Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1631/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülərək mühafizə zonasından kənarlaşdırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(076)-38/2024 saylı qərardadından cavabdehin nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı qanunsuz tikilinin sökülərək mühafizə zonasından kənarlaşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində dənir yolunun təhkim zonasının 80 metrliyində inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2024–cü il tarixli 2(076)–38/2024 saylı qətnaməsi ilə (hakim Taleh Musayev) iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edilmiş və 186.18 kv.m ölçüdə ərazini əhatə edən tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" QSC–nin hesabına ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2024–cü il tarixli 2(076)–38/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin qeyd olunan qətnaməsini xx.xx.2024-cü il tarixdə əldə etdikdən sonra səhhətində problemlər yaranmış, gah Bakı şəhərində, gah Şəmkir rayonunda müalicələrdə olmuşdur. Həmçinin, maddi imkanı bütünlüklə müalicə və dərmanlarına sərf olunduğundan vəkillə müqavilə bağlamaq iqtidarında olmamışdır. Nəticədə üzrlü səbəbədən qətnamədən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2024–cü il tarixli 2(076)–38/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-38/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" QSC–nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülərək mühafizə zonasından kənarlaşdırılması tələbinə dair mülki iş üzrə Cavabdeh münasibətdə Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2024–cü il tarixli 2(076)–38/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-38/2024 saylı qərardadından cavabdehin nümayəndəsi vəkil Cavabdeh şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, iddianı verməyə subyektiv hüququ olmayan iddiaçı tərəfindən verilmiş iddia üzrə tamamilə qanunsuz qətnamə qəbul edilmişdir. Cavabdeh səhhətində yaranmış ardıcıl problemlər, maddi imkansızlıq ucbatından vaxtında keyfiyyətli hüquqi yardım ala bilmədiyi üçün apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət ötürülmüş, sağlamlıq və maddi problemlərini qismən həll edərək məhz xx.xx.2024-cü il tarixdə vəkil ilə müqavilə bağlamışdır. Şikayətə əlavə olunmuş tibbi sənədlərdən göründüyü kimi cavabdeh həmin müddət ərzində səhhərində olan problemlər ucbatından bu işlərə vaxt ayıra biməmişdir. Cavabdehin qətnaməni alma tarixini 01 mart deyil, 19 mart kimi bildirməsi də, məhz səhhətindəki dəhşətli ağrıların onun tarixi səhv salmasına gətirib çıxaran əyanı sübutdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-38/2024 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi Nümayəndə Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(076)-38/2024 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi və qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1631/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh xəstə olduğu üçün apellyasiya şikayətinin vaxtında verə bilmədiyini bildirərək, şikayətin təmin edilməsini və apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə izahat verib bildirmişdir ki, iş materiallarına cavabdehin ambulator müalicədə olması ilə bağlı arayış əlavə edilmişdir. Lakin, birinci instansiya məhkəməsi göstərilən halı üzrlü hesab etməyərək apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Odur ki, şikayətin təmin edilməsini və apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 cavabdeh tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 30 may 2024-cü il tarixli 18-1-73/3-877/2024 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə Şəmkir rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş, böyrək daşı xəstəliyi diaqnozu təsdiq olunmuş və ambulator müalicə olunmuşdur. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinlətib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayətə təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qəradadı tam və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı qismən ləğv edilməli və Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2024–cü il tarixli 2(076)–38/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandrımışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi 21 fevral 2024–cü il tarixdə çıxarılmış və xəbərnaməli poçt vasitəsilə tərəflərə göndərilmişdir. Cavabdeh iddia etdiyinin əksinə xx.xx.2024–cü il tarixdə deyil, 01 mart 2024–cü il tarixdə xəbərnaməyə şəxsən imza etməklə qətnaməni əldə etmişdir. Həmin tarixdən cavabdehə münasibətdə qətnamədən şikayət vermə müddətinin axımı başlamışdır. Lakin, cavabdehin nümayəndəsi apelyasiya şikayətini xx.xx.2024–cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə göndərmişdir. Bununla da, cavabdeh tərəf qətnamədən apelyasiya şikayəti vermə müddətini ötürmüşdür. Göründüyü kimi cavabdeh tərəf apelyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etməklə, qətnamədən apelyasiya şikayəti vermə müddətini ötürmüşdür. Belə ki, cavabdeh tərəf ərizəsində qətnaməni xx.xx.2024-cü il tarixdə əldə etməsini, eləcə də xəstə olmasını göstərsə də, həmçinin, ərizəsinə xx.xx.2024-cü il tarixli tibbi arayış əlavə etsə də, məhkəmə həmin halı əsaslı hesab etmir. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh qətnaməni xx.xx.2024-cü il tarixdə deyil, 01 mart 2024-cü il tarixdə xəbərnaməyə şəxsən imza etməklə qətnaməni əldə etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli tibbi arayışda cavabdehin xx.xx.2024-cü il tarixdə müayinədə olması qeyd edilmişdir. Nəzərə alınsa ki, cavabdeh qətnaməni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada əldə etmiş, belə olan halda xx.xx.2024-cü il tarixədək onun şikayət vermək üçün kifayət qədər vaxtı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh formal şəkildə özünə haqq qazandırmaq məqsədilə belə bir iddia irəli sürmüş və qeyd olunan halı məhkəmə əsaslı səbəb kimi qəbul etmir. Bütün qeyd olunan hallar onu deməyə əsas verir ki, cavabdeh mübahisələndirdiyi qətnaməni əldə etməsinə baxmayaraq, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşlər. Müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vaxtında qətnamədən apelyasiya şikayəti verməməsinə formal şəkildə haqq qazandırmaq niyyətilə ərizədə əsası olmayan halları göstərmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh ünvanına göndərilmiş, onun tərəfindən xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul etmişdir. Cavabdehin vəkili tərəfindən qətnamədən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəni xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin dəlillərini işdə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməyərək, cavabdehin prosessual müddətin bərpasına dair ərizəsini əsassız olaraq təmin etməmişdir. Halbuki, apellyasiya şikayətinə əlavə edilmiş Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 30 may 2024-cü il tarixli 18-1-73/3-877/2024 saylı arayış ilə Cavabdeh xx.xx.2024-cü ildə Şəmkir rayon Mərkəzi Xəstəxanasında ambulator müalicə olunması müəyyən edilmişdir ki, qeyd edilən hal üzürlü hal kimi nəzərə alına bilər. Buna görə də, qeyd olunan hal üzürlü hal kimi hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(076)-38/2024 saylı qərardadı tam, həmin qərardadla bağlı 28 iyun 2024-cü il tarixli, 2(076)-38/2024 saylı tarixli qərardadı isə qismən ləğv edilsin. Ərizə təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(076)-38/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayətinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təqdim edilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1631/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1631/2024
08.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver