Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-16/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)- 748/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-748/2018 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 60 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə ona və ailə üzvlərinə 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin yaxın qonşuları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus həyətyanı torpaq sahəsinin bır hissəsini zəbt etmiş, çardaq üçün hörülmüş hörgünü uçurub dağıtmışdır. Eləcə də cavabdehlər onun həmin torpaqda yerləşən evinin arxa hissəsində yağış və qar sularının axını üçün saxlanılan 1 metr 40 santimetr enində torpaq sahəsini də zəbt edərək avtomobil yolu kimi istifadə edirlər. Özü və ailə üzvləri cavabdehlərdən bu qanunsuz hərəkətlərinə son qoymağı dəfələrlə xahiş etsələr də cavabdehlər buna məhəl qoymurlar. Bununla da onun hüquqları cavabdehlər tərəfindən kobudcasına pozulur. Cavabdehlərin ona məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi davamlı olaraq mübahisələrə səbəb olur. Həmçinin bildirir ki, o, 2012-ci ildə Cavabdeh1 qarşı “zəbt etdiyi həyətyanı torpaq sahəsinin və evinin arxa hissəsində saxladığı ehtiyat torpaq zolağının özünə qaytarılmaqla çəpərlənməsi” tələbinə dair məhkəmədə iddia qaldırmış, iddiası təmin edilməmişdir. Hazırda yenidən cavabdeh tərəfindən onun torpaq sahəsi zəbt olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin həqiqi hallarına uyğun deyildir. Mütəxəssis tərəfindən iş dərindən araşdırılmamışdır. Məhkəmə isə mütəxəssis rəyini əsas götürərək iddianı rədd etmişdir. Məhkəmə özü mübahisəli əraziyə baxış keçirməmiş, yerində müayinə aparmamışdır. Əgər məhkəmə tərəfindən mübahisəli torpağa baxış keçirilsəydi, rəyin yalan olması bilinərdi. Odur ki, yenidən mütəxəssis dəvət edilməli və ekspertiza keçirilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)- 748/2018 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə iclasında iştirak etmiş tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 370 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonun Maarif kəndində yaşayır. Torpağın mülkiyyətə verilməsinə dair JN-158E KOD 50526018 saylı şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə Gədəbəy rayonun Maarif kəndində X2 və onun ailə üzvləri olan X3, X8 və X4 ümumi birgə mülkiyyətinə 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(041)-524/2012 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “zəbt etdiyi həyətyanı torpaq sahəsinin və evinin arxa hissəsində saxladığı ehtiyat torpaq zolağının özünə qaytarılmaqla çəpərlənməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 24 aprel 2018-ci il tarixli, **********29 nömrəli mütəxəssis rəyindən görünür ki, Ortofoto və DWG faylları və faktiki vəziyyət arasında uyğunsuzluqlar aşkar olunduğu üçün Gədəbəy rayon Aqrar islahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə, JN-185 E KOD 50526018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X2 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.35 ha həyətyanı torpaq sahəsinin sərhədlərini müəyyən etmək və həmin torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən tutulmasını müəyyən etmək mümkün olmadığı üçün qərardadda göstərilən məsələ ilə bağlı rəy vermək mümkün olmamışdır. Belə ki, DWG xəritə faylında X2 adına qeyd olunmuş JN-185 E KOD 50526018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə coğrafi mövqeyi ilə X2 və onun ailə üzvlərinin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Məhkəmə kollegiyasının 02 fevral 2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli 10/3849 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanaraq verdiyi rəyində aşağıdakılar göstərilir: - Torpağın mülkiyyətə verilməsinə dair JN-158E Kod 50526018 saylı Şəhadətnamədə göstərilən, Gədəbəy rayonunun Maarif kəndində X2 və onun ailə üzvləri olan İddiaçı, X8 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsi müəyyən konfiqurasiya fərqi ilə yerində müəyyən etmək mümkündür. Həmin torpaq sahəsinin hüdudları İddiaçı Şahaz qızının faktiki istifadəsində olan torpaq sahəsi ilə müəyyən hissələrdə üst-üstə düşür. - Gədəbəy rayonunun Maarif kəndində X2 və onun ailə üzvləri olan İddiaçı, X8 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair JN-158E Kod 50526018 saylı Şəhadətnamə”də göstərilən torpaq sahəsi ilə X5 verilmiş **********62-10301 nömrəli Çıxarışda göstərilən torpaq sahəsinin sərhədləri konfiqurasiya fərqi ilə müəyyən hissələrdə üst-üstə düşür. - Torpağın mülkiyyətə verilməsinə dair JN-158E Kod 50526018 saylı Şəhadətnamədə göstərilən, Gədəbəy rayonunun Maarif kəndində X2 və onun ailə üzvləri olan İddiaçı, X8 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsinin koordinatları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. - Torpağın mülkiyyətə verilməsinə dair JN-158E Kod 50526018 saylı Şəhadətnamədə göstərilən, Gədəbəy rayonunun Maarif kəndində X2 və onun ailə üzvləri olan İddiaçı, X8 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsinin koordinatları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmamışdır. - **********6-10301 nömrəli Çıxarışla faktiki istifadə vəziyyəti və JN-158E Kod 50526018 saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin sərhədləri arasında fərqlər mövcuddur. Lakin AzCAD elektron məlumat bazasına əsasən Gədəbəy rayonunun Maarif kəndində X2 və onun ailə üzvləri olan İddiaçı, X8 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə Gədəbəy rayonunun Maarif kəndində X2 və onun ailə üzvləri olan X3, X8 və X4 ümumi birgə mülkiyyətinə 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. DWG xəritə faylında X2 adına qeyd olunmuş JN-185 E KOD 50526018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə coğrafi mövqeyi ilə X2 və onun ailə üzvlərinin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Belə ki, iddia tələbindən və apellyasiya şikayətindən görünür ki, iddiaçı ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin cavabdehlərdən tərəfindən zəbt edildiyini göstərmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertin rəyində iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları bəzi hissələrdə üst üstə düşsə də, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üstüstə düşmədiyi, cavabdehlər tərəfindən iddiaçı və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsinin tutulmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası göstərilən ekspert rəyini mötəbər sübut hesab edir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssi tərəfindən mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş, koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericliyinin tələblərinə uyğun araşdırılmışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh1 qarşı “zəbt etdiyi həyətyanı torpaq sahəsinin və evinin arxa hissəsində saxladığı ehtiyat torpaq zolağının özünə qaytarılmaqla çəpərlənməsi” tələbi ilə Gədəbəy Rayon Məhkəməsinə əvvəllər də müraciət etmiş, məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(041)-524/2012 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır, yəni iddiaçının dəlilləri həmin vaxtı da təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-748/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 100 manat miqdarında pul İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-748/2018 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 100 (yüz) manat miqdarında pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE**********000 2088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD- 210005 VÖEN-**********, AZ41NABZ 013601**********3944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov Afiq Hüseynzadə
Məhkəmə qərarları › İş №2(104)-16/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-16/2023
06.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver