Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1636/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4***/2*23 saylı mülki iş üzrə *8 may 2*23-cü il tarixli qərardadından Ərizəçi nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi nümayəndəsi vəkil Nümayəndə vasitəsilə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsini maraqlı şəxs göstərməklə) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 25.11.2*22-ci il tarixdə Rusiya-Ukrayna arasında gedən döyüşlərdə (müharibədə) vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi vəkil Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*5.1.1 və 3*7.2.8-ci maddələrinə istinad edərək ərizəsində göstərmişdir ki, Ərizəçi mərhum əri X2 ilə 19.12.2**9-cu il tarixdə Moskva şəhərinin vətəndaşlıq vəziyyətinin qeydə alınma aktı idarəsinin 3 nömrəli nikah sarayında rəsmi olaraq nikahları bağlanmışdır. N.Quliyev Rusiya hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq, Rusiya-Ukrayna müharibəsinə göndərilmiş və 25.11.2*22-ci il tarixdə Ukraynada gedən döyüşlərdə həlak olmuşdur. 23.12.2*22-ci il tarixdə Luqansk xalq Respublikasının Ədliyyə Nazirliyinin Luqansk şəhərinin qeydiyyat şöbəsi tərəfindən X1 ölümü haqqında şəhadətnamə verilmişdir. O, ərinin vərəsəsi olaraq Gəncə 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisinə müraciət edərək, vərəsəlik haqqında şəhadətnamə almaq istədikdə, ona Luqansk xalq Respublikasının orqanı tərəfindən verilmiş ölüm haqqında şəhadətnamə Azərbaycan Respublikası tərəfindən tanınmadığı üçün qeyd olunan şəhadətnamənin verilməsindən imtina edilmişdir. X6 Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün “Asan Xidmət” mərkəzindəki qeydiyyat şöbəsində yenidən ölümü haqqında şəhadətnamə almaq üçün müraciət edilmiş, maraqlı şəxs 28.*4.2*23-cü il tarixli cavabında şəhadətnamənin verilməsindən imtina edərək ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsini bildirmişdir. X3 12.*1.2*23-cü il tarixdə Gəncə şəhəri, İmamzadə qəbirstanlığında dəfn olunması faktı "xxxx" MMC-nin arayışında göstərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4***/2*23 saylı mülki iş üzrə *8 may 2*23-cü il tarixli qərardadı ilə ərizəçinin başqa ölkənin vətəndaşı olması əsası ilə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi nümayəndəsi vəkil Nümayəndə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 4***/2*23 saylı mülki iş üzrə *8 may 2*23-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, ölüm faktı müəyyən olunan şəxs Azərbaycan Respublikası vətəndaşıdır. Həmçinin, işə X3 12.*1.2*23-cü il tarixdə Gəncə şəhəri, İmamzadə qəbirstanlığında dəfn olunmasına dair "xxxx" MMC-nin arayışı da əlavə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4***/2*23 saylı mülki iş üzrə 19 may 2*23-cü il tarixli qərardadı ilə Ərizəçi nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, şikayət qismən təmin edilməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-4***/2*23 saylı mülki iş üzrə *8 may 2*23-cü il tarixli qərardadı tam, onunla bağlı 19 may 2*23-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, ərizənin icraata qəbul edilib-edilməməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, Ərizəçi Rusiya Federasiyası vətəndaşıdır. Ərizəçinin xarici ölkə vətəndaşı olduğundan məhkəmə ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə ərizənin icraata qəbul edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsinin 1-ci bəndinə göstərilənlərə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 71-ci maddəsinə 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 3*5.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Kollegiya hesab edir ki, məhkəmə ərizəni icraata qəbul etməməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 445.*.1-ci maddəsi ilə nəzərdə tutlmuşdur ki, barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa bu halda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Mülki işin materiallarında olan, 23.*9.2*15-ci il tarixdə Gəncə-ASAN Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE №15882626 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 23.*3.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmuş və Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qey edilən, 445.*.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı olmuş, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmuş X1 ölmüş elan edilməsi haqqında məsələyə Azərbaycan Respublikasının məhkəmələrində baxılmalıdır. Ərizəçinin başqa ölkənin vətəndaşı olması isə ərizəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılmasına maneə deyildir. Azərbaycan Respublikasublikası MPM-nin 398.*.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-4***/2*23 saylı mülki iş üzrə *8 may 2*23-cü il tarixli qərardadı tam, onunla bağlı 19 may 2*23-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, ərizənin icraata qəbul edilib-edilməməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 4*2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4***/2*23 saylı mülki iş üzrə *8 may 2*23-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 19 may 2*23-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. 23.*3.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda omuş X1 ölmüş elan edilməsi barədə Ərizəçi ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1636/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1636/2023
13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver