Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-163/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaşı İddiaçı və Cavabdeh1 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(042)-49/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu Miskinli kəndində kənd təsərrüfatı təyinatlı 0.6047 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
2. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01-16/22 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus Gədəbəy rayonunun Miskinli kəndində yerləşən reyestr nömrəsi **********63 olan 0.6047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 958 kv.m hissəsi Cavabdeh1 tərəfindən tutulmuşdur.
3. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsinə görə 400 manat "xxxx" MMC-nin hesabına ödəmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus xx.xx.2021-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 0.60 ha torpaq sahəsinin 0.0319 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 10/6822 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı məxsus xx.xx.2021-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 0.60 ha pay torpaq sahəsinin 0.0319 ha hissəsini Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan 0.60 ha pay torpaq sahəsinin 0.0319 ha hissəsini Cavabdeh1 tərəfindən istifadə olunan sahə və koordinatları mütəxəssis rəyinə əlavə sxemdə göstərilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək DƏDRX-nin 11 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarış əsasında onun mülkiyyətinə verilmiş 0.60 ha pay torpaq sahəsinin zəbt edilmiş 0.40 ha hissəsindən Cavabdeh1 çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxs olan Cavabdeh2 kənd təsərrüfatı təyinatlı və biçənək üçün nəzərdə tutulmuş 0.60 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmış və müvafiq Çıxarış almışdır. Cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. O, dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh torpaq sahəsindən çıxmamışdır. Ona görə də, məhkəməyə müraciət etmişdir.
8. Gədəbəy Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(042)-49/2022 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsinin zəbt edilmiş 958 kv.m ha hissəsindən çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin və rəy verilməsi üçün ödənilmiş 400 manat xərcin əvəzinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci, Torpaq Məcəlləsinin 68-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(042)-49/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ekspertiza keçirilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. İşdəki rəylə də razı deyildir, sözügedən torpaq sahəsi ona məxsusdur. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə almadan, MMC tərəfindən verilmiş ekspert rəyi ilə iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Həmin torpaq sahəsi ona məxsusdur. MMC tərəfindən verilmiş ekspert rəyi ilə razı deyildir. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Ona görə də qətnamənin ləğv edilməsini apellyasiya şikayətinin təmin edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz izahatında göstərmişdir ki, iş üzrə üçüncü şəxs olan Cavabdeh2 kənd təsərrüfatı təyinatlı və biçənək üçün nəzərdə tutulmuş 0.60 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən rəsmi qaydada almışdır. Həmin torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmış və müvafiq Çıxarış almışdır. Cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. O, dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh torpaq sahəsindən çıxmamışdır. O, məhkəməyə müraciət etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İş üzrə üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
19. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
32. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, işin mübahisəsiz halı odur ki, Gədəbəy rayonu Miskinli kəndində kənd təsərrüfatı təyinatlı 0.6047 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin çıxarılmalı olan torpağın ölçüsünün müəyyən edilməsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyasının qərardadı ilə əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0.60 ha pay torpaq sahəsinin 0.0319 ha hissəsini Cavabdeh1 tərəfindən istifadə olunur. Məhkəmə sonuncu ekspert rəyini mötəbər hesab etməklə mülki mübahisəsinin həlli zamanı ona istinad edilməli olduğu qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 10/6822 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı məxsus xx.xx.2021-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 0.60 ha pay torpaq sahəsinin 0.0319 ha hissəsini Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan 0.60 ha pay torpaq sahəsinin 0.0319 ha hissəsini Cavabdeh1 tərəfindən istifadə olunan sahə və koordinatları mütəxəssis rəyinə əlavə sxemdə göstərilmişdir.
35. Cavabdeh apellyasiya şikayətində iddiaçının torpağını istifadə etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etsə də məhkəmə araşdırmaları zamanı onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilməsi öz təsdiqini tapmışdır. Cavabdeh bu xüsusatı təkzib edən hər hansı sübutu təqdim etməmişdir. Birinci instansiya məhkəməsi bu halı müəyyən etsə də ölçünün müəyyənləşdirilməsində səhvə yol vermişdir. Ona görə də yuxarıda qeyd edilən rəy əsas götürülməlidir.
36. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır, bununla belə kollegiya işə baxarkən cavabdehin iddiaçıya məxsus torpaqdan çıxarılmalı olduğu sahə 0.0319 ha müəyyən edilməlidir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsinin zəbt edilmiş 958 kv.m ha hissəsindən çıxarılması hissəsində dəyişdirilməli və torpaq sahəsinin ölçüsü 0.0319 ha müəyyən edilməli, ekspertiza xərci 100 manat cavabdehdən tutulmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393, və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(042)-49/2022 nömrəli qətnaməsi - Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsinin zəbt edilmiş 958 kv.m ha hissəsindən çıxarılması hissəsində dəyişdirilsin və torpaq sahəsinin ölçüsü 0.0319 ha müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspert tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.