Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1598/2023 17.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehlər Cavabdeh3 Nürəddin qızının və Cavabdeh2 və onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızına qarşı yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun tanınması, onun və ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi tələbinə dair Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-200/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ağstafa Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(015)2/2016 saylı qətnaməsindən görünür ki, X3 miras qalmış Ağtafa şəhərinin 20 Yanvar küçəsində 12 saylı fərdi yaşayış evinin ¼ hissəsi üzərində Cavabdeh2 və ¼ hissədə Cavabdeh1 vərəsəlik payları müəyyən edilmiş və həmin paylara uyğun mülkiyyər hüquqları tanınması gət edilmişdir. 23 iyul 2013-cü il tarixli ərizədən görünür ki, İddiaçı miras qalmış evdən ona düşən pay qardaşı Cavabdeh2 vermişdir Ağstafa Rayon Məhkəməsinin 17 iyul 2013-cü il tarixli 2(015)- 403/2013 saylı qətnaməsindən görünür ki, X1 şəhəri, 20 yanvar küçəsi 12 unvanında yerləşən yaşayış evinin mülkiyyətində olması faktımüəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızının istifadəsində olan Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında yerləşən yaşayış evinin tərkib hissəsindən istifadə hüququnnun bərpa edilməsi, ailəsi ilə birlkikdə həmin yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında iddiaçının atasından miras qalmışdır. Ailədə 4 uşaq olsalar da onların hərbirinin ondan başqa yaşayış evi vardır. O və onun ailə üzvləri həmin evdə yaşamışlar. 2015-ci il tarixdə cavabdehlərin mübahiəsi düşmüşdür. Bu səbəbdən də miras qalmış Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında (indiki ünvan 1da müəyyən olunması ilə bağlı Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. O həmin zaman qardaşı Cavabdeh2 saxta vədlərinə inanıb öz payından onun xeyrinə imtina etmişdir. Onu inandırmışdır ki, guya pay üstünlüyü onun olduğu halda bacısı X5 miras əmlakdan məhrum edə biləcəkdir. Bundan başqa aralarında olan razılaşmaya görə o da həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Bundan sonra Ağstafa Rayon Məhkəməsinin 2(015)-2/2016 saylı, 14 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən mərhum atası X3 miras qalmış Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 saylı fərdi yaşayış evinin ¼ hissədə X6 (bacısı) vərəsəlik payları müəyyən edilmiş və həmin paylara uyğun mülkiyyət hüquqları tanınmışdır. Halbuki Cavabdeh2 mülkiyyətində Bakı şəhərində də yaşayış evi vardır. Bundan sonra o ailəsini dolandırmaq məqsədi ilə ailə üzvləri ilə Bakı şəhərinə kirayəyə köçmüşdür. Hal-hazırda da kirayədə yaşayır. Lakin həmin zaman hesab edirdi ki istənilən vaxt o həmin yaşayış evə ailəsi ilə birgə qayıtdiqdan sonra yaşaya biləcək. Artıq Bakı şəhərində kirayə evində yaşamaqları mümkünsüzdür. Bu səbəbdən də məcburiyyət qarşısında qalıb mübahisəli qeydiyyatda olduğu evə ailəsi ilə birlikdə qayıtmışdır. Lakin onları qarşılayan Cavabdeh2 və onun həyat yoldaşı digər Cavabdeh3 Nürəddin qızı onu və onun həyat yoldaşını evdən qovdular. Mübahisəni sülh yolu ilə həll etmeyə çalışsalarda da heç bir müsbət nəticə əldə edə bilməmişdir. Hal-hazırda iş üzrə cavabdehlərin ümumi istifadəsində olan Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında yerləşən yaşayış evinə ailəsilə birlikdə köçmək istəyir. Bunun üçündə aralarında olan mübahisənin məhkəmə qaydasında olmadan həlli mümkün deyildir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-200/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Z.Rəsulov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızına və Cavabdeh1 qarşı “yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun tanınması, onun və ailə üzvləri ilə birlikdə həmin evə köçrülməsi” tələbinə dair dair iddiasının əsaslı olduğu üçün təmin edilməsi, İddiaçı və onun ailə üzvləri cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızının və Cavabdeh1 istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 1958-ci il oktyabrın 13də mərhum atası X7 məxsus Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında (indiki ünvan 3ndan, adıçəkilən yaşayış evində mülkiyyətçi ilə ailə münasibətlərində olmaqla orada yaşayaraq boya-başa çatdığından, mülkiyyətçi ilə birgə təsərrüfat apardığından, həmin yaşayış evində X8 ilə ailə həyatı qurduğundan, snuncunun həmin yaşayış evinə mülkiyyətçinin razılığı ilə gəlin köçdüyündən, orada özünə məxsus əşyarı yerləşdirdiyindən, həmin evdə onların birgə nikahından övladları anadan olduğundan və hal-hazırda iş üzrə iddiaçının mübahisəli yaşayış evinə qeydiyyatı olmaqla orada yaşadıqlarından onun həmin mənzilə köçürülməməsi qanunverciliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhkəmə da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər öz ailələri ilə birlikdə mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da ailəsi ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüquqları vardır. Bu yanaşmanın əksi, yəni onların həmin mənzildən çıxarılmaları hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə iddiaçıya münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və onun ailə üzvləri cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızının və Cavabdeh1 istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, mərhum atalarından onalara çatası həmin yaşayış evi Ağstafa rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(015)-2/2016-saylı qətnaməsi ilə 1/4 hissədə Cavabdeh1 və 1/4 hissədə Cavabdeh2 tanınmışdır. İddiaçı isə 23 iyun 2013-cü ildə Ağstafa rayon Notariat ofisində ərizə verərək mərhum ataları Zahid Lalayevdən ona çatası miras əmlakdan imtina etmişdir və qeyd etmişdir ki, həmin mirasdan mənə düşən payı qardaşım Cavabdeh2 verirəm və bununla əlaqadar məhkəməyə müraciət etməyəcəm gələcəkdə heç bir iddiam və tələbim olmayacaqdır. Belə olan halda Ağstafa rayon Məhkəməsi tərəfindən əsassız olaraq iddia tələbi təmin olunmuş və birtərəfli qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsində köhnə Mənzil Məcəlləsinin müddəlarını göstərmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, məhkəmə qətnaməsi savadlı və başa düşülən ifadələrlə tərtib edilməlidir. Onun məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş sənəddə açıq şəkildə iddiaçı tərəfindən verilmiş iradə ifadəsində onun miras əmlakdan imtina etməsi və gələcəkdə hər hansısa bir iddia tələbi ilə məhkəmələrdə iddia qaldırmayacağı ifadə edilməsinə baxmayaraq, məhkəmə bu iradə ifadəsindən sonra başqa meyarlar axtarıb qətnamədə əks etdirərək onun mülkiyyət hüquqlarını pozmuşdur. Həmçinin Ağstafa şəhər icra nümayəndəliyinin arayışı ilədə təsdiq olunur ki, iddiaçı 2000-ci il tarixdən cavabdehə məxsus evdə yaşamır. Məhkəmə işin hallarını umumiyyətlə araşdırmamış, belə ki, məhkəmə ancaq birtərəfli qaydada öz fikirləri ilə kifayətlənmişdir. İddiaçının iradə ifadəsinə heç bir münasibət bildirmək istəməmiş və sonunda birtərəfli qaydada məhkəmə qətnaməsi çıxarmışdır. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. Cavabdeh2 və onun vəkili X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycam Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 iyul 2001ci il tarixli qərarı Həmin qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu ildək qüvvədə olan Mənzil Məcəlləsi Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 1958-ci il oktyabrın 13-də mərhum atası X7 məxsus Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında (indiki ünvan 3ndan, adıçəkilən yaşayış evində mülkiyyətçi ilə ailə münasibətlərində olmaqla orada yaşayaraq boya-başa çatdığından, mülkiyyətçi ilə birgə təsərrüfat apardığından, həmin yaşayış evində X8 ilə ailə həyatı qurduğundan, sonuncunun həmin yaşayış evinə mülkiyyətçinin razılığı ilə gəlin köçdüyündən, orada özünə məxsus əşyaları yerləşdirdiyindən, həmin evdə onların birgə nikahından övladları anadan olduğundan və hal-hazırda iş üzrə iddiaçının mübahisəli yaşayış evinə qeydiyyatı olmaqla orada yaşadıqlarından onun həmin mənzilə köçürülməməsi qanunverciliyin tələblərinə ziddir. Kollegiya göstərir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız hesab edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hal-hazırda iş üzrə iddiaçının mübahisəli yaşayış evinə qeydiyyatı olmaqla orada yaşadıqlarından onun həmin mənzilə köçürülməməsi qanunverciliyin tələblərinə ziddir. Kolllegiya qeyd edir ki, iddiaçının hazırda həmin mübahisəli yaşayış evində yaşamasına dair hər hansı sübut yoxdur. Belə ki, İddiaçı isə 23 iyun 2013-cü ildə Ağstafa Rayon Notariat Ofisində ərizə verərək məhrum atası Zahid Lalayevdən ona çatası miras əmlakdan Cavabdeh2 xeyrinə imtina etmiş və elə həmin vaxtdan Bakı şəhərinə köçmüşdür. Elə həmin tarixdən Bakı şəhərində yaşamışdır. Həmçinin Cavabdeh2 məhkəmə iclasında göstərdi ki, hazırda həmin evdə iddiaçıya dair hər hansı əşya yoxdur. Bakıya köçərkən bütün əşyalarını özü ilə aparmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və cavabdehin dəlillərini təqzib edəcək sübutlar təqdim etməmişdir. Göründüyü kimi iddiaçı 2013-cü ildə Bakı şəhərinə köçmüş, özünə yeni yaşayış yeri əldə etmiş və həmin vaxtdan hazırki mübahisəli evdə yaşamamışdır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Məhkəmə kollegiyası göstərir ki, iddia tələbi sübutların yetərsizliyi baxımından əsassızdır. Çünki iddiaçının qeyd olunan hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Onun iddiasının əsası yalnız özünün subyektiv mülahizələri ilə məhdudlaşır. Bu isə iddianın təmin edilməsi üçün yetərsizdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-200/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1598/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1598/2023
17.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver