Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-163/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı və birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2213/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4069/2024 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2213/2024 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilindən çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir (Bundan sonra birinci iş adlandırılacaqdır). Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2213/2024 saylı qətnaməsini ləğv edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4069/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (Bundan sonra ikinci iş adlandırılacaqdır). Həmin qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin 2(125)-4069/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)- 926/2025 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)- 163/2025 saylı mülki işlə 2(104)-926/2025 saylı mülki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. İşin halları: Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinin qapısının açılması və Cavabdeh həmin mənzilə daxil olmasının qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxlanda İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Birinci iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil onun yeganə yaşayış yeri olmuş və hazırda da onun yeganə yaşayış yeridir. Həmin mənzilin əsas kirayəçisi X33 olmuş, F.Ə.Əhmədovun ailə tərkibi kimi o özü, onun anası X34, onun uşaqları X9 və X10 qeydiyyatda olmuşlar. X20 ölümündən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli sərəncamı əsasında onunla kirayə müqaviləsi bağlanmışdır. Lakin onun mərhum qardaşı X21 arvadı Cavabdeh mənzilə özbaşına daxil olmuş və onun tələblərinə baxmayaraq, mənzildən çıxmamışdır. Buna görə də o, ona kirayəyə verilmiş mənzildən hazırki tarixədək istifadə edə bilməmişdir. Halbuki, onun qardaşı X35 1992-ci ilə qədər ailəsi birlikdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildə yaşamış, daha sonra V.F.Əhmədov ailəsi ilə birlikdə yaşamaq üçün Gəncə şəhərinə, daha sonra isə Rusiya Federasiyasına getmişdir. Hətta 1990-ci illərin sonlarında Cavabdeh müraciəti əsasında Cavabdeh və V.F.Əhmədov arasında olan nikah pozulmuşdur. 1992-ci ildən sonra nə Cavabdeh, nə də V.F.Əhmədov Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildə yaşamamış, 1998-ci ildə Cavabdeh öz əşyalarını Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilindən aparmışdır. Hətta Cavabdeh müraciəti əsasında həmin şəxslə onun qadaşı X35 ilə arasında olan nikah pozulmuşdur. 1993-cü ildən 2023-cü ilədək nə Cavabdeh, nə də Cavabdeh ailə üzvləri Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilində yaşamamışdır. Onun qardaşının uşaqları isə uşaq yaşlarında yalnız bir neçə saatlıq ziyarət məqsədi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilə qonaq gəlib, sonra öz yaşadıqları evə geri qayıtmışlar. Hazırda Cavabdeh təqsirli hərəkətləri ilə əlaqədar o, ona kirayəyə verilmiş mənzildən istifadə edə, orada yaşaya bilmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İkinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin istifadəsində olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9-da yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İkinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X35 ilə 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ailə qurarkən ərinin atasına məxsus olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9-da yerləşən evə gəlin köçüb orada yaşamışlar. Mərhum qaynatası X33 və X4 onu ailənin üzvü kimi qəbul edərək Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9 saylı evə daimi qeydiyyata aldıraraq vəfat edən günə kimi birlikdə yaşayıb ümumi təsərrüfatı birgə idarə etmişlər. Həmin mənzildə birgə nikahlarından xx.xx.1989-cu il tarixdə X31 və xx.xx.1992-ci il tarixdə X39 anadan olmuşdur. Maddi vəziyyətləri yaxşı olmadığından əri 1993-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 1996-cı ildə onunla əlaqə saxlamış, lakin sonradan ərindən heç bir xəbər gəlməmişdir. Bundan sonra mərhum qaynanası X21 qayıdacağını ümid edərək, ona boşanma barədə müraciət edərsə, Vaqifin bunu eşidərək geri qayıdacağını, həm də beləliklə onun tək qadın kimi sosial yardım ala biləcəyini demişdir. O, qaynanasının sözünə qulaq asaraq boşanmaq üçün ərizə vermişdir. Nikahları pozulmuşdur. Amma Vaqif geri dönməmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2214/2024 nömrəli qətnaməsi ilə əri 1996-cı ildə ölmüş elan olunmuşdur. X4 2022-ci il tarixdə vəfat etmişdir. Həmin tarixədək qayınanası ilə birlikdə mehriban yaşamışlar. Qaynanası hər zaman deyirdi ki, ev sənin və uşaqlarınındır. Qaynanasının ölümündən istifadə edərək, cavabdeh ona indiyədək təzyiqlər göstərməyə, hədə qorxular gələrək evdən çıxarmağa çalışır. Cavabdeh ona qarşı mənzildən çıxarılma tələbi ilə əsassız iddia qaldırmışdır. Həmin iddia Gəncə şəhər məhkəməsinin icraatındadır və hələ yekunlaşmamışdır. Onun həmin evdə yaşamağı və istifadə hüququnun olmağı elə cavabdehin qaldırdığı mənzildən çıxarılma tələbinə dair iddia ilə sübut olunur. Bundan əlavə mənzilin mərhum qaynatası X20 mülkiyyətində olması barədə sənədin əslini vaxtı ilə qaynatası ona verərək bu ev sənindir demişdir. Hazırda həmin sənədin əsli ondadır. Qaynanası 2022-ci il tarixdə ölmüşdür. Cavabdeh isə 2023-cü il tarixdə qaynanasının ölümündən istifadə edərək, onların xəbəri olmadan sərəncam almışdır. O, gələcəkdə həmin sərəncamı mübahisələndirəcəkdir. Ona gör də hazırki iddianı cavabdehə qarşı qaldırmışdır. Oğlu Eşqin 2023-cü il tarixdə ölmüşdür. Bildirmişdir ki, onun həmin evdə həm istifadə hüququ, həm də oğlu Eşqinin vərəsəsi kimi payı və qızının payı vardır. Lakin hazırda istifadə hüququnun tanınmasını istəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Birinci iş üzrə Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hazırki iddia ilə iddiaçının məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmamışdır. Belə ki, mübahisəli mənzilin, hətta ilkin hüquqverici sənədləri belə yoxdur və həmin sənədlərin əldə edilməsi üçün onlar tərəfindən müvafiq sorğular verilərək cavablar əldə edilmişdir. Sorğular o məqsədlə verilmişdir ki, mübahisəli mənzilin hüquq müəyyənedici sənədləri olacağı təqdirdə, həmin mənzildən hazırki cavabdehin oğlu X26 vərəsəlik qaydasında pay hüququ yaranmış olacaqdı. Mənzil Kommunal X7 xx.xx.2023-cü il tarixli M-727 saylı cavab məktubundan müəyyən edilir ki, mənzilin orderi mövcud deyil. Həmçinin 20 sentyabr 2023cü il tarixli arxiv arayışında da, mənzilin hüquqverici sənədlərinin olmaması qeyd edilmişdir. Bu səbəblə də, DƏDK və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi imtina vermişdir. Həmçinin qeyd edilməli digər bir məqam ondan ibarətdir ki, hazırkı oğlu X26 atası X35, həm mübahisəli mənzilə qeydiyyatda olmaqla, həm də, atası X20 oğlu olmaqla birinci növbə vərəsə kimi həmin mənzilə gözlənilən mülkiyyət hüququnu əldə etmiş, bununla da, oğlu Eşqin Əhmədov atası vasitəsi ilə baba və nənəsindən qalan miras kütləsini qəbul etmişdir. Ona görə də o, oğlundan qalan miras kütləsinə faktiki sahiblik və istifadəni həyata keçirməkdə haqlıdır və bu faktiki sahiblik ona vərəsəlik hüququ əsasında keçmişdir. Mübahisəli mənzilin hüquq müəyyənedici sənədləri olmadığından vərəsəlik işi açdırmaq da, mümkün olmamışdır. Yuxarıda qeyd edilən təsdiq edən sənədlər məhkəmə araşdırması zamanı təqdim edilmişdir. 3 saylı Trest tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 172 saylı arayışda və surəti əlavə edilmiş arayışdan məlum olur ki, X8 şəhəri, D.Qorqud küçəsi ev 28, mənzil 9 ünvanında qeydiyyatdadır. Bundan başqa iddiaçının mübahisəli mənzilə dair təqdim etdiyi sərəncamın da heç bir hüquqi qüvvəsi yoxdur, əgər hüquq verən sənəd olsa idi, DƏDK və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeydə alınmaqla mübahisəli əmlaka dair mülkiyyəti təsdiq edən sənəd verilər, ən azından istifadə hüququna dair qeyd aparılardı. Başqa bir məqam da ondan ibarətdir ki, X14 qalmış miras kütləsinin qəbulu üçün, onun xəbərsiz itkin düşməsi ilə əlaqədar Gəncə şəhər Məhkəməsinə müraciət edilmiş və Gəncə şəhər Məhkəməsinin hakimi Xədicə Səfərli tərəfindən ərizə təmin edilmişdir. Mübahisəli mənzilin açarı oğlu X32 X20 həyat yoldaşı X34 tərəfindən verilmişdir. Bu barədə Polis orqanında araşdırma aparılmışdır. İş materialları Polis orqanından alınaraq işə alavə edilmişdir. Mübahisəli mənzilin orderi olmamaqla yanaşı, iddiaçınin istifadə ilə bağlı hüququ DƏDK və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeydə alınmamışdır. Ona görə ki, həmin hüququn qanunvericiliyin tələbinə əsasən əldə edilməsi üçün, həm həmin mənzildə qeydiyyatı olan hər kəsin razılığı alınmalı idi. İddiaçı isə bunu etmək əvəzinə razılıqlar alınmadan İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlamışdır. İkinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən Mülki Məcəllənin 157.8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarından məlum olur ki, mübahisəli mənzil uzun illərdən bəri onun faktiki istifadə və sahibliyində olmaqla qanunun köhnə Mənzil Məcəlləsinə əsasən həmin mənzilə qanuni əsaslarla istifadə hüququ əldə etmişdir. Məhkəmə isə onun bu hüququnu tanımamaqla sonda hüquqlarımın pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. O, həyat yoldaşı X35 ilə 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş, ailə qurarkən ərinin atasına məxsus olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9-da yerləşən evə gəlin köçüb orada yaşamışlar. Mərhum qaynatası X33 və qayınanası X34 onu ailənin üzvü kimi qəbul edərək Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9 saylı evə daimi qeydiyyata aldıraraq vəfat edən günə kimi birlikdə yaşayıb ümumi təsərrüfatı birgə idarə etmişlər. Həmin mənzildə birgə nikahdan xx.xx.1989-cu il tarixdə X31 və xx.xx.1992-ci il tarixdə X39 anadan olmuşdur. Maddi vəziyyətləri yaxşı olmadığından əri 1993-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 1996-cı ildə onunla əlaqə saxlamış, lakin sonradan ərindən heç bir xəbər gəlməmişdir. Bundan sonra mərhum qaynanası X21 qayıdacağını ümid edərək, ona boşanma barədə müraciət edərsə, Vaqifin bunu eşidərək geri qayıdacağını, həm də beləliklə onun tək qadın kimi sosial yardım ala biləcəyini demişdir. O, qaynanasının sözünə qulaq asaraq boşanmaq üçün ərizə vermiş, nikahları pozulmuşdur. Amma Vaqif geri dönməmişdir. Qaynanasının ölümündən istifadə edərək, cavabdeh ona indiyədək təzyiqlər göstərməyə, hədə qorxular gələrək evdən çıxarmağa çalışır. Cavabdeh ona qarşı mənzildən çıxarılma tələbi ilə əsassız iddia qaldırmışdır. Onun həmin evdə yaşamağı və istifadə hüququnun olmağı elə cavabdehin qaldırdığı mənzildən çıxarılma tələbinə dair iddia ilə sübut olunur. Məhkəmə qənaətə gələrkən işin bir sıra faktiki halarını nəzərdən qaçırmış və sonda onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, o, X35 ilə 1988-ci il tarixdə rəsmi nikaha daxil olaraq ərinin atasına məxsus olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9-da yerləşən evə gəlin köçüb orada fasiləsiz yaşamışdır. Özünə yaşamaq üçün başqa mənzil seçməmiş, daimi yaşamaq üçün başqa mənzilə köçməmişdir. Məhkəmə isə işin bu halını araşdırarkən kifayət qədər araşdırma aparmamış, onun həmin mənzili tərk etməyilə əlaqədar qənaətə gələrkən yanlış qərar qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək şikayətlərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmadığını bildirərək həmin şikayətlərin təmin edilmədən şikayətlə mübahisələndirilən qətnamələrin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh qardaşı Vaqiflə 1988-ci ildə nikaha nikaha girib üzvləri Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinə köçmüş olsa da, 1992-ci ildə həmin mənzildən çıxaraq əvvəlcə Gəncə şəhərində başqa ünvana, daha sonra isə Rusiya Federasiyasına getmiş, Cavabdeh 1996-cı ildə Vaqiflə nikahını pozdurmuş, həmin vaxtdan qardaşı Vaqifin harada olması ilə bağlı hər hansı məlumat yoxdur. Cavabdeh qardaşı ilə boşandıqdan sonra 1998-ci ildə özünə məxsus olan bütün əşyaları məmin mənzildən çıxararaq daimi yaşadığı ünvana aparmışdır. X6 ölümündən sonra Cavabdeh oğlu X39 zorla Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinə daxil olaraq orada yaşamağa başlamış, lakin xx.xx.2023-cü il tarixdə ölmüşdür. Cavabdeh isə oğlu Eşqinin ölümündən sonra həmin mənzilə daxil olmuşdur. Halbuki Cavabdeh özünün başqa ünvanda öz mənzili vardır, hansı ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə ərəfəsində bağışlama müqaviləsi ilə qızının adına sənədləşdirmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsinmi və məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hər iki qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X7 xx.xx.2023-cü il tarixli M-727 nömrəli arayışından görünür ki, 10 nömrəli Xidmət Sahəsinin arxiv sənədlərinə əsasən Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilin 1500 nömrəli şəxsi hesab vərəqəsi X20 adına açılmışdır. Mənzilin yerləşdiyi bina Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 6382 nömrəli sərəncamı ilə “Qərb Sənaye Mülki Tikinti” Birliyinin Mənzil Kommunal kontorunun balansından Gəncə şəhər MPUİTİ-nin balansına qəbul edilmişdir. Sənədlər qəbul edilən zaman mənzilin orderi Birliyə təhvil verilməmişdir. Ailə tərkibi 5 nəfərdən ibarət olmuşdur: X33, İddiaçı, X34, X9, X10. Mənzildə bu şəxslərdən başqa digər şəxslər qeydiyyatda olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası X46 filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X46 filialında mühafizə olunan Kirovabad şəhər X43 İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Tresti arxiv fondunun mövcud sənədləri yoxlanılmış, X20 adına Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilə dair heç bir hüquqverici sənəd aşkar olunmamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil özəlləşməmişdir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 455 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilin kirayəçisi X20 vəfatı ilə əlaqədar mənzilin əsas kirayəçisi – qızı İddiaçı hesab edilməklə, mənzil onun ailə üzvlərinin istifadəsinə verilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 42 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X12 tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 455 nömrəli sərəncamı əsasında İddiaçı kirayəyə verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X35 xx.xx.1964-cü ildə anadan olmuşdur. V.F.Əhmədovun atası X33, anası X23r. İş materiallarında olan Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X34 18 mart 2022-ci ildə ölmüşdür. İş materiallarında olan Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, № 3-16-5/8-70-Ə-1001/2024 saylı arayışdan görünür ki, X33 10 oktyabr 2001ci ildə ölmüşdür İş materiallarında olan XVİ-ЖГ seriyalı 437322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.1992-ci ildə anadan olmuşdur. E.V.Əhmədovun atası X35, anası X15r. İşdə olan AZ-İİ seriyalı 386889 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 4Ə-291 reyestr nömrəli bağışlama müqaviləsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, hədiyyə verən Cavabdeh Gəncə şəhəri DTİMHQİ tərəfindən xx.xx.1999-cu il tarixdə Cavabdeh verilmiş 13386 qeydəalma nömrəsi ilə 13386 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə ona məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv/m, yaşayış sahəsi 47.3 kv, yardımçı sahəsi 23.4 kv/m olan 3 otaqlı mənzili hədiyyə alan X16 mülkiyyətinə vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 8 nömrəli evin 9 nömrəli mənzili Gəncə şəhəri, 4 saylı Dövlət notariat kontorunun xx.xx.1999-cu il tarixli, 3M-2-161 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, Cavabdeh adına xx.xx.1999-cu il tarixli, 13386 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-291 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, sözügedən əmlak Cavabdeh tərəfindən X17 bağışlanmışdır. Həmin müqaviləyə əsasən sonuncunun adına xx.xx.2024cü il tarixli, **********34-05101-093013 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Gəncə şəhər prokurorunun köməkçisi, ədliyyə müşaviri X5 Gəncə şəhər sakini X26 ölüm faktına görə cinayət işi başlanmasının rədd edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından görünür ki, material üzrə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, “..... 2023-cü ilin iyun ayının sonunda Eşqin mərhum babası Fevral Əhmədova məxsus olub ünvan 4 ünvanda yerləşən və heç kimin yaşamadığı 3 otaqlı mənzilə köçərək orada yaşamağa başlamışdır”. Material üzrə izahatı alınmış X40 izahatında göstərmişdir ki, “.... X59 şəhərində Dədə Qorqud küçəsində 28 saylı binada, bibisinə məxsus mənzildə yaşayırdı ...”. Material üzrə izahatı alınmış X27 izahatında göstərmişdir ki, “.... Eşqin Gəncə şəhəri, Dədə Qorqud küçəsi 28 saylı binada, bibisinə məxsus mənzildə yaşayırdı ...”. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzili dövlət mənzil fonduna daxil olmaqla həmin mənzilin 1500 nömrəli şəxsi hesab vərəqəsi X20 adına açılmışdır. Mənzilin yerləşdiyi bina Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 6382 nömrəli sərəncamı ilə “Qərb Sənaye Mülki Tikinti” Birliyinin Mənzil Kommunal kontorunun balansından Gəncə şəhər MPUİTİ-nin balansına qəbul edilmişdir. Sənədlər qəbul edilən zaman mənzilin orderi Birliyə təhvil verilməmiş, ailə tərkibi 5 nəfərdən - X18, İddiaçı, X19, X2 və X3 ibarət olmuşdur. Mənzildə bu şəxslərdən başqa digər şəxslər qeydiyyatda olmamışdır. İkinci iş üzrə iddiaçı olan Cavabdeh ilə 1988-ci ildə ailə quraraq həmin mənzilə köçürülmüş olsa da, lakin 1992-ci ildə əri X35 və uşaqları ilə həmin mənzildən köçüb getmiş, X35 ilə 1996cı ildən başlayaraq əlaqə tam şəkildə kəsildikdən sonra Cavabdeh özünə məxsus əşyaları da Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilindən çıxarıb aparmış və mülkiyyət hüquq ilə ona məxsus olmuş Gəncə şəhəri Ü.Hacıbəyov küçəsindəki 8 nömrəli evin 9-cu mənzilində yaşamışdır. X20 ölümündən sonra Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinin kirayə müqaviləsi Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 455 saylı sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X12 tərəfindən xx.xx.2023-cü il tarixdə 3 nəfər ailə tərkibində İddiaçı (özü, oğlu – X9 və qızı – X13) ilə bağlanmışdır. 2023-cü ilin iyun ayının sonundan Cavabdeh oğlu X11 şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilində yaşamağa başlamış, 21 noyabr 2023-cü il tarixdə isə o, ölmüşdür. Oğlunun ölümündən sonra Cavabdeh həmin mənzilə daxil olaraq orada yaşamağa başlamış, birinci iş üzrə İddiaçı həmin mənzilə buraxmaqdan imtina etmişdir. Birinci iş üzrə məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı və Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 42 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil xx.xx.2023-cü il tarixli 455 nömrəli sərəncamı əsasında İddiaçı kirayəyə verilmiş, bununla da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbi baxımından İddiaçı həmin mənzildən sahiblik və istifadə, eləcə də bu hüquqların təmininə və müdafiəsinə yönəlmiş mütənasib hüquqları yaranmışdır və hazırda da mövcuddur. Buna görə də Cavabdeh etirazının əsası kimi İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasına dair göstərdiyi xüsusat əsassızdır. Bundan başqa, Cavabdeh mübahisəli mənzilə 1988-ci ildə gəlin köçmüş, S.K.İsrafili və onun keçmiş əri X35 1992-ci ildə həmin mənzili tərk edib, başqa ünvanda yaşamağa başlamış, yəni buna bağlı hüquq münasibəti 01 sentyabr 2000-ci ilə qədər yaranmış və bitmişdir. Buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Məhkəmə Cavabdeh 1992-ci ildən 2023-cü il tarixədək Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilində deyil, başqa ünvanda yaşamaqla özünə başqa yaşayış yeri seçməsini və Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 8 nömrəli evin 9 nömrəli mənzilinə mülkiyyət hüququ əldə etməklə hazırda mübahisə predmeti olan mənzilə ehtiyacının aradan qalxmasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinə istifadə hüququ 1992-ci ildə itirilmişdir. Buna görə də Cavabdeh etirazının əsası kimi Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinə istifadə hüququnun olmasına dair göstərdiyi xüsusat əsassızdır. İşin müəyyən edilən halına görə mübahisədə adı keçən yaşayış sahəsi dövlət mənzil fonduna aiddir. Dövlət fonduna aid mənzillərin statusu, orada yaşayan şəxslərin (icarədar və onunla birlikdə yaşayan ailə üzvlər) hüquq və vəzifələri və s. münasibətlər xüsusi sahəvi Qanun olan Mənzil Məcəlləsi ilə nizama salınır. Mübahisə predmeti olan mənzilə dair İddiaçı atası X33 ilə əvvəllər kirayə müqaviləsi bağlanmışdır. Belə olan halda da, mübahisə həmin dövrdə tətbiq edilən 1982-ci il Mənzil Məcəlləsinin normaları baxımından həll edilməlidir. Qeyd edilən Mənzil Məcəlləsinin 85-ci maddəsinin birinci hissəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Başqa sözlə, dövlət fonduna aid mənzillərdə icarədar öldükdə onun ailə üzvlərinin hər birinin hüququ vardır ki, yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb etsin. Göründüyü kimi, dövlət fonduna aid mənzillərlə bağlı mənzil qanunvericiliyi universal hüquq varisliyi baxımından deyil, icarədar öldükdə icarə münasibətlərinin davam etməsinin onunla birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsində istifadə hüququ kimi tanıyır. Dövlət mənzil fonduna aid yaşayış sahələri ilə bağlı icarə münasibətlərinin bu qaydada davam etməsinin universal vərəsəliklə əlaqələndirmək, həm mənzil qanunvericiliyinin, həm də vərəsəlik hüquq münasibətlərinin hüquqi təbiətinə ziddir. Bu baxımdan, mübahisədə adı keçən yaşayış sahəsinə hüquqlar yalnız mənzil qanunvericiliyi ilə müəyyən edilmiş icarədar kimi tanınmaq hüququ ilə məhdudlaşır. Hazırki halda isə iddiaçı Əhmədova X42 şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilə dair kirayə müqaviləsi bağlamaqla icarədar kimi tanınmışdır. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh etirazının əsası kimi mübahisəli mənzilə hüquqların digər şəxslərdən ona vərəsəlik qaydasında keçməsinə dair göstərdiyi xüsusat əsassızdır. İkinci iş üzrə məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin- Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 8 saylı evin 9 nömrəli mənzili öz mülkiyyətinə əldə etdiyi andan iddiaçının və onun öz ailə üzvlərinin həmin mənzildən istifadə etmək hüququ da əldə edilmiş və bununla da hazırda cavabdehin istifadəsində olan yaşayış sahəsindən iddiaçının istifadə etməyə ehtiyacları aradan qalxmış və onun həmin vaxdtan da istifadə hüququ itirilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 16 fevral 2024-cü il tarixdə həmin mənzili X24 bağışlamışdır. Məhkəmə göstərir ki, bu halın mövcudluğu da, irəli sürülən iddianın təmin ediməsinə əsas vermir, çünki cavabdeh onun ailə üzvü olmayan iddiaçını yaşayış sahəsi ilə təmin etmək öhdəliyi daşımır. Bundan başqa, həmin mənzil miras əmlak kimi də qiymətləndirilə bilməz, çünki mənzil DƏDRX-də ölən şəxslərdən heç birinin adına mülk kimi qeydə alınmamışdır. Bu baxımdan iddiaçının həmin əmlak üzərində vərəsə payının olması barədə də dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin yuxarıda göstərilən nəticələri ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh mübahisəli mənzilə 1988-ci ildə gəlin köçmüş, Cavabdeh və onun keçmiş əri X35 1992-ci ildə həmin mənzili tərk edib, başqa ünvanda yaşamağa başlamış, yəni bununla bağlı hüquq münasibəti 01 sentyabr 2000-ci ilə qədər yaranmış və bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin ikinci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; yaşayış sahəsini ikinci əldən kirayəyə vermək; yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək; yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək hüquqları vardır. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin bu Məcəllənin 66.1-ci maddəsində göstərilən hüquqlardan başqa bu Məcəllə ilə, digər qanunlarla və yaşayış sahəsinin sosial kirayə müqaviləsi ilə nəzərdə tutulmuş digər hüquqları ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxilidir. Birinci iş üzrə İddiaçı Cavabdeh Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aiddir və iddiaçı Əhmədova X42 şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilə dair kirayə müqaviləsi bağlamaqla mənzilin kirayəçisi kimi tanınmışdır. Qanunvericilik yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək hüququnu mənzilin kirayəçisinin hüququ kimi müəyyən etmişdir. Cavabdeh mübahisəli ünvandakı mənzilə həmin mənzilin kirayəçisinin razılığı olmadan köçdüyünə görə birinci iş üzrə iddiaçı Cavabdeh həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, kollegiya hesab edir ki, Cavabdeh Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinə dair hər hansı hüququ olmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. İkinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadəsində olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9-da yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzili cavabdeh İddiaçı istifadəsinə verilmiş yaşayış sahəsi olduğundan və iddiaçı Cavabdeh iddia etdiyi kimi 1988-ci ildə gəlin kimi həmin mənzilə köçsə də, 1992-ci ildən həmin mənzildə yaşamamaqla 09 noyabr 1999-cu ildə Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 8 ünvanında 9 nömrəli mənzili əldə etdiyindən həmin mənzilə dair hüququnu itirmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ikinci iş üzrə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Birinci iş üzrə Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 2213/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Belə ki, birinci iş üzrə İddiaçı Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinin kirayəçisi olduğundan kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Belə ki, iş materiallarından göründüyü kimi həmin mənzilin əvvəlki kirayəçisi İddiaçı atası X33 olmuş, İddiaçı da övladları ilə birlikdə kirayəçinin ailə üzvləri kimi kirayə müqaviləsində göstərilmişdir. xx.xx.2023-cü il tarixldə isə kirayə müqaviləsi üç nəfər ailə tərkibində İddiaçı ilə bağlanmışdır. Göründüyü kimi birinci iş üzrə İddiaçı Cavabdeh qarşı qeyd olunan tələblə müraciət etmək hüququ olmuşdur. Kollegiya apellyasiya şikayətinin Vaqif X1 oğlu olmaqla birinci növbə vərəsə kimi həmin mənzilə gözlənilən mülkiyyət hüququnu əldə etməsi, bununla da, oğlu Eşqin Əhmədovun atası vasitəsi ilə baba və nənəsindən qalan miras kütləsini qəbul etdiyi, ona görə də o, oğlundan qalan miras kütləsinə faktiki sahiblik və istifadəni həyata keçirməkdə haqlı olması və bu faktiki sahiblik ona vərəsəlik hüququ əsasında keçməsi kimi dəlilini də əsassız sayır. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzili dövlət mənzil fonduna aid olmaqla mərhum X33 həmin mənzilin mülkiyyətçisi yox, kirayəçisi olduğuna görə həmin mənzilin miras əmlak kimi qiymətləndirilərək mübahisənin vərəsəlik hüquq normalarına uyğun həll edilməsi mülki qanunvericiliyin tələblərinə uyğun deyildir. Çünki yuxarıda qeyd edildiyi kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İkinci iş üzrə iddiaçı Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin tələblərinin məhkəmə tərəfindən pozulduğunu qeyd edərək mübahisəli mənziln uzun illərdən bəri onun faktiki istifadə və sahibliyində olmaqla qanunun köhnə Mənzil Məcəlləsinə əsasən həmin mənzilə qanuni əsaslarla istifadə hüququ əldə etdiyini, lakin məhkəmənin iddiasını əsassız olaraq təmin etmədiyini göstərmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, birincisi, Azərbaycan Respublikası mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanunun normasında istənilən əmlakdan yox, şəxsə mülkiyyət hüququ ilə məxsus olan əmlak nəzərdə tutulmuşdur. Hazırkı halda mübahisəli ünvandakı mənzil iddiaçı Cavabdeh nə mərhum qaynatasına, nə də ki, iddiaçının mərhum oğluna mülkiyyət hüququ əsasında məxsus olmamışdır. İşdən göründüyü kimi həmin mənzil dövlət mənzil fondudur, yəni xüsusi mülkiyyətdə deyildir. Mənzilin əvvəlki kirayəçisi X33, hazırkı kirayəçisi isə ikinci iş üzrə cavabdeh İddiaçıdır. Apellyasiya şikayətinin ərinin atasına məxsus olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9-da yerləşən evə gəlin köçüb orada fasiləsiz yaşaması, özünə yaşamaq üçün başqa mənzil seçmədiyi, daimi yaşamaq üçün başqa mənzilə köçməməsi kimi dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, şikayətin həmin dəlilləri iş materialları ilə təkzib olunur. Belə iş materiallarında olan Gəncə şəhər prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi” barədə 30 yanvar 2024-cü il tarixli qərarından da görünür ki, iddiaçı Cavabdeh izahatında 2023-cü ilin iyun ayının sonunda oğlu Eşqinin mərhum babası Fevral Əhmədova məxsus olub ünvan 4 ünvanda yerləşən və heç kimin yaşamadığı 3 otaqlı mənzilə köçərək orada yaşamağa başladığını göstərmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamələri iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, hər iki apellyasiya şikayəti təmin edilmədən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 2213/2024 nömrəli qətnaməsi və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4069/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş hər iki apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2213/2024 nömrəli qətnaməsi və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4069/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-163/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-163/2025
09.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver