Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1627/2025 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: mülkiyyətçi hüquqları; subyektiv hüquq Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Cavabdehlər cavabdeh4 və cavabdeh2 iştirakı ilə, Işin halları
1. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, cavabdeh4 tərəfindən X1 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakı miras kimi qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, 2(042)- **/**** nömrəli qətnaməsinin ləğv edilməsi və cavabdeh4 mərhum həyat yoldaşı X1 miras qalmış daşınar və daşınmaz əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,27 ha torpaq sahəsi və 48 kv.m fərdi yaşayış evi ##.##.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə cavabdeh4 adına qeydə alınmışdır.
4. cavabdeh4 ilə cavabdeh3 arasında bağlanmış ## #### 2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh4 ünvan 4 ünvanında yerləşən, ƏMDK-nın yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş, 505013023652-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,14 ha torpaq sahəsini 5000 manat qarşılığında cavabdeh3 satmışdır.
5. cavabdeh4 ilə cavabdeh2 arasında bağlanmış ## ###### 2023-cü il tarixli, reyestrdə 4Ə-*** nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, cavabdeh4 ünvan 4 ünvanında yerləşən ünvan 4 ünvanında yerləşən, ƏMDKnın yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş, 505013023652-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,13 ha torpaq sahəsini və 98,8 kv.m fərdi yaşayış evini cavabdeh2 bağışlamışdır.
6. cavabdeh2 ilə cavabdeh1 arasında bağlanmış ## #### 2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsindən görünür ki, cavabdeh2 ünvan 4 ünvanında yerləşən, ƏMDK-nın yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş, 505013115181-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,13 ha torpaq sahəsini və 98,8 kv.m fərdi yaşayış evini ümumilikdə 5000 manat qarşılığında cavabdeh1 satmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi ##.##.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə cavabdeh3 adına qeydə alınmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,13 ha torpaq sahəsi və 98,80 kv.m fərdi yaşayış evi ##.##.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə cavabdeh1 adına qeydə alınmışdır.
9. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə təmin edilməmişdir; Apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair cavabdeh4 adına olan ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edildiyindən həmin çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0,14 ha hissəsinin satılmasına dair cavabdeh4 və cavabdeh3 arasında bağlanmış ##.##.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin çıxarış əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 0,13 ha hissəsinin bağışlanmasına dair cavabdeh4 və X4 arasında bağlanmış ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında X4 adına verilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 0,13 ha hissəsinin satılmasına dair X4 və cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə cavabdeh4 tərəfindən X1 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakı miras kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında DƏDRX tərəfindən ##.##.2021-ci il tarixdə cavabdeh4 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 0,27 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində olan, ümumi sahəsi 48,0 kv.m olan fərdi yaşayış evi tam pay olaraq xüsusi mülkiyyət hüququ əsasında cavabdeh4 adına qeydiyyata alınmışdır. O, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs olaraq Gədəbəy Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(042)- **/**** saylı qətnaməsindən apellyasiya şiakyəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ***/**** saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli. *(***)-**/**** saylı qətnaməsi tamamilə ləğv edilmiş və cavabdeh4 mərhum həyat yoldaşı X1 miras qalmış daşınar və daşınmaz əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsi baxılmamış saxlanılmışdır. Buna baxmayaraq artıq ləğv edilmiş qətnamə əsasında, cavabdeh4 adına verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməmişdir. Həmçinin, cavabdeh4 həmin çıxarış əsasında ## #### 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0,14 ha hissəsini cavabdeh3 satmış, bu barədə tərəflər arasında ##.##.2022-ci il tarixli, AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlanmışdır. Həmçinin, cavabdeh4 ## #### 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən evi və 0,13 hissədə torpaq sahəsini qızı X4 bağışlamış, bu barədə tərəflər arasında ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında X4 adına ##.##.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra, X4 həmin çıxarış əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsinin 0,13 ha hissəsini cavabdeh1 satmış, bu barədə tərəflər arasında ##.##.2023-cü il tarixli, AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, ünvan 4 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə dair müqavilələrin əsasında cavabdeh4 adına olan ##.##.2021-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış durur ki, həmin çıxarışın da verilməsinə əsas olan məhkəmə qətnaməsi ləğv edilmişdir.
13. Gədəbəy Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia tələbləri təmin edilərək, cavabdeh4 adına qeydiyyata alınmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 48.0 kv/m və torpaq sahəsinin ölçüsü 0,27 ha olan fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ünvan 4 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinin 0,14 ha hissəsinin satılmasına dair cavabdeh4 və cavabdeh3 arasında bağlanmış ##.##.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 48.0 kv/m fərdi yaşayış evinin və 0,13 ha torpaq sahəsinin bağışlanmasına dair cavabdeh4 və cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv/m fərdi yaşayış evinin və 0,13 ha torpaq sahəsinin bağışlanmasına dair cavabdeh2 və cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; Ödənilmiş 100 (bir yüz) dövlət rüsumunun cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 139.1, 139.2, 139.3, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 157.2, 157.4, 178.1, 178.2, 182.1, 324, 329 və 337-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 80, 81, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
15. Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
16. Cavabdeh cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə onun tərəfindən X1 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakı miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında DƏDRX tərəfindən ##.##.2021-ci il tarixdə ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 0.27 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində olan, ümumi sahəsi 48.0 kv.m olan fərdi yaşayış evi tam pay olaraq xüsusi mülkiyyət hüququ əsasında cavabdeh4 adına qeydiyyata alınmışdır. Bundan sonra adına olan çıxarış əsasında ## #### 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0.14 ha hissəsini cavabdeh3 satmış, bununla bağlı aralarında ##.##.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında DƏDRX tərəfindən ##.##.2022-ci il tarixdə adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş və sözügedən 0.14 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh3 adına qeydiyyata alınmışdır. Həmçinin, adına olan çıxarış əsasında ## #### 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən evini və 0.13 hissədə torpaq sahəsini qızı cavabdeh2 bağışlamışdır. Bu barədə aralarında ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh2 adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin, cavabdeh2 həmin çıxarış əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsinin 0.13 ha hissəsini cavabdeh1 satmış, bununla bağlı aralarında ##.##.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında DƏDRX tərəfindən ##.##.2023-cü il tarixdə adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş və sözügedən fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin çıxarış əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsinin 0.13 ha hissəsini cavabdeh1 satmışdır, bununla bağlı aralarında ##.##.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında DƏDRX tərəfindən ##.##.2023-cü il tarixdə adına çıxarış verilmiş və sözügedən fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 adına qeydiyyata alınmışdır. Bütün bu proseslərdən sonra, İddiaçı ünvan 4 ünvanında yerləşən 0.27 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair onun adına olan ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edildiyindən həmin çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında əmlaka dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. 0.14 ha torpaq sahəsini cavabdeh3 satarkən aralarında bağlanmış müqavilə real olmuş, bunun üçün cavabdeh3 5000 manat pul almışdır. Aralarında bağlanmış müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişlər. Yəni, həmin torpaq sahəsini cavabdeh3 mülkiyyətinə vermişdir, cavabdeh3 isə bunun müqabilində müqavilədə nəzərdə tutulan 5000 manat vəsaiti ona ödəmişdir. Bu isə tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Eləcə də müqavilənin bağlandığı vaxt onun bağlanmasına heç bir hüquqi mane olmamışdır. Müqavilə bağlanan zaman lazımi diqqət və ehtiyatlılıq göstərərək gələcəkdə həmin müqavilənin bağlanmasının əsasında duran, adına olan çıxarışın iddiaçı tərəfindən mübahisələndirilə biləcəyini görə bilməzdi. Həmçinin, sözügedən fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsini qızı cavabdeh2 bağışlamağı barədə müqavilə real olmuş və bağışlama müqaviləsi əvəzsiz olmuşdur. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmişlər. Yəni, o, hədiyyə verən qismində fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsini əvəzsiz olaraq hədiyyə alanın mülkiyyətinə vermiş, sonuncu isə hədiyyəni qəbul etmişdir. Bu isə tərəflərin bağışlama müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Eləcə də müqavilənin bağlandığı vaxt onun bağlanmasına heç bir hüquqi mane olmamışdır.
17. Cavabdeh cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh4 adına olan ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ## #### 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0.14 ha hissəsini ona satmış, bununla bağlı aralarında ##.##.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında DƏDRX tərəfindən ##.##.2022-ci il tarixdə adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş və sözügedən 0.14 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınmışdır. Bütün bu proseslərdən sonra İddiaçı 0.14 ha torpaq sahəsinin ona satılmasına dair müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi həmin hissədə təmin edilərək cavabdeh4 ilə aralarında olan ##.##.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Hesab edir ki, məhkəmə iddianın təmin edilməsi hissəsində düzgün və əsaslı qətnamə çıxartmamışdır. Belə ki, sözügedən 0.14 ha torpaq sahəsini cavabdeh4 alarkən aralarında bağlanmış müqavilə real olmuş, bunun üçün cavabdeh4 5000 manat ödəmişdir. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmişlər. Yəni, satıcı qismində çıxış edən cavabdeh4 satış predmeti olan 0.14 ha torpaq sahəsini onun mülkiyyətinə vermiş, o isə bunun müqabilində müqavilədə nəzərdə tutulan 5000 manat vəsaiti ödəmişdir. Bu isə tərəflərin alqı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Eləcə də müqavilənin bağlandığı vaxt onun bağlanmasına heç bir hüquqi mane olmamış, vicdanlı sahib olaraq torpaq sahəsini almışdır. Müqavilə bağlanan zaman lazımi diqqət və ehtiyatlılıq göstərərk gələcəkdə həmin müqavilənin bağlanmasının əsasında duran, cavabdeh4 adına olan çıxarışın iddiaçı tərəfindən mübahisələndirilə biləcəyini görə bilməzdi. Məhkəmə qətnamədə onun vicdanlı alıcı olmadığını qeyd etsə də, lakin bunu əsaslandırmamış, şəxsi mülahizəsinə əsasən belə bir qənaətə gəlmişdir. Məhkəmə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamış, mübahisə vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş müddəaların məzmununa uyğun həll etməmiş, torpaq sahəsinə qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir.
18. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, anası cavabdeh4 adına olan ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ## #### 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən evini və 0.13 hissədə torpaq sahəsini ona bağışlamış, bu barədə aralarında ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarış əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsinin 0.13 ha hissəsini cavabdeh1 satmışdır, bununla bağlı aralarında ##.##.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında DƏDRX tərəfindən ##.##.2023-cü il tarixdə adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş və sözügedən fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 adına qeydiyyata alınmışdır. Bütün bu proseslərdən sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsinin anası cavabdeh4 tərəfindən ona bağışlaması barədə müqavilə real və əvəzsiz olmuşdur. Müqavilə üzrə öz öhdəliklərini də yerinə yetirmişlər. Yəni hədiyyə verən qismində çıxış edən anası cavabdeh4 bağışlama predmeti olan fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsini əvəzsiz olaraq onun mülkiyyətinə vermiş, o da hədiyyəni qəbul etmişdir. Bu isə tərəflərin bağışlama müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Eləcə də müqavilənin bağlandığı vaxt onun bağlanmasına heç bir hüquqi mane olmamışdır. Müqavilə bağlanan zaman lazımi diqqət və ehtiyatlılıq göstərərk gələcəkdə həmin müqavilənin bağlanmasının əsasında duran, anası cavabdeh4 adına olan çıxarışın iddiaçı tərəfindən mübahisələndirilə biləcəyini görə bilməzdi. Məhkəmə qətnamədə ümumiyyətlə bağışlama müqaviləsinin etibarsız hesab edilməli olmasının hüquqi əsaslarını göstərməmiş və heç bir əsaslandırma aparmadan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi qənaətinə gəlmişdir. Həmçinin, sözügedən əmlakı cavabdeh1 satarkən aralarında bağlanmış müqavilə real olmuş, bunun üçün cavabdeh1 5000 manat almış. Aralarında bağlanmış müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişlər. Yəni, satıcı qismində çıxış edərək fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsini cavabdeh1 mülkiyyətinə vermiş, cavabdeh1 isə bunun müqabilində müqavilədə nəzərdə tutulan 5000 manat məbləği ona ödəmişdir. Bu isə tərəflərin alqı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Eləcə də müqavilənin bağlandığı vaxt onun bağlanmasına heç bir hüquqi mane olmamışdır.
19. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini opnunla əsaslandırmışdır ki, cavabdeh4 adına olan ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ## #### 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən evini və 0.13 hissədə torpaq sahəsini qızı cavabdeh2 bağışlamış, bu barədə tərəflər arasında ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh2 adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. cavabdeh2 həmin çıxarış əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsinin 0.13 ha hissəsini ona satmış, bununla bağlı aralarında ##.##.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında DƏDRX tərəfindən ##.##.2023-cü il tarixdə adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş və sözügedən fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınmışdır. Bütün bu proseslərdən sonra İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsinin ona satılmasına dair müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi həmin hissədə təmin edilərək cavabdeh2 ilə aralarında olan ##.##.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Hesab edir ki, məhkəmə iddianın təmin edilməsi hissəsində düzgün və əsaslı qətnamə çıxarmamışdır. Belə ki, sözügedən fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsini cavabdeh2 alarkən aralarında bağlanmış müqavilə real olmuş, bunun üçün cavabdeh2 5000 manat ödəmişdir. Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişlər. Yəni, satıcı qismində çıxış edən cavabdeh2 fərdi yaşayış evi və 0.13 ha torpaq sahəsini onun mülkiyyətinə vermiş, o isə bunun müqabilində müqavilədə nəzərdə tutulan 5000 manat məbləği satıcıya ödəmişdir. Bu isə tərəflərin alqı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Eləcə də müqavilənin bağlandığı vaxt onun bağlanmasına heç bir hüquqi mane olmamış, vicdanlı sahib olaraq torpaq sahəsini almışdır. Müqavilə bağlanan zaman lazımi diqqət və ehtiyatlılıq göstərərək gələcəkdə həmin müqavlənin bağlanmasının əsasında duran, cavabdeh2 adına olan çıxarışın iddiaçı tərəfindən mübahisələndirilə biləcəyini görə bilməzdi. Məhkəmə qətnamədə onun vicdanlı alıcı olmadığını qeyd etsə də, lakin bunu əsaslandırmamış, şəxsi mülahizəsinə əsasən belə bir qənaətə gəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında cavabdeh cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı İddiaçı hazırkı tələbi irəli sürməkdə hər hansı subyektiv hüququ olmamışdır. Ona görə ki, o, mirasın qəbul edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin məhkəmənin müvafiq qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Bu halda, iddiaçının mübahisəli əmlakla bağlı hər hansı tələb irəli sürmə hüququ istisna edilir. Cavabdeh cavabdeh4 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini və digər cavabdehin verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Cavabdeh cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
26. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
27. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
28. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
29. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
36. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
37. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama aşağıdakı hallarda etibarlıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
43. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
44. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Apellyasiya şikayətləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə, cavabdeh4 tərəfindən X1 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakın miras kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında ünvan 4 ünvanında yerləşən 0,27 ha torpaq sahəsi və 48 kv.m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində cavabdeh4 adına ##.##.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. cavabdeh4 ilə cavabdeh3 arasında bağlanmış ## #### 2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, cavabdeh4 ünvan 4 ünvanında yerləşən sözügedən 0,27 ha torpaq sahəsinin 0,14 ha hissəsini cavabdeh3 satmışdır. Eləcə də, cavabdeh4 ilə cavabdeh2 arasında bağlanmış ## ###### 2023-cü il tarixli, reyestrdə 4Ə- *** nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X2 adına ##.##.2022-ci il tarixdə, 3122007561 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,13 ha torpaq sahəsini və 98,8 kv.m fərdi yaşayış evini cavabdeh2 bağışlamışdır. Bundan sonra cavabdeh2 ilə cavabdeh1 arasında bağlanmış ## #### 2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, cavabdeh2 ünvan 4 ünvanında yerləşən, ƏMDK-nın yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş, 505013115181-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,13 ha torpaq sahəsini və 98,8 kv.m fərdi yaşayış evini cavabdeh1 satmışdır. Daha sonra Gədəbəy Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(042)- **/**** saylı qətnaməsindən ##.##.2022-ci il tarixdə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən, Gədəbəy Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsinin ləğv edilmiş, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
50. Iddiaçı İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi əsasında ünvan 2 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair cavabdeh cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsini, həmin əmlaka dair cavabdehlər arasında bağlanmış əqdlərin etibarsız hesab edilməsini və bu əqdlər əsasında verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələblərinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
52. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
53. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
54. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
55. Bu kontekstdə kollegiya vurğulayır ki, iddiaçı İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik olan şəxs deyildir.
56. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
57. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
58. Işin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X1 mülkiyyətində olmuşdur.
59. Iddiaçı İddiaçı isə mərhum atasının qanun üzrə birinci növbəli vərəsəsi kimi həmin əmlak üzərində vərəsəlik hüququ olduğuna əsaslanaraq, həmin əmlaka dair cavabdehlər arasında bağlanmış əqdləri və reyestr qeydlərini mübahisələndirmişdir.
60. Kolllegiya göstərir ki, iddiaçı İddiaçı mərhum atasından miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin işin həlli hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığından, o işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Nəticədə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçı İddiaçı mərhum atasından miras qalmış əmlakı qəbul etmədiyi müəyyən edilmişdir.
61. Bu halda isə, iddiaçının onun mərhum atasından miras qalmış torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə hər hansı əmlak hüquqlarının mövcud olması müəyyən edilmir.
62. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı halda iddiaçını mübahisə predmeti olan əmlaka dair subyektiv hüquq sahibi kimi qəbul etmək mümkün deyildir.
63. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya vurğulayır ki, mübahisəli əmlaka dair iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına da zərurət yoxdur. Çünki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmışdır və əlavə olaraq irəli sürülən dəlillərin nə araşdırılmasına ehtiyac vardır, nə də ki, işin həlli baxımından bunun əhəmiyyəti qalmamışdır.
64. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı alqı-satqı, bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.