Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1598/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, mediasiya xərci Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin direktoru Nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, mediasiya xərci tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-486/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 59 nömrəli əmrindən görünür ki, həmin əmrdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi vəzifəsində çalışan İddiaçı xx.xx.2024, xx.xx.2024-cü ildə və xx.xx.2024-cü il tarixlərdə işə gəlməli olduğu halda üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, İddiaçı müxtəlif vaxtlarda işə gəlmədiyindən onun barəsində intizam xarakterli tədbirlər görüldüyü, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənlərini sinif şagirdlərinə tədris etməmiş ona görədə onu əmək haqqısının həmin günlər üçün müvafiq əmrlərlə tutulduğu, İddiaçı barəsində görülmüş intizam xarakterli tədbirlərdən nəticə çıxarmaması, işində dönüş etməməsi, ona görə də İddiaçı “işdən azad olunması” ilə bağlı müvafiq rəy verilməsi üçün Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatına xx.xx.2024-cü il tarixdə təqdimat verildiyi, həmin təqdimata xx.xx.2024-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatında baxıldığı və İddiaçı vəzifədən azad olunmasının məqsədə müvafiq hesab edilməsi barədə rəy verildiyi, İddiaçı xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə üzrlü səbəb olmadan işə gəlmədiyindən və həmkarlar təşkilatı onun işdən azad olunmasına müsbət rəy verdiyindən, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməli olduğuna görə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əsas tutaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilməsi və Bağırova X7 R.Rzayev adına tam orta məktəbin texnologiya müəllimliyi vəzifəsindən azad edilməsi, İddiaçı son haqq-hesabı (istifadə edilməmiş məzuniyyətinə görə təqvim günü üçün pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr Əmək qanunvericiliyinə uyğun olaraq) hesablanıb ona ödənilməsi, İddiaçı əmək kitabçasının ona əmrlə birlikdə rəsmi qaydada təqdim edilməsi əmr edildiyi göstərilmişdir.
2. X24 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı xx.xx.2024-cü il tarixli 59 nömrəli əmrin ləğv edilməklə işə bərpa və buraxılmış iş günlərinin əmək haqqının ödənilməsi ilə bağlı təkliflə müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi xx.xx.2024cü il tarixə saat 12-00-a təyin edilmiş X2 məlumat verilməsinə baxmayaraq mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat ilkin mediasiya xərcini ödəmişdir
3. Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texniki işçisi X21 izahatında xx.xx.2023-cü il tarixdə 5-ci saat 6-cı sinif şagirdləri evə gedərkən müəllimlər gedən şagirdləri sinifə salarkən məktəbin texnologiya müəllimi İddiaçı şagirdləri evə göndərdiyini deyərək müəllimləri təhqir və təhdid etdiyini göstərmişdir.
4. Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktor müavini X4 izahatında xx.xx.2023-cü il tarixdə 5-ci saat 6-cı sinif şagirdlərinə İddiaçı texnologiya dərsi keçməli olduğu halda şagirdlərdən evlərinə getmələrini tələb etdiyini, məktəb rəhbərliyi və o, şagirdləri qaytarıb dərsin keçirilməsini tələb edərkən nalayiq söyüşlər söyərək şagirdlərin və müəllimlərin gözü qarçısında etik davranış qaydalarına zidd olan nalayiq hərəkətlər etdiyini göstərmişdir.
5. xx.xx.2023-cü il tarixdə müəllimlərin iştirakı ilə tərtib olunmuş aktda məktəbin müəllimi İddiaçı 4-cü və 6-cı siniflərin şagirdlərini dərs zamanı rəhbərliyə xəbər vermədən icazəsiz olaraq evə göndərdiyi, məktəb direktoru dəhlizdə uşaqları görüb sinfə geri qaytarıb müəllimdən dərs keçməsini tələb etdikdə müəllimə İddiaçı etik-davranış qaydalarını pozaraq məktəbdə səs-küyü ilə bütün dərs sistemini pozduğu göstərilmişdir.
6. xx.xx.2023-cü il tarixli 29 nömrəli əmrdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2023-cü il tarixli 29 nömrəli əmri ilə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə məktəbin texnologiya müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
7. xx.xx.2023-cü il tarixdə müəllimlərin iştirakı ilə tərtib olunmuş aktda məktəbin müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlmədiyi nəticədə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etmədiyi, həmin dərsləri 2-ci və 4-cü siniflərdə 5-ci saatı X8 və 1-ci sinifdə 4-cü saatı X9 tədris etdikləri göstərilmişdir.
8. Məktəbin müəllimi X15 ərizəsində İddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlmədiyindən onun tədris edəcəyi 2-ci və 4-cü siniflərdə 5-ci saatı onun tədris etdiyini göstərmişdir.
9. Məktəbin müəllimi X16 izahatında İddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlmədiyindən onun tədris edəcəyi 1-ci sinifdə 4-cü saatı onun tədris etdiyini göstərmişdir.
10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2023-cü il tarixli 42 nömrəli əmrində İddiaçı xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan Qızılca kənd orta məktəbinə işə gəlmədiyi, nəticədə xx.xx.2023-cü il tarixdə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etməli olduğu təqdirdə tədris etmədiyindən ödənilməsi nəzərdə tutulan əmək haqqısının ödənməməsi göstərilmişdir.
11. xx.xx.2023-cü il tarixli Şahid3 tərəfindən tərtib olunmuş arayışda xx.xx.2023-cü il tarixdə cədvəl üzrə 7-ci sinifdə texnologiya dərsində dərsdinləmədə iştirak etdiyi, müəllimin dərsin heç bir mərhələsinə əməl etmədiyi, yeni dərsin izahını vermədən şagirdlərə tapşırıq verdiyi, şagirdlərin yanında təlimdən kənar mövzulara toxunduğu, həmin sinifdə təlim prosesinin baş tutmadığı göstərilmişdir.
12. xx.xx.2023-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin müəllimləri tərəfindən tərtib olunmuş aktda xx.xx.2023-cü il tarixdə məktəbin texnologiya müəllimi İddiaçı saat 15:55 radələrində məktəbdə nizam intizam qaydalarını pozaraq müəllimlərin etik-davranış qaydalarına uyğun olmayan hərəkətlər edərək səs küy salmış, cədvəl üzrə 5-ci saatda 3-cü sinifdə dərsdə olduğu halda şagirdləri nəzarətsiz qoyaraq, yenidən dəhlizdə səs küy saldığı, heç bir qayda pozuntusu olmadığı halda məktəbə polis dəvət etmək istədiyi, qalmaqal yaratdığı, bu cür halların dəfələrlə təkrar olunduğu, Azərbaycan müəlliminin şərəf və ləyaqətinə toxunacaq ifadələr işlətdiyi, İddiaçı tərəfindən demək olar ki, məktəbin əksər müəllimlərinə qarşı bulinq (şifahi bulinq) etdiyi, bunun da istənilən halda keçirilən dərslərin keyfiyyətinə təsir etdiyi göstərilmişdir.
13. Məktəbin müəllimi Şahid5 xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2023-cü il tarixdə məktəbin texnologiya müəllimi İddiaçı 3-cü sinifdə dərsdə olduğu halda şagirdləri nəzarətsiz qoyaraq dəhlizə çıxıb, telefonla danışıb səs küy saldığını, heç bir hadisə olmadığı halda məktəbə polis çağırdığını, məktəbin direktoru ondan dərsini keçməsini tələb etdikdə şagirdlərin qarşısında direktora və müəllimlərə qarşı nalayiq söyüşlər söydüyünü göstərmişdir.
14. Məktəbin TTİÜDM Şahid3 xx.xx.2023-cü il tarixli izahatında xx.xx.2023-cü il tarixdə məktəbin texnologiya müəllimi İddiaçı məktəbdə nizam-intizam qaydalarını pozaraq səs küy saldığını, müəllimlər otağında telefonla polis işçilərini yığıb məktəbin direktoru haqqında rüsvayedici ifadələr işlədərək hörmətsizlik etdiyini, daha sonra 3-cü sinifdə şagirdləri nəzarətsiz qoyub dəhlizdə telefon danışığı ilə bütün iş rejimini pozduğunu göstərib onun barəsində tədbir görülməsini xahiş etmişdir.
15. Məktəbin müəllimi Nərmin Cəfərova xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2023cü il tarixdə direktor müavini Şahid3 İddiaçı barəsində olan 42 saylı əmri təqdim edən zaman İddiaçı həmin əmri Şahid3 əlindən alıb cıraraq Şahid3 iş stolunun üzərinə atıb prokurorluğa şikayət edəcəyini bildirərək şantaj etdiyini, direktor Mehparə Qasımovanın ünvanına söyüşlər etdiyini, kənd sakinlərinə boş vərəqə imza etdirib daha sonra həmin vərəqə həqiqətə uyğun olmayan böhtanlar yazdığını etiraf etdiyini və bu əməlindən peşmançılıq duymadığını bildirdiyini, ”mən yaxşı etmişəm” ifadələrini işlətdiyini, səs-küy məktəbin 2-ci mərtəbəsində olan siniflərdə dərs prosesinin düzgün qurulmasına mane olduğunu göstərmişdir.
16. xx.xx.2023-cu il tarixli aktda Qızılca kənd R.Rzayev adına tam orta məktəbin TTİÜDM Şahid3 xx.xx.2023-cü il tarixdə məktəbin direktoru Mehparə Qasımovanın 42 №li əmrini İddiaçı elan edən zaman İddiaçı həmin əmri Şahid3 əlindən alıb direktor Mehparə Qasımovanın ünvanına və GDRTİ-nin rəisi Anar Qədiməliyevin ünvanına təhqiramiz ifadələr işlətdiyi, həmin əmri cırdığı və Şahid3 iş stolunun üzərinə atıb küçə söyüşləri söyərək 42№-li əmri elan cədvəlindən qopararaq büküb yerə atdığı və Mehparə Qasımovanın ünvanına söyüşləri davam etdirdiyi göstərilmişdir.
17. Qızılca kənd R.Rzayev adına tam orta məktəbin təşkilatçı müavini Fəridə Baxşəliyeva və məktəbin kitabxanaçısı Şahid7 məktəbin direktoru Mehparə Qasımovaya ünvanladıqları xx.xx.2023-cü il tarixli ərizələrində xx.xx.2023-cü il tarixdə təxminən saat 10:00 radələrində məktəbin müəllimlər otağında TTİÜDM Şahid3 42 saylı əmri texnologiya müəllimi İddiaçı təqdim etdiyi zaman İddiaçı əmri onun əlindən götürüb cıraraq stolun üstünə qoyduğunu sonra isə elan lövhəsində olan 42 nömrəli əmri götürüb əzib bükərək məktəbin direktoru Mehparə Qasımovanın və GDRTİ-nin rəisi Anar Qədiməliyevin ünvanına nalayiq, məktəbə, təhsilə yaraşmayan söyüşlər işlətdiyini göstərmişlər və müvafiq tədbir görülməsini xahiş etmişlər.
18. Qızılca kənd R.Rzayev adına tam orta məktəbin TTİÜDM-i Şahid3 məktəbin direktoru Mehparə Qasımovaya ünvanladıqları xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2023-cü il tarixdə üzrlü səbəb olmadan məktəbin müəllimi İddiaçı 1-ci sinifdə 4-cü saat, 2-4-cü sinifdə 5-ci saat olan dərslərini tədris etmədiyi üçün əmək haqqının tutulması barədə əmri təqdim etdiyi zaman əmri götürüb cıraraq xoşagəlməz ifadələr işlətdiyini, müəllim etik davranış qaydalarını kobudcasına pozduğunu göstərib müvafiq tədbir görülməsini xahiş etmişdir.
19. Qızılca kənd R.Rzayev adına tam orta məktəbin riyaziyyat müəllimi X5 məktəbin direktoru Mehparə Qasımovaya ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində təxminən saat 12-də sinif otağında oturub summativ yoxladığı anda məktəbin müəllimi İddiaçı sinifin pəncərəsindən onun şəklini çəkdiyini, bunu görüb əsəb keçirdiyini, özünü ələ almağa çalışdığını, məktəb rəhbərliyinə müraciət etdiyini göstərib, adı çəkilən şəxsin telefonundan şəklinin silinməsi və onun barəsində ciddi tədbir görülməsini xahiş etmişdir.
20. xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbi həmkarlar təşkilatının sədri Şahid2 müraciət edərək İddiaçı iş vaxtı qanuna zidd hərəkətləri barədə həmkarların qərarının və rəyinin bildirilməsini xahiş etmişdir.
21. İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 001 №-li həmkarlar təşkilatının iclası barədə bildirişdən görünür ki, Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbinin texnologiya müəllimi İddiaçı barəsində verilmiş təqdimata xx.xx.2023-cü il tarixdə saat 14:00-da “Məktəbin Həmkarlar Təşkilatında” Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbinin inzibati binasının müəllimlər otağında baxılacağı göstərilmiş və İddiaçı həmin iclasda iştirak etməsi xahiş olunmuşdur.
22. Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbinin müəllimləri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktından görünür ki, həmkarlar təşkilatının katibi X1 Tacirə Qiyas qızına xx.xx.2023-cü ildə məktəbin həmkarlar təşkilatının keçirəcəyi iclasa dəvət olunması barədə bildiriş təqdim etdikdə müəllimlər otağında təlimatla tanış olmadan səs küy salaraq qışqırıb onun övladlarına qarğış etmiş “sən kimsən mənə kağız gətirirsən?! Çıx otaqdan deyərək müəllimlər otağından qovmuş” Lamiyə müəllimə isə demişdir ki, “mən öz vəzifəmi yerinə yetirirəm və bura müəllimlər otağı olduğu üçün çıxmıram”. Bundan sonra TTİÜDM-i Şahid3 onu sakitləşdirməyə çalışsa da İddiaçı direktora, direktor müavininə və Lamiyə müəllimə nalayiq ifadələr işlədərək onları Göygöl rayon polis şöbəsinin rəisi ilə hədələmişdir.
23. Qızılca kənd R.Rzayev adına tam orta məktəbin TTİÜDM-i Şahid3 məktəbin direktoru Mehparə Qasımovaya xx.xx.2023-cü il tarixdə yazdığı izahatında xx.xx.2023-cü il tarixdə İddiaçı müəllimlər otağında səs tonunu qaldıraraq müəllimləri prokurorluğa və məhkəməyə verəcəyi ilə hədələdiyini, ona müdaxilə edərək hər gün müəllimlər otağında eyni sözlər dediyini, müəllim etik davranış qaydalarına zidd sözlər işlətdiyini, müəllimlərin səhhətinə mənfi təsir etdiyini, müəllimləri motivasiyadan saldığını və müəllimlərin bu cür motivasiya ilə dərs keçmələrini istəmədiyini bildirib, ona bu cür təhsil prosesinin gedişatına mənfi təsir göstərən halları dayandırması üçün göstəriş verdiyini göstərmişdir.
24. Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli 1 saylı protokolundan görünür ki, Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır.
25. xx.xx.2024-cü il tarixli 56 nömrəli əmrdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 nömrəli əmrlə İddiaçı müəllimlərə qarşı nalayiq sözlər işlətməsinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
26. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024- cü il tarixli 56 nömrəli şiddətli töhmət verilməsi haqqında əmrin surətini almışdır.
27. TTİÜDM-i Şahid3 xx.xx.2024-cü il tarixli təqdimatında İddiaçı 29, 30, 31 yanvar 2024-cü il tarixlərində üzrsüz səbəbdən işdə olmadığını, sinif jurnalına baxış keçirən zaman bir sıra nöqsanlar aşkar edildiyini göstərmişdir.
28. xx.xx.2024-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin müəllimləri tərəfindən tərtib olunmuş aktda texnologiya müəllimi İddiaçı 29, 30, 31 yanvar 2024-cü il tarixlərində məktəbə hansı səbəbdən gəlməməsi barədə izahat tələb olunması və onun izahat verməkdən imtina etdiyi göstərilmişdir.
29. xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatının sədri Şahid2 müraciət edərək, İddiaçı Qızılca kənd R.Rzayev adına tam orta məktəbində iş vaxtı qanuna zidd hərəkətləri barədə həmkarların qərarının və rəyinin bildirilməsini xahiş etmişdir.
30. xx.xx.2024-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatının sədri və üzvləri tərəfindən tərtib olunmuş aktda İddiaçı həmkarların iclasında iştirak edib izahat verməsi tələb olunsa da onun izahat verməkdən imtina etdiyi göstərilmişdir.
31. İşə davamiyyət cədvəlindən görünür ki, İddiaçı 2024-cü ilin yanvar ayının 29, 30, 31 günlərində cədvəli imzalamamışdır.
32. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin edilmiş iclası haqqında bildirişi alması barədə qəbzi imzalamışdır.
33. Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 08 fevral 2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır.
34. Qızılca kənd həkim məntəqəsinin Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xəstə İddiaçı klimaks keçirmiş, qanaxma diaqnozu ilə həkim məntəqəsinə müraciət etmişdir. xx.xx.2023, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində xəstəyə tibbi yardım göstərilmişdir.
35. 01 ədəd “CD” diskə əlavə edilmiş video görüntüdən müəyyən edildi ki, İddiaçı məktəbin müəllimlər otağında ucadan nalayiq ifadələr işlədərək məktəbin direktorunu təhqir etməsi məlum olmuşdur.
36. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18- 1-37/2-1108/2024 nömrəli məktubundan görünür ki, “Klimakterik sindrom” xəstəliyi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinin mümkünlüyü barədə məktuba cavab olaraq, həmin diaqnozla hər bir konkret şəxs üzrə xəstəliyin əlamətləri, yanaşı gedən xəstəlikləri, yerinə yetirdiyi peşəyə uyğun tələblər, sosial şərtlər və s. nəzərə alınmaqla orqanizmin pozulmuş funksiyalarının müəyyənləşdirilməsi üçün müayinə, müalicə və reabilitasiya məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi istisna olunmur.
37. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18- 1-73/2-863/2024 nömrəli məktubundan görünür ki, “fizioloji klimaks” zamanı əmək qabiliyyətinin itirilməsi mümkün deyildir.
38. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18- 1-42/2-761/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Göygöl Rayon Mərkəzi Xəstəxanasının Qızılca həkim tibb məntəqəsinə 29 və 30 yanvar 2024-cü il tarixlərdə müraciət edərək klimaks olduğunu bildirmiş və ona iynə vurulmasını xahiş etmişdir. Qızılca həkim tibb məntəqəsində məntəqə müdiri vəzifəsi (həkim vəzifəsi) vakant olduğu üçün adı qeyd olunan məntəqədə şəxslərin müayinə və müalicəsi həkim olmadığı üçün mümkün olmamışdır. İddiaçı məntəqənin orta tibb işçisi tərəfindən müalicə məqsədli olmayan ilkin tibbi yardım məqsədilə 29 yanvar 2024-cü il tarixdə 2 qr vikaasol, 30 yanvar 2024-cü il tarixdə isə 2 qr vikasol və 10 qr kalsium qlükonat iynəsi vurulmuşdur. Göygöl Rayon Mərkəzi Xəsdəxanasının Qızılca həkim tibb məntəqəsində həkim vəzifəsi vakant olduğu üçün hər hansı şəxsə müalicə və müayinə edilmir. Ona görə də İddiaçı Qızılca həkim tibb məntəqəsində muayinə və müalicə olmamışdır. Əlavə olaraq bildirilir ki, X18 31 yanvar 2024-cü il tarixdə Qızılca həkim tibb məntəqəsinə tibb yardım üçün müraciət etməmişdir.
39. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18- 1-42/2-739/2024 nömrəli məktubundan görünür ki, Göygöl RMX PHŞ-nin nəzdində fəaliyyət göstərən şöbə, bölüm və tibb məntəqələrində göstərilmiş tibbi xidmətlə bağlı hər hansı qurum, təşkilat və şəxslərdən (hüquqi və ya fiziki şəxs) daxil olan sorğuların cavablandırılması mərkəzləşmiş qaydada Azərbaycan Respublikasının Kargüzarlıq haqqında qanunun, Elektron imza və elektron sənəd haqqında qanunun və digər mövcud qanunvericiliyin tələblərinə uyğun xəstəxananın Ümumi şöbəsində müvafiq qeydiyyat prosedurları aparılmaqla icra edilir. Müəssisənin nəzdində fəaliyyət göstərən hər hansı tibb məntəqəsinin aparılmış tibbi xidmətlə bağlı vəkil sorğusunun, yaxud digər idarə və təşkilatlardan daxil olan sorğuların cavablandırılması səlahiyyəti yoxdur. Bundan başqa Qızılca kənd həkim məntəqəsi və digər məntəqələr əhaliyə ilkin səhiyyə xidməti göstərir. Əgər axşam və ya gecə vaxtı Poliklinikada və ya ambulatoriyada qəbul olmadıqda hər hansı vətəndaş tibb məntəqəsinə müraciət edərsə, məntəqənin tibb bacısı və ya feldşeri ona müraciət etmiş şəxsə ilkin tibbi yardım göstərib növbəti gün Poliklinikaya və ya ambulatoriyaya getməyi, lazım gəldiyi halda isə evə həkim çağırmalarını təklif edirlər. Xəstəxananın Poliklinika şöbəsində əgər şəxsin əmək qabiliyyəti müvəqqəti itibsə, müalicə həkimi tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsi ilə təmin edilir. Sorğu ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı qeyd olunan tarixlərdə Qızılca kənd həkim məntəqəsinin tibb işçisi Şahid1 müraciət edərək onda “klimakterik sindromla” əlaqədar vaginal qanaxmanın olduğunu bildirmişdir. Tibb işçisi tərəfindən ilkin yardım məqsədilə əzələ daxilinə dərman vasitəsi inyeksiya edilərək, rayon mərkəzi xəstəxanasında ixtisaslı həkimə müraciət etməsi vətəndaşa məsləhət edilmiş, o isə xəstəxanaya müraciət etməmişdir. Vətəndaş İddiaçı xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024cü il tarixlərdə Qızılca kənd həkim məntəqəsində müalicə alması və əmək qabiliyyətinin olmaması vərəqi ilə təmin edilməsi barədə xəstəxananın Poliklinika şöbəsinə müraciət daxil olmamışdır. Əlavə olaraq qeyd olunur ki, İddiaçı başqa-başqa vaxtlarda dəfələrlə xəstəxana rəhbərliyinə və digər tibb məntəqələrinə müraciət edərək iş fəaliyyətindən yayınmaq məqsədilə əsassız olaraq ona xəstəlik vərəqəsi verilməsini tələb etmiş, ancaq tələbi icra edilməmişdir.
40. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-31/2-998/2024 nömrəli məktubundan görünür ki, Göygöl rayonu üzrə təhsil sektoru tərəfindən İddiaçı vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-29-31 /2-640/2024 nömrəli məktub Göygöl rayonu Qızılca kənd tam orta məktəbinin direktorunun 12 fevral 2024-cü il tarixli, 59 nömrəli İddiaçı işdən çıxarılma barədə əmri əsasında yazılmışdır. Belə ki, Göygöl rayonu Qızılca kənd tam orta məktəbinin direktorunun 12 fevral 2024-cü il tarixli, 59 saylı əmrinin 2-ci hissəsində “İddiaçı son haqq-hesabı (istifadə edilməmiş məzuniyyətinə görə təqvim günü üçün pul əvəzi, işciyə ödənilməli əmək haqqı və digər ödəmələr Əmək qanunvericiliyinə uyğun olaraq) hesablanıb ona ödənilməsi Göygöl rayonu Qızılca kənd tam orta məktəbin direktorunun 12 fevral 2024-cü il tarixli, 59 nömrəli əmrində İddiaçı 29, 30 və 31 yanvar 2024-cü il tarixində üzrlü səbəb olmadan bütün gün işə gəlməməsi səbəbi ilə əmək haqqından tutulması qeyd olunmasa da, adı çəkilən əmrdə onun işdə olmaması barədə müvafiq qeydlərin olması nəzərə alınaraq, Göygöl rayonu üzrə təhsil sektorunun mühasibatlığının mühasibi tərəfindən əmək haqqı tutulmuşdur. Ona görə də ünvan 2 ünvanlamış xx.xx.2024-cü il tarixli, 3-29-31 /2-640/2024 saylı məktub Göygöl rayonu Qızılca kənd tam orta məktəbinin direktorunun 12 fevral 2024-cü il tarixli, 59 nömrəli İddiaçı işdən çıxarılması haqqında əmrinin 2-ci hissəsinə uyğun tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
41. İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, mediasiya xərci tələbinə tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin 12 fevral 2024-cü il tarixli 59 saylı əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi, mediasiya xərci 50 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
42. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildən Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbində texnologiya müəlliməsi kimi fəaliyyət göstərir, xx.xx.2024-cü il tarixdə əsassız olaraq tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməyi onunla bağlı olmuşdur ki, 28 yanvar 2024-cü il tarixdə səhhətində problem yaranmış və məktəbin direktoruna məlumat verərək dərsə gələ bilməyəcəyini bildirmişdir. Həmin vaxt həqiqətən də səhhətində yaranmış problemlə bağlı kənddə tibb bacısı işləyən bacısı Şahid1 çağırmış, qanaxması olduğundan Hökümə ona qankəsici iynə vurmuşdur. Bundan sonra qan itirdiyinə görə halsız olduğundan və özünü pis hiss etdiyindən 29, 30, 31 yanvar 2024-cü il tarixlərində üzrlü səbəbdən səhhəti ilə bağlı olaraq məktəbə gedə bilməmişdir. Həmin vaxt birinci rübün sonu olduğu üçün uşaqlar tətildə olmuşlar. Barəsində işdən çıxarılma ilə bağlı xx.xx.2024-cü il tarixli əmrin verilməsinə səbəb olmuş əsaslar özlüyündə tam əsassızdır. İşdən azad olunmasının əsasında dayanan faktlardan biri onun məktəbə gəlməməsi ilə bağlı olmuşdur. O, səhhətində problem yaranması ilə bağlı dərsə gələ bilməməsi barədə məktəb direktoruna məlumat vermişdir. Bununla bağlı telefon danışıqlarının çıxarılması və həmin vaxt ona tibbi yardım göstərən tibb bacısının məhkmədə dindirilməsini vacib hesab edir. Əmrdən görünür ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə guya o, dərsə gəlməmişdir. Həmin vaxtlarda icazə verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə xəstəliyi ilə bağlı tibbi arayışı direktora təqdim etmişdir. Həmin arayışı ərizəsinə də əlavə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Lakin verilmiş əmrdə və onun əsaslandırma hissəsində konkret olaraq məktəbə getməməsi nəticəsində məktəbin normal iş şəraitinin pozulması və yaxud əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi müəyyən edilməmişdir. Həmin vaxt uşaqlar tətilə buraxılmışdır. Belə olan halda onun işdən azad olunması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdeh özü Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq onun barəsində başqa intizam tənbehi tətbiq etmədən onu işdən çıxartmışdır. Həmin maddəyə əsasən intizam tənbehi kimi işdən azad edilmə 5-ci sırada dayanır. Qanunvericilikdə işçinin işdən azad edilməsinin yalnız əhəmiyyətli pozuntu baş verdikdə işdən azad edilməsi səbəbindən işdən çıxarılması sonuncu intizam tənbehlərindən biri kimi göstərilmişdir. Cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin 12 fevral 2024-cü il tarixli 59 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, o işə bərpa olunmalı və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ona ödənilməlidir.
43. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-486/2024 nömrəli qətnaməsi (hakim Rəşad Mustafayev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
44. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44.3, 68, 83-cü maddəsinin 1-ci hissəsinə, 80, 84-cü maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 1 və 2-ci hissələrinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 79, 187, 189 və 310-cu maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119, 216, 220 və 222.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
45. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-486/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
46. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə 71-ci maddənin şərtlərini aradan qaldra bilməyib həmin maddənin məzmunua don geyindirməyə çalışmış lakin yanaşma uyğunsuz olduğundan məhkəmə qətnaməsi əsaslı olmamışdır. “Bundan əlavə məktəbdə rüblük hesabat verilməsi üçün müəllimlərin summativlərin çıxarılması və jurnalların yazılaraq təqdim edilməsi İddiaçı 29, 30 və 31 yanvar 2024-cü il tarixlərdə səbəbi barədə məlumat vermədən məktəbə gəlməməsi səbəbindən mümkün olmamış, məktəbin iş rejimi pozulmuşdur”. Məktəbin iş rejimi deyəndə nə nəzərdə tutulur məhkəmə buna aydınlıq gətirməyib. Həmin vaxt tətil olub uşaqlar məktəbə gəlməyib dərs keçilməyib. Sumativləri hər bir müəllimə öz sinifinə və yaxud fəninə uyğun təşkil edir. Burada İddiaçı dərsə gəlməməsinin digər müəllimlərin sumativ yazdırması ilə hansı əlaqəsinin olması məhkəmə tərəflərindən əsaslandırılmayıb. Məhkəmə cavabdehin mövqeyini möhkəmləndirməyə çalışsa da lakin hansı pozuntunun baş verməsinə və bu pozuntunun konkret kimin mənafeyinə xələlə gətirməsini aydınlığı ilə göstərə bilməmişdir. Bundan başqa iddiaçı tərəf məhkəməyə sübut təqdim edir və həmin sübutda məktəbdə dərs keçirilmədiyi və davamiyyətin yox dərəcəsində olmasını göstərən diskləri iddiaçının özünə qaytarır. Lakin digər tərəfin təqdim etdiyi və həmin hal ilə bağlı araşdrıma aparıldığı işdə olan sənədlərlə sübut olunmasına baxmayaraq məhkəmə həmin halları qətnaməyə köçürmək ilə iddiaçının barasində mənfi xarakter formalaşdırmağa çalışmışdır. Halbuki, iddiaçı tərəf məhkəmədə qarşı tərəfin ona qarşı qərəzli hərəkətlərinin olmasının qarşılığında müəyyən hərəkətlər etdiyini göstərmişdir. Həmin hərəkətlər iş materiallarından da görünür. Şəxsin barəsində həmkarların vermiş olduğu rəy tamamilə əsassız olmuşdur. Orada iştirak edən şəxslərin əksəriyyəti iddiaçı ilə münaqişə vəziyyətində olmuşdur. Orada iştirak edən şəxslər məhkəmə prosesində dindirilən zaman bunları özləri etiraf etdilər. Məktəb direktoru tərəfindən məhz münaqişə vəziyyətinə olan şəxslərin iclasa çağrılması təsadüfi deyildir. Necə olur orada iştirak edən şəxslərdən heç biri ilə iddiaçının normal münasibəti olmur. Bütün qeyd edilən məsələlər əvvəlcədən təşkil edilmiş məsələlərdir. Həmkarların üzvlərinin yarısından çoxunun iclasda iştirak etmədən şəxsin işdən çıxarılması barədə rəy verən şəxslərin maraqlı olması özlüyündə həmin rəyin əsaslı olmadığını təsdiq edir. Onlar heç bir araşdrıma aparmadan şəxsin işə gəlməməsi ilə məktəbin mənafeyinə hansı zərərin vurulmasını göstərə bilməməsi və buna baxmayaraq şəxsin işdən çıxarılmasına qərar vermələri onların qərəzli olduğunu bir daha göstərir. Məhkəmə prosesində şəxsin həm işdən çıxarılması həm də iş buraxmaya görə onun əmək haqqından tutulma olması özlüyündə Əmək Məcəlləsinin 189-cu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmədə həmin halın möcud olması və həmin halın cavabdeh tərəfindən də təsdiq edilməsinə baxmayaraq məhkəmə iddiaçı tərəfin həmin əmək haqqından tutulmaların olmasına dair sənədlərin götürülməsi barədə vəsatətini nəzərə almamışdır. Halbuki, cavabdeh tərəfi də bunu etiraf edirdi. Məhkəmə prosesində şəxsin xəstə olmasına dair arayış məhkəməyə təqdim edildi. Məhkəmə prosesində həkim dindirildi və o da təsdiq etdi ki, həmin vaxt iddiaçı ona xəstəliklə bağlı müraciət edib. Məhkəmə həmin halları nəzərə almayıb ƏM-nin 72-ci maddəsində şəxsin üzürlü səbəb olmadan işə gəlmədiyini bildirmişdir. Bununla bağlı qeyd edirlər ki, şəxsin 70-ci maddəsi ilə işdən çıxarılması yalnız 71-ci maddənin dispozisiyasında göstərilən hallar mövcud olduğu halda mümkündür. Şəxsin işdən qalması özlüyündə şəxsin avtomatik işdən çıxarılması şərti ola bilməz. Burada önəmli olan əmək kollektivinin və müəssisənin mənafeyinə mühüm zərərin dəyməsidir. Bu isə iş materiallarından görünmür. Məhkəmənin sumativ yanaşması is yuxarıda qeyd etdiyimi kimi uğursuz yanaşmadır. Müəsissənin və əmək kollektivinin mənafelərinə zərər vurmaq şərti ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Sadəcə məhkəmə sübut yetərsizliyindən əziyyət çəkdiyi üçün sumativ məsələsini qabartmağa məcbur olub. Yəni, məhkəmə konkret olaraq heç bir əsaslı dəlililə şəxsin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə çıxarılmasını əsaslandıra bilməmişdir. Məhkəmə sadəcə 71-ci maddəni görməməzlikdən gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
48. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, 29,30,31 yanvar 2024-cü il tarixlərində xəstə olduğu üçün işə gedə bilmədiyindən məktəbin direktoru Mehparə Qasımova onu işdən azad etmişdir. Mehparə müəllimə ilə əvvəllər münasibəti yaxşı olmuşdur. O, evinin sirrini də Mehparə müəlliməyə demiş, o, isə məktəbdə qızı yaşda olan müəllimlərə qoşulduğundan ona qarşı münasibəti dəyişib. 2023-cü ilin sentyabr ayından Mehparə Qasımova onu danışdırmır. Dekabr ayının 7-də və 22-də işə getmədiyi üçün ərizə vermişdir. Həmkarların əvvəlki iclasında iştirak etmişdir, lakin ona töhmət verilməsi deyilməmiş, əmri alsada oxumamışdır. O, 29,30,31 yanvar 2024-cü il tarixlərində xəstə olduğu üçün işə gedə bilməyəcəyi barədə dəfələrlə internetlə “Whatsapp” sosial şəbəkəsi ilə əvvəlcədən Mehparə müəlliməyə zəng edib xəstə olduğunu işə gələ bilməyəcəyini deməsi üçün zəng etmişdir, o, isə telefonu açmamışdır, zavuçun telefon nömrəsi isə onda olmadığından ona zəng edə bilməmişdir. Məktəbdə qruplaşma vardır. Ona görə də onu işdən çıxartmışlar. Həmkarların sədri və üzvləri də həmin qruplaşmadadır. Onun işə getmədiyi günlər tətil günləri olmuşdur. O, zavuçdan telefon nömrəsi istəmiş lakin ona nömrəsini verməmişdir. 2023-cü ilin oktyabr ayının 23-də, noyabr ayının 14-də, dekabr ayının 1-də işə gəlməməsi ilə bağlı verilən əmrin surətini alıb, lakin əmri oxumamışdır. xx.xx.2023-cü il tarixli 42 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdə işə getmədiyindən əmək haqqından tutulmuşdur. Həmkarların xx.xx.2024-cü il tarixli keçiriləcək iclasının bildirişini almış, lakin iştirak etmək istəməmişdir. 2024-cü ilin 24 yanvarın əmrini alsa da oxumamışdır. Sentyabr ayında dərs vaxtı iclas olduğundan və zəngə az qaldığından uşaqları buraxmış və sonra uşaqları geri qaytarmış, özü də qayıtmışdır. Oktyabr-noyabr ayında bütün iş günü işdə olmadığına görə əmək haqqı tutulmuşdur, icazə alanda ərizəni direktora vermişdir. Həmçinin, 29,30,31 yanvar 2024-cü il tarixlərində xəstə olduğu üçün işə gedə bilməmişdir. Belə ki, həmin zaman üç gün müddətində onda qanaxmalar baş vermiş və buna görə də ambulator şəraitdə müalicə almışdır. Ev şəraitində müalicə aldığı üçün təcili tibbi yardıma və xəstəxanaya müraciət etməmişdir. Səhhətində baş vermiş xəstəliyə görə onun əmək qabiliyyəti müvəqqəti olaraq pozulmuşdur. Ona görə də işə çıxa bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə bərpa edilməsini xahiş etmişdir.
49. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iş üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
50. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin direktoru Nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, dekabr ayında həmkarlar iclasında Tacirəni işdən çıxarmaq istəmişlər. O Tacirəni 4-5 il olar ki, tanıyır. Məktəb rəhbərliyindən Tacirənin işdən çıxarılmamasını xahiş etmiş, həmin vaxt ona 2019-cu ildə də eynən bu hərəkətlərinə görə rəhbərliyə iltizam xarakterli izahat verdiyi, lakin sonra yenə öz hərəkətlərini davam etdirdiyi bildirilmişdir. Buna baxmayaraq onun xahişi ilə həmin vaxt Tacirə işdən azad edilməmişdir. Tacirə Prokurorluğa və təhlükəsizlik xidmətinə şikayət edib gəlib məktəbi yoxlayıblar. Həmçinin həmkarlar haqqında qanuna görə həmkarların hər bir üzvünün iclasda iştirak etməsi məcburi deyil. Həmkarlar sərbəst qaydada öz fikirlərini bildirə bilərlər. Həmkarlar İddiaçı barəsində rəy verərkən onlara heç bir təzyiq edilməmişdir. Həmkarların 20 dekabr 2023-cü il tarixdə keçirilən iclasından sonra İddiaçı onlara qarşı təzyiqlər etmişdir. İddiaçı işdən çıxarılması barədə əmrin verilməsinə yetərincə əsaslar vardır. Eyni zamanda, iddiaçı tərəfindən qeyd edilən qanaxması olduğu üçün əmək qabiliyyətinin pozulması əsasızdır. Belə ki, iş materiallarından görünür kimi, sonuncu xəstəxanaya müraciət etməmiş və ev şəraitində müalicə almışdır. Bülleten almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
51. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinin direktoru Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
52. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsində həkim ginekoloq vəzifəsində işləyən X6 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçının bildirdiyi “Klimakterik sindrom”nun ağır və yüngül halları olur. Yüngül olduqda ev şəraitində ambulator müalicəsi alması kifayət edir və əmək qabiliyyətinin pozulmasına təsir göstərmir. Ağır olduqda isə bu zaman qanaxma çox olarsa xəstə təcili tibbi yardıma müraciət etməli stasionar şəraitdə müalicə almalıdır. Eytiyac olarsa həmin vaxt şəxsə qan da köçürülə bilər. Əgər, iddiaçının bildirdiyi kimi 03 (üç) gün ardıcıl qanaxma baş veribsə bu zaman ambulator şəraitdə müalicə ala bilməz və stasionar olaraq xəstəxanada qalaraq müalicə almalıdır. “Klimakterik sindrom” isə 5-10 günə qədər davam edə bilər. Lakin, İddiaçı müayinələri və analizləri olmadığı üçün dəqiq bilinmir. Lakin, hazırki vəziyyətdə sonuncunun dediklərinə əsasən qeyd olunan hal ağır olmamış, ev şəraitində müalicə alması kifayət etmişdir. İddiaçı ilkin tibbi yardım qismində vurulmuş xx.xx.2024-cü il tarixdə vurulmuş 2 qr “vikasol”, xx.xx.2024-cü il tarixdə vurulmuş 2 qr “vikasol” və 10 qr “kalsium qlükonat” adlı iynələr yüngül tərkibli iynələrdir və ağır vəziyyətdə olan şəxsin kəskin şəkildə olan qanaxmasını kəsməyə kifayət etməz. İddiaçıya adı çəkilən iynələrin vurulması onda xəstələyin yüngül formada olmasını göstərir. Həmin halın baş verməsi isə şəxsə çox təsirini göstərmir. Belə ki, “Klimakterik sindrom”u olan zaman tər ifrazının artması, isti gəlmələr və.s hallar baş verir. Eyni zamanda, İddiaçı qanaxmadan başqa bildirdiyi kistanın olması əmək qabiliyyətinin pozulmasına şərait yaratmır. Həmçinin, kənd ərazisində yerləşən ilkin tibbi yardım göstərən məntəqə tipli səhiyyə qurumunun bülleten verməsi barədə səlahiyyətləri yoxdur. Yalnız, ilkin tibbi müdaxilələr edə bilər.
53. İş üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin direktoru Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
54. Maddə 2 Hissə İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
55. Maddə 2. Hissə İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 36.Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.
56. Maddə 11. Hissə İ, bənd “d”. İşçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarından biridir.
57. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
58. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
59. Maddə 71, Hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
60. Maddə 71 Hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
61. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.
62. Maddə 79. Hissə 1. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
63. Maddə 80. Bənd İ. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
64. Maddə 80. Bənd İİ. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
65. Maddə 83. Hissə 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
66. Maddə 84. Hissə 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
67. Maddə 84. Hissə 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
68. Maddə 84. Hissə 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər
69. Maddə 186. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
70. Maddə 186. Hissə 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
71. Maddə 186. Hissə 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
72. Maddə 187. Hissə 1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
73. Maddə 300. Hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
74. Maddə 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır: 4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; 4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; 4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
75. Maddə 9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.
76. Maddə 9.2. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq qaydada qiymətləndirilir.
77. Maddə 33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
78. Maddə 33.2. Təhsilverənlərin hüquqları aşağıdakılardır: 33.3.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli, KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış” Qaydaları
79. Bənd 3.1. Təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur.
80. Bənd 3.2. Təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.
81. Bənd 3.3. Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur.
82. Bənd 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir.
83. Bənd 5.2. Müəssisə rəhbəri: 5.2.3. təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir; 5.2.4. etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
84. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
85. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
86. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
87. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
88. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
89. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
90. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
91. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
92. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
93. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
94. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
95. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
96. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
97. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
98. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
99. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
100. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
101. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
102. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
103. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
104. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
105. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-486/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
106. Belə ki, işin halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə 5-ci saat 6-cı sinif şagirdlərinə İddiaçı texnologiya dərsi keçməli olduğu halda şagirdlərdən evlərinə getmələrini tələb etmiş, məktəb rəhbərliyi şagirdləri qaytarıb dərsin keçirilməsini tələb edərkən İddiaçı nalayiq söyüşlər söyərək şagirdlərin və müəllimlərin gözü qarçısında etik davranış qaydalarına zidd olan nalayiq hərəkətlər etmiş, məktəbdə səs-küyü ilə bütün dərs sistemini pozduğundan xx.xx.2023-cü il tarixli 29 nömrəli əmri ilə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə məktəbin texnologiya müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186- cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verimişdir. Bundan başqa İddiaçı xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan Qızılca kənd orta məktəbinə işə gəlmədiyi, nəticədə xx.xx.2023-cü il tarixdə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etməli olduğu təqdirdə tədris etmədiyindən ödənilməsi nəzərdə tutulan əmək haqqısının ödənməməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2023-cü il tarixli 42 nömrəli əmrində göstərilmişdir. Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onun əmək haqqısı həmin günlər üçün müvafiq əmrlərlə tutulmuşdur. Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli iclasının qərarına əsasən Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 nömrəli əmri ilə İddiaçı müəllimlərə qarşı nalayiq sözlər işlətməsinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. İddiaçı həmin tarixdə ona şiddətli töhmət verilməsi haqqında əmrin surətini almışdır. Bundan sonra İddiaçı 29, 30, 31 yanvar 2024-cü il tarixlərində işə gəlməli olduğu halda üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, öz əmək funksiyalarını yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixdə təqdimatla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatının sədri Şahid2 müraciət edilərək, bu barədə həmkarların qərarının və rəyinin bildirilməsi xahiş edilmiş, xx.xx.2024-cü il tarixdə İddiaçı həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin edilmiş iclası haqqında bildirişi alması barədə qəbzi imzalamış, İddiaçı işə çıxmaması ilə əlaqədar izahat tələb edildikdə o, izahat verməkdən imtina etmiş, bu barədə akt tərtib edilmişdir. Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 08 fevral 2024-cü il tarixli 3 saylı qərarı ilə Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktorunun 12 fevral 2024- cü il tarixli, 59 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə olan əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş və Bağırova X7 R.Rzayev adına tam orta məktəbin texnologiya müəllimliyi vəzifəsindən azad edilmişdir.
107. İddiaçı həmin əmrin ləğvini tələb edir və tələbini onunla əsaslandırır ki, o, əmək funksiyasını pozmamış, işdən azad olunmasına dair əmr verilərkən əmək qabiliyyətini müvəqqəti itirilməsinə dair sənədi olmuş, lakin buna baxmayaraq buna əhəmiyyət verilməmiş və birinci instansiya məhkəməsinin həmin dəlillər üzrə qiymətləndirməsi düzgün olmamışdır.
108. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
109. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.
110. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir.
111. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin ....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.
112. Eyni zamanda Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ... e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; ... və sairdən ibarətdir.
113. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi haqqında qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
114. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin nəticə hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin məzmunu göstərilmiş, işdən azad edilmə əsası kimi isə - “Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi vəzifəsində çalışan İddiaçı xx.xx.2024, xx.xx.2024-cü ildə və xx.xx.2024-cü il tarixlərdə işə gəlməli olduğu halda üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, İddiaçı müxtəlif vaxtlarda işə gəlmədiyindən onun barəsində intizam xarakterli tədbirlər görüldüyü, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onu əmək haqqısının həmin günlər üçün müvafiq əmrlərlə tutulduğu, İddiaçı barəsində görülmüş intizam xarakterli tədbirlərdən nəticə çıxarmaması, işində dönüş etməməsi, ona görə də İddiaçı “işdən azad olunması” ilə bağlı müvafiq rəy verilməsi üçün Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatına xx.xx.2024- cü il tarixdə təqdimat verildiyi, həmin təqdimata xx.xx.2024-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatında baxıldığı və İddiaçı vəzifədən azad olunmasının məqsədə müvafiq hesab edilməsi barədə rəy verildiyi, İddiaçı xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə üzrlü səbəb olmadan işə gəlmədiyindən və həmkarlar təşkilatı onun işdən azad olunmasına müsbət rəy verdiyindən işdən azad edilsin” qeyd edilmişdir.
115. İlk öncə qeyd olunmalıdır ki, mübahisənin həlli zamanı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nəzərdə tutulmayan hallara istinad oluna bilməz, həmin əmrin genişləndirici təfsiri yolverilməzdir.
116. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər.
117. Qeyd olunan normanın məzmunundan göründüyü kimi Əmək Məcəlləsinin 10cu maddəsində, eləcə də işçi ilə bağlanmış əmək müqaviləsinin şərtlərində işçinin vəzifə öhdəlikləri nəzərdə tutulmuşdur.
118. Belə ki, xx.xx.2024-cü il tarixli əmrə nəzər salınan zaman İddiaçı işdən azad edilmə əsası kimi: - xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə işə gəlməli olduğu halda üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, İddiaçı müxtəlif vaxtlarda işə gəlmədiyindən onun barəsində intizam xarakterli tədbirlər görüldüyü; - xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənnlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onu əmək haqqısının həmin günlər üçün müvafiq əmrlərlə tutulduğu - əsasları qeyd edilmişdir.
119. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməklə bağlı intizam tənbehlərindən birini verə bilər.
120. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi isə digər pozuntularla yanaşı, həm də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işçinin altı ay ərzində təkrarən əmək funksiyasını pozması kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur.
121. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsas kimi, Əmək Məcəlləsinin 72–ci maddəsinin “a” və “ə” bəndləridə nəzərdə tutulmuşdur.
122. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
123. Buna görə də halda işin faktiki hallarını araşdırılan zaman mübahisələndirilən əmrlə yanaşı iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrin qanuniliyinə də hüquqi qiymət verilməlidir.
124. Məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi icazə almadan və heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənnlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onun əmək haqqısı xx.xx.2023-cü il tarixli, 42 nömrəli əmrlə tutulmuşdur.
125. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 42 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan Qızılca kənd orta məktəbinə işə gəlmədiyi, nəticədə xx.xx.2023-cü il tarixdə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etməli olduğu təqdirdə tədris etmədiyindən ödənilməsi nəzərdə tutulan əmək haqqısının ödənməməsi göstərilmişdir.
126. Habelə, Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli iclasının qərarına əsasən onun məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır.
127. Digər tərəfdən, İddiaçı həmin zaman bununla kifayətlənməmiş, müxtəlif vaxtlarda məktəbin müxtəlif müəllimlərinə qarşı nalayiq ifadələr işlədərək, müəllim etikasına zidd olan hərəkətlər etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 ədəd “CD” diskə əlavə edilmiş video görüntü ilə, İddiaçı məktəbin müəllimlər otağında ucadan nalayiq ifadələr işlədərək məktəbin direktorunu təhqir etməsi müəyyən edilmişdir.
128. Bununla yanaşı məhkəmə kollegiyası mübahisəli əmrin digər əsası kimi qeyd edilmiş, iddiaçının 29, 30, 31 yanvar 2024-cü il tarixlərdə işə gəlməməsi barədə hallara qiymət verilməsini zəruri hesab edir.
129. Belə ki, iddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətinin dəlillərində 29, 30, 31 yanvar 2024-cü il tarixlərdə səhhətində narahatçılıq olduğuna görə işə çıxa bilmədiyini, bununla bağlı 28 yanvar 2024-cü il tarixdə məktəbin direktoruna icazə alması üçün zəng etməsi, məktəbin fəaliyyətinə hər-hansı bir zərərin dəyməməsini bildirir.
130. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia edilən əmək funksiyasına maneə törətdiyi səhhəti ilə bağlı qeyd etdiyi “Klimakterik sindrom”nun əmək qabiliyyətinin müvəqqəti itirilməsinin mümkünlüyü araşdırmaq üçün müvafiq qurumlara sorğular verilmiş və mütəxəssis qismində Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsində həkim-ginekoloq vəzifəsində işləyən X6 dəvət edilmişdir.
131. Bu qətnamədə qeyd olunmuş materiallar ilə, İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olan hal kimi qeyd etdiyi “Klimakterik sindrom”nun yüngül xassəli olduğu və iddiaçının əmək fəaliyyətinə heç bir maneə törətmədiyi müəyyən edilmişdir. Buna görə də, iddiaçı yalnız ambulator olaraq ev şəraitində müalicə almış, təcili tibbi yardım və ya stasionar mərkəzlərə müraciət etməmişdir.
132. Həmçinin, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsində həkim-ginekoloq vəzifəsində işləyən X6 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının bildirdiyi “Klimakterik sindrom”nun ağır və yüngül halları olur. Yüngül olduqda ev şəraitində ambulator müalicəsi alması kifayət edir və əmək qabiliyyətinin pozulmasına təsir göstərmir. Ağır olduqda isə bu zaman qanaxma çox olarsa xəstə təcili tibbi yardıma müraciət etməli stasionar şəraitdə müalicə almalıdır. Eytiyac olarsa həmin vaxt şəxsə qan da köçürülə bilər. Əgər, iddiaçının bildirdiyi kimi 03 (üç) gün ardıcıl qanaxma baş veribsə bu zaman ambulator şəraitdə müalicə ala bilməz və stasionar olaraq xəstəxanada qalaraq müalicə almalıdır. “Klimakterik sindrom” isə 5-10 günə qədər davam edə bilər. Lakin, İddiaçı müayinələri və analizləri olmadığı üçün dəqiq bilmir. Lakin, hazırki vəziyyətdə sonuncunun dediklərinə əsasən qeyd olunan hal ağır olmamış, ev şəraitində müalicə alması kifayət etmişdir. İddiaçı ilkin tibbi yardım qismində vurulmuş xx.xx.2024-cü il tarixdə vurulmuş 2 qr “vikasol”, xx.xx.2024-cü il tarixdə vurulmuş 2 qr “vikasol” və 10 qr “kalsium qlükonat” adlı iynələr yüngül tərkibli iynələrdir və ağır vəziyyətdə olan şəxsin kəskin şəkildə olan qanaxmasını kəsməyə kifayət etməz. İddiaçıya adı çəkilən iynələrin vurulması onda xəstələyin yüngül formada olmasını göstərir. Həmin halın baş verməsi isə şəxsə çox təsirini göstərmir. Belə ki, “Klimakterik sindrom”u olan zaman tər ifrazının artması, isti gəlmələr və.s hallar baş verir. Eyni zamanda, İddiaçı qanaxmadan başqa bildirdiyi kistanın olması əmək qabiliyyətinin pozulmasına şərait yaratmır. Həmçinin, kənd ərazisində yerləşən ilkin tibbi yardım göstərən məntəqə tipli səhiyyə qurumunun bülleten verməsi barədə səlahiyyətləri yoxdur. Yalnız, ilkin tibbi müdaxilələr edə bilər.
133. Göründüyü kimi, iddiaçının iddia etdiyi “Klimakterik sindrom” xəstəliyinin olması və 03 gün ərzində kəskin qanaxmalarının baş verməsi nəticəsində işə çıxa bilməməsi barədə göstərdiyi xüsusatlar öz əksini tapmamış və həqiqəti əks etdirmir. Əksinə, iş materiallarında olan sənədlərlə və mütəxəssis qismində cəlb edilmiş həkimin qeyd etdiyi hallarla görünür ki, iddiaçının bildirdiyi kimi əgər 03 gün ərzində kəskin qanaxması baş verdiyi halda ev şəraitində, yəni ambulator müalicə alması qeyri-mümkündür. Hansı ki, iddiaçının xəstəliyi üçün qəbul etdiyi iynələr də, sonuncunun qeyd etdiyi güclü qanaxmanın qarşısına alan dərmanlar olmamış, yəni yüngül dozalı iynələr olmuşdur. Belə ki, bu hallar isə iddiaçının keçirdiyi xəstələyinin yüngül olması və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə təsir göstərməyən olması müəyyən edilmişdir.
134. Bunlarla paralel məhkəmə kollegiyası iddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 29 yanvar 2024-cü il tarixdə İddiaçı ona müraciət etdiyini, ona evində iynə vurduğunu, 30 və 31 yanvar 2024-cü il tarixlərində Tacirənin iynə vurdurmaq üçün məntəqəyə gəldiyini, Tacirəyə ancaq ilkin tibbi yardım göstərdiyini və İddiaçı arayış tələb etmədiyindən ona xəstəliyi ilə bağlı arayış vermədiyini göstərmiş olsa da, İddiaçı onun həqiqətən həmin tarixlərdə müalicədə olduğunu təsdiq edən sənədi cavabdeh təşkilata təqdim etməmiş, məlumatı olduğu halda həmkarların iclasında iştirak etməmiş, həmçinin məktəbin direktoruna zəng etməsini və işlədiyi təşkilata məlumat verə bilməməsinin ondan aslı olmayan səbəblərdən mümkün olmamasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yalnız, həmin hallar iddiaçının öz subyektiv izahatı ilə öz təsdiqini tapmışdır. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPMin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
135. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
136. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
137. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
138. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının səhhətində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə əsas olan hallar müyyən edilməmiş və 29, 30, 31 yanvar 2024-cü il tarixlərdə əsassız olaraq qəsdən işdən yayınmışdır.
139. Həmçinin, birinci instasniya məhkəməsinin iclasında şahid ifadələri ilə müəyyən edilmişdir, İddiaçı 2024-cü ilin yanvar ayında şagirdlər tətilə buraxılan gündən bir gün əvvəl müəllimlər otağında müəllimlər üçün iş günü olduğu, həmin günlərə görə əmək haqqı yazılacağı onun diqqətinə çatdırılmış, həmin vaxt onun “mən gəlməyəcəm” demişdir.
140. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
141. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir
142. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsi də tələb edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
143. Bundan əlavə, məktəbdə rüblük hesabat verilməsi üçün müəllimlərin summativlərin çıxarılması və jurnalların yazılaraq təqdim edilməsi İddiaçı 29, 30 və 31 yanvar 2024-cü il tarixlərdə səbəbi barədə məlumat vermədən məktəbə gəlməməsi səbəbindən mümkün olmamış, məktəbin iş rejimi pozulmuşdur.
144. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
145. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
146. Apellyatorun apellyasiya şikayətində göstərdiyi “şəxsin işdən qalması özlüyündə şəxsin avtomatik işdən çıxarılması şərti ola bilməz. Burada önəmli olan əmək kollektivinin və müəssisənin mənafeyinə mühüm zərərin dəyməsidir” dəlilini ilə bağlı qeyd edir ki, dəlil əsassızdır.
147. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
148. Qeyd edilən maddədən məlum olur ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilə bilməsi üçün işəgötürənin, hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması kifayətdir. Belə ziyanın konkret olaraq “ciddi” kimi qiymətləndirilməsi və ya maddi xarakterli olması tələb olunmur.
149. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
150. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
151. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
152. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
153. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
154. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
155. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-486/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.