiş və həmin evə dair X2 adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, lakin məhkəmə hər hansı əsaslı səbəb göstərmədən həmin qeydiyyat vəsiqəsini qəbul etməmişdir. Qeyd edilən sənəd məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə yalnız DƏDRX tərəfindən verilən məktubu əsas götürmüş, bununla bağlı araşdırma aparmamışdır. Eyni zamanda hesab edirlər ki, hətta həmin ev qeydiyyatdan keçməsə belə bu iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, adı çəkilən təşkilatın məktubunda da qeyd edilmişdir ki, mübahisəli evə dair 2006-cı ildə texniki pasport işlənilmişdir. Həmiçinin həmin ev təsərrüfatbaşı kitabda da mərhumun adına qeyd edilmişdir. Belə olan halda həmin miras əmlaka dair gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur ki, məhkəmə bunu nəzərə almamışdır. Hesab edir ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, nəticədə iddianı qismən təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat vermiş, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən “A” literli 88.0 kvm. sahəsən ibarət yaşayış otaqlarının X7 adına mülkiyyət hüququ əsasında qeydə alınması barədə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və mülkiyyət hüquqularının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətini məhkəməyə təqdim edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, X1 miras qalmış Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən də iddiaçının miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Əliyeva (Məmmədova) Günay Mayıl qızı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 26.Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 27.Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 28.Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 29.Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 30.Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 31.Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 32.Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 33.Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 34.Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 35.Maddə 1160 Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 36.Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 37.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 38.Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

39. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.

Prosessual hüquq normaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 40 Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 48 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Apellyasiya baxışının hədləri

50. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 384.0.2 - apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

54. Maddə 385.2 məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır:

55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçının nümayəndəsi olan vəkili dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməmiş X1 miras qalmış Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən miras payların müəyyən edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

57. Birinci instansiya məhkəməsi irəli sürülən iddianı hissəvi təmin etməyərkən, iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X2 adına Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindin həmin evə dair vərəsəlik hüququnun tanınması mümkünsüzdür.

58. Apellyator şikayətində məhkəmənin bu qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi 2004-cü ildə Samux rayon DTİ və MHQİ-si tərəfindən qeydiyyatdan keçmiş və həmin evə dair X2 adına qeydiyyat vəsiqəsi verilmişdir. 59.Məhkəmə kollegiyası iş materialları ilə işin müəyyən edilən hallarına, bu hallara tətbiq edilməli olan maddi hüquq normalarına əsasən hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, məhkəmənin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticə ilə razılaşmaq olmaz, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır. 60.Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, mülki işin materiallarına əlavə edilən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və mülkiyyət hüquqularının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən “A” literli 88.0 kvm. sahəsindan ibarət yaşayış otaqları X7 adına 27 oktyabr 2004-cü il tarixdə 1-131 №-li inventar işi ilə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 61.Azərbaycan Respublikası Mülki Məcəlləsinin139 və 139-1.1.5-ci maddələri ilə nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 62.Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və mülkiyyət hüquqularının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi ilə 27 oktyabr 2004-cü il tarixdə 1-131 №-li inventar işi ilə X7 adına mülkiyyət hüququ əsasında qeydə alınmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi X1 miras qalmış daşınmaz əmlak kimi qiymətləndirilməlidir. 63.X1 miras qalmış həmin əmlakda ölənin vərəsələrinin paylarının müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işin apellyasiya baxışı zamanı tədqiq olunun sübutlara əsasən X2 qanun üzrə birinci növbəli dörd vərəsəsi vardır; X2 anası- İddiaçı, arvadı-Əliyeva (Məmmədova) Günay Mayıl qızı və Əliyeva (Məmmədova) Günay Mayıl qızı ilə rəsmi nikahından xx.xx.2003-cü il tarixdə doğulmuş İddiaçı Ərəstunovna və xx.xx.2006-cı il tarixdə doğulmuş X22 adlarında iki uşaqları.

64. Artıq yuxarıda qeyd edildiyi kimi, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız onun mübahisələndirilən hissələrində yoxlayır.

65. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən işin faktiki halları kimi müəyyən etmişdir ki, X1 miras qalmış torpaq sahələri miras əmlak kimi ölənin anası (iddiaçı) və arvadi (cavabdeh) tərəfindən faktiki olaraq qəbul edilmişdir. Qətnamənin iddianın təmin edilmiş həmin hissəsini tərəflərdən heç biri mübahisələndirməmişdir. Ona görə də mənkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında qeyd edilənlərə əsasən belə hesab etmişdir ki, qətnamənin həmin hissəsinə toxunulmamalıdır.

66. İş materiallarına görə mərhum X16 2012-ci ildə öldüyü zaman onun Əliyeva (Məmmədova) Günay Mayıl qızı ilə rəsmi nikahından xx.xx.2003-cü il tarixdə doğulmuş İddiaçı Ərəstunovna və xx.xx.2006-cı il tarixdə doğulmuş X22 adlarında iki uşaqları yetkinlik yaşına çatmayanlar olmuşlar və atalarından miras qalmış əmlakın bir hissəsinin anaları tərəfindən faktiki olaraq qəbul edilməsi fakt kimi müəyyən edildiyindən və işin bu halı mübahisələndirimədiyindən Mülki Məcəllənin 1243.3 və 1244-cü maddəsinə əsasən hesab edilir ki, onlar da (uşaqlar) atalarından miras qalmış əmlakı yetkinlik yaşına çatmayanlar kimi anaları vasitəsilə faktiki olaraq qəbul etmişlər və ona görə də, mərhum atalarından miras qalmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən onların da miras payları müəyyən edilməlidir.

67. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş- X1 miras qalmış Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən miras payların müəyyən edilməməsi hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından həmin hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia qismən əsaslı olduğundan, iddia tələbi həmin hissədə qismən təmin edilməli, həmin miras əmlak üzərində ölənin birinci növbəli vərəsələri olan İddiaçı, Əliyeva (Məmmədova) Günay Mayıl qızının, İddiaçı Ərəstunovnanın və X18 bərabər, yəni hər bir vərəsəyə miras əmlakın ¼ hissəsi qədər pay müəyyən edilməlidir. 68.Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

Qət etdi Apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-138/2023 saylı mülki iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməmiş, X1 miras qalmış Samux rayon Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən miras payların müəyyən edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia tələbi həmin hissədə qismən təmin edilsin. X1 miras qalmış Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən ibarət olan miras əmlakın ¼ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində Əliyeva (Məmmədova) Günay Mayıl qızının, ¼ hissəsi üzərində İddiaçı Ərəstunovnanın və ¼ hissəsi üzərində X18 miras payları müəyyən edilsin. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar